DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
eşitdiyi səs-küy də bu idi. Bir də ki o, küçənin sonunda xərəklərdə
yaralı aparıldığını görür, Kurfeyraka deyirdi: “Bunları biz
yaralamışıq”.
Lakin onların qəlbində doğan ümid çox yaşamadı, onun şüası tez
söndü. Havayı yayılan səs-küy yarım saat keçməmiş dağılıb- getdi;
elə bil, ildırım çaxdı, lakin tufan qopmadı; qiyamçılar yenə də bir şeyi
hiss etməyə başladılar; göy qübbəsi qurğuşun kimi yenə onların
üzərinə enirdi; bu göy qübbəsi bu inadcıl adamları köməksiz buraxan
xalqın laqeydliyi idi ki, onları əzirdi.
Sanki, dumanlı bir şəkildə ehtimal olunan ümumi hərəkət tama-
milə yatmışdı; indi hərbiyyə naziri öz diqqətini, generallar öz strate-
giyasını hələ də dayanıb-duran üç-dörd barrikada ətrafında toplaya
bilərdi.
Günəş üfüqdən get-gedə qalxırdı.
Qiyamçılardan biri Anjolrasa dedi:
- Biz acıq. Yoxsa, biz heç bir şey yeməmiş öləcəyik?!
Anjolras hələ də öz mazğalının qabağında durub küçənin sonuna
baxırdı, o, qiyamçının sualına başı ilə cavab verdi.
On dördüncü fəsil
OXÜCG Bü FƏSİLDƏ ANJOLRASIN
SEVGİLİSİNİN ADINI BİLƏCƏKDİR
Kurfeyrak Anjolrasın yanında, daşın üstündə oturub yenə də topu
ələ salırdı: hər dəfə top saçması deyilən güllələrin iyrənc fışıltı ilə
qara bulud kimi havaya qalxdığını görəndə onları istehza ilə
qarşılayırdı:
-
Zavallı qarı, sənin səsin lap batıb, mənim sənə yazığım gəlir.
Nahaq yerə özünü gücə salırsan. Bu heç göy gurultusudur? Bu ancaq
öskürəkdir.
Qiyamçılar onun sözünə qəhqəhə ilə gülürdülər.
Təhlükə artdıqca Kurfeyrakla Bossüenin şücaəti və sevinci də
artırdı, onlar xanım Skarron kimi, yeməyi zarafatla, şərabı şadlıqla
əvəz edirdilər.
Bossüe deyirdi:
-
Mən Anjolrasa məftunam. Onun təmkini, şücaəti məni valeh
edir. O, tək yaşayır, yəqin, buna görə də həmişə bir az kədərli olur;
52
downloaded from KitabYurdu.org
o, öz böyüklüyünə heyifsilənir, bu böyüklük onu arvadsız qalmağa
məhkum etmişdir. Bizim hamımızın məşuqəmiz var, onlar bizi dəli-
divanə edərək igidləşdirirlər. Adam pələng kimi vurulursa, aslan kimi
vuruşur. Bu, bizə kələk gələn xanım məşuqələrimizdən ən yaxşı inti-
qam yoludur. Roland, Anjelikaya pislik etmək üçün məhv oldu. Biz
göstərdiyimiz bütün qəhrəmanlıqlar üçün qadınlara minnətdarıq.
Arvadsız kişi çaxmaqsız tapança kimidir; ancaq qadın onu hərəkətə
gətirir. Amma Anjolrasın məşuqəsi yoxdur. O, heç kəsə vurulma-
mışdır, amma heç şeydən qorxmur, igiddir. Buz kimi soyuq olasan,
od kimi qızğın - bu heç eşidilməmiş şeydir.
Anjolras, elə bil, Bossüenin dediklərini eşitmirdi, lakin bir adam
onun yanında olsaydı, Anjolrasın astadan söylədiyi bir sözü eşidərdi:
Patria
l
.
Bossüe hələ də zarafat edirdi, birdən Kurfeyrak ucadan dedi:
-
Bu da biri!
Sonra da qonaq gəldiyini xəbər verən baş lakeyi yamsılayaraq
əlavə etdi:
-
Zati-aliləri Doqquzdüymə təşrif buyurub!
Doğrudan da, səhnədə yeni bir şey - ikinci top lüləsi göründü.
Topçular topu cəld arabadan açıb birinci topun yanına çəkdilər.
Bu, işin sonunu yaxınlaşdırırdı.
Topları tez doldurdular; bir neçə dəqiqədən sonra hər iki topdan
düzünə nişan almaqla barrikadaya atəş açmağa başladılar; piyada
hissə və şəhər civan qvardiyaçı bölmələri tüfəngdən atəş açırdılar.
Başqa bir yerdən də top səsi gəlirdi: bu toplar yaxından atılırdı.
İki top Şanvreri küçəsindəki barrikadanı şiddətli atəşə tutmuşdu, elə
bu zaman iki başqa top da, biri Sen-Deni, biri də Obri-le-Buşe
küçəsindən nişan alaraq, Sen-Merri barrikadasını dəlik-deşik edirdi.
Dörd top məşum bir əks-səda kimi səs-səsə vermişdi.
Müharibənin bu sərt köpəkləri ağız-ağıza verərək hürüşürdü.
Şanvreri küçəsindəki barrikadaya toplardan biri mərmi ilə, biri də
top saçması ilə atəş açırdı.
Mərmi atan topun ağzı bir qədər yuxarı qaldırılmışdı, bununla da,
topçular elə nişan alırdılar ki, mərmi barrikadanın düz yuxansına
dəysin, onu dağıtsın, qiyamçıların üstünə daş qəlpələrini top saçması
kimi yağdırsın.
1
Vətən
(lat.)
53
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Bu cür atəş açmaqda məqsəd qiyamçıları divardan uzaqlaşdır-
maq, barrikadanın iç tərəfində daldalanmağa məcbur etmək idi, başqa
sözlə, bu, hücuma hazırlaşmaq deməkdi.
Düşmən qiyamçıları mərmi ilə barrikadanın üstündən, top saç-
ması ilə də meyxananın pəncərələrindən qova bilsə, dərhal küçəyə
doluşacaq, daha qorxmayacaq ki, onu görüb atəşə tuta bilərlər, dünən
axşamkı kimi onlar birbaş barrikadanın üstünə cumacaqlar, kim bilir,
bəlkə də, qiyamçıların üstünü qəfil alıb barrikadanı tuta- caqlar.
Anjolras:
-
Bu topları mütləq sıradan çıxarmaq lazımdır, - deyərək ucadan
komanda verdi: - Topçulara atəş!
Hər şey hazır idi. Bayaqdan bəri susan barrikada şiddətli atəş
açdı: bir-birinin ardınca altı-yeddi yaylım atəşi eşidildi: atəş həm
qəzəb, həm də qalibiyyətlə səslənirdi. Küçəni qatı tüstü bürüdü. Bir
neçə dəqiqədən sonra da od saçılan tüstü dumanı içində topçula- rın
üçdəiki hissəsinin çarxların dibində sərilib qaldığını seçmək olurdu.
Sağ qalanlar yenə də əvvəlki arxayınlıq və amansızlıqla topları dol-
dururdular, ancaq indi tez-tez atəş açmırdılar.
Bossüe Anjolrasa dedi:
-
Yaman zərbə oldu! Bax bu, müvəffəqiyyətdir.
Anjolras başını yırğalaya-yırğalaya ona cavab verdi:
-
On beş dəqiqə də bu cür müvəffəqiyyət olsa, barrikadada heç
onca patron da qalmaz.
Görünür, Qavroş bu sözləri eşidirmiş.
On beşinci fəsil
QAVROŞÜN BARRİKADADAN ÇIXMASI
Birdən Kurfeyrak barrikadanın aşağı tərəfində, küçədə, atılan
güllələrin altında bir kölgə gördü.
Qavroş meyxanadan şərab şüşəsi qoyulan səbəti götürüb dəlikdən
küçəyə çıxmışdı, heç bir şeyə əhəmiyyət verməyərək, barrikadanın
qabağında öldürülən milli qvardiyaçıların patron dolu çantalarını
boşaltmağa başlamışdı.
54
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |