mayaraq XIX əsrin axırları və XX əsrin əvvəllərində də
beynəlxalq siyasət məsələlərinin təhlili o qədər də hiss olunmurdu.
Daxili siyasətin tədqiqinə daha çox üstünlük verilirdi.
Birinci dünya müharibəsi və onun nəticələri bu sahədə
olan baxışları kökündən dəyişdirmişdir. Milyonlarla insan ölümü,
dağıntılar, siyasi rəhbərlərdə və elm adamlarında beynəlxalq
münasibətlərin öyrənilməsinə zərurət yaratmışdır.
Beləliklə siyasi elmlərin yaradılması və öyrənilməsində
sosial sifariş özünü göstərirdi. Odur ki, heç təsadüfi deyildir ki.
Birinci Dünya Müharibəsi qurtardıqdan sonra ilk dövrlərdə bu
sahənin öyrənilməsinə diqqət artmışdır. Lakin müstəqil olaraq
“Beynəlxalq mnüsaibətlər” elmi mövcud olmamışdır. Bu elm
sahəsi daha gəncdir.
Birinci Dünya Müharibəsindən sonra ilk dəfə 1919- cu
ildə ABŞ"da Beynəlxalq münasibətlər dərsliyi nəşr
edilmişdir*.
Beləliklə universitetlərdə və elm mərkəzləri də bu
problem üzrə ayrıca kafedralar da yaradılmağa başlanmışdı.
Ardıcıl olaraq digər qabaqcıl dövlətlərdə də -
İngiltərə, Fransa,
Almaniya,
Çin,
Sovet
İttifaqında
da
«Beynəlxalq
münasibətlər» sahəsi ayrıca elm sahəsi kimi diqqəti cəlb edirdi.
Qanunauyğun olaraq
“Beynəlxalq
münasibətlər
nəzəriyyəsi” anlayışı da birinci dünya müharibəsi qurtardıqdan
sonra yaranmışdır.
“Beynəlxalq münasibətlər nəzəriyyəsi” anlayışı ilk dəfə
1919-cu
ildə
Uelsin
Eybersvit
(Böyük
Britaniya)
Universitetində istifadə edilmişdir.
Burada yeni yaradılmış kafedralardan biri
“Tarix və
Beynəlxalq
münasibətlər
nəzəriyyəsi”
adlandırılmışdır.
1920-1930-cu illərdə buna bənzər
kafedralar qərbin digər
Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti.
Dərslik. Bakı -2005. S. 18.
universitetlərində də yaradılmışdır. Lakin o dövrdə elmi-metodik
işlərinin olmaması, sosial-humanitar elmlər sahəsindəki
çətinliklər, birinci dünya müharibəsinin iqtisadiyyata və siyasi
vəziyyətə vurduğu zərər, sabitliyin və s. amillərin pozulması
elmin inkişafını da çətinləşdirirdi.
Avropanın bəzi ölkələrində demokratikləşmə prosesi
getdiyi halda, bəzilərində əks proses - avtoritar və totalitar siyasi
rejim yaranırdı.
Almaniya və İtaliyada faşizm qalib gəlmişdi. Aydındır ki,
hər bir diktatura elmi yaradıcılıqla bir araya sığa bilməzdi.
(1930-cu illərin ikinci yarısına ancaq
Böyük Britaniya, Fransa.;
Çexoslovakiya da demokratikləşmə mövcud idi.). Bu kimi
səbəblərdən humanitar elmlərin inkişafında da heç bir irəliləyiş
olmamışdır.
Onu da qeyd etməliyik ki, ikinci dünya müharibəsi
ərəfəsində Avropa dövlətlərindən
ABŞ-a külli miqdarda
mühacirət olmuşdur.
Onların içində kifayət qədər ictimai elm adamları vardır.
Ona görə də həmin müharibələrarası dövrlərdə dünya siyasi
elmlərinin
mərkəzi Şimali Amerikada cəmləşdirilmişdir.
Demək
olar
ki,
Amerikanın
bütün
qabaqcıl
universitetlərində praktiki olaraq bu kimi siyasi elmlər mərkəzi
yaranırdı.
Həmin dövrdə Amerikada siyasi elmlərin inkişafında
Çikaqo* məktəbinin alimləri böyük rol oynamışlar. Müharibə
dövründə də müəyyən siyasi qərarlar çıxarılması işində ABŞ-
İllinoys ştatında (şəhər) olan bu kimi siyasi elmlərin rolu çox
olmuşdur. İkinci dünya müharibəsi qurtardıqdan sonra BMT
sistemində yaradılmış
“Təhsil, elm və mədənijyət” YUNESKO
təşkilatı siyasi elmlərin təsnifatını araşdırmaq üçün bir çox
tədbirlər həyata keçirmişdir. Bu məqsədlə
1948-ci ildə siyasi
elmlərin məzmunu və quruluşunun müəyyən edilməsi barədə
Parisdə beynəlxalq yığıncaq keçirilmişdir.
'
Çikaqo - ABŞ-da lllinoys ştatı (şəhər)
8
Bu elmlərin tərkibində aşağıdakı məsələlərin olması
qərarlaşmışdır;
1.
Siyasi nəzəriyyə (siyasət nəzəriyyəsi və siyasi
ideyaların tarixi);
2.
Siyasi
institutlar nəzəriyyəsi;
3.
Partiyalann, ayrı-ayrı qrupların, ictimai fikirlərin
fəaliyyətini
öyrənən bölmə;
4.
Beynəlxalq münasibətlər nəzəriyyəsi (beynəlxalq
siyasətin tədqiq edilməsi, beynəlxalq təşkilatlar, beynəlxalq
hüquq və s.).
Beləliklə,
1940-cı illərdən başlayaraq
“Beynəlxalq
münasibətlər nəzəriyyəsi”nin başlanğıcı Qərbi Avropa siyasi
fikirlərinə aid olsa da müstəqil bir elm sahəsi kimi
ABŞ-da qeydə
alınmışdır.
Hətta
“Beynəlxalq münasibətlər nəzəriyyəsi”nin
müəyyən istiqamətləri də (idealizm, realizm, yeni liberalizm, yeni
realizm və s.) .Amerika xüsusiyyətlərini özündə əks etdirir.
Bu sahədə mövcud olan ən nüfuzlu mütəxəssislər
Amerika siyasi elminin nümayəndələridir. (Q.Morqentau,
Dj.Rozenau, Dj.Modelski, M.Kaplan, K.Doyc, K.Uolts,
R.Qilpin, R.Keoxejn, C.Nay və digərləri).
Nəhayət
“Beynəlxalq münasibətlər nəzəriyyəsi” elm
sahəsi kimi tədricən Qərbi Avropa və digər regionlarda da
yayılmışdır.
Etiraf etməliyik ki. Sosializm sistemi şəraitində ictimai-
humanitar elmlər tamamı ilə başqa səpkidə öyrənilirdi. Nəhayət
1990-cı illərdən sonra Sosializmin dağılması ilə bağlı olaraq sovet
məkanı ölkələrində və eləcə də bizim ölkəmizdə də
“Beynəlxalq
münasibətlər nəzəriyyəsi”nin öyrənilməsinə olan maraq
artmışdır. Bu gün bizim ölkəmiz
yüzdən artıq dövlət ilə
diplomatik əlaqə saxlayır,
140-dan artıq ölkə ilə xarici ticarət
əlaqələri vardır. Odur ki, qanunauyğun haldır ki,
“Beynəlxalq
münasibətlər nəzəriyyəsi”nin praktiki əhəmiyyəti də artmışdır.