E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə68/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   64   65   66   67   68   69   70   71   ...   106

Bolqarıstan  üzərində  təsir  dairəsinə  görə  Rusiya  ilə  Avstriya- 
Macarıstan  arasında  mübarizə  gedirdi.  Avstriya  sərhədlərindən 
Rusiya ordusunun ləng çıxarılması onu narahat edirdi. 1887-ci ilin 
payızında  III  Aleksandra  məlum  olmuşdur  ki,  Bismark  bu 
məsələdə  Avstriya  -  Macarıstana  köməklik  etməklə  yanaşı, 
Bolqar  knyazını  da  dəstəkləmişdir.  Belə  olduqda  aydındır  ki, 
Rusiyanın Fransaya qarşı meyli yüksəlmişdir. Bu isə Almaniyaya 
sərf etmirdi. Beləliklə, Bismarkm səhvi üzündən Rusiya ilə Fransa 
arasında müəyyən yaxınlaşma yaranmışdı. Belə olduqda Bismark 
İngiltərə ilə İttifaqa girməyi qərara almışdır. 
İngiltərə  isə  onun  təklifini  rədd  etmişdir.  Bismark  28  il 
Prussiya  və  Almaniyada  hökumət  başçısı  olmuşdur.  Bu  illərdə 
Bismark ilə imperator II Vilhelm və yeni müdafiə naziri arasında 
ciddi  fikir  müxtəlifliyi  də  olmuşdur.  Burada  ən  əsas  fikir 
müxtəlifliyi  Almaniya  ilə  Rusiya  arasındakı  münasibətlərə  dair 
idi.  Nəhayət,  1890-cı  ildə  Bismark  istefaya  getmişdir.  Bismark 
Rusiyaya qarşı neqativ münasibətdə olsa da, onunla müharibəyə 
girişməyin tərəfdarı deyildi. Yeni rəhbərlik isə əksinə, Rusiya ilə 
müharibədən o qədər də çəkinmirdi. 
Hər  halda  Bismark  Almaniyanın  birləşdirilməsində  də 
çox iş görmüş oldu. O, istər daxili və istərsə də beynəlxalq siyasət 
məsələlərində çox çevik, hiyləgər bir siyasətçi idi. 
Fransa  -  Rusiya  İttifaqı.  Avropada  tarixi  hadisələrin 
obyektiv inkişafı XIX əsrin axırlarında Fransa ilə Rusiya arasında 
ittifaq  yaranmasına  səbəb  olmuşdur.  Bu  müqavilə  Rusiyaya 
nisbətən Fransa üçün daha çox əhəmiyyət kəsb edirdi. Odur ki, ilk 
təşəbbüs  Fransa  tərəfdən  olmuşdur.  1891-ci  ilin  yayında  Fransa 
nümayəndələri Kronştata gələrək diplomatik danışıqlar aparmağa 
başlamışlar. 
Fransa-Rusiya  münasibətlərinə  maneçilik  etmək  üçün 
Almaniya  gömrük  müharibəsinə  başlamışdır.  Rusiyaya  qarşı 
gömrük  dərəcələrini  artırmış  və  ölkədə  silahlı  qüvvələrin 
gücləndirilməsi  barədə  qanun  qəbul  etmişdir.  1882-ci  ildə 
bağlanmış  «Üçlər  İttifaqı»nm  müddəti  1891-ci  ildə  yenidən 
üçüncü 
217 


dəfə uzadılmışdır. Odur  ki,  bu  İttifaqın  üzvləri  İngiltərəyə qarşı 
xoş münasibətdə olduqlarını bildirmiş və Fransa da Rusiyaya olan 
münasibətini yaxşılaşdırmışdır. 
Müqavilə  barədə  2  il  danışıqlar  davam  etmişdir.  Həmin 
müddətdə Rusiya ilə Fransa arasında yaxınlaşma da genişlənirdi. 
Beləliklə,  bu  iki  ölkə  arasında  olan  ittifaq  1891-ci  ilin 
avqustundan  1893-cü  ilin  dekabrınadək  sənədləşdirilmişdir.  Hər 
iki ölkə 1892-ci ilin avqust ayında hərbi müqavilə də bağlamışlar. 
Müqavilədə  deyilirdi  ki,  Almaniya  və  İtaliya  Fransaya  hücum 
edərsə,  Rusiya  ona  hərtərəfli  köməklik  etməlidir.  Əgər  Rusiya 
Almaniya və Avstriyanın hücumuna məruz qalarsa, belə şəraitdə 
Fransa bütün gücü ilə Almaniyaya təzyiq göstərməlidir. Eləcə də 
qeyd  edilmişdir  ki,  təcili  olaraq  «Üçlər  İttifaqı»nın  ordusu 
səfərbərliyə  alınsın.  Müqavilənin  üçüncü  bəndinə  əsasən, 
Fransanın 1,3 mln. nəfərlik, Rusiyanın isə 800 min nəfərlik ordusu 
hərəkətə gətirilməli idi. Beləliklə, bu İttifaqın razılaşmaları 1891, 
1892 və 1893-cü illərdə tam məxfi olmuşdur. 
Nəticədə,  Almaniya,  Avstriya  və  İtaliya  «Üçlər  İtti- 
faqı»na qarşı - İngiltərə, Fransa və Rusiyadan ibarət yeni koalisiya 
- «Üçlər İttifaqı» yaranmışdı. 
218 


XIV
 
Fəsil. 
XIX VƏ XX ƏSRLƏR ƏRƏFƏSİNDƏ 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR 
XIX  əsrin  son  illəri  və  XX  əsrin  əvvəlləri  zəruri 
hadisələrlə  daha  zəngin  olmuşdur.  Beynəlxalq  münasibətlərdə 
daha çox gərginlik yaşanırdı. İmperializm dünyası yaranmışdı. Bu 
isə böyük dövlətlərin xarici siyasi fəaliyyətlərinin xarakterində öz 
əksini  tapırdı.  Bu  dövlətlər  arasında  dünyanın  yenidən 
bölüşdürülməsi  uğrunda  mübarizə  gedirdi.  Böyük  dövlətlər 
müstəmləkəçiliyin yeni fazasına qədəm qoymuşlar. 
İlk  çəkişmə  də  Kuba  üstündə  gedən  İspaniya-Amerika 
müharibəsi olmuşdur. 
Latın  Amerikasında  ABŞ-ın  siyasəti.  XIX  əsrin  son 
illərində  ABŞ  iqtisadiyyatı  sürətlə  inkişaf  etdirilirdi.  1877-ci 
illərdən  sonra  burada  daha  fəal  xarici  siyasət  həyata  keçirilirdi. 
1888-ci 
illərdən  müxtəlif  istiqamətlərdə  xarici  siyasət 
nəzəriyyələri  yaranırdı.  Ternerin*  «hərəkətdə  olan  sərhəd» 
nəzəriyyəsi, Mexenin «dəniz gücü» doktrinası və s. Bütün bunlar 
ABŞ-ın beynəlxalq münasibətlərə qanşmasma zərurət yaradırdı və 
ABŞ-ın təcavüzkar siyasətinə bəraət qazandırmağa xidmət edirdi. 
Bununla da ABŞ-ın xarici siyasəti barədə ictimai rəy formalaşırdı. 
Latın  Amerikası  kontinenti  də  belə  beynəlxalq  hadisələrin 
mərkəzlərindən biri idi. 1889-cu ildə ABŞ-ın təşəbbüsü ilə ilk dəfə 
olaraq 
Panamerika 
konqresi 
çağırılmışdır. 
Dominikan 
Respublikasından  başqa  Latın  Amerikasının  bütün  ölkələri  bu 
konqresdə  iştirak  etmişlər.  18  dövləti  özündə  birləşdirən  Pan 
Amerika  ittifaqı  yaradılmışdır.  Bununla  da  ABŞ  bu  ölkələrlə 
ticarət  əlaqələrinin  artırılmasına,  sənaye  müəssisələrinin 
inkişafına,  kapitalın  hərəkətinə  nail  ola  bilirdi.  Həmin  dövrdə 
Venesuela  ilə  Britaniya  Qvineyası  arasındakı  sərhəd  üstündə 
İngiltərə  ilə  Venesuelanm  diplomatik  əlaqələri  pozulmuşdur. 
Venesuela vasitəçilik üçün ABŞ-a müraciət etmişdir. 
' Temer Fredrik Cekson (1861-1932) Amerika tarixçisi 
219 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə