E. M. Hacizadə


Köhnə istismar sahələrinin neft-qaz ehtiyatlari



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə13/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   9   10   11   12   13   14   15   16   ...   126

 
28
2.2. Köhnə istismar sahələrinin neft-qaz ehtiyatlari 
 
Təbii sərvətlər maddi istehsalın mənbəyidir. Zəmanəmizdə planetin 40% quru sahələrdən 
məhsul alır. Bu baxımdan su hövzələri və dünya okeanının imkanları daha genişdir. Elm və 
texnikanın inkişafı Yer kürəsindən daha çox məhsul almağı  və  səmərəli istifadə imkanlarını 
artırır. 
Əlli il öncə planetdə neft hasilatı illik 500 milyon ton həddində olanda dünya ehtiyatları 20 
milyon ton hesab edilirdi və yaxın 20-25 il ərzində ehtiyatların tükənəcəyi ehtimal olunurdu. 
Lakin yeni perspektivli nəhəng yataqların kəşfi belə proqnozları reallığa çevirmədi. Quru 
sahələrdəki ehtiyatların əksər hissəsi mənimsənilmişdir. Bununla belə, axtarış trayektoriyasında 
müvafiq  ərazilərin çəkisini yetərli saymaq olar. Müstəqil hesablamalara görə, mənsub  ərazi və 
şelfdə potensial neft ehtiyatlarının 40-50%-i, təbii qazın 80%-i hələ kəşf edilməmiş qalır. 
Geoloji tədqiqatlarda belə bir aşkar müəyyənlik var ki, respublika ərazisinin 12-14%-i, 
neft-qaz yataqlarının mövcudluğu baxımından kifayət qədər öyrənilməmişdir və burada 
perspektiv neft-qazlılıq baxımından tam qiymətləndirilməmiş müxtəlif kateqoriyalı ehtiyatların 
olduğu güman edilir. Belə ki, A+B+S
1
 və S

çıxarıla bilən ehtiyatlar, S
3
 perspektiv ehtiyatlar, D
1
 
+ D

proqnoz ehtiyatlar ilk potensial resurslarının 
2
/
5
 hissəsindən çoxdur. Quru sahələrində əsas 
neft-qaz yataqları məhsuldar qatın orta pliotsen çöküntülər ilə əlaqədardır ki, bunların da mütləq 
əksəriyyəti 3000 metrlik dərinliklərdə yerləşmişdir. 3000-5000 metrlik dərinliklərdə  S
2
 
kateqoriyalı ehtiyatların 71%-i, D
1
 + D
2  
kateqoriyalı ehtiyatların yarıya qədəri, mezozoy 
çöküntüləri üzrə ehtiyatların 40-45%-i cəmləşmişdir. Hazırda aşkarlanan neft-qaz ehtiyatları 
5000-7000 m dərinliklərdə toplanmışdır. Daha çox neftin nisbətən dərin 6000 metrdən dərin 
horizontlarda olduğu ehtimal edilir. Aşkarlanan təbii qaz ehtiyatları, o cümlədən, perspektivli 
ehtiyatlar 1-2 trilyon kubmetr təşkil edir ki, bu, respublika üçün strateji bir kəmiyyət və 
keyfiyyətdir. 
Sovetlər  İttifaqının mövcudluğu vaxtı neft-qaz ehtiyatları mütəmadi olaraq hesablanırdı. 
Aprobasiyadan, elmi təsdiqdən keçdikdən sonra ehtiyatlara müvafiq istehsal həcmi 
müəyyənləşdirilirdi. Milli gəlir və iqtisadi artıma uyğun olaraq potensial və hasilat 
proqnozlaşdırılırdı. Azərbaycandakı neft ehtiyatlarını milli geoloqlar hesablasalar da, hasilat 
həcminin mərkəz öz maliyyə imkanlarına və perspektiv inkişafa uyğun planlaşdırırdı. 1980-ci 
illərdə Azərbaycanda təbii qazla bağlı inkişaf görünüşü daha ümidli idi. 1981-ci ildə tarixində ən 
rekord göstərici Azərbaycan 29,3 milyon ton kommulyativ həcmdə enerji resursu–neft-qaz və 
kondensat çıxarılmışdır ki, burada təbii qazın payı xeyli yüksək idi. Həmin illərdə (1982-ci ildə) 
quruda çıxarıla bilən ehtiyatlar 292,7 milyon ton, o cümlədən işlənmiş yataqlarda 269,6 milyon 
ton təşkil edirdi. A+B+S
1
 kateqoriyaları üzrə bu ehtiyatlar 308,4 milyon ton S
2
-üzrə 91,3 milyon 
ton, sərbəst təbii qaz ehtiyatları 7,4 milyard m
3
, o cümlədən, səmt qazı üzrə 6 milyard m

hesablanmışdır. O illərdə də quruda neft hasilatı enməyə  məruz qalır və bu təbii enmə prosesi 
planlaşdırmada nəzərə alınırdı. Sonuncu perspektiv 20 il üçün nəzərdə tutulmuş planlaşdırmada 
quruda 2000-2005-ci illərdə neft hasilatı 3,5 milyon ton, təbii qaz isə 0,3 milyon kubmetr 
hesablanmışdır
4
. Lakin SSRİ kollapsı iqtisadiyyatın digər sahələrində olduğu kimi, 
neftqazçıxarmada da öz korrektələrini labüd etdi. Dövlət müstəqilliyinin bərpası  ərəfəsində 
neftqazçıxarmada xüsusən köhnə yataqlarda müəyyən mənfi meyllər-kütləvi təsərrüfatsızlıq, 
hasilatın sürətli enişinə  təkan verdi. İndi respublikada sovet ənənələri və texnologiyaları ilə 
planlaşdırılan hasilatdan 2-2,5 dəfə az məhsul hasil edilir. Bununla belə, qeyd olunmalıdır ki, 
təbii qaz hasilatında bu fərq o qədər də böyük deyildir. 
İndi təkrar səslənən və üstünlük verilən baxışa görə, milli neft-qaz sənayesində ittifaq 
dövründə azalan templəri respublikamıza yönələn kəskin biganəliklə  əlaqələndirirlər. Lakin 
vəziyyət daha çox obyektvilik tələb edir. Məlumdur ki, Sovetlər İttifaqı maliyyəsini hesablamağı 
yaxşı bacarırdı. Xəzərdə  təşəkkül tapan neft hasilatı  dərin laylara irəlilədikcə geoloji-texnoloji 
                                                 
4
 «Комплексия программа научно-технического программа СССР на 1986-2005 году». М.: 1983. 
 


 
29
çətinliklər də artırırdı. Daha dərin qatlarda hasilat müasir bahalı texnologiyalar tələb edirdi. Bu 
isə yeni zavodlar, mütərəqqi istehsal kompleksləri demək idi. Həmin illərdə Qərbdə Avroatlantik 
məkanda daha uzaq dərinliklər fəth edilsə  də, SSRİ-də  də belə perspektivə pul xərclənməyi o 
qədər də məqsədəuyğun hesab etmirdilər. Avroasiya qitəsində Yaxın Şərqdən sonra II böyük neft 
yataqları bu ölkədə-Qərbi Sibirdə yerləşirdi. Buradakı izafi ehtiyatlar və ucuz başa gələn hasilat 
müqabilində  Xəzərin dərinliklərinə irəliləmək mühüm hesab olunmurdu. Əvvəllər dənizdə 
hasilat 10-30 metr dərinliklərdə gedirdi. Sonradan bu ölçü 100 metrlik həddi aşdı. 200 metrlik 
dərinlikdə  işlərin aparılması isə 2000-ci ildə  nəzərdə tutulurdu. Lakin göründüyü kimi, işlər 
məhşur Azərbaycan kəlamında olduğu təki, «sən saydığını say, gör fələk nə sayır» məjrasına 
düşdü. Klassik məsəlin uzaqhədəfliyinə müvafiq olaraq bu dərinliklər bir neçə il öncə müstəqil 
Azərbaycan tərəfindən məxsusi fəth edildi. SSRİ zamanında 2000-ci il üçün dənizdə 14,4 milyon 
ton neft, 17,4 milyard kubmetr qaz hasilatı planlaşdırılmışdı. Neft hasilatı üzrə bu göstərici fəth 
edilsə də, təbii qaz üzrə 3 dəfə aşağı düşmüşdür. Qeyd etməliyik ki, bu göstəricilər beynəlxalq 
neft müqavilələrini əhatə etdiyi sahələr üzrə birlikdə qəbul edilir. 
Neft-qaz sənayesinin texniki-iqtisadi potensialının qiymətləndirilməsində ilk öncə 
ehtiyatlar və hasilat göstəricilərinə nəzər yetirək. 130 illik tarixi mərhələni asmış sənaye üsullu 
hasilat dövründə laylarda 1,8 milyard tondan çox karbohidrogen çıxarılmışdır. Bunun 470 
milyard m təbii qaz, qalan hissə isə kondensatla birlikdə neftdir. Hasilat payı: quruda 935milyon 
ton neft, 130 milyard m qaz, dənizdə 470 milyon ton neft, 340 milyard m qaz təşkil edir. Quruda 
rekord hasilat neft 1941-23450 milyon ton, dənizdə 1970-ci il 13 milyon ton, təbii qaz quruda 
1970-10 milyard m, dənizdə 1982-ci ildə 14 milyard m olmuşdur. Çıxarılmış bütün ehtiyat 
müvafiq olaraq quru və dəniz sahələri üçün orta hesabla neftə 60%, 40%, təbii qazda 30%, 70% 
təsnifatındadır. İndiyədək açılmış 71 neft-qaz yatağının 54-də, o cümlədən, dənizdə yerləşən 39 
yataqdan 17-sində istisma davam edir. Quruda ümümi toplumda indiyədək aşkarlanan 90-dan 
çox neftli-qazlı sahədən 43-ü sənaye əhəmiyyətli yataq kimi istismara cəlb edilmişdir. Bu ərazidə 
yerləşən və hazırda istismar olunan yataqlarda dövlət qeydiyyatından keçmiş 1,613 milyard ton 
geoloji qalıq ehtiyatı vardır ki, onların da yüksək sənaye kateqoriyalarına keçidi zəmani həllini 
gözləyir. 
 
Azərbaycan nefti dünya bazarında marker növünə görə, yüksək keyfiyyətli təbii 
xammal kimi qəbul edilir. Optimal emal prosesində çeşidin bütün qammasının 
təminatında, ondan alınan məhsulun keyfiyyət, göstəricisi yüksək qiymətləndirilir. 
Naftalan yatağında çıxarılan neft dünyada ilk və nadir olan müalicəvi əhəmiyyətli ilə 
fərqlənir. 
 
Xəzərdə hasilatda sürətlənən tendensiyalar respublikanın neft-qaz potensialına yeni 
konturlar gətirmişdir. İndi Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının ümumi 
həcminin 6-8 milyard ton neftə  bərabər olması daha çox səslənməkdədir. Quru sahələrində  də 
proqnoz ehtiyatları 1 milyard ton civarında ehtimal edilir. Ümumilikdə ölkənin karbohidrogen 
ehtiyatları ən nikbin ovqatda orta hesabla 8 milyard ton neftə ekvivalent tutulur. Bu, indiki əhali 
sayında bir nəfər üçün 1000 tona yaxındır. Müqayisə üçün qeyd edək ki, neftsivvil Yaxın Şərq 
ölkələrində müvafiq göstəricisi BƏƏ-də 8400 ton, Küveytdə 8300 ton, Qatarda 1300, Omanda 
400, Yəməndə 55, Bəhreyndə 30 tondur. Digər tərəfdən bu göstərici ayrı-ayrılıqda dünyanın 
inkişaf etmiş 7 industrial dövlətlərindən xeyli yüksəkdir. Bundan başqa möhtəşəm  ərazili 
Rusiyanın elə makroregionları vardır ki, onların təbii energetik təminatı Azərbaycanın neft 
ehtiyatları ilə müqayisə edilməz dərəcədə kiçikdir. Ehtiyatların həcminə görə, respublikamış 
Şərqi Avropa, Avstraliya və Okeaniya, Cənub-Şərqi Asiya ölkələrindən xeyli irəlidə gedir. 
Bizim Xəzər  şelfində  aşkarlanan qaz ehtiyatları dünya ehtiyatlarının 1%-i həcmində 
qiymətləndirilir.
 
Artıq bir neçə onillikdir ki, quru sahələrində hasilat enmə fazasına daxil olmuşdur. Enmə 
faizlərinin nisbəti son illərdə daha çox kəskinliyi ilə  fərqlənir. Bu müddət  ərzində bir neçə il 
istisna olmaqla aşağı göstəricili plan tapşırıqlarının yerinə yetirilməsi belə mümkün olmamışdır. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə