Burada:
1) Dövlətlər arasında yaranan münaqişələrin
səbəbləri; 2) Dövlətlərarası münaqişələrin qarşısının alınması
yolları; 3)Müstəmləkə imperiyalarının dağılması, yeni müstəqil
dövlətlərin meydana gəlməsi imkanları da əks olunur.
Aydındır ki, hər bir dövlət yarandığı, formalaşdığı
dövrdən onun istər-istəməz xarici aləmlə müəyyən əlaqələri də
yaranır.
Hərbi məsələlər, ərazi, sərhəd məsələləri, ticarət
məsələləri, birgə nəqliyyatdan, sulardan, dənizdən istifadə
etmək və bu kimi bir çox məsələlər üzrə əlaqələr artır. Bütün
bunlar beynəlxalq münasibətlərin yaranması şərtlərinə daxildir.
Uzun müddət bu kimi problemlər tarixçilər, hüquqşünaslar,
filosoflar, iqtisadçılar və digər sahələrin alimləri tərəfindən
öyrənilmişdir.
Beynəlxalq münasibətlər nəzəriyyəsi sosial-humanitar
elmlərin tərkib hissəsidir. Beynəlxalq münasibətlərin kökü çox
qədimlərdə də mövcud olmuşdur. Lakin ictimai bir elm sahəsi
kimi bu elm nisbətən son dövrlərdə tərəqqi tapmışdır. Bu elmin
əsas predmeti
siyasi sahə hesab olur. Odur ki o,
siyasi biliklər
dairəsinə aid edilir. Əvvəllər siyasətşünaslıq sahəsində
beynəlxalq problemlərə o qədər də fikir verilməyirdi.
XIX əsrin ortalarından Qərbi Avropanın bəzi qabaqcıl
ölkələrinin və Şimali Amerikanın siyasi inkişafında gözə çar-
pacaq dərəcədə dəyişikliklər baş vermişdir. Müasir tipli siyasi
sistem formalaşmağa başlamışdır.
Dövlətlə yanaşı siyasi partiyalar, müxtəlif qrup
mənafelər, institutlar yaranırdı. Bu ölkələrdə parlament
demokratiyası qərarlaşırdı. İctimai siyasət dairəsi genişlənirdi.
Bütün bu sahələrdə yaranan müəyyən problemləri fəlsəfə və
hüquq elmləri vasitəsi ilə mənimsəmək kifayət etmirdi. Müəyyən
siyasi biliklər lazım gəlirdi. Dövlət və partiya orqanlarında
işləmək, siyasi proseslərə xidmət etmək üçün kadrlar hazırlanması
zərurət təşkil edirdi. Yaranan bu kimi tələbatların təmin edilməsi
məqsədilə qanunauyğun olaraq bəzi universitetlərdə siyasi elmlər
kafedraları yaradılmışdır.
Buna bax