E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə16/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   12   13   14   15   16   17   18   19   ...   126

 
34
Quruda neftqazçıxarma kompleksi yüksək fond tutumu ilə  də  fərqlənir. Hasilatın son 
mərhələyə yetməsi, amortizasiya müddətinin bitməsi burada istifadəsiz və  səmərəsi aşağı olan 
izafi fond ehtiyatı yaratmışdır. Mənəvi və fiziki aşınmanı  dəfələrlə başa vurmuş  ƏİF-in 
istehsaldan xaric edilməsi, istismardan silinməsi prosesi ləng gedir. Əlavə  xərclərlə tam qüvvə 
ilə  işləməyən avadanlıq və qurğular böyük təmir və saxlanma xərcləri ilə  əhatə olunmuşdur. 
Bununla yanaşı, kompleksdə köhnə texnoloji proseslərə əsaslanan unikal yardımçı qurumlar da 
fəaliyyət göstərir ki, onların da potensialından səmərəli istifadə edilmir. 
Quruda neft hasilatının azalmasında təbii iqtisadi, texnoloji faktorlarla yanaşı siyasi-
iqtisadi orentsiyada də az rol oynamamışdar. Belə ki, Sovetlər İttifaqı zamanı Uzaq Şərqdə  və 
Sibirdə aşkarlanan nəhəng neft ehtiyatları bu regiona olan marağı azaltmışdır. Statistik hesabatlar 
göstərir ki, 1976-1980-ci illərdə neft hasilatı 6900 min ton, 1981-85-ci illərdə 794 min ton, 1986-
1990-cı illərdə 1310 min ton, 1991-95-ci illərdə 625 min ton, 1996-2000-ci illərdə 64 min ton 
aşağı düzmüşdür. Daha böyük təsərrüfatsızlıq SSRİ-nin dağılması  və Azərbaycan 
Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi illərinə təsadüf etmişdir. 
Quruda neftqazçıxarma kompleksində quyu fondunun sturkturu da ötən illər  ərzində 
dəyişikliklərə uğramışdır. Qeyd etmək lazımdır ki, son 10 ildə fəaliyyətdə olan quyu fondu iki 
dəfədən çox aşağı enmişdir. XXI əsrə QNQÇİB  8778 neft və 44 qaz quyusu ilə daxil olmuşdur. 
01.01.2002-ci il tarixinə neft quyularından qeyd olunduğu kimi, 5554, qaz quyularından 29-u 
fəaliyyət fonduna aiddir. Ümumi fəaliyyətdə olan quyu fondundan 5056 ŞDN, 310 EDN, 146 
fontan, 42-si kompressor quyularıdır. Bununla belə, istehsalat birliyində  şaxta karxana üsullu 
hasilat (Balaxanıneft NQÇİ) qismən davam etməkdədir. Fontan quyular isə köhnə istismar 
sahələrində ekzotik xəyali görünsə  də, qismən mövcuddur. Qeyd olunan 146 quyunun mütləq 
əksəriyyətini qaz quyuları  təşkil edir. Çıxarma üsulları ilə hasilatın maya dəyərinə  nəzər 
yetirdikdə görərik ki, ən ucuz fontan üsulu belə istehsalat birliyində 212 min manat təşkil edir. 
46 ABŞ dollarına bərabər 1 ton belə üsullu neft hasilatı xeyli yüksək göstəricidən xəbər verir. 
Kompressor üsullu neft hasilatı 716 min manata (156 dollar) ŞDN üzrə 472 min (103 dollar) 
EDN üzrə 365 min manat (79 dollar) başa gəlir, bu da xeyli yüksək göstərici hesab olunur. 
Bibiheybət NQÇİ-də  kompressor üsullu hasilat 236 dollara Suraxanı NQÇİ-də  ŞDN üsullu 
hasilat 130 dollara və fontan üsullu hasilat 71 dollara başa gəlir ki, bu da öz növbəsində qeyri-
rentabelli və qeyri-standart hasilatdan nişan verir. Aşağıdakı  Cədvəllərdədə QNQÇİB-də neft-
qaz quyularının istismar üsullarına görə bölgüsü və onlardan alınan neft miqdarı  və digər 
müvafiq texniki-iqtisadi göstəricilər verilmişdir. 
Cədvəl 6 
QNQÇİB-də neft-qaz quyularının istismar üsullarına görə bölgüsü 
(sayla
Ləğv edilən quyular 
İllər 
Fəaliyyət 
quru 
fondu 
Fontan 
Kompressor 
ŞDN 
EDN 
EDDN 
Texniki Geoloji 
1997 
5830 215 
80  5165 
303 67  114  185 
1998 
5725 214 
72  5093 
280 66  161  355 
1999 
5492 203 
53  4952 
235 49  133  189 
2000 
5574 152 
46  5100 
231 45  56  127 
2001 
5554 146 
42  5056 
254 42  25 
77 
Bu quyulardan alınan neft (tonla)
 
1997 
1562530 119559  93375  1234021  114263  1312 
1998 
1577887 109792  96006  1266511  103833  1745 
1999 
1525712 95152  77311  1251201  101059  989 
2000 
1510607 58189  69042  1263557  118826  993 
2001 
1596201 83056  60803  1333124  118231  987 
 
 


 
35
Cədvəl 7 
QNQÇİB-də çıxarma üsulları ilə neft-qaz hasilatı 
GÖSTƏRİCİLƏR 
1970 
1980 
1990 
2000 
Nasos 
5530,1 3817,9 2222,9 1383,4 
Kompressor 
1010,1 580,2  198,3  69 
Fontan 
731,5 642,5 159,9  58 
Şaxta 
15,3 11,9  1,8  - 
Cəmi 
7287 5052,5 2582,9 1510,6 
 
Köhnə quyulardan 
7090,7 4802,8 2514,2 1438,4 
O cümlədən fəaliyyətsiz quyu 
143,0 83,2  20,1 62,1 
Təzə quyulardan 
181,0 238,7  65,8 510,4 
 
Orta quyu debiti 
59,5 40,1 22,9 0,8 
İstismar əmsalı 
0,945 0,961 0,969 
hesablanmı

Quyu fondu 
12028 11396  9757  8822 
O cümlədən fəaliyyətdə olan 
10672 10804  9493  5574 
cəmi qaz fondu 
98 65 21 44 
O cümlədən fəaliyyətdə olan 
72 50 17 29 
Qazmadan qəbul edilən 
129 156 238 31 
fəaliyyətsiz quyu fondundan fəaliyyət 
quyu fondu verilən 
422 261  82   
Neft hasilatı 
2788,6 2075,0  731,5  6,8 
Qaz vurumu 
1727,7 1182,0  479,7  97 
 
Aparılan reqressiv təhlilə görə, son onilliklərdə enmə qaçılmaz səciyyə daşımışdır. Köhnə 
yataqlarda neft və qaz hasilatının sabitləşdirilməsində geoloji və texniki tədbirlərin son dərəcə 
böyük əhəmiyyəti vardır. Bir neçə onillikdir ki, hasilatın sabitləşdirilməsində ikinci növ istilik
fiziki-kimyəvi, mikrobioloji metodlar tətbiqini tapır. Hazırda bu metodlar və onların 
modifikasiyalarından 30-dan çox obyekt və 50-ə  qədər blok horizontda istifadə edilir. Bu da 
nəticədə əlavə olaraq 100 minlərlə ton neft deməkdir. 
1980-ci illərdə yenidənqurma epoxasında genişlənən iqtisadi canlanma təşəbbüsləri neft 
sənayesini də  əhatə etmişdir. Bu illərdə  Xəzərin böyük neft ehtiyatlarının mənimsənilməsinə 
investor axtarışı ilə paralel, həm də, quru sahələrində rentabellik həddini itirən müəssisələrdə 
müştərək müəssisələr yaradılması niyyətləri də dururdu. Pilot xarakterli ilk belə müəssisənin 
təşkili hələ Sovetlər  İttifaqının mövcudluğu vaxtı  Şirvanneft NQÇİ-nin istismar sahəsi olan 
«Kəlaməddin» yatağının Türkiyənin Petroldinq şirkəti tərəfindən müştərək istismarı ilə 
reallaşmışdı. Yatağın faktiki işlənməsi isə 1992-ci ilin mart ayında baş verdi. 1996-cı idə 
«Azpetroyl» adlanan bu ilk müştərək müəssisə daha bir yatağın «Mişovdağ»ın istismarına cəlb 
olundu və 1 dekabr 2000-ci ildən isə həmin müəssisə Amerikanın Monqrif şirkəti ilə bağlanmış 
müqaviləyə  əsasən yenidən təşkil edildi. Prodakşn  Şerrinq - hasilatın pay bölgüsü prinsipi ilə 
işləyən müəssisədə istismarda olan quyu fondu 430 olaraq bütün fəaliyyət ərzində dəyişməmiş 
qalmışdır. Qeyd olunmalıdır kı, quruda təşkil edilmiş 8 MM-dən hazırda 6 MM, o cümlədən, 3 
əməliyyat şirkəti fəaliyyətdədir. Lakin bu müəssisələrin səmərəliyi haqqında müsbət mülahizələr 
yeritmək üçün pozitiv əsaslar yoxdur. MM-lər təşkil edilən zaman onlara yetərli güzəştlər tətbiq 
edilmişdir.  Əvvəlki hasilat norması  təhvil zamanı xeyli aşağı endirilmiş,  əmlakın qəbulunda, 
işləmə şərtlərində də xarici tərəfi qane edən konsensuslara yol verilmişdir. Bununla belə, onların 
fəaliyyəti üzrə uzun müddət ümumi mərkəzi koordinasiya sistemi təşkil edilməmiş,  şəffaflıq 
təmin olunmamış  və konsperativliyə daha çox yer verilmişdir. Bütün fəaliyyətləri  ərzində 
epizodik nailiyyətlər-bir neçə MM-də plan tapşırığının yerinə yetirilməsi baş versə  də, artım, 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə