E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə23/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   19   20   21   22   23   24   25   26   ...   126

 
48
hesablamalarına görə, mövcud dünya neft ehtiyatlarının  istifadə müddətinin ümümi toplumda 40 
ilə qədər yetişməsi mümkün hesab edilir. Qeyd olunur ki, dünya neft ehtiyatları 2,3 trilyon barrel 
təşkil edə bilər. Bunun üçün axtarış və kəşfiyyatın investisiyalaşdırılması sürətlənməlidir. Lakin 
yeni neftli yataqların kəşfi və  aşkarlanması perspektivi gündəlikdə dayandığından  ehtiyatların 
XXI əsr boyu bəs edəcəyi proqnozu bəşəriyyət üçün açıq olaraq qalır. Hazırda hasilat artımının 
tempi onun istehlak tələbi tempini üstələyir. Bununla belə, sutkalıq hasilatın müasir 75,6 milyon 
barrel həcminin  80-85 milyon barrellə yüksələcəyi gözlənilir. 2010-ci ildə hasilat pik səviyyəyə 
qalxaraq dünyəvi böyük iqtisadi artımla müşayiət olunacaq. Proqnozlara görə, böyük neft ehtiyat 
mənbəyi Rusiya, Yaxın  Şərq, Qrenlandiya şelfində, Cənub  Şərqi Asiya və Avstraliyada 
gözlənilir. 
Aşağıdakı  Cədvələdə dünya neft ehtiyatlarının son 10 ildə dinamikasını xarakterizə edən 
Cədvəl verilmişdir. 
Cədvəl 10 
Dünya neft və qaz ehtiyatları 
 
İllər 
Dünya neft 
ehtiyatları 
(milyard ton) 
Neft ehtiyatları 
OPEK 
(milyard ton) 
Dünya 
qaz 
ehtiyatları 
(trilyon m
3
)
 
01.1992 
135,75 105,40 
123,99 
01.1997 
139,56 108,02 
140,05 
01.1998 
139,66 109,19 
144,05 
01.1999 
141,68 109,65 
145,70 
01.2000 
139,18 109,93 
145,74 
01.2001 
140,88 111,56 
149,48 
 
Mənbə: «Oil and Qas Journal» Neft və qaz hasilatı haqqında məruzələr December 18, 2000-Pp.12 
 
Yarım  əsrə yaxındır ki, Yaxın  Şərq dünyanın  ən aparıcı neft istehsalatları regionu kimi 
məşhurlaşmış, burada çıxarılan neft-qaz resurslarının həcmi artıq əvvəllər mövcud hasilatın 
1
/
4
-ə 
bərabər olmuşdur. Statistikaya görə, indiyədək Yer planetindən çıxarılan 180 milyard tona yaxın 
neftin və 3,4 trilyon kubmetr təbii qazın 35 milyard tondan çoxunu məhz bu region vermişdir. 
Energetik qüdrətin nəhəngliyi onu dünya siyasətinin ən aparıcı meydanına çevirmişdir. Region 
potensialını ən pissimist baxışda bütün XXI əsr boyu qoruyaraq davamlı öndə gedəcəyi proqnoz 
edilir. Nəhəng ehtiyatlar, ucuz hasilat, əlverişli coğrafi mövqe, nəqliyyat infrastrukturu regionu 
son dərəcə cəlbedici etmişdir. Dünya iqtisadiyyatına sarsıdıcı zərbə vurmaq qüvvəsi olan nəhəng 
və  hələ ki, yeganə beynəlxalq neft karteli OPEK-in əsas dayaqları da region ölkələrindədir. 
Azərbaycanan bu mühüm iqtisadi məkana yaxınlığı, milli neft sənayesinin yenidən təşkilində 
buradakı meylləri və reallıqları nəzərə almağı şərtləndirir. Bununla belə, biz neft iqtisadiyyatının 
və dünya energetik balansının inkişaf ssenarisinin Yaxın  Şərqdəki hadisələrlə  əlaqəliyini, öz 
təsərrüfatlarını və gələcəklərini neftlə bağlamış buradakı ölkələrin Xəzər hövzəsi regiona rəqabət 
təsirini də  nəzərdən qaçırmamalıyıq. Rəqabət isə  məlum həqiqət kimi mövcudluğun, yaşamaq 
uğrunda mübarizəsinin nüvəsini təşkil edir. Yer kürəsində digər neftli-qazlı rayonların varlığı da 
təsəlliedici bir ovqat verərək, onların da potensialını bizim təhlil obyektinin hədəfinə çevirir. 
Bununla belə, qeyd edilməlidir ki, müəllifin tədqiqatlarında dünya neft bazarı, energetik balans, 
neft biznesinin əsas iştirakçıları, inteqrasiyon proseslər daha geniş təhlil və tədqiq edilmişdir. 
1960-cı illərdə  Şimal dənizinin Norveç sahillərində  kəşf olunan neft-qaz yataqları dünya 
neft təsərrüfatının, xüsusilə Qərbi Avropanın neft təchizatında yeni bir mənbənin aşkarlanmasına 
gətirdi. Avropa dünyada ən nəhəng dəniz neft sahəsinə çevrildi. İndi bu makroregionda 438 
istismar yatağı 1,0335 milyon kub metr neft və 0,564 milyard kub metr qaz verir və yaxın 5 ildə 
Aralıq dənizindən Arktika sahillərinə  qədər 2,226 milyard kub metr neftə ekvivalent 
karbohidrogen hasilatı  nəzərdə tutulur. Bunun 1,11 milyard kub metri İngiltərə, 0,795 milyard 
 


 
49
kub metri Norveç, qalan hissəsini isə digər 7 dəniz ölkələri təmin edəcəkdir. Bu ərəfədə Atlantik 
okeanın qərb sahillərində Meksika körfəzində, Karib hövzəsində  də axtarış-kəşfiyyat işləri 
dənizə sarı irəliləmiş, burada aşkarlanan ehtiyatlar və artan hasilat Amerika kontinentində yeni 
güc mərkəzini qaynaqlandırmışdı. 
Sovetlər İttifaqının süqutu ərəfəsində Xəzərdə böyük miqyaslı karbohidrogen ehtiyatlarının 
aşkarlanması planetin neft-qaz balansında ciddi dəyişikliklərə uğratmışdır. Regionda neft prosesi 
çox illər davam etsə  də, onun mütləq ölçülərinin hələ  də, tam və konkret təyinatı mümkün 
olmamışdır. Belə  təyinat isə  əsaslı  dərəcədə sahil zolağı ölkələrdə  kəşfiyyat-istismar işlərinin 
gedişi və sürəti ilə əlaqədardı. Burada ehtimal olunan ehtiyatlar 100 milyard barrel və ya 25-30 
milyard ton miqyasında hesablanır ki, bu da Şimal dənizi və Fars körfəzi nisbətində aralıq bir 
göstəricidir. Hövzədə 7-8 milyard ton karbohidrogenin aşkarlanması artıq kəşfiyyat təsdiqini 
almışdır.  Əksər ehtiyatlar 13-14 milyard ton Qazaxıstanın, 7-8 milyard ton Azərbaycanın, 5 
milyard tondan çoxu Türkmənistanın, 1 milyard ton Rusiyanın, 2 milyard ton isə İranın payına 
düşür. Xəzər dənizi yaxın 50 il ərzində Qərbin ən böyük enerji təminatçısı rolunda çıxış edəcək 
və 2005-ci ildən başlayaraq burada gündəlik hasilat 5 milyon barrellə yüksələcəkdir. Xəzərin 
karbohidrogen ehtiyatlarının dünya bazarına çıxışı təmin olunduqca neft durumu, onun qiyməti 
məsələsində regionun nüfuzu artacaqdır. 
Neft-qaz ehtiyatlarının cəmləşdiyi nəhəng ölkələr arasında ABŞ, Kanada, İran, Latın 
Amerikası,  Şimali Afrika regionu böyük potensiala malikdir. Lakin bazarın  əsas təminatçısı 
rolunda OPEK ölkələri, Rusiya, Meksika, Norveç çıxış edir. Bununla belə, qeyd etməliyik ki, 
dünya neft biznesinin qaydaları və bu oyunda liderlər formalaşmışdır. Dünyanın neft nəhəngləri-
TMK-lar, Ekkson, Amoko, Bitriş Petrolium, Mobil, Total və digərləri bir əsrlik tarixi ərzində 
əksər neft-qaz rayonlarında öz güclərini sınamışlar. Gələcək isə o neft kampaniyalarınındır ki, 
onlar 50 milyon barrel ehtiyatı rentabelli çıxara biləcəklər. Ötən əsrin sonlarında dünya neft və 
qaz hasilatından gəlirlər 25% artaraq 149 milyard dollar təşkil etmişdir. Vergi ödənişindən sonra 
bu 33,2 milyard dollar xalis gəlirə bərabər olmuşdur.  
 
 
3.3. Yeni iqtisadi münasibətlər və inteqrasiya prosesləri mühitində neft-qaz 
sənayesinin inkişaf problemləri 
 
Çağdaş siyasi-iqtisadi mərhələdə dünya təssərrüfatının inkişafına ekstensiv amillərin təsiri 
əsaslı dərəcədə mülayimləşmiş, o, öz əvvəlki gücünü itirmişdir. Ekoloji tarazlıq problemləri bu 
konfiqurasiyada daha ciddi və  kəskin mövqe tutmuşdur. Yaşamaq uğrunda mübarizədə  ətraf 
mühitə  rəğbətlə yanaşma, maksimal qənaətçillik meyarları üstün gəlmiş, innovasiyon-texniki 
amillər beynəlxalq  əmək bölgüsündə  təbii ehtiyatların və  məhsuldar qüvvələrin yerləşməsində 
yeni gerçəkliklər gətirərək energetik kompleksdə sahəvi və ərazi strukturun dəyişkənliyində əks 
olunmuşdur. Beynəlxalq ticarətdə iştirak edən idxal və ixraca genişlilik gətirən açıq iqtisadiyyat 
milli iqtisadiyyatda xarici təsərrüfat subyektlərinə çeşidli imkanlar yaratmaqla fərqlənir. Lakin 
bunun da dərəcə və bölgüsü vardır. Mütləq mənada açıqlıq da məhdudiyyətlərdən istisna deyil. 
Bu isə özünü proteksianist meyllərdə təzahür etdirir. Ölkələrin iqtisadi strukturu, tarixi coğrafi və 
resurslar faktoru müxtəlif olduğu kimi, inkişaf imkanları da fərqlidir. 
ETT, qloballaşma, neft biznesində  də yeniləşmə  təkmilləşməni diktə edərək yeni 
yaranışları stimullaşdırır. Nəhəng neft kampaniyaları, bircalar, neft biznesinin digər lider 
təşkilatları yeni energetik mərhələdə daha geniş  məkanları  fəth edir. Neftin ticarəti getdikcə 
virtual sferanı da əhatə olunur. Nyu-York 
NÜMEKS
 və London 
IPE
 neft bircaları bütün çeşiddə 
dünya neft ticarətin iki mühüm aparıcı  mərkəzlərinə çevrilmişlər. 1980-ci ilin noyabrında 
yaradılan London BNB dünya kontaktları üzrə 60% neftin fiziki və fyuçers alış-verişini edir. Hər 
gün milyard funtsterlinq həcmində ticarət gedir. Ticarət dövriyyəsinə görə, Nyu-York bircası 
birinci yeri tutur. İnternet texnologiyalar dünyanın istənilən nöqtəsindən informasiya, ticarət, 
birca əməliyyatlarını hamı üçün imkanlı edir. Dünya neft industriyasının, biznesinin yeni maddi 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə