Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə35/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

138 

 

O, büroya yaxınlaşaraq gizli düyməni basdı. Siyirmə açıldı, lakin həm 



də qrafın ora qoyduğu 

saç teli yox idi. O, daha bir neçə dəfə başını tərpətdi: 

- Bizim fransız polisimiz möhtəşəmdir, - o donquldadı. - Heç nə və 

heç kim onun gözündən yayına bilməz. 

37 

Göyərtili omlet. 



38 

Bernsayağı qabırğa. 

39 

Romlu Savarin. 



40 

Səhər yeməyi. 

XX 

FƏSİL Ketrin dost tapır 



Ertəsi günün səhəri Ketrin və Lenoks “Marqarita” villasının terrasında 

əyləşmişdilər.  Onların  yaş  fərqinə  baxmayaraq,  aralarında  dostluğa 

oxşar  bir  münasibət  yaranmışdı.  Əgər  Lenoks  olmasaydı,  Ketrinin 

villadakı  həyatı  dözülməz  olardı:  o,  mövsümün  başlıca  mövzusu 

olmuşdu.  Ledi  Templin  Ketrinin  Mavi  qatarda  baş  verənlərlə 

əlaqəsindən  bacardığı  qədər  qazanc  əldə  etməyə  çalışırdı  və  bu, 

dəhşətli idi. 

Ketrinin  güclü  müqaviməti  ledi  Templinin  xudbinliyi  qarşısında 

qırılırdı.  Çabbi  də  öz  növbəsində  sadəlövhlüklə  arvadının  işinə 

yarayırdı. O, adətən, Ketrini təqdim edərkən belə deyirdi: 

- Bu, miss Qreydir. Siz bilirsiniz, Mavi qatarda nə olub? O, orada imiş. 

Rut Ketterinqin qətlinə cəmi bir neçə saat qalmış onunla uzun-uzadı 

söhbət edib! Bəxti gətirib, elə deyilmi? 

Bu səhər də söylənmiş bu cür bir neçə təkrar cümlə Ketrini özündən 

çıxararaq,  onun  qeyri-adi  müqavimətinə  səbəb  olmuşdu.  Və  onlar 

Lenoksla təklikdə qalarkən qız Ketrinə söylədi: 

-  Sən  istismara  alışmamısan,  hə?  Sən  hələ  çox  şey  öyrənməlisən, 

Ketrin. 


downloaded from KitabYurdu.org


139 

 

- Mən özümdən çıxdığım üçün çox təəssüflənirəm. Adətən, mən belə 



etmirəm. 

-  Sən  də  nə  vaxtsa  hirsini  çıxarmalısan.  Çabbi  uzunqulaq  olsa  da 

ondan adama zərər gələn deyil. Lakin anam isə, əlbəttə ki, daha ağır 

haldır.  Sən  hətta  qiyamətə  qədər  ona  qışqırıb-  bağırsan  da  o,  sənə 

məhəl  qoymayacaq,  sadəcə,  mavi  gözlərini  daha  geniş  açacaq, 

vəssalam. 

Ketrin bu incə müşahidəyə münasibət bildirmədi, Lenoks isə sözünə 

davam etdi. 

-  Çabbi  mənim  daha  çox  xoşuma  gəlir.  Qətl,  əlbəttə  ki,  maraqlı 

hadisədir, lakin onun Dereklə əlaqəsi hər şeyi dəyişir. 

Ketrin başı ilə təsdiq etdi. 

- Demək, o, dünən səni lençə dəvət etdi, - Lenoks fikrə gedərək sual 

verdi - O, sənin xoşuna gəlirmi, Ketrin? 

- Bilmirəm, - qız fikirləşdikdən sonra söylədi. 

- O, çox yaraşıqlıdır. 

- Hə, yaraşıqlıdır. 

- Sənə onda xoş gələn nədir? 

Ketrin bu suala birbaşa cavab vermədi. 

O, arvadının ölümündən danışdı. Etiraf etdi ki, bəxti yaman gətirib. 

Güman  edirəm  ki,  sən  şoka  düşdün.  -  Lenoks  susdu  və  daha  ciddi 

surətdə dilləndi: - Sən onun xoşuna gəlirsən, Ketrin. 

-  O, məni əla lençə qonaq etdi, - Ketrin bunu 

deyərək güldü. 

Lakin Lenoks məğlub olmadı: 

-  Mən  bunu  o,  bura  gələn  axşamı  hiss  etdim,  -  qız  dalğın-dalğın 

söylədi. - O, sənə elə baxırdı ki... Baxmayaraq ki, sən qətiyyən onun 

zövqünə uyğun deyilsən, daha doğrusu, tamam əksisən. 

downloaded from KitabYurdu.org




140 

 

Lakin bu, din kimidir, o, insana müəyyən yaşında gəlib çatır... 



-  Madmazeli  telefona  çağırırlar,  -  Mari  qonaq  otağının 

pəncərəsindən baxaraq dedi. - Müsyö 

Puaro onunla danışmaq istəyir. 

-Yenə də qan, dəhşət... Get, Ketrin, get öz detektivinlə əylən. 

Erkül Puaronun səsi mülayim və nəzakətli idi. 

- Madmazel  Qrey?  Bon. Mən, madam  Ketterinqin atası müsyö  Van 

Aidinin  xahişi  ilə  zəng  vurdum.  O,  sizinlə  danışmaq  istəyir.  Ya 

“Marqarita” villasında, ya da oteldə - sizə necə rahatdırsa. 

Ketrin bir qədər fikrə getdi. Van Aidinin “Marqarita” villasına gəlişi 

xoş  olmazdı:  ledi  Templin  bundan  həddən  artıq  zövq  alardı.  Van 

Aidinlə dost olmaq şansını əldən qaçırmazdı. Ona görə də o, Puaroya 

söylədi ki, Van Aidinlə oteldə görüşsə yaxşı olar. 

- Çox gözəl, madmazel. Mən saat 12:45-də sizin dalınızca gələcəyəm, 

əgər etiraz etmirsinizsə. 

Puaro dediyi vaxtın tam dəqiqəsində villaya daxil oldu, Ketrin artıq 

onu gözləyirdi. Onlar 

yubanmadan  yola  düşdülər.  Puaro  xəbər  aldı:  -Yaxşı,  madmazel, 

deyin görək, işlər necədir? 

Qız onun canlanmış gözünə baxdı və etiraf etdi ki, onun ilk təəssüratı 

yanlış imiş: bu adamda xoşagələn nəsə var. 

-  Bizim roman policier davam edir, eləmi? - o 

dedi. 


-  Mən sizə söz vermişəm ki, bu işi biz birlikdə araşdıracağıq və mən 

həmişə öz sözümün 

üstündə dururam. 

- Siz çox nəzakətlisiniz! - Ketrin söylədi. 

-  Ah,  məni  ələ  salmayın!  Amma  siz,  yəqin  ki,  araşdırmanın  necə 

downloaded from KitabYurdu.org




141 

 

getdiyini bilmək istəyirsiniz



elə deyilmi? 

Ketrin  anlatdı  ki,  bilmək  istərdi  və  Puaro  qraf  de  la  Roşun  zahiri 

görünüşünü bədii şəkildə Ketrinə təsvir etdi. 

Fikirləşirsiniz ki, onu qraf öldürüb? - Ketrin 



fikirli halda soruşdu. 

- Bu, sadəcə, ehtimaldır, - Puaro ehtiyatla cavab verdi. 

- Siz də buna inanırsınız? 

Mən  belə  deməzdim.  Bəs  siz  necə,  madmazel,  siz  necə 



düşünürsünüz? 

Ketrin çiyinlərini çəkdi: 

Haradan bilim? Mənim bu cür məsələlərdən 



başım çıxmır, lakin düşünürəm ki... 

Bəli? - Puaro səbirsizliklə dilləndi. 



-  Hə,  yaxşı.  Sizin  söylədiklərinizdən  aydındır  ki,  qraf  öldürməyə 

qadir olan adamlardan deyil. 

- Çox gözəl! - Puaro ucadan dedi. - Siz mənimlə razısınız. Mən də 

məhz belə dedim. - 

O, qıza diqqətlə baxdı. - Bəs siz Derek Ketterinqlə tanışsınız? 

-  Mən onunla ledi Templingildə qarşılaşmışam, 

dünən isə o, məni lençə dəvət etdi. 

-  Mauvais  sujet41,  -  Puaro  başını  yellədi.  -  Lakin  los  femmes42 

belələrini sevir, düzdür? 

O, Ketrinə göz vurdu və qız güldü. 

-  O, yaxşı görkəmi olan adamdır, - Puaro davam etdi, - yəqin ki, 

siz onu Mavi qatarda 

görmüsünüz, hə? 

- Bəli, görmüşəm. 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə