DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
döyüşçülərin də ən təhlükəlisi o idi. Müharibə, mübarizə, vuruşma
onun ürəyindəndi, onu sevindirirdi. O, bir zamanlar donanma zabiti
olmuşdu. Kurnenin hərəkətlərindən, səsindən hiss olunurdu ki, o,
okeanlar övladı, fırtınalar yavrusudur. Döyüşə o, qasırğa kimi girirdi.
Dantonun Herkulesə oxşar cəhətləri olsa da, ilahi mənşəyi yox idi.
Kurnenin Dantona oxşar cəhətləri olsa da, dahiliyi yox idi.
Bartelemi isə solğunbənizli, arıq, görkəmsiz, qaradinməz bir
adamdı; o, facianə taleyi olan qameni xatırladırdı. Bir gün polis nəfəri
ona bir sillə vurur, o da polis nəfərini izləyir, güdür, öldürür, on yeddi
yaşında ikən katorqaya göndərilir. Oradan qayıdanda barrikada qurur.
Xeyli sonra, onlar Londonda sürgündə ikən qəza-qədərin işi belə
gətirir ki, Bartelemi ehtirasla əlaqədar olan qəribə bir işə düşərək
edam edilir - onu boğazından asırlar; bu, elə bir müsibətdi ki, fransız
məhkəməsi bunda təqsiri yüngülləşdirən bir hal, ingilis məhkəməsi
isə ancaq adam öldürmək görürdü. Bartelemi, heç şübhəsiz, istedadlı
adamdı, bəlkə də, o, böyük əqlə malik idi, lakin bizim ictimai quruluş
elə nöqsanlıdır ki, bu bədbəxt maddi məhrumiyyətlər nəticəsində və
əxlaq cəhətdən aşağı səviyyədə durduğundan, həyatını Fransada
katorqa ilə başladı, İngiltərədə dar ağacı ilə qurtardı. O, həmişə bir
bayraq qaldırırdı - o da qara bayraq idi.
İkinci fəsil
ÜÇÜRÜMDA SÖHBƏTDƏN BAŞQA
AYRI NƏ ETMƏK OLAR?
İnqilaba gizli hazırlaşmaq üçün on altı il az vaxt deyildi. 1848-ci
ilin iyunu 1832-ci ilin iyununa nisbətən çox şey öyrənmişdi. Şanv-
reri küçəsindəki barrikada, yuxarıda təsvir etdiyimiz iki nəhəng bar-
rikadaya görə, onun ancaq ilk şəkli, ancaq rüşeymi idi, lakin Şanv-
reri küçəsindəki barrikada öz vaxtına görə dəhşətli idi.
Qiyamçılar Anjolrasın nəzarəti altında gecədən öz faydaları üçün
istifadə etdilər. Marius daha heç bir şeyə əhəmiyyət vermirdi.
Barrikada nəinki bərpa edilmiş, hətta böyüdülmüşdü də. Onun
hündürlüyünü iki fut qaldırmışdılar. Daş yola sancılmış dəmir
14
downloaded from KitabYurdu.org
çubuqlar ələ alınmış nizəni xatırladırdı. Oradan-buradan gətirilmiş və
barrikadanın bayır tərəfinə tökülmüş köhnə-kürüş şeylər ona daha
artıq qatma-qarışıq bir şəkil verirdi. Ustalıqla qurulmuş bu istehkam
iç tərəfdən düz bir divar, bayır tərəfdən keçilməz, qalın meşə kimi idi.
Qənbər daşından düzəldilmiş pilləkəni təmir etdilər; indi bu pil-
ləkənlə qala divarın üstünə çıxan kimi istehkamın üstünə çıxmaq
olurdu.
Barrikadanı qaydaya saldılar: aşağı zalın zirzibilini təmizlədilər,
mətbəxi sarğı məntəqəsi elədilər, yaralıların yarasını bağladılar, yerə,
stolların üstünə tökülən bantı yığdılar, güllə tökdülər, patronları dol-
durdular, kilkə diddilər, yerdə atılıb qalan silahları payladılar, isteh-
kamın iç tərəfini səliqəyə saldılar, xırım-xırdanı çıxarıb atdılar, meyit-
ləri bayıra çıxartdılar.
Ölənləri Mondetur küçəsində bir yerə yığdılar: küçə hələ qiyam-
çıların əlində idi. Qan rəngi uzun zaman küçənin bu yerində qaldı.
Ölənlərin arasında şəhər civarı qoşunlarının dörd nəfər milli qvar-
diyaçısı vardı. Anjolras tapşırıq verdi ki, onların mundirini çıxarıb
saxlasınlar.
Anjolras hamının iki saat yatmasını məsləhət gördü. Onun
məsləhəti əmr kimi idi. Lakin onun məsləhətini üç-dörd adam yerinə
yetirdi.
Feyi həmin iki saatı qarşıdakı evin divarına bu sözləri yazmağa
sərf etdi: 1
Yaşasın xalqlar!
Mismarla daşa həkk olunmuş bu sözləri 1848-ci ildə də oxumaq
olurdu.
üç arvad gecə vuruşmasının kəsilməsindən istifadə edərək yox
oldu: yəqin, onlar qaçıb qonşu evdə gizlənmişdilər. Qiyamçılar onla-
rın qaçdığını bilib rahat nəfəs aldılar.
Yaralıların çoxu vuruşmada iştirak edə bilərdi, iştirak etmək də
istəyirdi. Sarğı məntəqəsinə çevrilmiş mətbəxdə beş nəfər ağır yaralı
vardı, onlardan iki nəfəri bələdiyyə qvardiyası əsgəri idi. Onlann
yarasını hamıdan əvvəl sarıdılar.
Aşağı zalda ancaq Maböf, bir də Javer qaldı: Maböfün üstünə
qara örtük atmışdılar, Javeri dirəyə sarımışdılar.
15
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Anjolras dedi:
- Bura meyit damı olacaq.
Şam işığı zalı azca işıqlandırırdı; zalın dib tərəfində, Javerin bağ-
landığı atqı tirinə oxşayan dirəyin dalında stol vardı, Maböfün meyiti
qoyulmuş bu stolla, dirəyə sarınmış Javer uzaqdan böyük bir xaç kimi
nəzərə çarpırdı.
Omnibusun dişləsi atışma zamanı sınsa da, hələ möhkəm durur-
du, ona yenə də bayraq keçirmək olardı.
Əsl komandir verdiyi sözü həmişə yerinə yetirir, onu başqaların-
dan fərqləndirən cəhət də budur; Anjolras da belə bir komandir
olduğundan, qoca Maböfün güllə ilə dəlik-deşik olmuş, qana bulaşmış
paltarını bayraq kimi bu dişləyə bağladı.
Yeməyə daha bir şey yox idi. Nə çörək qalmışdı, nə ət. Əlli adam
barrikadada keçirdiyi on altı saatın içində meyxanada az-çox nə
vardısa, hamısını yeyib qurtarmışdı. Hər bir vuruşan barrikada gec-tez
mütləq “Meduza”nın salı olur. Aclığa dözməkdən başqa ayrı əlac yox
idi. İyunun altıncı gününün spartacasına amansız saatları başlandı:
Sen-Merri barrikadasında Jannı əhatə edən və “Çörək! Yeməyə bir
şey verin!” deyə çığıran qiyamçılara o, belə cavab verdi: “Çörəyi
neynirsiniz? İndi saat üçdür. Saat dörddə bizi öldürəcəklər!”
Yeməyə bir şey olmadığından, Anjolras içməyə də icazə ver-
mədi. Şərabı qadağan elədi, arağı da qiyamçılar arasında bölüşdürdü.
Zirzəmidə ağzı möhkəm bağlanmış on beş şüşə tapdılar. Anjol-
rasla Kombefer şüşələri yoxladı. Kombefer dedi: “Bu, Hüşlu əminin
köhnə ehtiyatlarındandır, o, fəaliyyətə baqqallıqdan başlamışdı”. Bos-
süe əlavə etdi: “Görünür, çox əla şərabdır, yaxşı ki, Qranter yatıb. O,
ayaq üstə olsaydı, bu şüşələri ondan yayındırmaq olmazdı”. Anjolras
qiyamçıların narazılığına baxmayaraq, şərabın içilməsini qadağan
elədi, əmr etdi ki, şüşələri aparıb qoca Maböfün meyiti olan stolun
altına qoysunlar, onlara əl vurmasınlar.
Gecə saat iki radələrində adlar çağırıldı. Barrikadada hələ otuz
yeddi adam vardı.
Səhər açılırdı. Qənbər daşları arasına, əvvəlki yerinə sancılmış
məşəli təzəcə söndürmüşdülər. Barrikada iç tərəfdən küçənin orta-
sında hasarlanmış başqa bir həyətə oxşayırdı; məşəl sönəndən sonra
o, qaranlığa qərq oldu: yuxarıdan bura, dan yerinin ala-qaran
16
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |