Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə37/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

146 

 

Biz səni anamla birgə 



müşayiət  etməyə  hazırıq.  Sən  katiblə  əyləndiyin  müddətdə  mən 

milyonçunu  əyləndirə  bilərəm.  Onun  altmışa  yaxın  yaşı  var,  amma 

yəqin ki, mənim kimi cavan görünür. 

-  Mən  mister  Van  Aidinlə  tanış  olmaq  istərdim,  -  ledi  Templin 

xəyalpərvərliklə söylədi, - onun haqqında elə çox şeylər danışırlar ki... 

Qərb yarımkürəsinin əsas adamlarından biridir. Həm də çox mötəbər 

şəxsdir. 

-  Mayor  Nayton  çox  ədəbli  idi.  O  bildirdi  ki,  bu  dəvət  mister  Van 

Aldinindir, - Lenoks dedi. - O, bunu elə tez-tez təkrar edirdi ki, mən 

artıq qovurmanın iyini hiss etməyə başlamışdım. Sən və Nayton gözəl 

cütlük ola bilərsiniz. Sizə xeyir- dua verirəm, övladlarım. 

Ketrin qəhqəhə ilə güldü və əynini dəyişmək üçün yuxarı qalxdı. 

Lençdən  dərhal  sonra  Nayton  gəldi  və  Ledi  Templinin  nostalji 

xatirələrinə mətanətli surətdə dözmək üçün bütün iradəsini toplamalı 

oldu. 

Kann səmtə gedərkən yolda Ketrinə dedi: 



Ledi Templin, demək olar ki, dəyişilməyib. 

Mənəvi cəhətcə, yoxsa zahiri görünüşcə? 



Hər ikisi cəhətdən. Onun yaşı indi, yəqin ki, qırxdan bir az çox 

olar, amma o, əvvəlki kimi çox 

gözəldir. 

- Bəli, o, gözəldir, - Ketrin razılaşdı. 

Sizin  dəvəti  qəbul  etmənizə  çox  şadam,  -  Nayton  söhbətə 



davam etdi. - Müsyö Puaro da orda olacaq. O, qeyri-adi adamdır. Siz 

onu yaxşı 

tanıyırsınız, miss Qrey? 

- Mən onunla qatarda rastlaşmışam. Bir detektiv roman oxuyurdum və 

downloaded from KitabYurdu.org



147 

 

dedim  ki,  həyatda  belə  şeylər  olmur.  Mən  onda  hec  təsəvvür  də 



etməmişdim ki, o kimdir. 

- O, heyrətamiz adamdır, - Nayton sakit söylədi, - və heyrətamiz işlər 

də görür. O, dahidir. O, məsələnin məğzini tez anlaya bilir və hec kim 

axıracan onun nə düşündüyünü və hansı qənaətə gəldiyi barədə hec nə 

təsəvvür  edə  bilmir.  Yadımdadır  ki,  mən  Yorkşirdə  olanda  ledi 

Kleventonun cavahiratlarını oğurlamışdılar. 

İlk baxışdan elə görünürdü ki, bu, adi oğurluqdur, lakin yerli polislər 

buna şübhə etdilər. Mən istədim ki, onlar Erkül Puaronu dəvət etsinlər, 

o, həmin cinayəti açacaq yeganə adam idi, lakin onlar Skotlənd Yarda 

müraciət etməyi üstün bildilər. 

- Bəs sonra? - Ketrin maraqlandı. 

- Cəvahiratlar tapılmadı, - Nayton soyuqqanlı cavab verdi. 

Siz ona həqiqətən də inanırsınızım? 



-  Bəli,  qraf  de  la  Roş  şübhəli  subyektdir.  O,  bir  çox  xoşagəlməz 

hadisədən yaxasını qurtara 

bilib. Ancaq düşünürəm ki, Erkül Puarodan qaça bilməyəcək. 

-  Qraf de la Roş, - Ketrin dalğın-dalğın söylədi. 

Siz həqiqətən də qatilin o olduğuna 



əminsinizmi? 

Əlbəttə! - Nayton təəccüblə ona baxdı. - 



Məgər siz belə düşünmürsünüzmü? 

-  Bəli,  bəli,  -  Ketrin  tələsik  cavab  verdi,  -  əlbəttə,  lakin  mən 

bunun adi qarət olmadığını 

nəzərdə tuturdum. 

-  Sizinlə razıyam. Amma burası da var ki, qraf 

de la Roş öz işini çox yaxşı bilir. 

- Bununla belə onun alibisi var. 

downloaded from KitabYurdu.org




148 

 

-Ah,  alibi!  -  Naytonun  üzünü  uşaqsayağı  təbəssüm  bürüdü.  -  Siz 



söylədiniz ki, detektiv əsərlər oxuyursunuz, miss Qrey. Ona görə də 

yəqin  bilməlisiniz  ki,  kimin  tutarlı,  möhkəm  alibisi  olur,  o  adam, 

adətən, daha çox şübhə doğurur. 

- Siz də güman edirsiniz ki, real həyat romanlara bənzəyir? - Ketrin 

gülümsəyərək soruşdu. 

- Niyə də olmasın? Xəyallar reallığa istinad edir. 

-  Amma o, reallıqdan daha yaxşıdır, - Ketrin 

inamla bildirdi. 

Yəqin  ki.  Amma  nə  olursa-olsun,  mən  cani  olsaydım,  Erkül 



Puaronun izimə düşməsini heç 

istəməzdim. 

- Mən də, - Ketrin güldü. 

Gəlib çatanda onlar Puaro ilə qarşılaşdılar. Hava isti idi, ona görə də 

o,  ağ  parusindən  tikilmiş  kostyum  geyinmişdi,  döş  cibindən  isə 

kamelya çiçəyi sallanırdı. 

-  Bonjour43, madmazel! Mən çox ingilissayağı 

görünürəm, elə deyilmi? 

- Siz çox gözəl görünürsünüz, - Ketrin nəzakətlə cavab verdi. 

-  Hamınız məni ələ salırsınız, - Puaro gülərüzlə bildirdi, - amma eybi 

yox, Puaro ata həmişə 

sonuncu gülür. 

- Mister Van Aidin hanı? - Nayton xəbər aldı. 

- O, bizi kortda gözləyəcək. Amma düzünü desək, dostum, mister Van 

Aidin məndən o 

qədər  də  razı  deyil.  Ah,  bu  amerikalılar!  O  istəyir  ki,  mən  bütün 

günümü  dayanmadan  Riveru  boyunca  qatilin  dalınca  qaçmaqla 

keçirim! 

downloaded from KitabYurdu.org



149 

 

-  Mən özüm də bunun pis fikir olmadığını hesab 



edirəm, - Nayton bildirdi. 

-  Siz haqlı deyilsiniz. Bu cür məsələlərdə enerji deyil, biclik lazımdır. 

Ən maraqlı görüşlər isə 

tennis kortunda baş verir. Bu, çox vacibdir. Ah, mister Ketterinq də 

buradadır! 

Derek  iti  addımlarla  onlara  yaxınlaşdı.  O,  bir  qədər  əsəbi  və  acıqlı 

görünürdü,  sanki  onu  nə  isə  boğurdu.  Derek  və  Nayton  bir  qədər 

soyuq  salamlaşdılar.  Sanki  bircə  Puaro  heç  nə  hiss  etmirdi.  O, 

dayanmadan zarafat edir və iltifatlar yağdırırdı. 

-  Maraqlıdır, mister Ketterinq, siz fransız dilində 

heyrətamiz  dərəcədə  gözəl  danışırsınız.  İstədiyiniz  vaxt  özünüzü 

fransız kimi qələmə verə bilərsiniz. Bu, ingilislər arasında çox nadir 

haldır. 

-  Mən  də  o  cür  danışmağı  çox  istərdim,  -  Ketrin  etiraf  etdi.  - 

Qorxuram ki, mənim fransızcam 

ingilis aksenti ilə çox korlanır. 

Onlar öz yerlərini tutdular. Nayton isə kortun o biri tərəfindən ona əl 

edən sahibini gördü və onunla danışmaq üçün sahibinin yanına getdi. 

- Bu oğlan mənim xoşuma gəlir, - Puaro Naytonun ardınca gülümsədi. 

- Sizin necə, madmazel? 

- Mənim də. 

- Bəs sizin necə, mister Ketterinq? 

Derekin dodaqlarından sanki hansısa cümlə qopmağa hazır idi, ancaq 

o, vaxtında özünü saxladı: 

- Nayton çox yaxşı oğlandır. - Sanki sözlərini bir-bir seçdi. 

Ketrinə bir saniyəliyinə elə gəldi ki, Puaro bu cavabdan məyus oldu. 

- O, sizin çox böyük heyranınızdır, müsyö Puaro, - Ketrin Naytonun 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə