Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə39/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   35   36   37   38   39   40   41   42   ...   64

154 

 

bir bağlama çıxardı. - Bizim centlmen on beş dəqiqə ərzində poçtla 



bunu göndərib. 

- Hansı ünvana? - milyonçu sərt şəkildə soruşdu. 

Puaro başını yellədi. 

-  Təəssüf ki, bu, bizə heç bir konkret məlumat vermir. Sizə bəlkə də 

Parisdəki kiçik köşklər 

barədə danışıblar. Orada məktublar və bağlamalar sahibi gələnə kimi 

saxlanılır. Bu, həm çox rahatdır, həm də çox ucuz başa gəlir. 

- Yaxşı bəs içində nə var? - Van Aidin səbirsizliklə məsələnin əslini 

bilmək istəyirdi. 

-  Neynək,  indi  lap  uyğun  məqamdır,  -  Puaro  ətrafa  boylandı.  - 

Hamının başı tennisə qarışıb. Baxın, müsyö! 

və  o  bir  andaca  qapağı  qaldırdı.  Milyonçunun  rəngi  kağız 



kimi dümağ ağardı. 

İlahi! - O, içini çəkdi. - Yaqutlar! 



O, bir neçə dəqiqə heykəl kimi donub qaldı. Bu müddət ərzində Puaro 

sakit halda bağlamanı bükərək cibinə qoydu. 

Van Aidin sanki qəflətən yuxudan ayıldı. O, Puaronun əlindən yapışdı 

və elə möhkəm sıxdı ki, balaca adam az qaldı ağrıdan qışqırsın: 

- Bu, əladır! Möhtəşəmdir! Sizin tayınız- bərabəriniz yoxdur, müsyö 

Puaro! Siz əlasınız! 

- Əla olası heç nə yoxdur, - Puaro təvazökarlıqla söylədi. - Bunun üçün 

nizamı və üsulu yaddan çıxarmamaq lazımdır və bir də hər şeyə daima 

hazır olmaq gərəkdir, vəssalam. 

-  Güman  edirəm  ki,  indi  Qraf  de  la  Roş  həbs  olunub,  eləmi?  -  Van 

Aidin maraqlandı. 

- Xeyr. 


Milyonçunun sifətində təəccüb əks olundu. 

downloaded from KitabYurdu.org




155 

 

-Axı niyə? Sizə başqa nə lazımdır? 



- Qrafın polad kimi alibisi var. 

- Bu ki, boş şeydir! 

Bəli,  -  Puaro  başı  ilə  təsdiq  etdi.  -  Mən  də  bunun  boş  şey 



olduğunu düşünürəm, amma çox 

təəssüf ki, biz bunu sübut etməliyik. 

O vaxta kimi də o, əlinizdən sivişib çıxacaq. 



Detektiv başını yellədi: 

- Xeyr, qraf bunu etməyəcək. Onun dünyada ən üstün tutduğu şey  - 

cəmiyyətdəki nüfuzudur. O, bunu qurban verə bilməz. Nəyin bahasına 

olursa-olsun, o, cəmiyyətdəki nüfuzunu qorumağa çalışacaq. 

Lakin  Van  Aidin  bu  cavabdan  razı  qalmadı:  -Axı  mən  başa  düşə 

bilmirəm ki... 

Puaro əlini göyə qaldırdı: 

-  Mənə  bir  az  da  vaxt  verin,  müsyö.  Mənim  balaca  bir  fikrim  var. 

Çoxları  Erkül  Puaronun  balaca  fikirlərinə  gülür,  lakin  onlar  səhv 

edirlər. 

-  Yaxşı, - Van Aidin dedi. - Deyin! Nə balaca 

fikirdir belə? 

Puaro dərhal cavab vermədi: 

-  Mən sabah səhər saat on birdə sizin otelə gələcəyəm. O vaxta kimi 

heç kimə heç nə 

söyləməyin. 

43  Salam. 

44  Budur! 

XXII 

FƏSİL 


Müsyö Papapolousun səhər yeməyi 

Müsyö Papapolous səhər yeməyi yeyirdi. Qızı Zia da onun qarşısında 

downloaded from KitabYurdu.org



156 

 

əyləşmişdi. 



Qonaq otağının qapısı döyüldü, içəri qulluqçu girdi və əlindəki kağızı 

Papapolousa  verdi.  O,  kağızı  oxudu,  çaşqınlıqla  qaşlarını  çatdı  və 

kağızı qızına ötürdü. 

-  Hm,  -  o,  fikirli-fikirli  qulağının  dibini  qaşıyaraq  dilləndi.  -  Erkül 

Puaro. Görəsən, nə əcəb? 

Ata və qızı bir-birinin üzünə baxdılar. 

- Mən dünən onu kortda gördüm. Bu, mənim heç xoşuma gəlmir, Zia. 

- Onun sənə kömək etdiyi işlər olub, - qızı yadına saldı. 

- Düzdür, - Papapolous razılaşdı. - Eşitmişəm ki, o, işdən uzaqlaşıb. 

Ata  və  qızının  arasındakı  bu  söhbət  onların  öz  dillərində  gedirdi. 

Sonra müsyö Papapolous üzünü qulluqçuya tutdu və fransızca dedi: 

- Faites monter ce monsieur45. 

Bir neçə dəqiqədən sonra dəbdəbə ilə geyinmiş Puaro əlindəki əsanı 

yelləyə-yelləyə içəri daxil oldu. 

- Əzizim müsyö Papapolous! 

- Əzizim müsyö Puaro! 

Ah, madmazel Zia! - Puaro nəzakətlə təzim 



etdi. 

Səhər  yeməyimizi  davam  etdirdiyimizə  görə  bizi  bağışlayın,  - 



müsyö Papapolous özünə qəhvə süzərək dedi. - Sizin gəlişiniz... bir az 

erkəndir. 

-Ah,  başa  düşürəm  ki,  bu,  ədəbsizlikdir,  -  Puaro  söylədi,  -  amma 

vəziyyət... 

Aaa, siz yenidən axtarışla məşğulsunuz? - 



Papapolous soruşdu. 

Çox ciddi axtarışla, - Puaro cavab verdi. - 



Madam Ketterinqin ölümü ilə bağlı... 

downloaded from KitabYurdu.org




157 

 



Necə, necə? - Papapolous məsumcasına 

tavana baxdı. 

-  O, Mavi qatarda öldürülən xanımdır, hə? Mən bu barədə qəzetdən 

oxumuşam, lakin orada 

təfərrüatları yazılmamışdı. 

-  İstintaqın  marağı  naminə  qərar  verildi  ki,  bu  iş  barədə  təfsilatlar 

yazılmasın, - Puaro bildirdi. 

Sükut çökdü. 

- Bəs mən nə köməklik göstərə bilərəm? - antikvar nəzakətlə soruşdu. 

-  Voila, - Puaro cavab verdi. - Mətləbə keçirəm. 

O, cibindən qəhvəyi  bağlama çıxardı, içindəki  futlyarı açıb,  oradakı 

yaqutları müsyö Papapolousa verdi. 

O, gözünün ucu ilə antikvarı müşahidə edirdi - Papapolousun üzündə 

heç bir əzələ tərpənmədi. O, yaqutları götürüb bir müddət diqqətlə və 

peşəkarlıqla  nəzərdən  keçirdi.  Sonra  sual  dolu  baxışlarla  detektivə 

baxdı. 


-  Onlar  möhtəşəmdir,  elə  deyilmi?  -  Puaro  dedi.  -  Yaxşıdırlar!  - 

Papapolous onunla razılaşdı. 

- Sizcə, onların qiyməti neçədir? 

Bu dəfə Papapolousun üzü yüngülcə tərpəndi: 

- Bunu bilmək həqiqətən də sizə çoxmu vacibdir? 

-  Siz  gözüaçıq  adamsınız,  müsyö  Papapolous.  Xeyr,  buna  ehtiyac 

yoxdur.  Amma...  Onlar,  məsələn,  deyək  ki,  beş  yüz  min  dollar 

edər? 


Papapolous güldü, Puaro da ona qoşuldu. 

-  Həqiqətən  də  təqlid  kimi  onlar  möhtəşəmdir,  -  Papapolous  daş-

qaşları Puaroya qaytardı. - 

Onların  sizin  əlinizə  necə  düşdüyünü  soruşmaq  mənim  tərəfimdən 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə