Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə42/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   38   39   40   41   42   43   44   45   ...   64

166 

 

-  Çox gözəl, çox gözəl! Güman edirəm ki, bu, 



kifayətdir. Salamat qalın, madmazel. 

Ada Meyson otaqdan səssiz çıxaraq qapını bağladı. 

Puaro  məmnun  təbəssümlə  milyonçuya  baxdı.  Van  Aidin  quruyub 

qalmışdı. 

- Siz fikirləşirsiniz., fikirləşirsiniz ki, bu, Derekdir. 

-  O dilləndi. - Axı bütün faktlar bunun başqası 

olduğunu göstərir. Axı qrafı artıq əlində yaqutlarla tutublar! 

- Xeyr! 


- Axı siz mənə danışdınız ki... 

- Sizə nə danışdım? 

-Yaqutlarla bağlı əhvalatı. Siz onları mənə göstərdiniz. 

Xeyr! 



Van Aidinin gözləri ona dikilib qaldı. 

- Demək istəyirsiniz ki, onları mənə göstərməmisiniz? 

Xeyr! 


- Dünən, kortda? 

Xeyr! 



- Bizim ikimizdən hansımız dəliyik, müsyö Puaro, siz, yoxsa mən? 

- Nə siz, nə də mən, - detektiv cavab verdi. - Siz mənə sual verirsiniz, 

mən də cavab verirəm. Siz deyirsiniz ki, mən dünən sizə yaqutları 

göstərmişəm? Mən də cavab verdim ki, xeyr. Mənim sizə göstərdiyim, 

müsyö Van Aidin, birinci dərəcəli təqliddir, onun saxtalığını isə ancaq 

və ancaq peşəkar ayırd edə bilər. 

XXIV 

FƏSİL Puaro məsləhət verir 



Puaronun  söylədiklərini  başa  düşmək  üçün  milyonçuya  bir  neçə 

dəqiqə lazım gəldi. O, karıxmış halda detektivə baxdı. Balaca adam 

mehribanlıqla onun üzünə gülümsədi: 

downloaded from KitabYurdu.org




167 

 

- Bu, bəzi şeyləri dəyişdirir, elə deyilmi? 



-  Saxta!  -  O,  qabağa  əyildi.  -  Müsyö  Puaro,  siz  bunu  bilirdinizmi? 

Bütün  bu  zaman  ərzində  məhz  buna  işarə  edirdiniz?  Siz  qraf  de  la 

Roşun qatil olduğuna heç vaxt inanmamısınız? 

-  Mən  şübhə  edirdim,  -  Puaro  sakit  halda  cavab  verdi.  -  Mən  bu 

barədə  sizə  söyləmişdim.  Güc  tətbiq  etməklə  qarət  etmək  və  adam 

öldürmək... 

-  o,  başını  qızğın  surətdə  tərpətdi.  -  Xeyr,  bunu  təsəvvür  etmək 

çətindir. Bu, qraf de la Roşun 

şəxsiyyətilə uzlaşmır. 

-Amma siz onun yaqutları oğurlamaq istədiyinə ki, inanırsınız? 

Əlbəttə!  Buna  şübhəm  yoxdur.  İndi  mən  sizə  vəziyyəti  necə 



təsəvvür etdiyimi danışacağam. 

Yaqutlar  barədə  xəbər  tutaraq,  qraf  yazdığı  kitab  barəsində  yalan 

uydurur və yaqutları gətirmək üçün qızınızı dilə tutur. Özü isə daşların 

saxta surətini çıxartdırır ki, əsli ilə dəyişdirsin. Madam - sizin qızınız 

daş-qaşlar  üzrə  mütəxəssis  deyildi.  Bəlkə  də  baş  verənlərdən  agah 

olana 


kimi  xeyli  vaxt  keçəcəkdi.  Lakin  bu  halda  da  qrafı  məhkəməyə 

verəcəyini  düşünməzdim.  Çox  şey  üzə  çıxardı.  Axı  onun  əlində 

madamın məktubları var idi. Qraf de la Roşun nöqteyi- nəzərincə plan 

qüsursuz  idi  -  ola  bilsin  ki,  o,  daha  əvvəllər  də  bu  cür  fırıldaqlar 

törədib. 

-  Mən indi hər şeyi başa düşdüm, - milyonçu 

dərdli-dərdli söylədi. 

-  Bu, qraf de la Roşa tam uyğun gəlir, - Puaro 

əlavə etdi. 

- Hə, amma indi...  -  milyonçu sual  dolu baxışlarla Puaroya baxdı.  - 

downloaded from KitabYurdu.org



168 

 

Bəs əslində nə baş verib? Danışın, müsyö Puaro. 



-  Hər şey çox sadədir! - Puaro çiyinlərini çəkdi. 

- Kimsə qrafı qabaqlayıb. 

Uzun bir sükut çökdü. 

Sanki Van Aidin eşitdiklərini həzm edirdi. 

Yenidən danışmağa başlayanda isə onun səs tonu sakit idi. 

- Mənim kürəkənimdən nə vaxtdan bəri - şübhələnirsiniz? 

- Lap əvvəldən. Onun əsası və imkanı var idi. Hamı kupeyə daxil olan 

kişinin  qraf  de  la  Roş  olduğunu  güman  edirdi.  Mən  özüm  də  elə 

düşünürdüm.  Ancaq  siz  bir  dəfə  dediniz  ki,  qrafı  kürəkəninizə 

bənzədərək səhv etmişdiniz. Mən belə qərara gəldim ki, onların ikisi 

də eyni boydadır, bədən quruluşları və saçları oxşardır. Bu, mənə bir 

maraqlı  ideya  verdi.  Qulluqçu  sizin  qızınızın  yanında  az  müddət 

işləyib. Çətin ki, o, 

müsyö Ketterinqi üzdən tanıya bilərdi, çünki o, Kerzon-stritə çox az-

az  gəlirdi.  Bundan  əlavə  qatardakı  kişi  tanınmaması  üçün  əlindən 

gələni edib. 

-  Siz  onun Rutu  öldürdüyünə  inanırsınız?  -  Van Aidin  xırıltılı  səslə 

soruşdu. 

Puaro cəld əllərini qaldırdı. 

- Xeyr, xeyr, mən bunu söyləmədim, lakin bu cür ehtimal istisna deyil 

və tamamilə mümkündür. O, küncə sıxışdırılmışdı, onu müflis olma 

təhlükəsi gözləyirdi. Və ancaq bircə yol var idi. 

- Əgər bu belədirsə, bəs onda yaqutları neynədi? 

-  Bunu  öyrənəcəyik.  Bir  neçə  variant  var.  İndi  Nitsada  ona  kömək 

edə biləcək bir adam var

mən onu sizə tennis kortunda göstərdim. 

Van  Aidin  ayağa  qalxdı  və  ağır  əlini  balaca  belçikalının  çiyninə 

downloaded from KitabYurdu.org




169 

 

qoydu. O dilləndi və onun səsi içini dolduran hisslərlə titrəyirdi: 



-  Rutun qatilini tapın! Mənim sizdən yeganə 

xahişim ancaq budur. 

- Bunu Erkül Puaronun öhdəsinə buraxın, - o, sinəsini qabağa verib 

qürrələnərək dedi. - Qorxmayın. Mən həqiqəti öyrənəcəyəm. 

Puaro  şlyapasını  başına  qoydu,  milyonçunun  üzünə  gülümsədi  və 

otaqdan  çıxdı.  Bununla  belə,  o,  pilləkənlə  düşdükdə  özündənrazı 

təbəssüm onun üzündən silindi. 

“Bütün  bunlar çox  yaxşıdır,  - o, burnunun altında söylədi.  - Amma 

çətinliklər var. Bəli, böyük çətinliklər var”. 

Oteldən çıxarkən Puaro qəflətən dayandı. O, Ketrin Qreyin əyləşdiyi 

maşını  gördü.  Yanında  isə  Derek  dayanaraq  ona  ciddi-ciddi  nəsə 

deyirdi. 

Bir-iki dəqiqədən sonra maşın tərpəndi. Dereksə olduğu yerdə qalaraq 

onun arxasınca baxırdı. 

Onun  sifət  ifadəsi  qeyri-adi  idi.  Sonra  o,  əlacsızcasına  çiyinlərini 

çəkdi, köksünü ötürdü və geri çevrildi... 

Qarşısında dayanmış Erkül Puaronu gördü. Adətinə zidd olaraq Derek 

hirsləndi. Onlar bir- birinə baxdılar - Puaro sakit və anlaşılmaz, 

Dereksə  meydan  oxuyurcasına.  O  dillənəndə  səsi  həmişəki  kimi  bir 

qədər istehzalı idi. 

- Yaxşı qızdır, düzdür? 

- Bəli. - Puaro fikirli-fikirli söylədi. - Madmazel Ketrinə məhz bu söz 

ən çox uyğun gəlir. Bu söz çox ingilissayağıdır, madmazel Ketrinin 

özü də çox ingilissayağıdır. 

Derek susdu. 

Həm də çox sympathique48, elə deyilmi? 



Bəli, - Derek söylədi, - onun kimiləri daha 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə