34
- Nə deyirsən, ata? Anlamıram.
Van Aidin ona yaxınlaşdı və biləyindən bərk yapışdı.
- Mənə bax, Rut, sən yenidən onunla görüşürsən?
- Kiminlə?
- O şəxslə ki, bir neçə il əvvəl biz ona görə bir-
birimizlə dalaşmışdıq. Özün bilirsən, kimi deyirəm.
- Sən... - Onun dili topuq vurdu. - Sən qraf de
la Roşu nəzərdə tutursan?
- Qraf de la Roşl- Van Aidin bağırdı. - O vaxt mən sənə söyləmişdim
ki, o, dələduzdur. Onda
sizin münasibətinizin xeyli irəliləməsinə baxmayaraq, mən səni onun
pəncəsindən qopara bildim.
- Sən bunu etdin. - Rut dilxor halda bildirdi. -
Və mən Derekə ərə getdim.
- Sən özün istədin, - milyoner hirslə etirazını
bildirdi.
Qız çiyinlərini çəkdi.
- Və budur, - Van Aidin sakit səslə dedi, - sən
onunla yenidən görüşürsən. Sənə bütün söylədiklərimdən sonra! Bu
gün o, sənin yanında idi. Mən onunla küçədə qarşılaşdım, amma o
dəqiqə tanıya bilmədim.
Rut Ketterinq sakitləşdi.
- Sənə bir söz demək istəyirəm, ata. Sən Armand barədə, yəni qraf de
la Roş barədə səhv fikirdəsən. Bəli, cavanlıqda onun başına bir neçə
xoşagəlməz əhvalat gəlib, onlar haqda o, özü mənə danışıb, ancaq...
Ancaq o, mənə görə
əzab çəkir. Sən Parisdə bizi ayıranda onun qəlbi çox qırılıb, indisə...
Atasının əsəbi səsi onun sözünü kəsdi:
downloaded from KitabYurdu.org
35
- Sən də buna inanırsan? Sən, mənim qızım? İlahi!
- O, əlini havada yellətdi. - Ancaq qadınlar belə səfeh ola bilərlər!
Rəqqasə isə divanda əyləşmiş halda öz-özünə güldü. O, özündən
məmnun idi.
2
Dostum.
3
Əzizim.
4
Yaxşı oğlan.
5 Bu, praktiki deyil. 6 İlahi!
7 Yaxşı, hə.
8 Lənət şeytana!
VII FƏSİL Məktub
“Missis Semuel Harfild miss Qreyi salamlayır və təkid edir ki, miss
Qrey hazırkı vəziyyətdə...”.
Missis Harfild əl saxladı, o, öz fikrini kağız üzərində çətin ifadə edən
insanlar qrupuna aid idi. Bir dəqiqə düşündükdən sonra isə başdan
başladı.
“Əzizim miss Qrey, bizim qulağımıza gəlib çatdı ki, Siz əmim qızı
Emmaya (hansı ki, onun ölümü bizim üçün böyük zərbə idi) qulluq
etməklə öz
vəzifə borcunuzu yerinə yetirmisiniz, mən də duymaya bilmərəm
ki...”.
Missis Harfild yenə də dayandı. Yenə də məktub əzildi və kağız üçün
səbətə atıldı.
Ancaq dördüncü cəhddən sonra məktub, nəhayət, yazılıb qurtarıldı və
zərfə qoyulub ağzı bağlanıldı. Zərfin üzərindəki yazıda göstərilirdi:
Ketrin Qrey, Littl Krempton, Sent-Meri-Mid, Kent”. Ertəsi səhər
həmin məktub daha xoş görkəmli mavi zərfli digər məktubla birgə
məktub sahibinin masasının üzərində dururdu.
downloaded from KitabYurdu.org
36
Ketrin Qrey ilk öncə missis Harfildin məktubunu açdı və oxudu:
“Əzizim miss Qrey. Ərim və mən bizim yazıq Emmaya göstərdiyiniz
köməyə görə Sizə
minnətdarlığımızı bildirmək istəyirik. Onunla uzun müddətdir
görüşmədiyimizə baxmayaraq, Emmanın ölümü bizim üçün böyük
zərbə oldu. Mən anladım ki, onun sonuncu vəsiyyəti özünəməxsus
xarakter daşıyır və heç bir məhkəmə tərəfindən ciddi qəbul edilə
bilməz. Şübhə etmirəm ki, əsilzadəliyinizlə Siz artıq bunu dərk
etmisiniz. Bu məsələni biz layiqli qaydada həll etsək, daha yaxşı olar
- mənim ərim belə hesab edir. Biz Sizə zəmanət məktubu verməyə çox
şad olacağıq və ümid edirik ki, Siz kiçik hədiyyəmizi də qəbul
edəcəksiniz. Mənə güvənin, əziz miss Qrey. Sizin səmimi Meri Enn
Harfild”.
Ketrin Qrey məktubu gülümsəyərək oxudu. Sonra onu yenidən təkrar
oxudu. Nəhayət,
məktubu yerə qoyan zaman onun sifətində istehzalı ifadə yarandı.
Sonra o, ikinci məktubu götürüb oxumağa başladı.
Təbəssüm onun üzündən silindi. Onun nə barədə düşündüyünü
tapmaq çətin idi.
Ketrin Qreyin otuz üç yaşı var idi. O, yaxşı ailədə doğulmuşdu, lakin
atası müflis olmuşdu və gənc Ketrin erkən yaşlarından işləmək
məcburiyyətində qalmışdı. Qoca missis Harfildin kompanyonu olanda
onun düz iyirmi üç yaşı var idi.
Missis Harfildin çətin adam olduğunu hamı bilirdi. Onun
kompanyonları ildırım sürətilə gəlir və yox olurdular. Onlar, adətən,
böyük ümidlərlə gəlir və tamamilə göz yaşları içində çıxıb gedirdilər.
Bununla belə, on il əvvəl Littl
Kremptona Ketrin Qreyin gəlişindən sonra burada əmin-amanlıq
downloaded from KitabYurdu.org
37
hökm sürməyə başladı.
Bunun necə baş verdiyini heç kim bilmirdi. İnsanlar söyləyirlər ki,
valehetmə anadangəlmə xüsusiyyətdir, sonradan qazanılma deyil.
Ketrin Qrey qoca şıltaq lediləri, itləri və balaca oğlanları
sakitləşdirmək üçün dünyaya gəlib və o, bunu adi hal kimi yerinə
yetirirdi.
Ketrin Qrey iyirmi üç yaşında gözəl gözlü, təmkinli bir qız idi. Otuz
üç yaşında da o, həmin gözəl, parlayan, geniş dünyagörüşlü və
dünyanın xoş üzünü görən gözlərə malik qadın idi. Bundan əlavə,
onun çox gözəl anadangəlmə yumor hissi vardı.
Qapının aramsız döyülməsi ilə müşayiət olunan qapı zəngi çalınanda
o, hələ də masa arxasında
əyləşmiş və fikrə getmişdi. Otağa balacaboylu qulluqçu daxil oldu və
şən tərzdə bildirdi:
- Həkim Harrison.
Yekəpər, orta yaşlı həkim otağa elə iti addımlarla daxil oldu ki, həmin
dəqiqə qapını onun döydüyü agah oldu.
- Sabahınız xeyir, miss Qrey!
- Sabahınız xeyir, mister Harrison!
- Mən tezdən gəlmişəm, - həkim sözə başladı.
- Qorxdum ki, siz Harfildin əmisi qızından məktub almış olarsınız.
Missis Semuel, necə ki, o, özünü adlandırır, çox ziyanverici şəxsdir.
Ketrin sakitcə məktubu həkimə sarı uzatdı. Oxuduğu müddətdə
həkimin qaşlarının necə çatıldığını gördükdə o, təəccüblənmədi.
- Zəhlətökən məxluqdur, - o söylədi. - Narahat olma, əzizim. Bütün
bunlar boş sözlərdir. Missis Harfild sizin, mənim kimi ağlı başındadır
və heç kim bunun əksini söyləməyə cəhd etməz. Onlar heç bir iddia
irəli sürə bilməzlər və bunu da dərk edirlər. Məhkəmə barəsindəki
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |