DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   ...   12   13   14   15   16   17   18   19   20

 

Pinqvinlər  təxminən  -400C  -  lik  bir 

mühitdə  yaşamaq  üçün  xüsusi  təchizatlara 

sahibdirlər. Buzun üzərində yaşayır, qidalanır, 

ovlayır və balalarını böyüdürlər. Bu, şübhəsiz, 

böyük əmək tələb edən işdir. Ancaq pinqvinlər 

bir  insanın  əsla  yaşaya  bilməyəcəyi  belə 

bir  mühitdə  varlıqlarını  problemsiz  davam 

etdirə bilirlər. Əlbəttə, bu, canlıları və onların 

yaşadıqları şəraiti  yaradan uca Allah’ın böyük 

möcüzəsidir.

 

Pinqvinlərin  sərt  hava  şəraitindən 



mənfi  təsirlənən  balalarının  xüsusi  qayğıya 

ehtiyacı var. Dişi pinqvin, adətən, bir yumurta 

çıxarır  və  bu  yumurtanın  bütün  məsuliyyəti 

erkək pinqvinə aid olur. Kürtə erkək pinqvin 

yatır və təxminən -40

o

C - də 65 gün boyunca 



yerindən heç tərpənmədən bu vəzifəni yerinə 

yetirməyə  çalışır.  Bu  65  gün  onlar  üçün, 

həqiqətən də çətin mərhələdir. Bu müddət boyu 

erkək pinqvin dondurucu soyuqda hərəkətsiz 

və  heç  yemək  yemədən  olduğu  yerdə  qalır. 

Şübhəsiz ki, bir insan üçün belə bir vəziyyətin 

nəticəsi  ölümdür.  Lakin  erkək  pinqvin  heç 

tərəddüd etmədən, şikayət etmədən öhdəsinə 

götürdüyü  bu  vəzifəni  sona  qədər  davam 

etdirir.  Allah  ona  etməli  olduqlarını  ilham 

etmişdir. O da Allah’a boyun əymişdir. Allah 

bir ayəsində bu həqiqəti insanlara belə xəbər 

verir:

 

Mən Rəbbim və Rəbbiniz olan Allah’a



təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah)

onun  kəkilindən  tutmuş  olmasın.  Həqiqətən,

Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

 

Kürtdən  çıxan  bala  ilk  iki  ayı  ata-



anasının  ayaqlarının  arasında  keçirir.  Bu 

qoruma bala üçün çox əhəmiyyətlidir. Çünki 

səhvən  2  dəqiqəlik  belə  buradan  çıxması 

donaraq ölümünə səbəb olar. Ancaq belə bir 

vəziyyət mümkün deyil, çünki kiçik pinqvin 

digər  bütün  canlılar  kimi  Allah’ın  qoruması 

altındadır. Ata-atasına onu qorumaları lazım 

olduğunu  ilham  edən,  onu  qışın  çətin  iqlim 

şəraitində  isidib  yaşadan  bütün  aləmlərin 

Rəbbi olan Allah’dır.

 

Dişi pinqvinlər kürt dövründə və sonra 



da balalarına baxa bilmək üçün uzun səfərlərə 

çıxırlar. Pinqvinlər böyük gövdəli olmalarına 

baxmayaraq, yerişlərini çətinləşdirəcək qədər 

kiçik  qıçlara  sahibdirlər.  Normal  şəraitdə  bu 

yeriməyi  çətinləşdirəcək  və  canlının  daha 

çox  enerji  xərcləməsinə  səbəb  ola  biləcək 

çatışmazlıq kimi görünür. Məhdud miqdarda 

qida ilə uzun səfərlərə çıxan bu canlılar üçün 

bu vəziyyət olduqca böyük çətinlik deməkdir.

 

Ancaq  vəziyyət  heç  də  belə  deyil. 



Pinqvinlər  sağa  və  sola  yellənərək  yeriyirlər. 

Bu  rəqqasa  bənzər  maraqlı  yerişin  olduqca 



46

Düşünən İnsan, 

Avqust  2013

www.canlilardayardimlasma.com




böyük  əhəmiyyəti  var.  Bu  yeriş  sayəsində 

pinqvinlər böyük ölçüdə enerji qənaəti edirlər. 

Pinqvinlər  yana  doğru  addımlar  ataraq 

qıçlarının  qısalığının  onlara  verəcək  zərərini 

aradan  qaldırır  və  əzələlərinin  daha  az 

yorulmasını təmin edirlər. Hətta hər addımın 

sonunda bir sonrakı addım üçün enerji yığmış 

olurlar.


 

Pinqvinlər əgər düz yerimiş olsaydılar, 

öz  ölçülərindəki  bir  heyvandan  iki  qat  daha 

çox  enerji  sərf  etməli  olacaqdılar.  Ancaq  bu 

xüsusi yeriş forması sayəsində pinqvin yalnız 

yeriməyə  başlayarkən  və  dayanarkən  enerji 

sərf  edir.  Məhdud  olan  qidasının  dənizə 

çatmağa öyrəşən pinqvinə kifayət etməsi üçün 

ən məqsədəuyğun üsul budur.

 

Dişi  pinqvin  özünə  verilmiş  üstün 



xüsusiyyət sayəsində kilometrlərlə yol yeriyə 

bilir və qida toplayır. Erkək pinqvin yenə özünə 

verilmiş üstün xüsusiyyət sayəsində günlərlə 

dondurucu  soyuğun  altında  hərəkətsiz  və 

yeməksiz  qala  bilir.  Bala  pinqvin  atasının 

ayaqlarının  arasında  dondurucu  soyuğa 

tab  gətirə  bilir  və  böyüyənə  qədər  qorunur. 

Bunlar  Allah’ın  varlığının,  üstün  yaratma 

sənətinin,  gücünün,  şəfqətinin  və  rəhmətinin 

təcəlliləridir.  Onları  belə  yaşadan,  nələrə 

ehtiyacları  olacağını  bilən,  onları  qoruyan, 

onlara ruzi və nemət verən göylərin və yerin 

hakimi olan Allah’dır.

47

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013




 

Söz  və  fikir  azadlığı  müasir 

konstitusiyalı  demokratiyanın  labüd  şərti 

və insan hüququdur. Millətindən, irqindən 

və  dinindən  asılı  olmayaraq,  bütün 

insanlar  üçün  ən  əsas  hüquqlardan  biri 

olan söz və fikir azadlığı hüquqi cəhətdən 

qorunmalıdır.

 

Cəmiyyətin 



fərdlərinin 

azad 


olması  üçün  fikirlərini  və  hisslərini  ifadə 

etməkdə  tam  mənada  azad  olmalıdırlar. 

Demokratiyanın  hakim  olduğu  ölkələrdə 

insanlar bu hüquqlara malikdir və fikirlərini 

açıq ifadə edə bilirlər.

 

Dünyada  ən  çox  tələb  edilən 



hüquqlardan  olan  fikir  azadlığı  insanların 

əlindən  alınarsa,  şübhəsiz  ki,  cəmiyyətdə 

qorxu  dolu,  təhlükəli  mühit  formalaşar. 

Çünki  insan  ancaq  özünü  rahat  ifadə 

etdikdə,  fikirlərini  istədiyi  kimi  dilə 

gətirdikdə  xoşbəxt,  sağlam  və 

yaradıcı  olur,  bu  hüququ 

məhdudlaşdırıldıqda 

isə 

rahatlığını 



və 

sevincini,  şövqünü, 

iş  və  incəsənət 

qabiliyyətini 

itirir.

Demokratiya – cəmiyyətin daxili 



uzlaşmasını təmin edən sistem

 

Bir 



cəmiyyətin 

sağlamlığı 

demokratiya  ilə  başlayır.  Demokratiya 

cəmiyyətə sevgi, hörmət, tolerantlıq, birlik, 

bərabərlik, qardaşlıq gətirir, insanlara sosial 

ədalət, bərabərlik kimi hüquq və azadlıqlar 

verir,  onlara  dinamik  həyat  tərzi  təqdim 

edir, həyat səviyyələrini yüksəldir.

 

İnsanlar  yaradılışlarına  uyğun 



olaraq demokratik, fikirlərə hörmət edilən 

mühit axtarırlar. Allah nazil etdiyi kitablar 

və  göndərdiyi  peyğəmbərlər  vasitəsilə 

bütün 


bəşəriyyətə 

demokratiyanın, 

fikir  azadlığının,  azad  fikrin  və  fikirlərə 

hörmət  etməyin  yollarını  göstərmişdir. 

Peyğəmbərlərin sünnəsində rast gəldiyimiz 

tolerantlıq,  ədalət,  sevgi,  hörmət,  etibar, 

fədakarlıq kimi anlayışlar demokratiyanın, 

fikir  azadlığının  əsasını  təşkil  edən 

məfhumlardır.  Odur  ki,  dinin  təməlində 

demokratiyanın  olduğunu  demək  yerində 

olar.  Demokratiyanın  tərifində  olduğu 

kimi,  din  hər  kəsin  azad  yaşayacağı  və 

fikirlərini  sərbəst  ifadə  edəcəyi  sülh 

mühitini  təmin  edir.  Dində  hər  cür  təzyiq 

və zorakılıq qadağandır. Hər insan sərbəst 

şəkildə  fikrini  ifadə  etməli  və  fikirlərinə 

görə  təzyiq  görməməlidir.  İnsanlar 

fikirlərinə  görə  zülmə  məruz  qalmamalı, 

müxtəlif  ideologiyalara  və  düşüncə 

tərzinə  malik  insanlar  alçaldılmamalıdır. 

Demokratiya  da  məhz  dinin  bu  əmrlərini 

təklif  edir,  insanların  azadlığını,  psixoloji 

cəhətdən  rahat,  xoşbəxt  olmasını,  bərabər, 

sevgi,  sülh  və  qardaşlıq  içində  yaşamasını 

istəyir.  Bu  düşüncə  tərzinin  cəmiyyətə 

tam  hakim  olması  isə  ancaq  və  ancaq  din 

əxlaqı ilə yaşamaqla mümkündür. Məsələn, 

demokratiyanın  əsas  prinsipi  olan  sosial 

ədalət  həqiqi  mənada  ancaq  dinin  əmr 

etdiyi  gözəl  əxlaq  mühitində  mövcud  ola 

bilər.  Demokratiyanın  digər  prinsipi  olan 

ədalət  məfhumu  da  dinin  əmrlərindən 



48

Düşünən İnsan, 

Avqust  2013

www.adnanoktar.az




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə