202
-
Bəli, ser. O və atası böyük məmnuniyyətlə
sizinlə axşam şam edəcəklər.
- Hm... - Puaro dərindən düşünərək söhbətinə başlamazdan qabaq
mızıldandı. O, şokoladını
içdi, fincanla nəlbəkini səliqə ilə məcməyinin düz ortasına qoyub,
xidmətçidən çox, öz-özüylə astadan danışmağa başladı.
- Dələ, mənim əziz Corcum, findıq toplayır. O, payızda qışın
ehtiyatını görür ki, sonradan
onlardan istifadə etsin. Uğur əldə etmək üçün, Corc, insanlar gərək
heyvanlar aləminin onlara göstərdiyi nümunələrdən bəhrə götürməyi
bacarsınlar. Şəxsən mən həmişə belə etmişəm. Siçan yuvasını
gözləyən pişik olmuşam. İzləri axtaran it olmuşam. Eyni zamanda,
əziz Corcum, dələ də olmuşam. Mən kiçik faktları bir- bir yığaraq
ehtiyat toplamışam. İndisə öz anbarıma gedib oradan... qoy bir
xatırlayım...
düz on yeddi il əvvəl qoyduğum bir fındığı çıxarım. Siz məni başa
düşürsünüzmü, Corc?
- Heç ağlıma gəlməzdi ki, fındıq belə uzun müddət qala bilər, ser, -
Corc cavab verdi, - baxmayaraq ki, konservləşdirmə ilə hər bir
möcüzə mümkündür.
Puaro ona baxdı və gülümsədi.
57 Hərfi mənada.
58 Dəhşət dərəcədə dəbdəbəli. 59 Böyük aristokrat.
XXVIII
FƏSİL
Puaro dələ oyununu oynayır
Naharın hazırlanmasına Puaro cəmi on beş dəqiqə ayırdı. Bunun da
öz səbəbi var idi. İlk öncə, o, Monte-Karloya deyil, Kap-Martenə -
ledi Templinin villasına gedərək miss Qreyi çağırtdırdı. Miss əynini
downloaded from KitabYurdu.org
203
dəyişirdi və Puaroya kiçik qonaq otağında gözləməsini söylədilər. Üç-
dörd dəqiqədən sonra bura Lenoks Templin daxil oldu.
- Ketrin hələ hazır deyil, - o dedi. - Sizin nəsə ismarışınızı ona
çatdırımmı, yoxsa onun aşağı düşməsini gözləyəcəksiniz?
Puaro sanki düşünürmüş kimi bir dəqiqəliyinə ona baxdı. Görünür, bu
sadə sualın cavabından çox şey asılı idi.
-
Xeyr, - nəhayət, o dilləndi. - Yaxşı olar ki, mən madmazel
Ketrinin gəlişini gözləməyim.
Yəqin ki, bu, lap yaxşı oldu. Bəzən bu cür işlər çox çətin olur.
Lenoksun üzündə təəccüb əks olundu.
- Mənim ona bir xəbərim var, - Puaro davam
etdi.
- Rəfiqənizə müsyö Ketterinqin bu axşam
arvadını öldürdüyünə görə həbs olunduğunu çatdıra bilərsinizmi?
-
Siz Ketrinə bunu mənim xəbər verməyimi
istəyirsiniz? - Lenoksun nəbzi sürətlə döyünməyə başladı, sanki o,
indicə qaçırmış. Üzü gərginləşdi və rəngi qaçdı.
-
Əgər, mümkündürsə, madmazel, - Puaro
dedi.
-
Axı sizi nə narahat edir? - qız soruşdu. - Düşünürsünüz ki,
Ketrinin əhvalı pozulacaq?
Sizcə, o, Derekə vurulub?
- Bilmirəm, madmazel. Açıq etiraf edirəm. Bir qayda olaraq, mən hər
şeyi bilirəm, amma indiki halda... Olsun ki, siz məndən daha çox
xəbərdarsınız.
- Düzdür, - Lenoks razılaşdı, - amma mən sizə heç nə danışmaq
fikrində deyiləm. - O, qaşlarını çataraq bir neçə saniyə susdu və
sonradan buna baxmayaraq, yenə maraqlandı. - Siz onun bunu
downloaded from KitabYurdu.org
204
törətdiyinə inanırsınız?
Puaro çiyinlərini çəkdi:
- Polis belə iddia edir.
- Cavabdan boyun qaçırırsınız, elə deyilmi? - Lenoks yenidən
qaşqabağını tökdü. - Deməli,
burada gizlətməli nəsə var.
- Siz Derek Ketterinqi çoxdanmı tanıyırsınız? -
detektiv mehribancasına soruşdu.
- Uşaqlıqdan, - qız acıqla cavab verdi. Puaro susaraq başını tərpətdi.
Lenoks stulu çəkdi və dirsəyini masaya dayayaraq sanki üzünü
ovucları ilə saxlayırmış kimi əyləşdi.
-
Onların Derekin əleyhinə nələri var? - O, masanın üstündən
həmsöhbətinə baxaraq sual
verdi. - Güman edirəm ki, əsas var. Bəlkə o, arvadının ölümündən
sonra çoxlu pul miras alıb.
- İki milyon.
-
Əgər arvadı ölməsəydi, o, müflis olardı?
-Bəli.
- Amma bu azdır axı, - Lenoks bildirdi. - Mən bilirəm ki, Derek arvadı
ilə eyni qatarda gedib, lakin bu, öz-özlüyündə heç nə demək deyil.
- Missis Ketterinqin kupesində ona aid olmayan, üzərində “K” inisialı
olan portsiqar tapılıb, iki
nəfər isə Derek Ketterinqi qatar Liona çatmamış onun kupesinə daxil
olarkən və kupedən çıxarkən görüb.
- O adamlar kimlərdir?
- Rəfiqəniz miss Qrey və rəqqasə madmazel
Mirel...
- Bəs Derek özü nə deyir? - Lenoks məsələnin
downloaded from KitabYurdu.org
205
məğzini tamam öyrənməyə çalışırdı.
- O, ümumiyyətlə, arvadının kupesinə daxil olduğunu inkar edir.
- Axmaq! - qız sərt şəkildə dedi. - Deyirsiniz, Liona çatmamış? Bəs
onun... onun nə vaxt
öldüyünü kimsə bilir?
- Tibb işçilərinin təxmini həmişə doğru çıxmır, - Puaro dedi. - Onlar
ölümün Liona çatmamış baş
verdiyinə inanırlar. Biz isə bilirik ki, qatar Liondan yola düşdükdən
bir neçə dəqiqə sonra missis Ketterinq ölü idi.
- Haradan bilirsiniz?
Puaronun dodaqlarında qəribə təbəssüm parladı:
- Bir nəfər kupeyə girib və onun ölü olduğunu -
görübmüş.
- Həmin “bir nəfər” də heç kimə xəbər verməyib?
- Xeyr.
- Nəyə görə?
- Şübhəsiz ki, bunun üçün o adamın öz səbəbi
var imiş.
Qız acıqlı halda ona baxdı:
- Siz də o səbəbləri bilirsiniz?
- Ehtimal edirəm ki, bəli.
Lenoks dərin fikrə getdi. Puaro susaraq onu müşahidə edirdi. Nəhayət,
qız başını qaldıranda onun yanaqlarında yüngül qızartı əmələ
gəlmişdi, gözləri isə işıqla parıldayırdı.
- Siz hesab edirsiniz ki, onu sərnişinlərdən kimsə öldürüb, amma bu,
mütləq deyil. Qatar Lionda dayanarkən qatilin vaqona minməsinə nə
mane ola bilərdi? O, Rut Ketterinqin kupesinə daxil olub onu boğub
öldürə və daş-qaşları da götürüb gözə dəymədən aradan çıxa bilərdi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |