E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə24/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   20   21   22   23   24   25   26   27   ...   126

 
50
və qeyri-maddi texniki-texnoloji nəaliyyətlərlə təjhizi prosesi dinamizmlə müşayiət olunur. 
Azərbaycanın  ən yeni neft tarixinin mərhələsinin də  uğurlu inkişafının məntiqi davamı 
məhz bu aspektləri nəzərə almada, beynəlxalq standartlara qovuşmada,  əməli inteqrasiyada, 
liderlərdən öyrənmədə dəyərləndirilə bilər. Yeni iqtisadi sistemə keçidin prinsiplər ilə qarşılıqda 
dövlət quruculuğu prosesi inamla davam edir. İqtisadiyyatın müvafiq sahələri ilə təmasda neft-
qaz sənayesində  də islahatlar dərinləşir və  təkmilləşir. Azərbaycan qlobal iqtisadi strukturlara, 
dünyəvi və regional birliklərə inteqrasiya olunur. Böyük İpək yolu, TRASEKA, İNOGEYT, 
Trans-Avropa-Asiya fiberoptik kabel və iqtisadi səmərə  gətirən başqa qlobal layihələrə 
qovuşmağı respublikamızın dünya ölkələri sırasında layiqli yerini təmin etməyə geniş imkanlar 
açır. 
Böyük inteqrasiyon proseslər yalnız iri kapitaltutumlu investision məkanları  əhatə 
etməmişdir. Köhnə yataqların potensialı dünyəvi kontekstdə cüzi görünsə  də, buradakı 
proseslərin və meyllərin ümumi axından təcrid etmək mümkün deyildir. Fikrimizcə, köhnə 
yataqlarda sürətli islahat işlərinin təminatı bu çoxşaxəli mürəkkəb prosesin yeni mərhələsində 
onun strategiya və taktikasının müəyyən olunması, dünyadakı iqtisadi-siyasi proseslər, neft 
biznesində toplanan təcrübə, formalaşan qaydalar, tarixi-coğrafi demoqrafik faktorlar, 
beynəlxalq bazardakı meyllər  şəbəkəsində yüksək səmərə verə bilər. Bu keyfiyyətləri nəzərə 
alaraq tədqiqat işində qlobal dinamik dəyişikliklər və lokal xüsusiyyətlər ön plana çəkilmişdir. 
Köhnə istismar sahələrini əhatə edən qurumlarda inteqrasiyon proseslərin dövriyyəliliyinin 
qiymətləndirilməsində  də çoxlu əsaslar var. Hələ Sovetlər  İttifaqının dağılması  ərəfəsində 
Azərbaycanın neft-qaz kompleksində xarici iqtisadi əlaqələri və iş birliyini ifadə edən addımlar 
atılmışdır. Bu arada qeyd olunduğu kimi, quruda neftqazçıxarmada Azərbaycan üçün yeni olan 
ilk xarici kapitallı müştərək müəssisənin təməli qoyulmuşdur. Müştərək müəssisə tendensiyası 
son on il ərzində vüsət alaraq bir neçə NQÇİ-nin və neft mədənini əhatə etmiş, köhnə istismar 
sahələrinə xarici kapitalın o qədər də geniş olmayan xaotik axını başlanmışdır. Buraya xarici 
investisiyaların gəlişi böyük neft kontraktlarından əvvəlki dövrə təsadüf etsə də, geniş miqyaslı 
və strateji tutumlu olmamışdır. İnvestisiyaların multiplikator effekti köhnə istismar sahələrində 
də öz təsir aspektini təzahür etdirmişdir. Bununla belə, investisiya haqqında mülahizələrimizi 
genişləndirərkən qeyd olunmalıdır ki, dünyəvi xarici investisiyaya köklənmə təkcə ABŞ dolları, 
Avropa evrosu və ya yapon iyeninində ifadə olunmamalıdır. Maraqlar yalnız xarici valyutanı da 
əhatə etməməlidi. Daxili mənbələr hesabına da xarici valyuta əldə etmək olar. Lakin bu heç də o, 
demək deyildir ki, xarici valyuta elə xarici kapitaldır. Milli neft-qaz sənayemizə ölkə 
təsərrüfatına xarici valyutadan çox ETT-ni, innovasiyon nailiyyətləri, «Nou-xau»ları özündə 
təsbit edən, modern texnologiyalarda əks olunan investisiyalar gərəkdir. Belə investisiyaları isə 
qlobal strukturlarda, TMK-larda, inkişaf etmiş  sənaye ölkələrində aramaq lazımdır. Bununla 
yanaşı köhnə yataqların reabilitasiyasında  ən riskli sərmayə qoyluşlarından və habelə vençur 
kapitalından istifadənin effekti də yüksək ola bilər.  
 
Neft iqtisadiyyatının uzunmüddətli təcrübəsi göstərir ki, yatağın 
mənimsənilməsində multiplikator miqdarı iki kəmiyyətin ətrafında dövr edir. Hasilat 
layihəsinə investisiya qoyuluşu bir manatlıq xərcdə orta hesabla təxmini iki manatlıq 
gəlir gətirir. Neft industriyasının digər infrastruktur sahələri  şəbəkəsində 
multiplikatorun əvvəlki ölçülər nisbətində yeni artıma məruz qalır. Neftin əhəmiyyəti 
haqqında danışdıqda böyük parametrli resurslar kontekstində onun energetik-
maliyyə-iqtisadi, investisiya təminatçısı,  şəhər və region yaratmaq, böyük sosial 
effekti özünü göstərir. Daha mühüm bir keyfiyyəti isə xarici siyasətdə mühüm bir alət 
kimi çıxış etmək imkanıdır. 
 
Dünya bankının maraqlarına uyğun və daha çox makroiqtisadi tarazlığın saxlanmasına 
yönəlmiş, məşhurlaşmış uzunmüddətli məmur deyilimində azfaizli, əlverişli hesab edilən 
kreditləri sahəvi inkişafı, eləcə  də ümumi iqtisadi dirçəlişdə  tərəqqini təmin etmək imkanları 
yetərli ümidlü deyildir. İndi Dünya Bankının Dünya İnkişaf Agentliyinə çevrilməsi ideyası 
 


 
51
güclənir. Tanınmış milyonçu biznesmen və xeyriyyəçi Cors Soros buna rəğmən deyir: «Dünya 
Bankının kredit fəaliyyətinin qeyri-səmərəli, qeyri-adekvat və müəyyən mənada əks məhsuldar 
olması ilə razıyam, o resipient (kapital qoyuluşuna cəlb edilən ölkələrdə) ölkələrin mərkəzi 
hökumətlərində  təcir rolunu gücləndirir»
9
. Afrika, Latın Amerikası, Asiyanın inkişaf etməkdə 
olan ölkələrinin timsalında analoji tarixi «səmərə» gerçəkliyi məlumdur. Bu ölkələrin əksəriyyəti 
belə kapitalın asılılıq sferasına o qədər möhkəm daxil olmuşlar ki, bəzi məmləkətlərdə hətta bu 
əsnada simbioz iqtisadi mühit formalaşmışdır. Borclu ölkələrin kreditorlarının 
nomenklaturasında belə yardımlar siyahının  əvvəlində dayanır. Biz heç də beynəlxalq maliyyə 
qrupları, BVF, DB və digərlərinin fəaliyyətini kiçiltmək niyyətində deyilik. YEK-də elə sahələr 
vardır ki, onları xarici texnologiyalara əsaslanan investisiyalarsız da, daxili mənbələr hesabına 
modifikasiyaya uğratmaq moderinləşdirmək mümkündür. Bir halda ki, nisbi daxili mənbələr də 
mövcuddursa, onda bütün gücü xaricə yönəltmək nə qədər məqbul sayıla bilər? Bunları nəzərə 
alaraq investision strategiyada milli mənafelər, səmərəlilik dərəcəsi, alınmış kreditorların gələcək 
nəsillərin rəğbət və nifrətinə müvafiqliyi ön planda dayanmalıdır. Statistik təhlil göstərir ki, 
köhnə yataqlara cəlb edilən xarici investisiyalar, müştərək müəssisələrə  tətbiq edilən kapital 
qoyuluşları  nəzəri plandakı  səmərəsini kifayətedici səviyyədə verməmişdir. Digər tərəfdən 
buraya cəlb olunmuş investisiyalar konsperativliyi ilə  fərqlənmişlər. Heç bir açıq statistik 
nəşrlərdə, köhnə istismar sahələrində  sərmayə qoyuluşlarının konkret obyekti, strukturu və 
miqyası haqqında müfəssəl məlumatlara rast gəlinmir. Layihələrin fiskal-kommersiya şərtləri də 
ijtimayiət üçün bir qədər bağlı qalır. Böyük neft kontraktlarında nəzərdə tutulan informasiya 
aşkarlığında kiçik ölçüsü ilə  fərqlənən müştərək müəssisələrdəki konfedesiallıq müəammalı 
ehtimallar yaradır. Başlıca həqiqət ondan ibarətdir ki, buradakı investisiya təminatı heç də layihə 
maddələri ilə uzlaşmır. Tədqiqat işinin sonrakı bölümlərində müştərək fəaliyyət obyektlərində iş 
birliyi, müasir vəziyyət, reallıq və perspektivlər eksklüziv olaraq təhlilə məruz qalmışdır. Lakin 
bununla belə, tədqiqatın bu bölümündə öncə mövcud vəziyyətin  şərhi apardığımız təhlil işini 
müəyyən nisbətdə işıqlandırır. 
Qurudakı yataqlarda fəaliyyət göstərən digər NQÇİ-lərin də yaxın gələcəkdə MM-ə 
transformasiya olunması haqqında informasiyalar artmaqdadır. Bundan öncə isə MM-lərin 
səhmlər paketinin strukturunun və bununla əlaqədar fəaliyyət modelinin dəyişməsi meylləri 
nəzərə çarpır. MM-lər əməliyyat şirkətlərinə çevrilərək hasilatın pay bölgüsü prinsipində yeni iş 
birliyi qururlar. Qeyd olunmalıdır ki, hasilatın pay bölgüsü dünyanın 60-dan çox ölkəsində 
aparılır. Hər bir regionda onun fərqli əlamətləri-xərclərin ödənişi, bonuslar, royalti və digər fiskal 
tələblər konfiqurasiyası nəzərə çarpır. Hasilatın pay bölgüsü mexanizmi sonda digər əlamətlərlə 
birlikdə səmərəliliyi müəyyən edir. Bununla belə, qeyd etmək lazımdır ki, milli neft sektorunda 
aparıcı islahat tədbirləri MM tendensiyasında uzunmüddətli proqramlar, elmi əsaslara 
söykənmədiyinin təəssüratını verir. Rusiyada müasir mərhələdə  məqbul hesab edilməsə  də, 
qanunvericiliyə görə, neft-qaz sənayesində mövcud MM-lərin payı Yanacaq Energetika Nazirliyi 
deyil, İqtisadi İnkişaf və Ticarət Nazirliyinin sərəncamındadır. Antiqonist cəmiyyətlərə xas olan 
bu sistemsiz, proqramsız təsərrüfatçılıq prosesində məqsədlərə nail olmaq özü çətin bir məsələdi. 
Başlanan hərəkatın diapozonunu elə bu sayaq genişləndirmək, davam etdirmək mənfi 
vəziyyətlərə gətirər. Xalis səmərəli netto-nəticə isə, heç şübhəsiz ki, elmi əsaslandırılmış, təcrübi 
məntiqə  əsaslanan sistemli layihələri formalaşdırmaq və ardıcıllıqla tətbiq etməkdə hasil oluna 
bilər. 
Azərbaycanda neft hasilatı  məlum olduğu kimi sənaye üsullu başlanğıc mərhələsində 
genişlənən beynəlxalq iqtisadi münasibətlər  şəraitində  tərəqqi edirdi. Onun dünya bazarına 
sərbəst çıxışı  rəqabət aparmaq üçün çevik imkanları, dişarda nümayəndəlikləri var idi. Hasilat 
əksərən beynəlxalq müştərək fəaliyyətlə bağlı idi. Bu qəbilli inteqrasiyon proseslər Sovetlər 
məmləkətinin ilk illərində də qalmışdı. Sonradan isə böyük milliləşdirmədə belə birbaşa əlaqələr 
xeyli məhdudlaşdırmış  və  mərkəzləşdirilmişdir.  İndi müstəqillik  şəraitində köhnə istismar 
                                                 
9
 Дж. Сорос. «Новая глобалная финансовая архитектура». Вопросы экономики  2000. №12. səh.71. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə