E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə25/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   21   22   23   24   25   26   27   28   ...   126

 
52
sahələrini əhatə edən istehsalat kompleksləri xarici iqtisadi əməkdaşlıq üçün yeni imkanlar əldə 
etmişlər. Lakin əksər vəziyyətdə böyük çıxışlar indi isə respublika səviyyəsində 
mərkəzləşmişdir. Şübhəsiz ki, dövlət quruculuğunun ilkin mərhələsində bu qaçılmaz və vacibdir. 
Bununla belə, indiki reallıqlar istehsalat komplekslərinin xarici iqtisadi əlaqələri 
genişləndirməyə daha dərin məzmunda inteqrasiyaya sövq edir. Burada heç şübhəsiz ki, status 
amili də öz təsirini göstərir.  İslahatların yeni mərhələsində istehsalat birliklərinin statuslarında 
əsaslı keyfiyyət dəyişiklikləri labüd olacaqdır. Yeni səlahiyyətlərin açılmasında münasibət 
dəyişikliklərə uğrayacaq, təkmilləşəcək, xarici əməkdaşlığın mötədil vəziyyətə gətirilməsi yerini 
tapacaqdır.  İndi mühüm xalq təsərrüfatı  və sosial iqtisadi əhəmiyyəti ilə  fərqlənən bu 
komplekslərin yenidən təşkilində, onların istehsal gücünün artırılmasında, respektabelli bir 
quruma çevrilməsində birbaşa sinxron xarici əməkdaşlığın qüvvətləndirilməsi zəruridir. Yeni 
geosiyasi vəziyyət, konyuktur şərait belə tələbləri şərtləndirir. Köhnə istismar sahələrində xarici 
əlaqələrin, inteqrasiyanın genişləndirilməsi, həm də istehsal birliklərinin strukturuna, istehsal 
mədəniyyətinə  təsiredici effektə malikdir. Heç şübhəsiz ki, yeni proqramlar əsasında müvafiq 
istehsalat komplekslərin təkmilləşməsi ilə yanaşı, perspektivdə dünyəvi standartlı  şirkətlərə 
çevrilməsi imkanları da yaranacaq, onlar kəşfiyyatdan istehlakçıya, utilləşdirmə, qalıqları 
basdırmaya qədər bütün mərhələni özündə əks etdirən qurumlara çevriləcəkdir. Burada iqtisadi 
mürşüdlük edilmir. Sadəcə olaraq, yaşadığımız dünyanın reallıqları, praktiki əsaslar sevdamıza 
bir daha yəqinlik möhkəmliyi verir. 
Aparılan təhlil belə bir nəticəyə  əsas verir ki, köhnə istismar sahələrində istehsal artımı, 
iqtisadi və maliyyə sabitliyi, tərəqqi meylləri yeni iqtisadi münasibətlər və inteqrasiya mühitində 
daha yüksək səmərəliliyə qovuşur. Səmərəliliyin artırılması isə yeni texnika və texnologiyaların 
tətbiqindən xeyli asılı olacaqdır. Texniki-texnoloji yeniləşmə isə xarici investisiyalarsız 
müşküllüyə çevriləcəkdir. Buna görə  də, xarici əməkdaşlıqda istehsalat birliyinin fəaliyyətində 
məhdudlaşmalar mülayimləşdirməli, digər tərəfdən isə xarici investisiyalara aludəlikdə də ifrata 
varılmamalıdır. Yeni iqtisadi münasibətlər və  dərinləşən inteqrasiya şəraitinlə istehsalat 
birliklərinin fəaliyyətində  qənaətimizcə  aşağıdakı  təşkilatlanma və iqtisadi aspektlər nəzərə 
alınmalıdır: 
 
xarici investisiyalardan proqramlı, sistemli, qarşılıqlı fayda əsasında istifadədə 
marketinq və analitik qrupların təşkili; 
 
istehsalat birliyinin müstəqil fəaliyyət və  səlahiyyətlərini, investisiyon mühüti 
məhdudlaşdıran şərtlərin təcrid edilməsi; 
 
reabilitisiyon, modernləşmə strategiyasında xarici və daxili investisiya nisbətinin 
optimal təyinatı; 
 
inteqrasiyanı gücləndirən normativ-hüquqi bazanın möhkəmləndirilməsi; 
 
aparıcı neft kompaniyaları, beynəlxalq energetik institutların elmi-texniki 
əməkdaşlığının yüksəldilməsi;  
 
özəlləşdirmənin genişləndirilməsi, milli sahibkarlığa investisiyon şəraitin yaradılması; 
 
yaradıcı  təşəbbüsləri müdafiə etmək, qrantlar vermək, kadr hazırlığını beynəlxalq 
səviyyəyə yüksəltmək; 
 
xarici  əlaqələndirmə qrumları  təşkil etmək, dünyəvi standartlara adaptasiyada 
beynəlxalq əməkdaşlığın kursunu dəqiqləşdirmək. 
Müvafiq qanunvericilik ümumi anlamda istehsalat komplekslərinə xarici bazarlara çıxışda 
müəyyən müstəqil hüquqlar versə də, dövlət müəssisələrinin bu sahədə imtiyazlarını geniş hesab 
etmək olmaz. Bu da öz növbəsində qanuni bazanın genişləndirilməsindən, xarici əməkdaşlıq 
sahəsində metodoloji prinsiplərin dəqiqləşdirilməsi və işlənib hazırlanmasından asılıdı. Bununla 
belə, bazar münasibətləri qurulması istiqamətində aparılan işlərə müvafiq olaraq istehsalat 
kompleksində xarici iqtisadi fəaliyyətdə  təkcə MM-lərə deyil, digər müəssisələrin də 
səlahiyyətlərinin genişləndirilməsinə imkanlar açılmalıdır. Xarici iqtisadi iş birliyi özünə 
hesabatvermə sferasında gerçəkləşməli, ölkə daxilində investisiyaların tənzimlənmə mexanizmi 
ciddi qurulmalı, layihələr biznes planlar əsasında, kommersiya faydalılığına  əsaslanan stildə 
 


 
53
təşkil edilməlidir. Bununla belə, mütərəqqi yeniləşməyə  təminat verən plan və layihələrin 
gerçəkləşməsini müdafiə edən müvafiq fondların təşkil edilməsi də tövsiyə olunur. 
Dünyada tanınmış  və tanınmamış irili-xırdalı 200-dən çox ölkə mövcuddur ki, bu sırada 
müxtəlif iqtisadi göstəricilərdə Azərbaycan xeyli üstün keyfiyyətlərə malikdir. Dünya neft 
ehtiyatlarının 270-300 milyard ton qaz resurslarının 140 trilyon kubmetr ehtimal olunduğu 
məqamda Azərbaycanın müvafiq potensial imkanlarının 6-7 milyard ton neft, 1-2 trilyon 
kubmetr qaz təşkil etdiyini nəzərə alsaq görərik ki, respublikanın payı dünya neft resurslarında 2-
2,5, qaz ehtiyatlarında 1-1,5%-ə  bərabərdir. Bununla belə, köhnə yataqlarda perspektiv neft 
ehtiyatları orta hesabla 1 milyard tona, qaz ehtiyatları 0,5 trilyon kubmetrə ekvivalentliyinin 
yəqin olunduğunu nəzərə alsaq, bu, hər iki sahəvi ehtiyat üzrə dünya potensialının 1%-dən çox 
payı versə  də, Azərbaycanın daxili bölgüsündə müvafiq pay 10%-lik həddən xeyli yüksəkdir. 
Göründüyü kimi, köhnə istismar sahələrində inkişafın perspektivləri özünə qapılmada deyil, 
daha çox qlobal inteqrasiyadan da qaynaqlanmalıdır.  
 


 
54
IV FƏSİL 
DƏRİNLƏŞƏN BAZAR MÜNASİBƏTLƏRİ 
ŞƏRAİTİNDƏİSLAHATLAR PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ 
İSTİQAMƏTLƏRİ  
 
4.1. Neft-qaz sənayesinin dövlət tənzimlənməsi və sahədə normativ-hüquqi 
təminatin bazar standartlarina adaptasiyasi 
 
Bəşəriyyətin iqtisadi fəaliyyət sferası maddi nemətlər istehsalında insanlarla münasibətləri 
əks etdirən iqtisadi qanunlara tabedir. Bu qanunlardan biri də dövlətin təsərrüfat həyatına, 
iqtisadiyyata müdaxiləsi, onun tənzimləyici funksiyalara malikliyində ifadə olunur. Müasir 
mərhələdə bazar iqtisadiyyatı şəraitində iqtisadçılar dövlət tənzimlənməsini qanunvericilik, icra 
və  nəzarət ölçüləri sistemi kimi xarakterizə edirlər. Yüksək səviyyəli dövlət tənzimlənməsi 
strateji düşünülmüş iqtisadi problemlərdə  təyinatını tapır. Onun mahiyyətini bazar 
iqtisadiyyatının qlobal məqsədlərə müvafiq kompleks istifadəsi təşkil edir. Dövlət mövcud bazar 
mexanizmlərinin normal vəziyyətinin təmin olunması ilə yanaşı  həmçinin qanunların yaranışı, 
ədalətliliyin qarantı, hüquq-məhkəmə sisteminə nəzarət, maliyyə kredit siyasəti funksiyalarını da 
yerinə yetirir. Obrazlı olaraq isə dövlət bazar sisteminin nasazlığını təmir edir və nizamlayır. 
Azərbaycanın iqtisadi oriyentasiyası onun Konstitusiyasında təsbit edilmişdir. Baş 
qanunun 15-ci maddəsinə əsasən bu, konkret olaraq aşağıdakı məzmunda əksini tapmışdır.
10
 
Maddə 15. İqtisadi inkişaf və dövlət 
I. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə 
əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. 
II. Azərbaycan dövləti bazar münasibətləri  əsasında iqtisadiyyatın inkişafına  şərait 
yaradır, azad cahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız 
rəqabətə yol vermir. 
Azərbaycan Konstitusiyasında bizim tədqiqat obyekti üçün önəmli onun təbii sərvətlərinə 
münasibətdə əksini tapmışdır. Maddə 14-də Təbii ehtiyatlar deyilir: Təbii ehtiyatlar hər hansı 
fiziki və ya hüquqi şəxslərin hüquqlarına və  mənafelərinə  xələl gətirmədən Azərbaycan 
Respublikasına mənsubdur. 
Keçid mərhələsində dövlətin iqtisadi sahədə vəzifələri daha məsul və ciddiliyi ilə fərqlənir. 
Dövlət tənzimlənməsi böhranlı keçid məqamlarında idarəetmənin bir hissəsi kimi çıxış etsə də, 
tamamilə bazar mexanizmlərini  əvəz etməyə yönəlməməlidir. Müasir istehsalda iqtisadi 
proseslər dövlət tənzimlənməsi orbitində dövr etməyə uyğunlaşdırılaraq modifikasiya edilmişdir. 
Bununla yanaşı, iqtisadiyyatın normal fəaliyyətində dövlətin itigözlü, nəzakətli, həm də  sərt 
sifətliliyinin təzahürü çox mühümdür. Dövlətin nəzarəti iqtisadiyyatın bütün struktur 
həlqələrində özünü göstərməlidir.  İqtisadiyyatın hüquqi tənzimlənməsində dövlətlə apardığı 
siyasət, yaradılan normativ-hüquqi baza, dünya təcrübəsinə inteqrasiya olduqca mühüm şərt 
hesab edilir. Xüsusən bu, keçid mərhələsində, yeni institusional sisteminin formalaşmasında 
daha sərt xarakter alır 
Keçid iqtisadiyyatında mənfi aspekt institusional baxımdan çətin adaptasiya ilə bağlıdır. 
Bunun üçün dərinləşən böhrandan «faciəvi» zolağı keçməməyin qarşısı alınmalıdır. Köhnə 
institusional təsisatların formal davamiyyəti, yenilərin isə tam bazar tələblərinə cavab verməməsi 
keçid dövrünün qapanmasına təsir edir. Mutant vəziyyətə düşmüş köhnə quruluşun əsaslı bazar 
strukturuna çevrilməsində dövlət də maraqlı olmalıdır.  İndi özünün nisbi dayanıqlı zamanını 
yaşayan keçid iqtisadiyyatının bu mərhələsində  də inzibati bölgü sisteminin demontacı  əslən 
reallaşmamışdır. Onun mənfi sosial təzahürləri  əhalinin marginal və lümpen hissəsinə daha 
kəskin təsir edir. Bu da öz növbəsində onları kriminal ünsürlərin müdaxilə  məkanına çevirir. 
                                                 
10
 Azərbaycan Respublikasının Konctitusiyası. Bakı 1995. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə