Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə33/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

130 

 

36 Necə də darıxdırıcıdır! 



XIX 

FƏSİLGözlənilməz qonaq 

Qraf de la Roşun omelette fines herbes37, entrecote Bearnaise38 və 

savarin au rhumdan39 ibarət dejeneri40 təzəcə bitmişdi. 

Səliqəli  bığlarını  salfet  kağızı  ilə  silən  qraf  masadan  qalxdı  və 

aristokratik  nizamsızlıqla  döşənmiş  objets  d’art  ilə  XI  Luinin  tütün 

qutusu, Mariya-Antuanettanın  ipək ayaqqabısı və başqa nadir bəzək 

əşyaları ilə bəzənmiş salondan ötüb keçdi. 

Adətən,  qraf  qonaqlarına  izah  edirdi  ki,  bütün  bunlar  ona  ulu 

babalarından  qalıb.  O,  terrasa  çıxaraq  etinasızlıqla  Aralıq  dənizinə 

baxdı.  Qraf  de  la  Roş  indi  bu  mənzərədən  həzz  alacaq  vəziyyətdə 

deyildi. Ən kiçik xırdalığına qədər düşündüyü planı alt-üst olmuşdu. 

Qraf həsirdən düzəldilmiş kresloda əyləşərək siqaret çəkməyə başladı 

və fikrə getdi. 

Onun xidmətçisi İppolit  sinidə qəhvə və bir neçə spirtli içki gətirdi. 

Qraf çoxillik brendini seçdi. 

Xidmətçi  getməyə  hazırlaşanda  qraf  işarə  ilə  onu  saxladı.  Xitmətçi 

ehtiramlı  bir  duruşda  donub  qaldı.  İndi  o,  öz-özlüyündə  hörmət  və 

diqqətin təcəssümünü xatırladırdı. 

- Ola bilsin ki, - qraf dedi, - bu yaxın günlər ərzində bu evə bir neçə 

adam baş çəksin. Ola 

bilsin ki, onlar səninlə və Mari ilə yaxınlıq qurmağa çalışsınlar. Çox 

güman ki, mənimlə bağlı bir neçə sual verəcəklər. 

Bəli, müsyö qraf. 



- Bəlkə bu, artıq baş verib? 

Xeyr, müsyö qraf. 



Buraya heç kim gəlməyib ki? Əminsən? 

- Heç kim, müsyö qraf. 

downloaded from KitabYurdu.org




131 

 



Bu, yaxşı oldu, - qraf soyuqqanlı halda 

söylədi, 

-  amma  buna  baxmayaraq,  gələcəklər.  Bilirəm.  Gəlib  suallar 

verəcəklər. 

İppolit sahibinə daha çox maraqla baxdı. Qraf İppolitə baxmadan asta-

asta danışırdı. 

-  Sənə  də  məlum  olduğu  kimi,  mən  çərşənbə  axşamı  səhər-səhər 

gəlmişəm.  Əgər  səndən  polis,  yaxud  da  hər  kimsə  soruşsa,  unutma: 

mən  on  beşi  çərşənbə  günü  deyil,  on  dördü  çərşənbə  axşamı  günü 

gəlmişəm. Başa düşdün? 

- Əlbəttə, müsyö qraf. 

- Qadınlara aid məsələlərdə ehtiyatlı olmaq lazımdır. 

- Mən ehtiyatlı olacağam, müsyö. 

- Bəs Mari? 

- Mari də. Ona zamin oluram. 

- Lap yaxşı, - qraf burnunun altında mızıldandı. 

İppolit getdikdən sonra o, dalğın halda qəhvəsini yavaş-yavaş içməyə 

başladı. Bəzən qrafın sifəti 

tutulur,  bəzən  başını  yelləyirdi.  Bir-iki  dəfə  də  hansısa  bir  fikri 

təsdiqləyirmiş kimi başını tərpətdi. 

Bu düşüncələr arasında İppolit içəri girərək ona müraciət etdi: 

- Bir nəfər xanım gəlib, müsyö qraf. 

- Xanım? 

Qraf təəccüblənmişdi. Ona görə yox ki, “Marina” villasına xanımların 

gəlişi qeyri-adi hal idi, ona görə ki, indi qraf onlardan hansının onu 

görməyə gəldiyini təxmin edə bilmirdi. 

- Düşünürəm ki, bu xanım sizinlə tanış deyil, müsyö. 

- Qulluqçu sanki sahibinin fikrini oxudu. Qrafı maraq daha da bürüdü: 

downloaded from KitabYurdu.org



132 

 

- Onu içəri gətir, İppolit, - deyə əmr etdi. 



Bir  dəqiqə  sonra  ekzotik  ətirlərlə  müşayiət  olunan  qara-narıncı 

geyimli füsunkar bir məxluq terrasda peyda oldu. 

- Müsyö qraf de la Roş? 

- Hüzurunuzdayam, madmazel, - o, təzim etdi. 

-  Mənim  adım  Mireldir.  Güman  edirəm  ki,  siz  mənim  barəmdə 

eşitmisiniz. 

-Ah, həqiqətən də, madmazel, füsunkar Mirelin mahirliyi kimi laqeyd 

qoya bilər? Siz möhtəşəmsiniz! 

Mirel komplimenti laqeydcəsinə və qeyri-iradi təbəssümlə qarşıladı. 

- Gəlişim barədə əvvəlcədən xəbət verməmişəm, - o, söhbətə başladı. 

-Ah!  Rica  edirəm,  madmazel,  əyləşin,  -  qraf  stulu  çəkərək  ucadan 

dedi. 


Qrafın bu nəzakətinin arxasında böyük maraq gizlənirdi. O, qadınlar 

haqqında,  demək  olar,  hər  şeyi  bilirdi.  Düzdür, o,  heç  vaxt  Mirelin 

məxsus  olduğu  qəbildən  olan  qadınlarla  münasibətdə  olmamışdı, 

çünki, o da qrafın özü kimi yırtıcı idi. Bu mənada o və rəqqasə eyni 

yuvanın  quşu idi. Qraf bilirdi ki,  onun cazibəsi Mirelə heç bir təsir 

göstərməyəcək: rəqqasə parisli idi və insanlardan baş çıxarırdı. Hər nə 

olsa da, qraf bir şeyi dərhal başa düşdü. O, başa düşdü ki, qarşısındakı 

acıqlı qadındır, acıqlı qadınlarsa- bunu qraf dəqiq bilirdi - lazımından 

çox danışır 

və bu zaman sakitliyini qoruya bilən centlmen isə qazanmış olur. 

-  Mənim bu miskin guşəmə baş çəkməklə bizə şərəf verməyiniz sizin 

tərəfinizdən mənə qarşı 

böyük lütfdür. 

- Bizim Parisdə ortaq dostlarımız var, - Mirel dedi, 

-  mən sizin barənizdə onlardan çox eşitmişəm. 

downloaded from KitabYurdu.org




133 

 

Lakin bu gün başqa səbəbdən gəlmişəm. Nitsaya gələndən bəri sizin 



adınızı eşidirəm, ancaq başqa məsələ ilə bağlı, anlayırsınızmı? 

- Eləmi? - qraf sakit halda soruşdu. 

-  Açıq danışacağam, - rəqqasə davam etdi. - Amma inanın ki, mən 

sizin maraqlarınıza biganə 

deyiləm. Nitsada danışırlar ki, siz madam Ketterinqi öldürmüsünüz. 

- Mən? Madam Ketterinqi? Pah! Bu ki, cəfəngiyatdır! 

Buna baxmayaraq, o, həmin sözləri qəzəblənmək əvəzinə tənbəlcəsinə 

söylədi və bununla da onu öz fikrini daha açıq söyləməyə təhrik etdi. 

Bəli, - qadın israr etdi, - bunu mən sizə 



deyirəm. 

-  İnsanlar dedi-qodu etməyi sevirlər, - qraf laqeydliklə söylədi. - 

Əgər hər şeyi ciddi qəbul 

etsək, onda... 

- Siz başa düşmədiniz. - Mirel qabağa əyildi, onun qara gözləri parladı. 

- Bu küçə şayiəsi 

deyil. Polis belə hesab edir. 

Polis? - Qraf oturduğu yerdə dikəldi və bir 



qədər narahatlıq duydu. 

Mirel bir neçə dəfə qızğın surətdə başını yellədi. 

-  Bəli,  bəli.  Mənə  inanın.  Mənim  hər  yerdə  dostlarım  var.  Polis 

rəisinin  özü...  -  O,  çiyinlərini  mənalı  tərzdə  çəkərək  cümləsini 

yarımçıq qoydu. 

Gözəl qadından heç nə gizlətmək mümkün 



deyil, 

- qraf dilləndi. 

Polis əmindir ki, madam Ketterinqi məhz siz 



öldürmüsünüz. Lakin bu, düz deyil. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə