E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə19/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   15   16   17   18   19   20   21   22   ...   126

 
40
fonddakı quyulardan 68702 ton, qazmadan alınan quyulardan isə 29872 ton neft hasil edilmişdir. 
Bu dövrdə qazmadan nəzərdə tutulmuş 45 quyu əvəzinə 33, fəaliyyətsiz fonddan 390 əvəzinə 
337 quyu istismara verilmişdir. Maliyyə, təchizat, texnoloji çətinliklər quyu fondunun 
dinamikasında  əks olunur. Hər il ümumi quyu fondunun azalması ilə yanaşı, eyni zamanda 
fəaliyyətsiz quyu fondunun da çəkisi artır. 2001-ci ildə ümumilikdə  fəaliyyətsiz quyu fondu 
istismar fondunun 40,9%-i təşkil etmişdir. Bu göstərici H.Z.Tağıyev adına NQÇİ-də 55,3%, 
Binəqədineft NQÇİ-də 49,8%, Suraxanıneft NQÇİ-də 53,8%, müştərək müəssisələrdən 
Azgerneftdə 33,9%, Anşad-Petrolda 35,8% olmuşdur. 
2001-ci ildə QNQÇİB-də 1489 min ton neft hazırlanaraq dövlətə  təhvil verilmişdir. Bu 
neftin 71,7%-i birinci, 28,1%-i ikinci, 0,2%-i üçüncü standart qruplarına uyğun olmuşdur. Qeyd 
etmək lazımdır ki, neftin hazırlanmasında dövlət standartları nomenklaturası qəbul edilsə də, bu 
prosesdə  də müəyyən formallıq nəzərə çarpır. Standart qruplar keyfiyyət göstəricisinə görə
dəyərləndirmədiyindən və standartın yüksəldilməsi motivləşmiş sxem üzrə 
mükafatlandırılmadığından belə təsnifat da nəinki statistik, həm də həyati mahiyyəti itirmiş olur. 
Neft hazırlayanlar və ümumilikdə NQÇİ-lər, standart fərqinin iqtisadi əhəmiyyətini hiss 
etmədiklərindən bu keyfiyyətin yüksəldilməsində xüsusi səylər də göstərmirlər. Qeyd etməliyik 
ki, neftin hazırlanması mürəkkəb texnoloji bir prosesdir. Bununla belə, qeyd etməliyik ki, neftin 
keyfiyyət çaları MM-lərdə NQÇİ-lərə nisbətdə daha aşağıdır. Neft mədənlərində neftin və qazın 
yığılması  və hazırlanması sistemləri və avadanlıqları uzunmüddətli istismarda renovasiyaya 
uğramadığı üçün yararsız hala düşmüşdür. Bu da prosesin texniki-iqtisadi göstəricilərini xeyli 
pisləşdirmişdir. 
Azərbaycan neft-qaz sənayesində avadanlıq və texnologiyaların köhnəliliyi, digər dünya 
standartlarına qeyri-adekvatlığı ilə yanaşı, lay təzyiqinin müasir metodları konteksində geriliyi 
də vardır. Bununla belə, qeyd olunmalıdır ki, köhnə standartlı enerjitutumlu komplekslər 
Qərbdəki müasir analoqlarından 4-5 dəfə artıq məsrəflidirlər. 2001-ci ildə hasilatı sabit saxlamaq 
üçün 7694 geoloji-texniki tədbir  əvəzinə 8932 sayda-plandan 11,6% çox həyata keçirilmiş, 
onlardan 6681-i səmərə verərək 258342,6 ton əlavə neft hasilatına imkan yaratmışdır. Lay 
təzyiqini saxlamaq üçün laylara vurulan 3598,7 min kubmetr su hesabına 91,587 ton, 314 quyu 
dibinə təsir metodları nəticəsində isə 12560 ton əlavə neft əldə edilmişdir. 
İstehsalat kompleksində 2001-ci ildə qazma üzrə plan tapşırığına 35,8% əməl edilmiş, 
nəzərdə tutulmuş 84200 metr əvəzinə, 30200 metr qazma işi görülmüşdür. Bu göstəricilər 
istismar və kəşfiyyat qazması üzrə müvafiq olaraq 36,7%, 77200, 28336 metr və 26,6%, 7000, 
1864 metr həcmindədir. Quyu inşasının başa çatdırılması tapşırığını 56,1% yerinə yetirilərək 57 
quyu əvəzinə 32 quyu tikilib təhvil verilmişdir. İnşası başa çatan quyulardan yalnız biri kəşfiyyat 
qazmasına aiddir. Aşağı hədli qazma tapşırığının yerinə yetirilməməsi maddi-texniki çətinliklərlə 
izah edilir. Belə ki, 2001-ci ildə 55,9% qeyri-məhsuldar vaxtın 54,7%-ni təşkilati 
boşdayanmalar, 2000-ci ildə isə bu göstərici müvafiq olaraq 50,7% və 49,2% təşkil etmişdir. 
Ləğv olunmuş quyulardan 2001-ci ildə 16083 metr, 2000-ci ildə 13328 metr qoruyucu kəmər 
çıxarılmış, onların  əksəriyyəti inşa edilmiş quyularda istismar və texniki kəmər kimi 
işlədilmişdir. İstismar qazmasının nəticələrinin təhlili göstərir ki, yeni qazılmış quyularla fondun 
təzələnməsi neft hasilatının səviyyəsinin saxlanılması  və artırılmasında  ən  əsas ehtiyat 
mənbəyidir. 
İstehsal xərclərində dəyişən xərclərin miqdarı artmaya meyllidir. Bu göstərici özünü neftin 
hasilatında əlavə xərclərin çəkisinin ağırlaşan, mürəkkəbləşən geoloji dağ-mədən şəraitinə görə, 
artması ilə əlaqədardır. Bəzən bu tədbirlər kəmiyyət göstəricisinə görə, plan tapşırıqlarından az 
olsa da maliyyə tutumu baxımından mövcud limitləri üstələyir. Texnoloji itkilər normativi də 
yerinə yetirilmir. Reagentlərin sərfi yüksək olaraq qalır. QNQÇİB-də 2000-ci ildə orta gündəlik 
hasilatı 4127, o cümlədən, fontan üsulu ilə 159, kompressorla 188, nasoslarla 3779 ton təşkil 
etmişdir. Bu müddət ərzində bir işləyən quyunun gündəlik orta hasilatı cəmi 10,4, o cümlədən, 
NQÇİ-lər üzrə 10,7, MM-lər üzrə 9,4 ton olmuşdur. Müvafiq göstərici çıxarma üsulları ilə ŞDN 
0,6, EDN 1,2, fontan 1,3, kompressor üzrə isə 4,3 tondur, Bu göstəriciləri yüksək hesab etmək 
 


 
41
olmaz. Həmən ildə neft quyularının təmirarası müddəti gün hesabı ilə aşağıdakı kimi olmuşdur: 
ŞDN-39,4, EDN-53,5, EDDN-98,4, fontan 1143,7, kompressor-98,4, ümumi 41,6. 
Mədənlərdə normal iş rejiminin təminatı material və avadanlıq tələblərini yerinə 
yetirilməsindən asılıdır. Bu sahədə  gərginlik hələ  də qalmaqdadır. Nasos-kompressor boruları, 
nasos ştanqları ilə təminatı 10-20% təşkil edir. Dərinlik nasosları ilə təminat qaydaya düşsə də, 
burada bir mövcud nüansı qeyd etmək zərurəti yaranmışdır. Belə ki, ŞDN nasosları istehsalat 
birliyinin tabeçiliyində  və respublika zavodlarında istehsal edildiyi halda çox zaman bu üsulla 
hasil edilən neftin faktiki maya dəyərində xaricdən alınan EDN tipli nasosların qiymətləri tətbiq 
edililir. Bu uçot təhrifi həmin maya dəyəri komponentinin tutumunu xeyli yüksəldir. Nəticədə 
xərclərin qeri-adekvat həcmi artır, iqtisadi dissonans yaranır. Fikrimizcə istismar metodları üzrə 
maya dəyərinə yaranan belə qeyri-mütənasiblik praktiki meydanda araşdırılmalı onun qəti 
normativ meyarları müəyyən olunmalı və tənzimlənməlidir. 
İstehsalat birliyinə daxil olan operativ məlumatlar göstərir ki, hesabat ilində hər gün yeraltı 
təmir gözləyən quyuların sayı azalmaya meyllidir. Hər bir iş günü ərzində quyulardan orta 
hesabla 120-140 yeraltı təmir işləri aparılır. İndi quyuların bir təmir üzrə orta davamiyyəti yeraltı 
təmirdə 17,1 saat əsaslı  təmirdə orta hesabla 9-10 günə  bərabər tutulur. Təmir müddətlərinin 
azaldılması üçün müasir texnikanın mütərəqqi metodların tətbiqinə böyük ehtiyac vardır. Təmir 
prosesində müəyyən müsbət meyllər təzahür etsə də, digər çatışmazlıqlar, boşdayanmalar təkrar, 
təmir halları  hələ  də qalmaqdadır. 2001-ci ildə  təkrar təmirlər bütün yeraltı  təmirlərin orta 
hesabla 2%-inə  bərabər olmuşdur. Bunu da ştanqlı  dərinlik nasoslarının aşağı keyfiyyətliliyi, 
borularda sızmaların dəqiq yerinin müəyyən olunmaması, qum tıxacının təkrar yuyulması  və 
digər səbəblərlə bağlamaq olar. Quyuların yeraltı  təmirində isə boşdayanmalar qaldırıcı 
mexanizmlərin köhnəliyi, onların maddi-texniki təminatının aşağı səviyyəliliyi ilə əlaqələndirilir. 
Bu isə öz növbəsində yeraltı təmir xərclərini xeyli artırmışdır. İndi yeraltı təmirin maya dəyəri 
NQÇİ-lər üzrə 928,8 min manat təşkil edir. Əsasli təmirə  çəkilən xərclər isə ötən muddətlərə 
nisbətdə xeyli yüksəlmişdir. Təkcə 2001-ci ildə bir əsaslı təmir xərci 2000-ci ilə nisbətdə 31,5 
min manat artmışdır. 
Quruda neftqazçıxarma kompleksində səmərəli istehsal davamiyyəti üçün resursar kifayət 
qədərdir. Lakin bir qədər keçid prosesinin özəlliklərindən və bir qədər də iqtisadi modelləşmə 
qeyri-mükəmməliyi ilə əlaqədar iqtisadiyyatda kök salmış ödəməmələr sindromu nəhəng istehsal 
birliyini çevik ödənişqabiliyyətindən məhrum etmişdir. Faktiki dövriyyə  vəsaitlərini  əldə 
olmaması cari təsərrüfat problemlərinin operativ həllini məhdudlaşdırmışdır. Bununla belə, 
dövləti rüsxətlə problemin tez zamanlı  həllinə  də nail olmaq mümkündür. Likvid kapital 
resursları taktiki əməliyyatlar aparmaq məqsədi ilə maliyyə resurslarına çevrilmə imkanlıdır. 
Belə olan şəraitdə kompleks daxili disbalansı tarazlaşdırmaqla istehsal artımı  əldə ediləcəkdir. 
Bu isə öz növbəsində quruda neftqazçıxarma kompleksində istehsal şəraitini yaxşılaşdıracaq, 
onun texniki-iqtisadi göstəricilərini daha rəvan edəcəkdir. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə