Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə34/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

134 

 

- Əlbəttə ki, düz deyil! - Qraf sakit idi. 



Onlar hesab edir ki, bunu siz etmisiniz, lakin həqiqətdən xəbərləri 

yoxdur. Mənsə bilirəm. 

Qraf maraqla ona baxdı: 

- Siz madam Ketterinqi kimin öldürdüyünü bilirsinizmi? Siz bunumu 

söyləmək istəyirsiniz, madmazel? 

Mirel yenidən başını tərpətdi: 

-Bəli. 


- Bəs o kimdir? - qraf cəld soruşdu. 

Onun əri. - Qadın qrafa yaxınlaşdı və sakit, lakin acıqlı və mənalı 



tərzdə söylədi: - Onu əri 

öldürüb. 

Qraf kresloya söykəndi.  Onun sifət  ifadəsi  anlaşılmazlığını qoruyub 

saxlayırdı. 

- İcazə verin, sizdən soruşum, madmazel, bunu siz haradan bilirsiniz? 

Haradan bilirəm? - Mirel qəhqəhə çəkərək ayağa durdu. - O, 



bunu əvvəldən planlaşdırıb. 

O  müflisləşib,  rüsvay  olub.  Ancaq  arvadının  ölümü  onu  xilas  edə 

bilərdi.  Özü  mənə  deyib.  O,  arvadının  getdiyi  qatarda  imiş,  lakin 

arvadının bundan xəbəri yox imiş. Mən sizə sual verirəm, nəyə görə? 

Ona görə ki, o, arvadına gecə hücum etməyi qərarlaşdırmışdı. Ah, - 

Mirel  gözlərini  yumdu,  -  mən  bunun  necə  baş  verdiyini  elə  aşkar 

görürəm ki... 

Qraf boğazını arıtladı: 

Ola bilsin, ola bilsin, - qraf dedi. - Amma, madmazel, bəs bu 



halda daş-qaşları oğurlamaq 

onun nəyinə gərəkdir? 

-  Daş-qaşlar! - Mirel dərindən ah çəkdi. - Daş- 

downloaded from KitabYurdu.org




135 

 

qaşlar! Ah, o yaqutlar... 



Onun gözləri parlaq atəşlə alovlandı. Qraf bu sayaq şeylərin qadınlara 

etdiyi  sehrin təsirinə bir  daha təəccüblənərək narahatlıqla ona baxdı 

və söhbətin səmtini dəyişdi: 

- Bəs  məndən  nə  istəyirsiniz,  madmazel?  Mirel  sakitləşdi  və 

yenidən işgüzar görkəm aldı: 

-  Hər şey çox sadədir. Siz polisə gedirsiniz və onlara deyirsiniz ki, 

bu cinayəti müsyö Ketterinq 

törədib. 

Bəs onlar mənə inanmasalar necə? Əgər məndən sübut istəsələr 



necə? - O, diqqətlə 

qadına baxdı. 

Mirel astadan güldü və qaramtıl narıncı şərfinə - toxundu: 

-  Onları  mənim  yanıma  göndərin,  müsyö  qraf,  -  o,  demək  olar  ki, 

pıçıltı ilə söylədi. - Mən onlara 

sübut verərəm. 

Və o, ildırım təki gəldiyi kimi də çıxıb getdi. 

-  Bədqılığa bax a! - o deyindi. - Görəsən, onu özündən belə çıxaran 

nədir? Dişlərini qıcamağa 

onu  nə  vadar  edib?  Doğrudanmı,  o,  mister  Ketterinqin  öz  arvadını 

öldürdüyünə inanır? Hələ bir istəyir ki, buna mən də, üstəlik polis də 

inansın. 

Qraf  öz-özünə  güldü.  O,  polisə  getmək  fikrində  deyildi.  Onun 

qarşısında başqa imkanlar açılırdı 

və həmin imkanlar onun bu cür gülüşünə ilham verirdi. 

Buna  baxmayaraq,  onun  üzü  tezliklə  tutuldu.  Mirel  dedi  ki,  polis 

ondan şübhələnir. Bu, düzgün ola bilər. Amma ola da bilər ki, belə 

olmasın. 

downloaded from KitabYurdu.org



136 

 

Mirel kimi qadınlar qəzəbli olarkən öz istədiklərini əldə etmək üçün 



hər şeyə qadir olurlar. Digər tərəfdən də, Mirel bu cür məlumatı əldə 

edə  bilər.  Bu  halda  -  qraf  dodaqlarını  büzdü  -  bu  halda  o,  ehtiyat 

tədbirləri görməlidir. 

Qraf evə daxil oldu və İppolitdən evə kənar adamın gəlib-gəlmədiyini 

yenidən soruşdu. Qulluqçu heç kimin gəlmədiyinə tamamilə əmin idi. 

Qraf  yataq  otağına  qalxaraq  divarın  yanındakı  qədimi  büroya 

yaxınlaşdı.  Kağız  üçün  bölmələrdən  birinin  qapağını  açdı  və  onun 

nazik 


barmaqları  arxa  tərəfdəki  gizli  düyməni  basdı,  gizli  siyirmə  dərhal 

açıldı. Orada qəhvəyi bağlama var idi. Qraf onu çıxardı və fikirli halda 

bir  müddət  əlində  saxladı.  Sonra  üz-gözünü  əzabçəkici  surətdə 

turşudaraq saçından bir tel qopardı, siyirmənin kənarına qoydu və onu 

ehtiyatla  bağladı.  Bağlamanı  əlində  saxlayaraq,  al-qırmızı  rəngli 

ikinəfərlik  maşınını  saxladığı  qaraja  endi.  On  dəqiqə  sonra  o,  artıq 

Monte- Karloya gedirdi. 

Qraf bir neçə saatını kazinoda keçirdi, sonra şəhərdə gəzdi. Yenidən 

maşına əyləşib Menton istiqamətinə yollandı. Hələ hava o qədər də 

qaralmamışdı  və  qraf onu izləyən boz maşını seçə  bilirdi. O, həmin 

maşını daha əvvəl - 

Monte-Karloya gedərkən də görmüşdü. Qraf gülümsədi. Yol yoxuşa 

qalxırdı. 

Qraf  akseleratoru  möhkəm  sıxdı.  Kiçik  qırmızı  maşın  xüsusi  olaraq 

qraf  üçün  hazırlanmışdı  və  ilk  baxışda  göründüyündən  daha  güclü 

motora malik idi. Maşın dərhal irəli atıldı. 

Qraf  ətrafa  boylandı  və  yenidən  gülümsədi:  boz  maşın  çox  uzaqda 

qalmışdı.  Kiçik  qırmızı  maşın  tozanaq  qaldıraraq  boş  yolla  uçurdu. 

Buralar  təhlükəli  yerlər  idi,  sürət  təhlükəli  həddə  çatmışdı,  yol  isə 

downloaded from KitabYurdu.org




137 

 

maili şəkildə aşağı enirdi, lakin qraf birinci dərəcəli sürücü idi. Onun 



maşını qəflətən sürəti azaltdı və poçtun yanında dayandı. 

İki dəqiqədən sonra o, yenidən Monte-Karlo istiqamətində irəliləyirdi. 

Nəhayət, boz maşın 

gəlib çatanda qraf otellərin birinin verandasında ənənəvi çayını içirdi. 

Bir  qədər  sonra  o,  Monte-Karloya  qayıtdı  və  orada  şam  etdi. 

Gecəyarıdan bir az keçmiş qraf evə qayıtdı. Onu təlaş içərisində olan 

İppolit qarşıladı: 

-  Ah, müsyö qraf qayıtdı! Müsyö qraf təsadüfən 

mənə zəng vurmamışdı ki? 

Qraf başını yelləyərək “yox” dedi. 

-  Saat üçdə mənə zəng vurdular və dedilər ki, müsyö qraf istəyir ki, 

mən “Neqresko” otelinə 

onun yanına gəlim. 

- Hə? Sən də getdin? 

-  Əlbəttə, müsyö, lakin “Neqresko” otelində heç kim müsyö qrafdan 

heç bir xəbər deyə bilmədi. 

-  Ah! Və əlbəttə ki, həmin vaxt Mari bazarda idi

eləmi? 


- Bəli, müsyö. 

-  Hər şey qaydasındadır, - qraf söylədi. - Eybi 

yox. Sadəcə, anlaşılmazlıq baş verib. 

Yuxarı qalxarkən qraf gülümsədi. 

Qraf yataq otağında hər şeyə diqqətlə baxdı. Hər şey, demək olar ki, 

öz  qaydasında  idi.  O,  bütün  şkafı  və  siyirmələri  yoxladı.  Sonra 

məmnun halda başını tərpətdi. Hər şey, demək olar ki, əvvəl olduğu 

kimi yerində dururdu, lakin tamamilə eyni deyildi. Məsələ aydın idi, 

evi axtarmışdılar. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə