25
bazardakı əlverişli satış konyukturasından asılıdır.
III. Kiçik səmərəli ehtiyatlar-xərclərin ödənişi məhsulun tamamilə dünya bazarında
reallaşması ilə mümkündür.
IV. Fövqəl səmərəliliyə malik ehtiyatla-rentabellik dünyəvi qiymətlərin izafi yüksəklik
təminatında mümkündür.
V. Marginal səmərəlilik ehtiyatları-belə ehtiyatlar sosial məqsədlər-xeyriyyəçilik
təminatında məqsədə müvafiqliyini nümayiş etdirir.
VI. Balansarxası ehtiyatlar-istismar müasir tələblər baxımından ödənilmir.
3
İqtisadi yanaşmada neft və qazın işlənməsi təsnifatında ehtiyatlar
balans və
balansarxası
bölgüyə də məruz qalır. Balans ehtiyatlar sənaye ehtiyatları anlayışını verərək istismarı mümkün
ehtiyatları diqqətə gətirir. Balansarxası ehtiyatlar isə indiki məqamda istismarı, qeyri-rentabelli
olanlara aid edilir.
Təbii ehtiyatlar təhlil edilərkən iqtisadçıları onları iki qismə ayırırlar:
mənimsənilmiş ehtiyatlar-bu ehtiyatlar istehsalçının tam ixtiyarında və hətta yatağı
satmaq səlahiyyətində olduğunu bildirir.
mənimsənilməyən ehtiyatlar-bəzi fərdlər üçün
onlar dəyərsiz, cəmiyyət üçün isə
qiymətlidir. Bu ehtiyatlar xarici effektlərlə bağlıdır.
Digər bir təsnifatda isə ehtiyatları
bərpa edilən və
bərpa edilməyənlərə ayırırlar. Birincilər
günəş enerjisi, torpaq, su, meşə, balıq, ikincilərə isə neft-qaz və digər faydalı qazıntılar aid edilir.
Neft ehtiyatları ilə bağlı ən sadə təsnifat geoloji tədqiq edilərək aşkarlanmış-
geoloji
ehtiyatlar və bu ehtiyatlardan hasilatı iqtisadi mümkün olan
çıxarıla bilən ehtiyatlara bölgüdə
ifadə olunur. Ehtiyatların terminoloci təsnifatında
ümumi ehtiyatlar bu
və ya digər ölkənin,
regionun aşkarlanmış yataqlarda və proqnozlaşdırılan sahələrdə neftin, qazın ümumi kəmiyyətini
ifadə edir. Ümumi ehtiyatları iki qrupda fərqləndirirlər:
kəşf olunmuş və işlənmiş yataqlarda neft və qaz ehtiyatlarının miqyası;
kəşfiyyatı aparılmamış sahələrdə və ya az öyrənilmiş rayonlarda geoloji və geofiziki
hesablamalar əsasında proqnozlaşdırılan neft-qaz ehtiyatlarının güman edilən həcmi.
Karbohidrogen ehtiyatlarının bölgüsü üzrə yeni mütərəqqi variant axtarışında təşəbbüs
üstünlüyünü Amerikanın Neft Mühəndisləri Cəmiyyətinin
(SRE)
və Dünya Neft Konqresinin
(WRC)
tövsiyələri əsasında 1987-ci ildə tərtib edilmiş təsnifat almışdır.
Sonralar ehtiyatlar
kateqoriyasının universiallaşdırılması istiqamətində dünyanın aparıcı maliyyə qurumları, fond
bircaları və digər institutları daha mükəmməl təsnifatın işlənməsini şərtləndirmişlər. Amerikanın
Neft Mühəndisləri Cəmiyyəti ilə Dünya Neft Konqresinin 1997-ci ildə birgə hazırladığı təsnifat
dünyanın əsas neft nəhəngləri olan kampaniyalar tərəfindən qəbul olunmuşdur. Bu təsnifat
aşağıdakı sxemdə verilmişdir.
3
Нефт России. 2000. №5. səh.33.
26
Sxem 1
SRE\WRC-in resursların təsnifat sxemi
РЕСУРСЛАР
Sxemdən göründüyü kimi, universal standartlı təsnifatda ehtiyatlar palitrası olduqca geniş
və detallıdır. Burada ilk növbədə çox zaman eynən interpretasiya olunan resurslar və ehtiyatlar
anlayışlarının motiv fərqliliyini ayıran cəhətlərə diqqətin yetirilməsi vacibdir.
Resurslar-təsbit edilmiş vaxt ərzində qiymətləndirilərək yatağın kəşf olunmuş hissəsindən
qalıq və ya hasil edilən karbohidrogenlərin çıxarıla bilən həcmi (
kəşf edilmiş resurslar) ilə
kəmiyyəti qiymətləndirilərək hələ ki, aşkarlanmamış (
kəşf edilməmiş resurslar)
karbohidrogenlərin cəmindən ibarətdir.
Ehtiyatlar -təsbit edilmiş vaxt ərzində yatağın kəşf olunmuş hissəsindən reallaşmış hasilat
miqdarını hesaba almayan, kommersiya baxımından çıxarılması mümkün sayılan
karbohidrogenlərin həcmini ehtiva edir. Ehtiyatlar kateqoriyasının təyinatında işləmə planı,
hasilat proqnozu, fiskal şərtlər, huquqi təminat və bazarla bağlı tələblər kimi onların iqtisadi
Кяшф олунмуш
Кяшф олунмамыш
Коммерсийа
Гейри-коммерсийа
Потенсиал
Йыьылмыш щасилаt
Ещtийаtлар
Сцбуtа йеtмиш
Сцбуt олунмамыш
Ещtимал едилян
Мцмкцн
Ишлянилян
Ишлянилмяйян
Щасил едилян
Щасил едилмяйян
Консервляшдирилм
Бору мцщиtиндя
27
qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Burada layihənin kommersiya baxımından
luzumluluq və faydalığı ilə ehtiyatların təsdiq edilmə meyarları da şərtləndirilir.
Resurslar və ehtiyatlar kateqoriyasının
SRE\WRC
sistemində digər elementləri də geniş
şərhi verilən strukturlara malikdirlər. Bu sistemdən bir qədər fərqli olaraq hal-hazırda MDB
məkanında,
o cümlədən, Azərbaycanda da işlədilən təsnifatda iqtisadi meyarladan çox texniki
cəhətlər önə çəkilir. Ehtiyatların dövlət uçotunu xarakterizə edərək respublikamızda qüvvədə
olan təsnifat yeni təsərrüfatçılıq şərtlərini, iqtisadiyyatın bazar prinsiplərini dolğun ifadə etmir.
Bu təsnifatda ehtiyatlar öyrənilmə dərəcəsinə görə, dörd
A, V, S
1
, S
2
bölgülü, resurslar isə üç
S
3
,
D
1
, D
2
kimi müvafiq olaraq ümümi toplumda yeddi kateqoriyaya bölünür. Aşağıdakı sxemdə
SRE\WRC
sistemi ilə hal-hazırda respublikamızda ehtiyat və resursların əsas metodoloji təsnifat
strukturu kimi rəhbər tutulan oxşarlıqlar və fərqli cəhətlər diqqətə gətirilir.
Sxem 2
Karbohidrogen ehtiyat və resurslarının üzrə SRE\WRC sistemilə
respublikamızda mövcud təsnifatının fərq nisbəti sxemi
SPE/WPC-Sistemi
Kəşf olunmuş ehtiyatlar
Kəşf olunmuş
resurslar
Subut olunmuş
Subut olunmamış
İşlənilən
M
T
İşlənilməyən Ehtimal
edilən Mümkün
Potensial
Ehtiyatların yataqlar üzrə təsnifatı sistemi
Ehtiyatlar Resurslar
A
B B
C
1
C
1
C
1
C
2
C
3
D
1
D2
*Qeyd: M sübut
edilmiş işlənilən hasil edilən.
T sübut
edilmiş işlənilən hasil edilməyən.
Müqayisəli sxemdən göründüyü kimi geoloji öyrənilmə və iqtisadi amillərin təsir dərəcəsi
istisna olmaqla təsnifatlarda identik cəhətlər yetərlidir. Lakin oxşarlığın nə qədər konkretliyinə
varmadan karbohidrogen resurslarının təsnifatı universal bölgüyə uyğunlaşdırılmalıdır. Bu
istiqamət ehtiyatların iqtisadi əlamətlər üzrə öyrənilməsində, bazar
münasibətli işlək mexanizm
qurmada və nəhayət investisiyon baxımdan və kommersiya cəhətdən də əhəmiyyətli olacaqdır.
Ehtiyatlar çeşidində kateqoriyalarda bənzərliklər olduğu qədər fərqlər də mövcuddur.
Ehtiyatlara təsnifat verən və müvafiq tənzimləyici funksiyanı yerinə yetirərək Rusiya
Federasiyasında Ehtiyatlar üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Respublikamızda isə
analoji funksiyaları ARDNŞ-in nəzdində ehtiyatlar üzrə mərkəzi komissiya yerinə yetirir.
Əhəmiyyətli strukturun isə əlahiddə dövlət qurumunda deyil, ayrıca sahəvi təşkilatda fəaliyyət
göstərməsi bazar təsisatlı sistemin prinsiplərinə müqabil görünmür. Məhz struktur statusu
problemin çözülməsində əhəmiyyətli faktor rolunu oynayır. Yeni təşkilatlanma hasilatın pay
bölgüsü üzrə istismar zonasında və habelə investision müsabiqəyə çıxarılacaq perspektivli
yataqların işlənməsində də iqtisadi dəyərini nümayiş etdirəcəkdir. Dövlət öz sərvətlərinin dəqiq
real uçotunu təmin etmədə ən
səmərəli mexanizmlərin, nəzarət, hesablama sistemlərinin
yaradılmasına məhsuldur. Karbohidrogen resursları və ehtiyatlarının yeni hesablama prinsipləri
də milli mənafeləri rəhbər tutaraq möhkəm uçot recimli olmaqla, həm də beynəlxalq praktikada
prioritet sayılan sterotiplərə müvafiq tələbli olmalıdır. Resursları və ehtiyatlarının təsnifat
təlimatının işlənməsi təkcə neft-qaz sektoruna aid vacib kateqorik prossedur hal deyil, hamılıqla
ölkə iqtisadiyyatı üçün
də son dərəcə əhəmiyyətli, strateji bir məsələdir.