Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə38/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   34   35   36   37   38   39   40   41   ...   64

150 

 

detektiv barəsində danışdıqlarının hamısını ona söylədi. 



Bu balaca adamın heç kimi aldada bilməyəcək tərzdə sifətindəki saxta 

təvazökarlıq  ifadəsi  ilə  sinəsini  irəli  qabartması  Ketrinə  çox  məzəli 

göründü. 

-  Madmazel,  mən  sizə  bir  sualı  verməyi  unutmuşam,  -  o, 

gözlənilmədən  söylədi.  -  Siz  o  yazıq  ledinin  kupesində  olarkən  öz 

portsiqarınızı orada qoymamışdınız ki? 

Puaro cibindən tutqun göy rəngli qapağı olan, üzərində qızılı rənglə 

“K” inisialı həkk olunan portsiqarı çıxartdı. 

- Xeyr, bu mənim deyil. 

- Ah, min dəfə üzr istəyirəm. Yəqin ki, bu, madamın xüsusi əşyasıdır. 

“K”,  əlbəttə,  Ketterinq  deməkdir.  Maraqlıdır,  amma  biz  onun 

çamadanında başqa portsiqar da tapdıq. İkisi onun nəyinə gərək imiş? 

-  O,  birdən  üzünü  Derekə  tutdu.  -  Bilmirsiniz,  bu  portsiqar  sizin 

arvadınızamı aiddir? 

- B-bilmirəm, - o, dili topuq vura-vura söylədi. - Məncə, onundur. 

- Bəlkə bu sizin portsiqardır? 

Puaro adi halda olduğundan da sadə görünürdü. 

-  Əlbəttə ki, xeyr. Əgər bu, mənim portsiqarım 

olsaydı, onda arvadımda nə gəzirdi? 

Ola  bilər  ki,  siz  missis  Ketterinqin  kupesinə  girərkən  bunu 



salmısınız, - Puaro sadəlövhlüklə 

bildirdi. 

-  Mən ora girməmişəm. Bunu polisə min dəfə 

söyləmişəm. 

- Ah, təkrarən üzr istəyirəm, - Puaro müqəssircəsinə söylədi. - Sadəcə, 

madmazel sizi arvadınızın kupesinə girərkən gördüyünü demişdi. 

Və o, qəsdən susdu. 

downloaded from KitabYurdu.org




151 

 

Ketrin Derekə baxdı. Derekin rəngi qaçdı. Amma bəlkə də ona belə 



gəldi? 

Derek güldüyü zaman onun gülüşü qıza tamamilə təbii göründü. 

-  Siz  yanılırsınız,  miss  Qrey.  Polis  idarəsində  bildirdilər  ki,  mənim 

kupem arvadımın kupesi ilə yanaşı imiş, baxmayaraq ki, o vaxtacan 

mən  bunu  heç  ehtimal  da  etmirdim.  Yəqin  ki,  siz  məni  öz  kupemə 

girərkən  görmüsünüz.  -  O,  Van  Aidinlə  Naytonun  yaxınlaşdığını 

görərək cəld ayağa durdu. - Sizi tərk etməli olacağam, - o dedi. - Mən 

heç bir pulun xətrinə qayınatamla eyni yerdə durmağa dözə bilmərəm. 

Van  Aidin  Ketrinlə  ürəkdən  salamlaşdı,  lakin  onun  əhvalının  pis 

olduğu əməlli-başlı hiss olunurdu: 

- Görürəm, tennis oyununa baxmağı sevirsinizmiş, müsyö Puaro? - o 

soruşdu. 

-  Bəli, bu mənə həzz verir, - Puaro dostyana 

cavab verdi. 

-Yaxşı ki, siz Fransadasınız. Bizim Ştatlarda qaydalar daha ciddidir, 

bizim xəmirimiz başqa cür yoğrulub. Bizdə iş həzzdən daha üstündür. 

Puaro incimədi. O, ədəblə gülümsədi və milyonçuya dedi: 

-  Əsəbiləşməyin, xahiş edirəm. Hər kəsin öz 

metodu var. Fransada iş ilə həzzi birləşdirməkdən ötrü bizim ürəyimiz 

gedir. 


O,  Ketrinlə  Naytona  baxdı.  Onların  başı  tamamilə  öz  söhbətlərinə 

qarışmışdı. 

Puaro  razı  halda  başını  tərpətdi,  sonra  səsini  alçaldaraq  üzünü 

milyonçuya tutdu: 

Mən bura ancaq həzz xətrinə gəlməmişəm, 



müsyö Van Aidin. Baxın, düz bizim qənşərimizdə saqqallı, ucaboy bir 

kişi əyləşib. 

downloaded from KitabYurdu.org



152 

 

- Hə, nə olsun ki? 



- Bu, müsyö Papapolousdur. 

- Yunan? 

Yunan da demək olar. Dünyada çox məşhur 



olan bir antikvardır. Onun Parisdə kiçik mağazası var, lakin polis onun 

daha başqa bir işlə məşğul olduğuna şübhə etmir. 

- Nə ilə? 

-  O, oğurluq mallar alır, əsasən də daş-qaşlar. Demək olar ki, onun 

nəsə etməyə ehtiyacı yoxdur, ancaq daş-qaşları yenidən təp-təzə 

görünənə  kimi  cilalamaq,  vəssalam.  O,  Avropanın  yüksək  səviyyəli 

şəxsləri ilə iş görür. 

Van Aidin Puaroya daha böyük maraqla baxdı. 

-  Bəs sonra? - o, yeni səs tonu ilə səbirsizliklə 

söylədi. 

- Mən, Erkül Puaro, - o, sinəsinə dramatik şəkildə bir zərbə ilişdirərək 

dedi, 


öz-özümdən 

soruşuram:  niyə  müsyö  Papapolous 

gözlənilmədən Nitsaya gəlib? 

Van Aidin sanki birdən-birə canlandı. O, indicə bu balaca adamın adi 

rüsvayçılıq olduğuna dair 

öz-özlüyündə qərar verərək Puaro barədə ümidsizliyə qapılmışdı. İndi 

isə o, ilkin fikirlərinə geri qayıdırdı. Van Aidin detektivə baxdı: 

- Mən sizdən üzr istəyirəm, müsyö Puaro, - o, birbaşa elan etdi. 

Puaro etinasızlıqla işarə edərək sanki bütün üzrxahlığı qəbul etdiyini 

bildirdi. 

-Ah, bunların hamısı boş şeylərdir. Yaxşı olar ki, mənə qulaq asasınız, 

müsyö Van Aidin. Sizə bir təzə xəbərim var. 

Milyonçu sual dolu nəzərlərlə ona baxdı. Puaro başını tərpətdi: 

- Bəli, bəli, bu sizin üçün maraqlı olacaq. Bildiyiniz kimi, qraf de la 

downloaded from KitabYurdu.org




153 

 

Roş ilk gündən bəri 



nəzarət altına alınıb. Onun villasında axtarış aparıblar. 

- Nə olsun ki?! Bir şey tapıblarımı? Zənnimcə, xeyr. 

Puaro yüngül təzim göstərdi: 

-  Sizin  təxmininiz  həqiqətdən  uzaq  deyil,  müsyö  Van  Aidin.  Onlar 

şübhəli heç nə tapmayıblar. Və bu da çox təbiidir. Qraf de la Roş, necə 

deyərlər, dünən anadan olmayıb. O, hiyləgərdir, həm də ki, onun çox 

zəngin təcrübəsi var... 

- Davam edin, - Van Aidin dözə bilmirdi. 

- Əlbəttə. Ola bilsin ki, qrafın onu etibardan salacaq heç nəyi yoxdur. 

Amma biz başqa ehtimalları silib ata bilmərik. Əgər onun gizləməli 

nəyisə varsa, onda o harada ola bilər? Evdə 

deyil - polis oranı bir-bir yoxlayıb, üstündə də deyil - axı o bilir ki, 

polis istənilən an onu həbs edə bilər. Bircə qalır onun maşını. Dediyim 

kimi,  qraf  nəzarətdə  idi.  Magistratdakı  söhbətin  ertəsi  günü  qraf 

Monte-Karloya gedib. Oradan isə Mentona yol alıb. Onun maşını çox 

güclü imiş və onu izləyənlərdən qurtula bilib. Və on beş dəqiqə bizim 

görmə sahəmizdən yox olub. 

- Və bu müddət ərzində də o, yolun kənarına nəsə atıb? - Van Aidin 

maraqlandı. 

- Xeyr! Yolun kənarına deyil. Ce nest pas pratique. Amma davamına 

qulaq asın. Mən müsyö Karrejden bir şey xahiş etdim və o da mənim 

xahişimi ədəblə yerinə yetirdi. Bu yerlərdə poçtların hər birində qrafı 

üzdən 

tanıyan bir adam var. Nəyisə gizləməyin ən yaxşı üsulu həmin əşyanı 



poçtla göndərməkdir. 

-  Sonra? - milyonçu hövsələsiz halda soruşdu. 

- Yaxşı. Voila44! - Puaro dramatik hərəkətlə cibindən qəhvəyi rəngdə 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə