E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə17/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   13   14   15   16   17   18   19   20   ...   126

 
36
sabitləşmə yüksək dinamizm templəri müşahidə olunmamışdır. 1994-cü ildə ABŞ-la müştərək 
əməkdaşlıq  əsasında yaranan BMB OYL İNK  şirkəti 5-6 illik fəaliyyəti  ərzində heç bir 
irəliləyişə nail olmamış və 2000-ci ildə onun ləğvinə qərar verilmişdir. Yenidən Ə.Əmirov adına 
NQÇİ-nin istismar zonasına daxil edilmiş müəssisənin sərəncamında olan yataqlar demək olar 
ki, NQÇİ-nin potensialına heç bir əsaslı təsir göstərməmiş, onun yeni plan tapşırıqlarının artım 
aspektində əks olunmamışdır. «Muradxan»lı mədənlərinin də xarici sərmayədarların istifadəsinə 
verilməsi səmərə doğurmamış və 2001-ci ildə onu yenidən NQÇİ-lər sırasına qatmışlar.  MM-
lərin xüsusi statusları, mücərrəd toxunulmazlıq prezumpsiyası onlara «fövqəlkonsperativ» 
təşkilat kimi görünüş  təəssüratı verir. Son illər neft-qaz sənayesinin ictimaiyyət üçün 
işıqlandırılan statistik göstəricilər bazası xeyli məhdudlaşmışdır. Bu fonda MM-lərə aid statistik 
şəbəkədən isə demək olar ki, az-çox hesabatlanan hasilatla bağlı göstəricilər qalmışdır. MM-lərə 
verilən hüquqlar onların fəaliyyətini  əks etdirən hesabatları belə  məhdudlaşdırmışdır. Formal 
olaraq QNQÇİB-nin struktur təşkilatları olsalar da, baş idarə tərəfindən yoxlanılması, cari daxili 
auditi, tənzimləmə nöqteyi-nəzərdən ciddi nəzarətə alınması praktiki olaraq istisnadır. Bu 
gerçəklik kompleksini nizamnaməsi ilə də ziddiyyət təşkil edir. Belə olan şəraitdə öz baş idarəsi 
üçün qapalı sayılan MM-lərdə birlikdən kənardakı maraqlı tərəflər üçün hər hansı bir tədqiqatı, 
geniş, obyektiv təhlil işinin aparmağı mümkünsüz edir. Ara-sıra hesablanan, mətbuata sızan 
informasiyalardan bəlli olur ki, burada işlər heç də  rəvan getmir, istismar fondu təzələnmir, 
qazma işləri aparılmır, plan tapşırıqları yerinə yetirilmir. Bütün bunlar onu ifadə edir ki,  əslində 
sərmayə qoyuluşları da nəzərdə tutulan səviyyədə baş vermir. Belə vəziyyət daha çox ilk yaranan 
MM-lərə aid etmək olar. Çünki yeni yaranan əməliyyat  şirkətləri tam fəaliyyət zolağına 
keçməmiş və tam sınanmamışlar. MM-lər də quyuların 25%-i fəaliyyət göstərmir. 
Ekoloji vəziyyət neftli-qazlı sahələrdə daim pisləşməkdədir. Avropa ölkələrində, o 
cümlədən, ABŞ-da neft-qaz resursları bu qəbildən olan enerji daşıyıcılarına yeni ekoloji verginin 
tətbiqi düşüncəsi genişlənməkdədir. Bir çox ölkələr üçün bu strategiyaya son onilliklərdə 
başlanan vergi islahatlarının davamı, digərlərində enerji qiymətlərindəki meyllərin 
balanslaşdırılması kimi baxılır (enerji intensiv sahələrə şamil edilmir). 
Köhnə istismar sahələrində mövcud zəif dəyişkənlik meyli texniki geriliyi artırır. 
Kompleksin qeyri-bazar sektoru kimi fəaliyyəti səmərəliliyə ciddi təsir edir. Liberal iqtisadi 
islahatların aparılmaması, yeni inkişaf trayektoriyasının qəti müəyyən edilməməsi istehsalat 
kompleksində onun bu ənənəvi görkəmini bir daha nümayiş etdirir. 
 
Qeyri-bazar sektoru anlayışı qeyri-səmərəli təşkilatlar, zərərlə işləyənlər mənfi 
yönümlü  əlavə  dəyər yaradanlara şamil olunur. Kvazisovet ənənələri ilə  əhatəli 
qeyri-bazar sektoru həm də qeyri-sağlam mühit təsiri bağışlayır. Rusiyada qeyri-
bazar sektorunda müəssisələrin 40%-i zərərlə  işləyir. Ölkənin iqtisadi inkişaf və 
ticarət naziri G.Qrefin proqramında qeyri-bazar sektorunun aradan qaldırılması 
mühüm yer tutur. Xüsusi olaraq müxtəlif subsidiyaların, imtiyazların ləğvi 
müəssisələrin rəqabət qabiliyyətliliyini yüksəldən tədbirlər önə çəkilir. Bütün bunlar 
asan məsələ deyildir. İlk əvvəl bu strategiyanın reallaşması, güclü bank sistemi, sərt 
büdcə məhdudiyyətləri, rublun möhkəmliyi, menecment təkmilliyi və kadr hazırlığı ilə 
bağladır. İki oxlu sistemdən çıxaraq dünyanın əyalətinə düşən Rusiyada təzahür etmiş 
problematik məsələlərin həlli  ən ümidli şəraitdə bir neçə onillik ərzində başa gələ 
bilər. 
 
Kompleksin yeni sistemə adaptasiyasını zəif model, çevik olmayan informasiyon təminat, 
iqtisadi-texniki struktur, innovasiya uğramayan texnoloji prosedur, qeyri-şəffavlıq, proteksion 
təzahürlər, mühafizakar meyllər və digər bu kimi xüsusiyyətlər ləngidir. Xarici kapitallı 
təsərrüfat subyektlərini QNQÇİB-yə aid edilməsinin nizamnaməyə müvafiq mülki əsasları olsa 
da, burada qeyri-adekvat cəhətlər də  nəzərə çarpır. Normativ-hüqüqi bazanın qeyri-bazar 
ahəngliliyi, daha çox inzibatçılıq təsərrüfatın iqtisadi aspekdə idarə edilməsində əsas maneyəyə 
çevrilir. 
 


 
37
Ctatistik müşahidə  əsasında apardığımız faktorial analizin nəticələrinə müvafiq olaraq 
fikrimizcə quruda neftqazçıxarma kompleksində istehsal zəifliyini aşağıdakı  təzahür 
komponentlərinin korrelyasiyon vəhdətində aramaq məqsədə müvafiqdir: 
 
planlı iqtisadiyyatdan miras qalmış yüksək özüllüklü hasilat metodikasının 
davamlılığı;  
 
istehsalın ənənəvi ortodoksal ritmi və idarəetmə reciminin sürəkliliyi; 
 
əsas ehtiyatların çıxarılması müqabilində qalıq ehtiyatlarının kiçik miqyaslılığı  və 
perspektiv ehtiyatların daha dərin horizontlarda olması;  
 
layların sululuğu, quyuların enerji yükünün azalması, azdebitlilik, avadanlıq və 
qurğuların köhnəliyi, bununla əlaqədar hasilatın texniki-texnoloji çətinliklərlə başa 
gəlməsi, dağ-geoloji şəraitin sərtləşməsi;  
 
ƏİF-lər, işçi qüvvəsi və digər texniki iqtisadi potensialla hasilat arasında qeyri-
proporsionallığının yüksək həddə çatması; 
 
iqtisadi-sosial durumun deqradasiyası, texnoloji yeniləşmənin kəskin pisləşməsi; 
 
əmtəə-pul dövriyyəsindəki gərginliklərlə müşayiət olunan aşağı ödənişqabiliyyətlilik 
və maliyyə dayanıqlığının pozulması. 
Təsnifatda qeyd olunanları ümumiləşdirərkən belə nəticə çıxarmaq olar ki, reanimasiyaya 
möhtaj olan köhnə istismar sahələrində bazarın iqtisadi prinsiplərinə müvafiq istehsal, idarəetmə 
tsiklinin bütün mərhələdə tam formalaşması  təmin edilməmişdir. Gerçək konyuktur situasiyanı 
isə  tərəqqi hesab etmək olmaz. Konkret faktlar göstərir ki, köhnə istismar sahələrində, hətta 
mütərəqqi hesab edilən müştərək müəssisələrdə enmənin qarşısı alınmamışdır.  İqtisadi və 
istehsal artım haqqında isə mülahizə yürütmək üçün əsaslar yoxdur. Lakin bütün bunlarla yanaşı 
romantik olmayan nikbin bir ovqat da vardır ki, bu da köhnə yataqlarda istismarın hələ çox 
onilliklərdə davamlı olacağı ilə bağlıdır. Statistik və dinamik qanunauyğunluqlar göstərir ki
inkişafın bütün mərhələsində siyasi-iqtisadi amillər öz təsir gücünü göstərərək, istehsalda əks 
olunmuş və onun templərində ifadə tapmışlar. Öhdəmizə düşən vəzifə onunla bitmir ki, biz qalıq 
ehtiyatlarını əvvəlki ekstensiv və intensiv qaydada əldə olunmasına çalışmalıyıq. Əksinə hasilatı 
elmi iqtisadi-əsaslandırılmış ekoloji, sivil metodlarla davam etdirməli, onu rentabelli müstəviyə 
yönəltməliyik. Bizim tədqiqat da məhz bu mövcud potensialı qiymətləndirilməklə, perspektivi 
elmi  əsaslandırmaqla mühüm nəticələrin  əldə edilməsini nəzərdə tutur. Bunula belə, 
səmimiyyətlə qeyd edilməlidir ki, fontan dövrü bitmiş, lay enerjisi tükənmiş sahələrdə hasilatı 
xeyli artırmaq xəyali görünə bilər. Problemə milli, vətənpərvərlik hissləri, tarixi gerçəklik 
anlamı, iqtisadi məntiq baxımdan real yanaşılmalı, məsələnin empirik-elmi həllinə istinad 
edilməlidir. Burada spektikliyə əsas yoxdur. Əks yanaşma əks nəticə doğuraraq, təsərrüfatsızlığa, 
biganəliyə meydan verə bilər. Qədim Azərbaycan məsəlində deyildiyi kimi, «su gələn arxa bir də 
gələr». Bunun üçün isə  əvvəlki istiqamət kənara qoyulmalı, milli mənafelərə uyğun gələn 
iqtisadi metodlara üstünlük verilməlidir.  
 
 
2.4. Quruda neftqazçıxarma kompleksinin müasir texniki-iqtisadi durumu 
 
Quruda neftqazçıxarma kompleksinin müasir vəziyyətini xarakterizə edən iqtisadi 
göstəricilər xidməti statistik sənədlərdə  və qismən də  təşkilat xaricindəki informasiya 
istifadəçiləri üçün hazırlanan press-relyizlərdə, mətbuatda, curnalist tədqiqatlarında əksini tapır. 
Daha dolğun müfəssəl məlumatlar isə ənənəvi olaraq istehsalat birliyində hər ilin ilk iş gününü, 
ötən ilin yekunlarına, yeni ilin plan tapşırıqlarına həsr edilmiş 1 saylı  əmrlərdə  əksini tapır. 
Totalitar recimdən miras qalmış  və  zənnimizcə yeni iqtisadi şəraitdə  prinsipial əhəmiyyəti 
azalmış bu istehsalat praktikası bir qədər də formal xarakter almışdır. Sovet idarəetmə sistemində 
isə hazırlanan müvafiq əmrlər daha geniş formatda tərtib edilir və burada təhlil edilən göstəricilər 
şəbəkəsi xeyli geniş və daha analitik olurdu. Əmr strukturu, fikir aydınlığı və konkret ünvanlığı 
ilə də seçilirdi. Lakin qəribəlik ondan ibarətdir ki, indiki məqamda milli dilimizdə tərtib edilən 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə