E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə12/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   8   9   10   11   12   13   14   15   ...   126

 
25
bazardakı əlverişli satış konyukturasından asılıdır. 
III.  Kiçik səmərəli ehtiyatlar-xərclərin ödənişi məhsulun tamamilə dünya bazarında 
reallaşması ilə mümkündür. 
IV.  Fövqəl səmərəliliyə malik ehtiyatla-rentabellik dünyəvi qiymətlərin izafi yüksəklik 
təminatında mümkündür. 
V.  Marginal səmərəlilik ehtiyatları-belə ehtiyatlar sosial məqsədlər-xeyriyyəçilik 
təminatında məqsədə müvafiqliyini nümayiş etdirir. 
VI. Balansarxası ehtiyatlar-istismar müasir tələblər baxımından ödənilmir.
3
 
İqtisadi yanaşmada neft və qazın işlənməsi təsnifatında ehtiyatlar balans və balansarxası 
bölgüyə də məruz qalır. Balans ehtiyatlar sənaye ehtiyatları anlayışını verərək istismarı mümkün 
ehtiyatları diqqətə gətirir. Balansarxası ehtiyatlar isə indiki məqamda istismarı, qeyri-rentabelli 
olanlara aid edilir. 
Təbii ehtiyatlar təhlil edilərkən iqtisadçıları onları iki qismə ayırırlar: 
 
mənimsənilmiş ehtiyatlar-bu ehtiyatlar istehsalçının tam ixtiyarında və  hətta yatağı 
satmaq səlahiyyətində olduğunu bildirir. 
 
mənimsənilməyən ehtiyatlar-bəzi fərdlər üçün onlar dəyərsiz, cəmiyyət üçün isə 
qiymətlidir. Bu ehtiyatlar xarici effektlərlə bağlıdır. 
Digər bir təsnifatda isə ehtiyatları bərpa edilən və bərpa edilməyənlərə ayırırlar. Birincilər 
günəş enerjisi, torpaq, su, meşə, balıq, ikincilərə isə neft-qaz və digər faydalı qazıntılar aid edilir. 
Neft ehtiyatları ilə bağlı  ən sadə  təsnifat geoloji tədqiq edilərək aşkarlanmış-geoloji 
ehtiyatlar  və bu ehtiyatlardan hasilatı iqtisadi mümkün olan çıxarıla bilən ehtiyatlara bölgüdə 
ifadə olunur. Ehtiyatların terminoloci təsnifatında  ümumi ehtiyatlar bu və ya digər ölkənin
regionun aşkarlanmış yataqlarda və proqnozlaşdırılan sahələrdə neftin, qazın ümumi kəmiyyətini 
ifadə edir. Ümumi ehtiyatları iki qrupda fərqləndirirlər: 
 
kəşf olunmuş və işlənmiş yataqlarda neft və qaz ehtiyatlarının miqyası; 
 
kəşfiyyatı aparılmamış sahələrdə  və ya az öyrənilmiş rayonlarda geoloji və geofiziki 
hesablamalar əsasında proqnozlaşdırılan neft-qaz ehtiyatlarının güman edilən həcmi. 
Karbohidrogen ehtiyatlarının bölgüsü üzrə yeni mütərəqqi variant axtarışında təşəbbüs 
üstünlüyünü Amerikanın Neft Mühəndisləri Cəmiyyətinin 
(SRE)
  və Dünya Neft Konqresinin 
(WRC)
 tövsiyələri  əsasında 1987-ci ildə  tərtib edilmiş  təsnifat almışdır. Sonralar ehtiyatlar 
kateqoriyasının universiallaşdırılması istiqamətində dünyanın aparıcı maliyyə qurumları, fond 
bircaları və digər institutları daha mükəmməl təsnifatın işlənməsini şərtləndirmişlər. Amerikanın 
Neft Mühəndisləri Cəmiyyəti ilə Dünya Neft Konqresinin 1997-ci ildə birgə hazırladığı təsnifat 
dünyanın  əsas neft nəhəngləri olan kampaniyalar tərəfindən qəbul olunmuşdur. Bu təsnifat 
aşağıdakı sxemdə verilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
3
 Нефт России. 2000. №5. səh.33. 
 


 
26
Sxem 1 
 
SRE\WRC-in resursların təsnifat sxemi 
 
 
 
 
РЕСУРСЛАР
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxemdən göründüyü kimi, universal standartlı təsnifatda ehtiyatlar palitrası olduqca geniş 
və detallıdır. Burada ilk növbədə çox zaman eynən interpretasiya olunan resurslar və ehtiyatlar 
anlayışlarının motiv fərqliliyini ayıran cəhətlərə diqqətin yetirilməsi vacibdir. 
Resurslar-təsbit edilmiş vaxt ərzində qiymətləndirilərək yatağın kəşf olunmuş hissəsindən 
qalıq və ya hasil edilən karbohidrogenlərin çıxarıla bilən həcmi (kəşf edilmiş resurslar) ilə 
kəmiyyəti qiymətləndirilərək hələ ki, aşkarlanmamış  (kəşf edilməmiş resurslar
karbohidrogenlərin cəmindən ibarətdir. 
Ehtiyatlar -təsbit edilmiş vaxt ərzində yatağın kəşf olunmuş hissəsindən reallaşmış hasilat 
miqdarını hesaba almayan, kommersiya baxımından çıxarılması mümkün sayılan 
karbohidrogenlərin həcmini ehtiva edir. Ehtiyatlar kateqoriyasının təyinatında işləmə planı, 
hasilat proqnozu, fiskal şərtlər, huquqi təminat və bazarla bağlı  tələblər kimi onların iqtisadi 
Кяшф олунмуш
Кяшф олунмамыш
Коммерсийа 
Гейри-коммерсийа
Потенсиал
Йыьылмыш щасилаt 
Ещtийаtлар
Сцбуtа йеtмиш
Сцбуt олунмамыш
 
Ещtимал едилян
 
Мцмкцн
Ишлянилян 
Ишлянилмяйян 
 
 
Щасил едилян 
Щасил едилмяйян
 
Консервляшдирилм
Бору мцщиtиндя 
 


 
27
qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Burada layihənin kommersiya baxımından 
luzumluluq və faydalığı ilə ehtiyatların təsdiq edilmə meyarları da şərtləndirilir. 
Resurslar və ehtiyatlar kateqoriyasının
 
SRE\WRC
 sistemində digər elementləri də geniş 
şərhi verilən strukturlara malikdirlər. Bu sistemdən bir qədər fərqli olaraq hal-hazırda MDB 
məkanında, o cümlədən, Azərbaycanda da işlədilən təsnifatda iqtisadi meyarladan çox texniki 
cəhətlər önə  çəkilir. Ehtiyatların dövlət uçotunu xarakterizə edərək respublikamızda qüvvədə 
olan təsnifat yeni təsərrüfatçılıq şərtlərini, iqtisadiyyatın bazar prinsiplərini dolğun ifadə etmir. 
Bu təsnifatda ehtiyatlar öyrənilmə dərəcəsinə görə, dörd A, V, S
1
, S
2  
bölgülü, resurslar isə üç S
3

D
1
,  D
2 
kimi müvafiq olaraq ümümi toplumda yeddi kateqoriyaya bölünür. Aşağıdakı sxemdə 
SRE\WRC sistemi ilə hal-hazırda respublikamızda ehtiyat və resursların əsas metodoloji təsnifat 
strukturu kimi rəhbər tutulan oxşarlıqlar və fərqli cəhətlər diqqətə gətirilir. 
Sxem 2 
Karbohidrogen ehtiyat və resurslarının üzrə SRE\WRC sistemilə 
respublikamızda mövcud təsnifatının fərq nisbəti sxemi 
 
SPE/WPC-Sistemi 
Kəşf olunmuş ehtiyatlar 
Kəşf olunmuş 
resurslar 
Subut olunmuş 
Subut olunmamış 
İşlənilən 


İşlənilməyən Ehtimal 
edilən Mümkün 
Potensial 
 
 
 
 
 
 
 
 
 
Ehtiyatların yataqlar üzrə təsnifatı sistemi 
Ehtiyatlar Resurslar 

B  B 
C

C
1
 
C
1
 
C

C

D

D2 
 
*Qeyd: M sübut 
edilmiş işlənilən hasil edilən. 
T sübut 
edilmiş işlənilən hasil edilməyən.
 
 
Müqayisəli sxemdən göründüyü kimi geoloji öyrənilmə və iqtisadi amillərin təsir dərəcəsi 
istisna olmaqla təsnifatlarda identik cəhətlər yetərlidir. Lakin oxşarlığın nə qədər konkretliyinə 
varmadan karbohidrogen resurslarının təsnifatı universal bölgüyə uyğunlaşdırılmalıdır. Bu 
istiqamət ehtiyatların iqtisadi əlamətlər üzrə öyrənilməsində, bazar münasibətli işlək mexanizm 
qurmada və nəhayət investisiyon baxımdan və kommersiya cəhətdən də əhəmiyyətli olacaqdır. 
Ehtiyatlar çeşidində kateqoriyalarda bənzərliklər olduğu qədər fərqlər də mövcuddur. 
Ehtiyatlara təsnifat verən və müvafiq tənzimləyici funksiyanı yerinə yetirərək Rusiya 
Federasiyasında Ehtiyatlar üzrə Dövlət Komissiyası  fəaliyyət göstərir. Respublikamızda isə 
analoji funksiyaları ARDNŞ-in nəzdində ehtiyatlar üzrə  mərkəzi komissiya yerinə yetirir. 
Əhəmiyyətli strukturun isə  əlahiddə dövlət qurumunda deyil, ayrıca sahəvi təşkilatda fəaliyyət 
göstərməsi bazar təsisatlı sistemin prinsiplərinə müqabil görünmür. Məhz struktur statusu 
problemin çözülməsində  əhəmiyyətli faktor rolunu oynayır. Yeni təşkilatlanma hasilatın pay 
bölgüsü üzrə istismar zonasında və habelə investision müsabiqəyə  çıxarılacaq perspektivli 
yataqların işlənməsində də iqtisadi dəyərini nümayiş etdirəcəkdir. Dövlət öz sərvətlərinin dəqiq 
real uçotunu təmin etmədə  ən səmərəli mexanizmlərin, nəzarət, hesablama sistemlərinin 
yaradılmasına məhsuldur. Karbohidrogen resursları və ehtiyatlarının yeni hesablama prinsipləri 
də milli mənafeləri rəhbər tutaraq möhkəm uçot recimli olmaqla, həm də beynəlxalq praktikada 
prioritet sayılan sterotiplərə müvafiq tələbli olmalıdır. Resursları  və ehtiyatlarının təsnifat 
təlimatının işlənməsi təkcə neft-qaz sektoruna aid vacib kateqorik prossedur hal deyil, hamılıqla 
ölkə iqtisadiyyatı üçün də son dərəcə əhəmiyyətli, strateji bir məsələdir.
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə