Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə41/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

162 

 

-  Amma  on  altı  yaşla  otuz  üç  yaş  arasında  böyük  fərq  var,  -  Zia 



köksünü ötürdü. 

-Ancaq  bu,  sizə  aid  deyil,  -  Puaro  nəcibliklə  bildirdi.  -  Bəlkə  bu 

günlərdə atanız və siz mənimlə birgə yemək yeyəsiniz? 

- Məmnun olardıq, - Zia cavab verdi. 

- Onda bunu təşkil edərik! İndisə, je me sauve47. 

Puaro  burnunun  altında  nəsə  zümzümə  edərək  küçə  ilə  gedirdi.  O, 

əsasını  fırladaraq  öz-özünə  gülümsədi.  İlk  poçt  şöbəsinin  yanında 

ayaq  saxladı.  Teleqram  göndərmək  üçün  ona  bir  qədər  vaxt  lazım 

gəldi. O, mətni şifrələnmiş 

şəkildə tərtib etdi və şifrəni yada salmaq üçün beynini işə salmalı oldu. 

Teleqram  Skotlənd  Yarddakı  inspektor  Ceppə  ünvanlanmışdı. 

Teleqramın mətni qısa idi: “Markiz ləqəbli adam barəsində olan bütün 

məlumatları mənə bildirin”. 

45 Cənabı yuxarı gətirin. 46 Görüşənədək. 

47 Mən qaçmalıyam. 

XXIII 


FƏSİL Yeni nəzəriyyə 

Saat on bir tamamda Puaro Van Aidinin qaldığı otelə gəldi. Milyonçu 

tək idi. 

-  Siz  dəqiqsiniz,  vaxtında  gəlmisiniz,  müsyö,  -  o,  Puaronu 

təbəssümlə salamlayaraq bildirdi. 

-  Mən  həmişə  dəqiqəm,  -  o,  qeyd  etdi.  -  Mən  daima  nizamın  və 

üslubun  tərəfindəyəm...  Ah,  deyəsən...  -  o,  birdən  susdu,  -  deyəsən, 

bunu 


artıq sizə demişəm. Gəlin dərhal gəlişimin məqsədinə keçək. 

- Kiçik ideyanıza? 

-  Bəli, kiçik ideyama, - Puaro gülümsədi. - Hər şeydən əvvəl, mən 

qulluqçu Ada Meysondan bir 

downloaded from KitabYurdu.org



163 

 

şey soruşmaq istərdim. O buradadır? 



-Bəli. 

- Lap yaxşı. 

Van Aidin karıxmış halda ona baxaraq zəngi çaldı və Ada Meysonun 

gətirilməsini tapşırdı. 

Puaro onu, Ada Meyson kimi adamlarda təəssürat yaradacaq özünün 

həmişəki zərif ədası ilə salamladı. 

- Sabahınız xeyir, madmazel. - O, ata qayğısıyla dedi. 

-  Əgər müsyö etiraz etmirsə, əyləşə bilərsiniz. 

- Bəli, bəli, əyləş, qızım, - Van Aidin başı ilə təsdiq etdi. 

-  Minnətdaram,  ser,  -  Meyson  stulun  bir  küncündə  əyləşərək 

səmimiyyətlə  cavab  verdi.  O,  əvvəlkindən  daha  arıq  və  cılız 

görünürdü. 

- Mən sizə daha bir neçə sual vermək istəyirəm. 

-  Puaro dedi. - Gəlin qatardakı kişiyə bir daha qayıdaq. Siz qraf de la 

Roşu görmüşdünüz. Dediniz ki, ola bilsin, həmin adam odur, lakin 

buna əmin deyilsiniz. 

-  Sizə  izah  etdiyim  kimi,  ser,  mən  o  centlmenin  üzünü  görmədim. 

Ona görə də dəqiq söyləmək 

mənə çətindir. 

Puaronun üzü işıqlandı və o, başı ilə təsdiq etdi. 

-  Doğrudan  da!  Mən  bunun  necə  çətin  olduğunu  təsəvvür  edirəm! 

Madmazel,  siz  madam  Ketterinqin  yanında  iki  ay  çalışmısınız,  elə 

deyilmi? Bu müddət ərzində siz sahibiniz mister Ketterinqi neçə dəfə 

görmüsünüz? 

Meyson bir qədər düşünərək cavab verdi: 

- Ancaq iki dəfə, ser. 

-Yaxından, yoxsa uzaqdan? 

downloaded from KitabYurdu.org




164 

 

-  Bir  dəfə,  ser,  o,  Kerzon-stritə  gəlmişdi.  Mən  yuxarıda  idim. 



Məhəccərin  arasından  onu  hollda  gördüm.  Başa  düşürsünüz,  mənə 

maraqlı idi, axı madamla onlar... - Meyson boğazını arıtladı. 

- Bəs o biri dəfə? 

- Mən Enni ilə - başqa qulluqçu ilə - ser, parkda gəzişirdim və o, mənə 

hansısa xarici ledi 

ilə gedən sahibimizi göstərdi. 

Puaro yenidən başını tərpətdi. 

-  İndisə  mənə  diqqətlə  qulaq  asın,  Meyson!  Sahibənizin  qatarda 

qarşılaşdığı kişi mister Ketterinq ola bilərdimi? 

- Sahibimmi, ser? Onun olduğunu düşünmürəm. 

- Amma siz əmin deyilsiniz? - Puaro aydınlaşdırmağa çalışdı. 

Mən  heç  vaxt  bu  haqda  fikirləşməmişəm,  ser.  Meysonun  çaşbaş 

qaldığı aşkar görünürdü. 

Siz sahibinizin qatarda olduğunu bilirsiniz, axı. Məhz onun dəhlizlə 

getdiyindən təbii nə ola bilər? 

-Axı missisin qarşılaşdığı centlmen küçədən gəlmişdi, ser. O, paltoda 

və şlyapada idi. 

Əlbəttə,  madmazel,  amma  bir  dəqiqəliyinə  düşünün.  Qatar 



vağzala  təzəcə  çatmışdı.  Bir  çox  sərnişinlər  gəzişməyə  çıxmışdılar. 

Sizin 


xanımınız  da  bu  cür  etmək  istəmişdi  və  yəqin  ki,  o,  öz  su  samuru 

paltosunu geyinmişdi, elə deyilmi? 

- Bəli, ser, - Meyson razılaşdı. 

Sizin sahibiniz də eynən bu cür edə bilərdi. Qatarı qızdırırlar, 



lakin küçədə hava soyuqdur. 

O, gəzişməyi  qərara  alır,  əynini  geyinir, platformaya çıxır, vaqonun 

pəncərələrindən  birində  xanımınızı  görür.  O,  xanımınızın  həmin 

downloaded from KitabYurdu.org




165 

 

qatarla getdiyini bilmirdi. Təbii ki, o, vaqona qayıdır və onun kupesinə 



yollanır. Madam onu 

görəndə  təəccüblənərək  səs  çıxarır  və  sizin  kupe  ilə  öz  kupesi 

arasındakı qapını bağlayır; yəqin ki, onların söhbəti səmimi xarakter 

daşıyırmış. 

Puaro  stula  söykənərək  sözlərinin  qadında  hansı  təsir  oyadacağını 

müşahidə  etdi.  Meyson  kimi  adamları  tələsdirməməyin  lazım 

olduğunu  Erkül  Puarodan  yaxşı  heç  kim  bilməzdi.  Ona  verilmiş 

ideyanı həzm etmək üçün ona vaxt vermək lazım idi. Üç dəqiqədən 

sonra o, dilləndi: 

-  Əlbəttə,  ser,  elə  də  ola  bilər.  Mən  heç  vaxt  bu  barədə 

fikirləşməmişdim.  Sahibim  də  ucaboydur  və  qarasaçlıdır,  bədən 

quruluşu da, demək olar ki, eynidir. Palto və şlyapanı görəndə mən bu 

adamın kənardan olduğunu düşündüm. Bəli, o, 

sahibim də ola bilərdi. Amma mən yəqin deyə bilmərəm. 

- Çox sağ olun, madmazel. Sizi daha çox məşğul etməyim... Ah, 

daha bir dəqiqə. - O, 

Ketrinə  göstərdiyi  portsiqarı  cibindən  çıxardı.  -  Bu,  sahibənizin 

əşyasıdır? 

-  Xeyr, ser, bu, onun deyil, amma... - Onun dili 

tutuldu. 

Hansısa yeni fikrin ağlına gəldiyi aydın görünürdü. 

- Hə, nə?- Puaro onu cəsarətləndirdi. 

-  Mən  düşünürəm  ki,  ser,  əmin  deyiləm,  amma  düşünürəm  ki, 

xanımım bunu ərinə hədiyyə 

etmək üçün alıbmış. 

Hm, - Puaro sakit halda başını tərpətdi. 



-Amma ona hədiyyə etdiyini bilmirəm. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə