E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə14/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   10   11   12   13   14   15   16   17   ...   126

 
30
Ümumilikdə götürüldükdə 1995-ci ildən başlayaraq, quru sahələrində istismar rentabellik 
səviyyəsini itirmiş, ayrı-ayrı  mədənlər, NQÇİ-lər kontekstində isə  zərərlə  işləmə ritmik hal 
almışdır. Bir neçə ildir ki, quru yataqlarında hasilat neft üzrə 1,5 milyon ton, təbii qaz üzrə orta 
hesabla 240-250 milyon kubmetrə  bərabər xəttdə  tərəddüd etmədədir. Bununla belə, qalıq 
ehtiyatlarının həcmi burada hasilatın indiki templərlə tam bir əsr də, davam etməsi proqnozunun 
təsdiqini verir. Quru sahələrində xam neft ehtiyatlarının güman edilən sahəsi 43100 kv. km.-ə 
bərabərdir. Bu ərazilərdə indiki məqamda Abşeron yarımadasında, aşağı  və orta Kür, Quba-
Xəzəryanı  və  Şamaxı-Qobustan neftli-qazlı rayonlarında yerləşən yataqlarda istismar davam 
etdirilir. Burada 130 milyon tondan çox çıxarıla bilən neft ehtiyatı vardır ki, onun da 
2
/

hissəsinə 
qədəri Abşeron yarımadasında cəmləşmişdir. Məhz Abşeron yataqları digər yataqlara nisbətdə 
məhsuldar olmuş və daha erkən istismara cəlb edilmişdir. 
Ölkədə quru sahələrində neft hasilatını artırmaq üçün xeyli ehtiyat imkanları mövcuddur. 
Aşkarlanmış neftli-qazlı yataqlarda kəşfiyyata cəlb edilməmiş 21 milyon ton neft, 14 milyard 
kubmetrdən çox qaz və 0,5 milyon ton kondensat ehtiyatı hesablanmışdır. Axtarış qazmasının 
geofiziki üsulları ilə müəyyən edilmiş 32 strukturunda 140 milyon tondan çox neft ehtiyatı 
vardır. Bununla belə, perspektivli sahələrdə 337,3 milyon ton neftin olduğu təsdiqini almışdır. 
Qaz ehtiyatlarının isə ümumi potensialı 31 milyard kubmetr təşkil edir. Daha nikbin proqnozlara 
görə, quru sahələrinin ümumi karbohidrogen potensialı qeyd olunduğu kimi 1 milyard ton neftə 
ekvivalent ehtimal edilir. Hazırkı  mərhələdə quru ərazilərində axtarış-kəşfiyyat işləri Quba-
Xəzəryanı, Çandahar-Zarat, Zeyvə,  Şurabad, Aşağı Kür NQR-də, Pirsəhhət, Yevlax-Ağcabədi 
çökəkliyində,  Şimali Naftalan sahələrində aparılır. Abşeron NQR-nun Zirə yatağında qazma 
işlərinin intensivləşdirilməsi də planlaşdırılmışdır. Böyük qazma proseslərinin görülməsi ilə 
müşayiət olunacaq perspektiv işlər planauyğun reallaşacağı  tədqirdə bu sahələrdən hər il 0,4 
milyon ton əlavə neft hasil edilməsi nəzərdə tutulur. 
Quruda istismar olunan və perspektiv yataqlar ayrı-ayrılıqda ehtiyat potensialına körə 
fərqlənirlər. Bu fərq-yataqların lay düzümündə və geoloji qurluşunda da özünü göstərir. Bir sıra 
quruda yerləşən yataqlar dağ-mədən çətinliyi, texniki-texnoloji problemlərlə  ələqadar normal 
istismar olunmadan geri düşürlər. Çətinliklərin mülayimləşdirilməsi isə investisiyon tələblər 
qoyur.  İnvestorlar da sərmayə qoyluşunda təbii ki, daha əlverişli  şərait və  şərtlər istəyirlər. 
Ehtiyat potensialı 60 milyon ton hesablanan Muradxanlı yatağı da, məhz investisiya problemləri 
ilə  əlaqədar tam gücü ilə istismar olunmur. Bu sayaq struktur sahələr quru ərazilərində 
nəzərəçarpacaq dərəcədə yetərlidir. 
Quru  ərazilərinin resurs potensialı siyasi-iqtisadi önəm daşıdığından burada istismar 
proseslərinin davamlılığı konyuktur və taktiki gedişlərlə tənzimlənməməli, azı əsr qədər zaman 
tələbi bulunan böyük işin elmi perspektiv planı da işlənməlidir. Real və potensial ehtiyatların 
səmərəli hasilatı uzaq olmayan öz tariximizdən, beynəlxalq təcrübədən örkək götürülərək yeni 
təfəkkür və gerçəkliklər konteksində həllini tapmalıdır. 
 
 
2.3. Təsərrüfat potensialının qiymətləndirilməsi 
 
Xəzər regionunun neft resurslarının episentrində Azərbaycan durur. O, həm də  Xəzərin 
karbohidrogen eytiyatlarının mənimsənilməsində Avroatlantik məkan üçün bir əməliyyat 
meydanıdır. Azərbaycanın bugünkü neft-qaz potensialını dənizdəki yataqları qaynaqlandırsa da, 
tarixən ölkənin neft şöhrətinin quruda təşəkkül tapan istismar sahələri ilə bağlı olmuşdur. XIX 
əsrdə  sənayeləşən neft öz ilkin gərəklilik sferasını xeyli dəyişərək qlobal səciyyə almışdır. 
Zəmanəsinin iki neft mərkəzindən biri və bir müddət də birincisi, Bakıda geosiyasi özəlliklərlə 
əlaqədar hasilat ekstensiv, elmi əsaslarla uyğun olmadan aşağı ekoloji üsullarla istismar 
edilmişdir. İqtisadi münasibətlərin bir neçə həlqədə dəyişməsinə baxmayaraq, hasilat və istehsal 
üsulları köklü dəyişikliklərə uğramamış, ekstensiv templi istismar davam etmişdir. Uzun müddət 
davamlı olan bu istismar üsulu ehtiyatların vaxtından  əvvəl tükənməsinə  səbəb olmuş, dağ-
 


 
31
mədən və geoloji vəziyyətin xeyli çətinləşdirmişdir. Enerjisi tükənmiş lay təzyiqi azalmış 
yataqlarda hasilatının əlavə xərclər tətbiq etmədən davam etdirilməsi praktiki mümkün deyildir.  
Quyuların lay enerjisinin tükənməsi, təchizatdakı  gərginlik, texniki-texnoloji maliyyə 
çətinlikləri köhnə yataqlarda istismarı rentabelsiz həddə yuvarlatmışdır. Qazma prosesi səngimiş, 
texniki təminat pisləşmiş, istehsalat birliklərinin maliyyə dayanıqlığı pozulmuşdur. Burada 
hasilat hər il enməyə məruz qalır, istismar xərcləri isə əksinə olaraq artır. İstehsalın əvvəlki tək 
planlı direktiv metodlarla idarəçiliyi davam etdirilir. Hasilatın indiki, 2001-ci ilin yekunları üzrə 
həcmi DNQÇİB-də 7415,9 min ton neft, 5,3 milyard kubmetr qaz, QNQÇİB-də müvafiq olaraq 
1596,2 min ton neft, 241,5 milyon kubmetr qaz həcmindədir. Xəzərdə  nəhəng karbohidrogen 
yataqlarının istismarının başlanmasına baxmayaraq, Azərbaycanın dövlət müstəqilliyinin 10 illik 
keçid mərhələsində köhnə  dəniz və qurudakı yataqların istismarını  həyata keçirən istehsalat 
birlikləri ölkə iqtisadiyyatının  əsas energetik güc mərkəzi olmaqlla, onun yanacaq-enerji 
balansının özəyini təşkil edərək müvafiq sektorda hələ ki, liderliyini qoruyub saxlamışlar. 
Burada hasil edilən neftin və qazın  əksər hissəsi respublikanın emal zavodlarına göndərilir. 
Daxili ehtiyaclar üçün bu komplekslərdə 0,4-0,5 milyon ton xam yanacaq məsrəf olunur. İstehsal 
olunan neftin 1,5-2 milyon tonu neft və neft məhsulları formasında ixraca yönəlir. Ölkədə 
enerjini istehsal edən stansiyalar orta hesabla 4-4,5 milyon ton mazut, 2-2,5 milyard kubmetr qaz 
məsrəf edirlər. Təbii qaz kasadlığı ilə  əlaqədar olaraq 1993-1995-ci illərdə Türkmənistan
Qazaxıstan və Rusiyadan qaz və mazut alınmış və 2000-ci ildən başlayaraq yenidən Rusiyadan 
əlavə olaraq qaz idxal olunur. Qeyd olunduğu kimi, real inkişaf ssenarisində indiki ehtiyatlar 
müqabilində köhnə istismar sahələrində hasilat hələ də uzunmüddətli olacaqdır. Hətta hasilatın 
radikal tempdə artma imkanları da gerçəkləşə bilər. ETT-inin innavasiyon nailiyyətlərin, yeni 
səmərəli iqtisadi texnologiyaların tətbiqi isə burada məhsuldarlığın, iqtisadi artımın yüksəlişi 
üçün daha nikbin əsaslar yaradır. Bununla yanaşı köhnə istismar sahələrini əhatə edən mövcud 
infrastruktur elmi-texniki potensialda iqtisadi artıma təkan verən xüsusi amil kimi 
qiymətləndirilir. 
 
Tarixdən məlumdur ki, Bakı rus imperatorluğunun quberniya mərkəzinə 
çevrildikdən sonra burada həmin  ərəfədə  pərvəriş tapan .neft-qaz sənayesi, onun 
simasının  əsaslı dönüşünü, təkanverici yüksəlişini yedəyinə almışdır.  Əvvəl nisbi 
xaotik və assimmetrik inkişafda olan şəhərdə neft faktoruna istinadən sonradan 
Avropa standartlarına, güclü və keyfiyyətli rəqabətə  əsaslanan quruculuq prosesi 
başlanmışdır. Sovetlər  İttifaqı bu yüksəlişi başqa keyfiyyət məjrasına yönəltsə  də, 
şəhərin təsərrüfatı neft amilindən bəhrənərək, daha mükəmməl struktur görkəmi 
almışdır. Neft ölkənin sosial-iqtisadi həyatında oynadığı rolu ilə yanaşı, onun 
mədəniyyətinin bütün sferalarına nüfuz etmişdir. Bakının minillik tarixinin yüksəliş 
məqamları məhz neft erası ilə həmahəng olmuşdur. 
 
Neft sənayesi inkişaf tapdıqca ona müvafiq infrastruktur da formalaşmışdır. Hasilat üçün 
lazım olan maşın və avadanlıqlar istehsalı, yardımçı  və xidmətedici sahələrin təşkili, emal 
təchizat müəssisələri, elmi-texniki kadr potensialının, istehsalı bütün dövriyyədə  əhatə edən 
müvafiq qurumların, yolların, kommunikasiya xətlərinin, rabitə, mühafizə  təşkilatlarının 
yaradılması müvafiq infrastruktur seqmentlərindəndir. Bütün bu mövcud əzəli infrastruktur 
köhnə olsa da, neft-qaz sənayesinin inkişafı üçün kifayətedici haldadır. Bununla belə, böyük 
infrastrukturun tərkib hissəsi kimi köhnə yataqlarda istismarı  həyata keçirən kompleksin 
sərəncamında qalan infrastruktur da vardır. Quru sahələrini əhatə edən ərazidə sırf neft sənayesi 
infrastrukturu ilə yanaşı, həm də ondan bəslənən sosial infrastruktur da mövcuddur. 
Köhnə istismar sahələrini əhatə edən kompleksdə XXI əsrə gəlib çıxan ənənəvi strukturlu 
NQÇİ statuslu 7 müəssisə qalmışdır. Bununla belə, quru əraziləri əhatə edən kompleksdə xarici 
müştərək kapitallı 8 birgə müəssisə təşkil edilmiş və iki müştərək müəssisə 2000-ci ildə BMB 
İNK OYL qeyri-səmərəli fəaliyyətinə körə, 2001-ci ildə Muradxanlı Ko investisiyon baxımdan 
rentabelsizlik mülahizələrinə görə, ləğv edilmişdir. Qobustan LTD isə təsərrüfat fəaliyyətinə tam 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə