Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə46/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   42   43   44   45   46   47   48   49   ...   64

182 

 

istəyirsiniz? Məni nədənsə çəkindirirsiniz! Lakin mən eyhamları başa 



düşəcək qədər ağıllı deyiləm. Yaxşı olar ki, siz mənə hər şeyi birbaşa 

söyləyəsiniz. 

Puaro qəmli baxışla ona baxdı. 

- Ah, mais cest anglais ca56, - o danışmağa başladı. - Hər şey ancaq 

ya  qara,  ya  da  ağdır,  hər  şey  dəqiq  və  müəyyəndir.  Lakin  həyat, 

madmazel, çətindir. Elə işlər var ki, hələ baş verməyib, amma kölgəsi 

artıq görünür. - O, alnını iri ipək dəsmalla sildi. - Mən də, deyəsən, 

şair  oluram.  Gəlin  sadəcə  faktlardan  danışaq.  Və  faktlardan 

danışmışkən, siz mayor Nayton haqqında nə düşünürsünüz? 

-  O, mənim həqiqətən də xoşuma gəlir, - Ketrin coşqunluqla söylədi. 

- O, valehedici adamdır. 

Puaro dərindən köksünü ötürdü: 

-  Elə ürəkdən cavab verdiniz ki! - o dedi. - Siz 

əgər başqa tərzdə - “o, xoş centlmendir” desəydiniz, eh bien, mən daha 

məmnun olardım. 

Ketrin susdu. O, bir az özünü itirdi. 

Puaro xəyalpərvərliklə davam etdi: 

-Amma kim bilir... qadınların nə düşündüklərini çətin anlamaq olur. 

Onların hisslərini gizli 

saxlamaq üçün o qədər üsulları var ki... Səmimilik də onlardan biridir. 

O, yenidən köksünü ötürdü. 

-  Başa düşmürəm... - Ketrin sözə başlamaq 

istədi. 

-  Sizinlə  nə  üçün  ədəblə  danışmadığımı  başa  düşmürsünüz, 

madmazel? Mən qoca adamam

düzdür,  tez-tez  olmasa  da,  bəzən  mənə  əziz  olan  adamların  yolunu 

kəsirəm.  Biz  dostuq,  madmazel.  Siz  özünüz  belə  söylədiniz.  Buna 

downloaded from KitabYurdu.org




183 

 

görə də mən sizin xoşbəxt olmağınızı istəyirəm. 



Bir  müddət  Ketrin  susaraq  uzaqlara  baxdı.  Günəş  çətirinin  ucu  ilə 

çınqıl daşları döşənmiş cığırın üstündə fiqurlar cızırdı. 

- Mən sizə mayor Nayton barədə sual verdim, madmazel. İndisə icazə 

verin soruşum, mister Derek Ketterinq sizin xoşunuza gəlirmi? 

- Mən, demək olar ki, onu tanımıram! 

- Bu, cavab deyil. 

- Axı mən həqiqətən də onu tanımıram. 

Puaro qızın səsindəki qeyri-adi sərtliyi duyaraq çaşqınlıqla ona baxdı. 

Sonra isə asta-asta və kədərli şəkildə başını tərpətdi. 

-Yəqin  ki,  siz  haqlısınız,  madmazel.  Bir  mənə  baxın.  Anlayırsınız, 

mən  ömrüm  boyu  çox  şey  görmüşəm  və  ancaq  iki  şeyi  dəqiq 

mənimsəmişəm.  Yaxşı  kişi  pis  qadına  olan  məhəbbəti  ilə  məhv  ola 

bilər. Lakin pis kişi də yaxşı qadına olan məhəbbəti ilə məhv ola bilər. 

Ketrin gözünün ucu ilə ona baxdı. - Siz “məhv olar” dedikdə... 

Kişilərin  nöqteyi-nəzərini  fikrimdə  tuturam.  Adam  gərək 



cinayətə özünü tamamilə həsr 

etsin, başqa işlərə olduğu kimi. 

Siz məni çəkindirmək istəyirsiniz? - Ketrin 



sakit söylədi. - Kimdən? 

Mən  sizin  qəlbinizi  oxumağı  bacarmıram,  madmazel.  Heç 



düşünmürəm ki, siz mənə bunu 

etməyə icazə verəsiniz. Ancaq bunu söyləyəcəyəm ki, qadınları özünə 

cəzb eləyən kişilər mövcuddur. 

- Qraf de la Roş, - Ketrin təbəssümlə soruşdu. 

-  Başqaları  da  var,  qraf  de  la  Roşdan  da  təhlükəli  olanları.  Onlar 

ədəbsizlikləri və 

biveclikləri ilə diqqəti cəlb edirlər. Siz aludə olmusunuz, madmazel, 

downloaded from KitabYurdu.org




184 

 

amma ümid edirəm ki, bu, daha ciddi nəyəsə çevrilməyib. Sizə bəhs 



etdiyim kişinin hissləri həqiqətən də səmimidir, lakin eyni zamanda 

da... 


- Bəli? 

O, ayağa duraraq qıza üstdən aşağı baxdı, sonra sakitcə dedi: 

- Əlbəttə ki, siz oğrunu sevə bilərsiniz, madmazel, lakin qatili isə yox. 

Puaro cəld çevrildi və getdi. 

O, qızın onun dalınca səsləndiyini eşitdi, amma özünü eşitməməzliyə 

vurdu. O, Ketrinə istədiklərinin hamısını söylədi və həqiqiliyinə 

şübhə etmədiyi  sonuncu cümləsini dərindən başa düşmək üçün onu 

tək-tənha qoydu. 

Derek  Ketterinq  kazinodan  çıxarkən  Ketrinin  skamyada  tək 

oturduğunu görüb onun yanında əyləşdi. 

-  Mən oynayırdım, - o, gülə-gülə dedi, - lakin 

uğursuz oldu. Üstümdə olanın hamısını uduzdum. 

Ketrin  narahatlıqla  ona  baxdı.  Qız  onun  davranışında  yeni  nəsə 

duyurdu. Ona elə gəldi ki, o təlaşlıdır, lakin bunu gizlətməyə çalışır. 

-  Fikrimcə, siz anadangəlmə qumarbazsınız. 

Oyunun ruhu sizi özünə cəlb edər. 

-  Hər  mənada  qumarbaz?  Demək  olar  ki,  haqlısınız.  Məgər  bunun 

özündə bir gözəllik 

yoxdur? - hər şeyi birdən riskə atmaq, bu, xüsusi hissdir. 

Ketrin onun sözlərinin qəlbində əks-səda oyandırdığını duydu. 

- Mən sizinlə danışmaq istəyirəm, - Derek sözünə davam etdi. - Kim 

bilir, belə fürsət əlimə bir də nə vaxt düşəcək. Bilirəm, burda deyirlər 

ki,  guya  arvadımı  mən  öldürmüşəm...  Xahiş  edirəm,  sözümü 

kəsməyin.  Əlbəttə,  bu,  cəfəngiyatdır.  -  O,  bir  qədər  susdu  və  sonra 

yenidən danışdı. - Polis və magistratla mən bir qədər ehtiyatlı olmalı 

downloaded from KitabYurdu.org




185 

 

idim.  Lakin  sizin  yanınızda  mən  yalan  deməyəcəyəm.  Rut  Van 



Aidinlə  qarşılaşdığım  zaman  mən  onunla  pulun  xətrinə  evlənmək 

istəyirdim.  O,  bəzən  əsl  Madonnaya  bənzəyirdi  və  mən...  nə  isə, 

mənim yaxşı 

niyyətlərim var idi, lakin hamısı acı məyusluqla bitdi. Mənim arvadım 

başqasını sevə-sevə mənimlə evlənib. O, heç vaxt məni sevməyib. Ah, 

mən  bir  qram  da  şikayət  etmirəm  -  bu,  sərfəli  razılaşma  idi.  Rut 

Lokenberini  almaq  istəyirdi,  mənə  isə  pul  lazım  idi.  Bütün 

xoşagəlməzliklər  ancaq  onun  damarlarından  amerikalı  qanı  axdığı 

üçün yarandı. Mənə qarşı heç bir hiss bəsləmədiyi halda, istəyirdi ki, 

mən daima onun sözü ilə oturub-durum. O, həmişə məni satın aldığını 

və  ona  məxsus  olduğumu  deyirdi.  Nəticədə  mən  ondan  tamamilə 

uzaqlaşdım.  Özümü  tamam  pis  aparmağa  başladım.  Qayınatam  bu 

barədə sizə danışar və o, haqlı olar. Rut öləndə mən artıq müflis idim. 

- O birdən güldü. - Ah, sənin qarşındakı adam 

əgər Rufus Van Aldindirsə, onda bu, qətiyyən təəccüblü deyil. 

Bəs sonra? - Ketrin sakit soruşdu. 



- Sonra? - Derek çiyinlərini çəkdi. - Rut qətlə yetirildi 

- tam zamanında. 

O güldü və onun gülüşü Ketrini incitdi. 

Qızın əti ürpəşdi. 

- Bəli, - Derek dedi, - bu, elə də xoş etiraf deyil. Lakin bu belədir. Mən 

sizə  bir  şey  də  demək  istəyirəm.  Sizi  gördüyüm  ilk  vaxtda  başa 

düşdüm ki, siz mənim üçün dünyadakı yeganə qadınsınız. Mən sizdən 

qorxdum. Fikirləşdim ki, mənə bədbəxtlik gətirəcəksiniz. 

Bədbəxtlik? - Ketrin tez soruşdu. 



O, qıza baxdı. 

Niyə belə tərzdə söylədiniz? Nə barədə 



downloaded from KitabYurdu.org


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə