Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə40/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   36   37   38   39   40   41   42   43   ...   64

158 

 

ədəbsizlik olmaz ki? 



-  Nə  etməli,  -  Puaro  cavab  verdi.  -  Mənim  köhnə  dostlardan  sirr 

saxlamaq adətim yoxdur. Bunlar qraf de la Roşa məxsusdur. 

Müsyö Papapolousun gözləri təpəsinə çıxdı. 

- Belə de! - o, burnunun altında dedi. 

Puaro qabağa doğru əyildi və sadəlövhlüklə söylədi: 

- Müsyö Papapolous, mən öz kartlarımı açıram. 

Əsl  daşlar  Mavi  qatarda  madam  Ketterinqdən  oğurlanıb.  Mən  sizi 

xəbərdar  etmək  istəyirəm  ki,  mən  bu  daşların  axtarışı  ilə  məşğul 

deyiləm.  Bu,  polisin  işidir.  Mən  polisə  deyil,  mister  Van  Aidinə 

işləyirəm. Mən madam Ketterinqi öldürən adamı 

tapmaq istəyirəm. Daş-qaşlarsa məni ancaq qətllə bağlı olduqları üçün 

maraqlandırır. Məni başa düşdünüz? 

Son  sözlər  xüsusi  məna  ilə  vurğulandı.  Antikvarın  sifətində  heç  bir 

ifadə əks olunmurdu 

- Davam edin! 

-  Mənə elə gəlir, ola bilsin ki, cəvahirat Nitsada əldən-ələ keçəcək. 

Təbii ki, artıq keçməyibsə. 

-  Aaa,  -  müsyö  Papapolous  qəhvəsini  içə-içə  başını  tərpətdi.  O, 

həmişə olduğundan daha 

əzəmətli görünürdü. 

-  Mən də öz-özümə dedim ki, - Puaro qızğın surətdə sözünə davam 

edirdi, - bəxtim gətirdi! 

Mənim köhnə dostum müsyö Papapolous Nitsadadır. O, mənə kömək 

edər. 


- Bəs sizin nəzərinizdə mən necə kömək edə bilərəm? 

-  müsyö Papapolous soyuq tərzdə maraqlandı. 

-  Mən öz-özümə dedim ki, müsyö Papapolous 

downloaded from KitabYurdu.org




159 

 

Nitsaya, şübhəsiz, iş üçün gəlib. 



-  Qətiyyən  belə  deyil,  -  müsyö  Papapolous  etiraz  etdi.  -  Mən  bura 

həkimlərin mənə səhhətimlə məşğul olmağı məsləhət gördükləri üçün 

gəlmişəm. 

Və o, bərk öskürdü. 

-  Ah, bunu eşitmək necə də kədərləndiricidir, - Puaro canıyananlıqla 

dedi. - Ancaq söhbətimizi 

davam etdirək. Məşhur rus knyazları, Avstriya ershersoqları, yaxud da 

italyan şahzadələri öz ailə cavahiratlarından yaxa qurtarmaq istəyəndə 

kimə  müraciət  edirlər?  Müsyö  Papapolousa,  düz  deyilmi?  Bütün 

dünya onun bu işlə necə incəliklə məşğul olduğundan agahdır. 

Papapolous təzim etdi. 

- Siz mənə iltifat edirsiniz. 

-  İncəlik  böyük  şeydir,  -  Puaro  həmsöhbətinin  məmnun 

təbəssümünə gözünün ucu ilə baxaraq 

mülahizə  etməyə  başladı.  -  Bilirsiniz,  mən  də  incəlik  göstərməyi 

bacarıram. 

Hər iki həmsöhbətin baxışları qarşılaşdı. 

Puaro səsini alçaldaraq və sözləri bir-bir seçərək sözünə davam etdi: 

-  Mən  öz-özümə  dedim  ki,  əgər  bu  daş-qaşlar  Nitsada  əldən-ələ 

keçibsə, onda bu barədə 

müsyö  Papapolousun  məlumatı  var.  O,  bu  cür  daşlarla  nə  baş 

verdiyinin hamısını bilir. 

- Aaa, - müsyö Papapolous kruassanın üzərinə yağ çəkə-çəkə ucadan 

dedi. 


Bildiyiniz  kimi,  mənim  şəxsi  araşdırmam  ilə  polisin  əlaqəsi 

yoxdur, - müsyö Puaro qeyd etdi. 

-  Əslinə qalsa, bir şayiə dolaşır, - Papapolous 

downloaded from KitabYurdu.org



160 

 

inamsızlıqla söylədi. 



- Məhz hansı? 

- Mən bunu sizə hansısa səbəbə söyləməliyəm? 

-  Zənnimcə,  səbəb  var,  -  Puaro  cavab  verdi,  -  müsyö  Papapolous, 

yəqin xatırlayırsınız ki, on 

yeddi  il  əvvəl  sizin  əlinizdə  məxfi  saxlanmaq  üçün  bir...  deyək  ki, 

nüfuzlu şəxs tərəfindən 

verilmiş  bir  sənəd  var  idi.  Sənəd,  təkrar  edirəm,  sizdə  saxlanılırdı, 

lakin  yoxa çıxmışdı. Siz, ingilislərin də dediyi  kimi,  qaynar qazana 

düşmüşdünüz. 

O, qıza baxdı. Qız öz boşqabını itələyib, dirsəklərini masanın üzərinə 

və  əlini  çənəsinin  altına  qoyub  qulaq  asırdı.  Puaro  ondan  gözlərini 

çəkmədən davam etdi: 

-  Onda  mən  Parisdə  idim.  Siz  məni  çağırdınız.  Özünüzü  mənim 

əllərimə etibar etdiniz. Siz mənə söylədiniz ki, əgər sənəd tapılsa, sizin 

mənə  minnətdarlığınızın  hüdudu  olmayacaq.  Eh  bien!  Mən  onu 

tapdım! 


Papapolous dərindən köksünü ötürdü. 

- Həmin vaxt mənim karyeramın ən pis məqamı idi, 

- o, dedi. 

- On yeddi il uzun müddətdir, - Puaro fikirli halda söylədi. - Mən sizin 

xalqın heç nəyi yaddan çıxarmadığını bilirəm, müsyö. 

Yunanların? - Papapolous rişxəndlə güldü. 



Mən yunanları nəzərdə tutmurdum, - Puaro 

cavab verdi. 

Araya sükut çökdü. Sonra qoca fəxrlə dikəldi. 

Siz  haqlısınız,  müsyö  Puaro,  -  o,  təmkinlə  söylədi.  -  Mən 



yəhudiyəm. Və sizin də dediyiniz 

downloaded from KitabYurdu.org




161 

 

kimi, mənim xalqım heç nəyi yaddan çıxarmır. 



- Deməli, siz mənə kömək edəcəksiniz? 

- Daş-qaşlara gəldikdə isə, müsyö, mən heç nə edə bilmərəm. 

Qoca  bir  neçə  dəqiqə  əvvəl  eynən  Puaronun  etdiyi  kimi  sözləri 

diqqətlə seçərək ifadə edirdi: 

-  Mən  heç  nə  bilmirəm.  Heç  nə  eşitməmişəm.  Lakin  əgər  cıdırla 

maraqlanırsınızsa, mən sizə 

nəyisə məsləhət görə bilərəm. 

-  Müəyyən şəraitdə, hə, - Puaro diqqətlə ona 

baxaraq dedi. 

- Cıdır meydanında bir at var ki, mənim zənnimcə, diqqətə layiqdir. 

Əlbəttə, tam əminliklə heç nə deyə bilmərəm: bu cür xəbərlər ağızdan-

ağıza dolaşır. 

O,  susdu  və  gözlərini  qıyaraq  Puaroya  baxdı,  sanki  dərk  etməyə 

çalışırdı ki, görəsən, 

söylədiklərindəki mənanı o, tuta bilibmi. 

-  Çox gözəl, çox gözəl, - Puaro başını tərpətdi. 

Atın adı, - Papapolous geri söykəndi və barmaqlarını çarpazladı, 



- Markizdir. Əmin 

deyiləm, lakin düşünürəm ki, o, ingilis atıdır, hə, Zia? 

- Mən də elə düşünürəm, - qızı cavab verdi. 

Təşəkkür  edirəm,  müsyö,  -  Puaro  tələsik  ayağa  durdu.  -  Siz 



mənə ingilislərin “tövlədən 

ipucu” adlandırdığını verdiniz. Au revoir46, müsyö, minnətdaram. 

O, üzünü qıza tutdu: 

-  Görüşənədək,  madmazel  Zia.  Adama  elə  gəlir  ki,  sizinlə  Parisdə 

ayrıldığımız gün dünən olub. 

Siz elə görünürsünüz ki, sanki aradan iki ildən artıq vaxt keçməyib. 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə