E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə26/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   22   23   24   25   26   27   28   29   ...   126

 
55
Yeni mütərəqqi sistemin formalaşmasının tamamlanmaması əks qütbdə anomiya, keçmiş ictimai 
dəyərlərin dağılması ilə müşayiət olunur. Bu gerçəkliklər ayrı-ayrılıqda keçid iqtisadiyyatını 
ləngidən cəhətlər sırasının ön cərgəsində  qərar tutur. Belə hal bazarın sosial stimullaşdırma 
effektini məhdudlaşdırır, dövlətin bu sahədə səmərəsiz rolunu saxlayır. 
Keçid zamanını ömürlü edən cəhətlərdən biri də kölgə iqtisadiyyatının mövcudluğu ilə 
bağlıdır. Ödəmələr, barter, bank sisteminin zəifliyi, optimal olmayan vergi şəbəkəsi, qeyri-bazar 
sektorunun xüsusi çəkisi, kölgə iqtisadiyyatını yaşadan atributlardandır. Müasir institusional 
nəzəriyyəyə görə, keçid prosesi yeni institusional fundamentin ümumi cizgidə formalaşması ilə 
bitir.  İqtisadiyyatın, sənayenin, YEK-in, o cümlədən, neft-qaz sektorunun bazar qaydalarına 
müvafiq idarə edilməsi bir çox praktiki və  nəzəri  əsaslarla bağlıdır. Mövcud məqamları ifadə 
edərək təhlil işində bu aspektlərin də tədqiqinə yer verilmişdir. Keçid iqtisadiyyatı mərhələsində 
neft-qaz sektorun quru kontingetində, müəyyən qism pozitiv meyllərlə yanaşı, neqativ təzahürlü 
proseslər də baş vermişdir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar: 
 
inkişaf templərinin qeyri-qənətbəxş artımı, hasilat sahəsini xammal bazasının 
keyfiyyət və kəmiyyətinin aşağı düşməsi; 
 
investision qıtlıq; 
 
qiymət siyasətində disproporsiyalarının  enerjidaşıyıcılarının tələb strukturunu və 
onların dövri ödəniş sistemini deformasiyaya uğratması; 
 
əsas fondların yüksək aşınma faizinin səmərəliliyə təsiri: 
 
elmi-texnoloji geriliyin dərinləşməsi; 
 
istehsal strukturlarının maliyyə vəziyyətinin pisləşməsi; 
 
iqtisadiyyatın enerjitutumluluğunun ənənəvi obyektiv balansının pozulması. 
Əsas dörd anlayışda–insani, təbii, kapital, texnologiyada  əks olunan resurslar iqtisadi 
artımı şərtləndirir. Ölkə çərçivəsində iqtisadi dövriyyənin bütün mərhələlərini-istehsal, mübadilə, 
bölgü, istehlak və yığımı ehtiva edən milli hesablar sistemi dövlətin ümumi iqtisadi mənzərəsinin 
müəyyən edilməsində vacib şərtlərdəndir. Buna görə də, iqtisadiyyatın tənzimlənməsində MHS-
nin təkmilliyi ön plana çıxır. MHS-nin ilk milli makroekonomik modelini fiziokratlar məktəbinin 
banisi, fransız Fransua Sey yaratmışdır. MHS, müasir iqtisad elminin nəzəri funksiyalarından 
çıxaraq, müasir mərhələdə empirik bir elmə çevrilmişdir. 1990-cı ildən BMT-nin tövsiyəsi 
əsasında onun struktur dairəsi genişlənərək, MHS kölgə iqtisadiyyatını, vergidən yayınma, 
narkotiklər və  cəmiyyətdə baş verən digər neqativ təzahürlər, ev təsərrüfatı, qulluqçular, 
xadimələr, uşaq tərbiyəçilərini də əhatəsinə almışdır. 
Bazar iqtisadiyyatının müxtəlif imkanları  səviyyəsində dövlət fiskal, maliyyə-kredit 
siyasəti ilə üç vəzifəni həll edir: 
 
rəqabəti dəstəkləməklə səmərəliliyin artırılması; 
 
vergi sistemi və bölgü prinsipi ilə ədalətin təminatı; 
 
inflyasiyanı sabitləşdirmək, işsizliyi mülayimləşdirməklə makroekonomik sabitlik 
və iqtisadi artımın təminatı. 
Dünya təcrübəsi göstərir ki,  bazar şəraitində dövlət energetik sahədə mühüm  funksiya 
olan elmi-texniki siyasətin təyinatı, onun normativ-hüquqi baza ilə  təminatı, özəl sektorun 
energetik sahəyə  cəlb edilməsi, YEK-in texniki səviyyəsinin yüksəldilməsi və digər strateji 
məsələləri həll edir. Respublikamızda iqtisadiyyatın aparıcı və çox mühüm hissəsini neft sektoru 
və onunla bağlı sahələr təşkil etdiyindən neft strategiyasının dövlətin milli iqtisadi kursunda əsas 
yer alması da təbiidir. Neft strategiyasının isə mükəmməlliyi təkmil normativ-hüquqi bazanın 
möhkəmliyi ilə bağlıdır. Dövlət müstəqilliyinin onillik tarixində  ən çox istinad edilən neft 
sektoru 21 beynəlxalq müqavilə çoxsaylı xarici kapitallı MM-lə  əhatə olunsa da, özünün ən 
mühüm kodeksi, müvafiq «Neft haqqında» Qanununun hələ də həyata vəsiqə almadığı şəraitdə 
inkişaf edir. Bu qanundan doğan daha dərin normativ-hüquqi aktların qəbulu da eyni müstəvidə 
həllini gözləyir. Neft kampaniyaları ölkənin milli mənafelərinə zidd olan strateji məqsədlər 
göstərə bilməzlər. Dövlət neft sənayesinin inkişafında mühüm vasitələrdən istifadə etməklə 
iqtisadi diaqnostika sistemi, iqtisadi kombinasiyalar və iqtisadi texnologiyalara geniş meydan 
 


 
56
açmalıdır. Cəmiyyətdə iqtisadi, ictimai institutların və  təşkilatların üstün hakimiyyəti kimi, 
dayanaqlı, möhkəm isteblişment vəziyyətə nail olmada dövlət səylərini səfərbər etməli, real 
bazar təsisatlarına entropik keçid qərarlaşdırılmalıdır. 
İqtisadi plyüralizm, islahat tendensiyasına praktiki və  tətbiqi aspektdə utlitar yanaşma, 
sosial və iqtisadi məsuliyyətin artırılması dövlət siyasətinin prioritet baxışlar sistemini təşkil 
etməlidir. Dövlətin ictimaiyyətin iqtisadi həyatında aktiv iştirakı dövlət etatizminə strateji önəm 
verilməlidir. 
 
Fransızca «eta» sözündən yaranan, «etatizm»  dövlət mənasını ifadə etməklə 
siyasi-iqtisadi müstəvidə «dövlətçilik» analamı kimi, tətbiqini tapır. Termin olaraq 
XIX  əsrin sonunda isveç burcua liberalı Nyuma Dro tərəfindən  ədəbiyyata 
gətirilmişdir.  İlk başlanğıjda dövlət mərkəziyyətçiliyi prinsipi mənasında, sonradan, 
imperializm dövründə burcua dövlətinin iqtisadi funksiyalarının güclənməsi ilə 
əlaqədar olaraq kapitalist ölkələrinin təsərrüfatının inkişafında dövlətin iqtisadi 
siyasətinin rolunu səciyyələndirən istilah kimi istifadə olunmuşdur. 
 
Təkcə köhnə istismar sahələrinə deyil, bütünlüklə neft-qaz sektorunu, YEK-i əhatə edən 
normativ-huquqi aktlar kodeksi, qanunlar toplusu işlənməli və  qəbul olunmalıdır. Fikrimzcə 
YEK-də qəbul ediləcək prioritet qanunlar şəbəkəsini aşağıdakı kimi formalaşdırmaq olar: 
 
Neft-qaz haqqında; 
 
Konsensasiya və lizensiyalar haqqında; 
 
Hasilatın pay bölgüsü; 
 
Vergi sistemi; 
 
Ekoloji təminat. 
Bununla yanaşı, qanunların təminatını faktiki reallaşdıran sahəvi normativ-hüqüqi aktlar
icra mexanizmləri, sahənin inkişafını  təmin edən dövlət proqramlarının işlənməsi də olduqca 
mühüm və vacibdir. 
Dövlətin iqtisadi maraqları fiskal siyasətdə  əksini tapır. Dövlət apardığı fiskal, maliyyə-
kredit, pul siyasəti ilə təsərrüfat subyektlərinin fəaliyyətinin iqtisadi tənzimlənməsini reallaşdırır. 
Dövləti tənzimləmə, iqtisadiyyata müdaxilə  əsasən aşağıdakı fiskal mexanizmlərdə  əks olunur. 
Dövlət xərclərinin artırılması və vergilərin azaldılması ilə təsərrüfat həyatınını stimullaşdırılması 
fiskal ekspansiya, izafi iqtisadi yüksəklik və onunla əlaqədar inflyasiyanın məhdudlaşdırılması, 
dövlət xərclərinin azaldılması, vergilərin artırılması fiskal restriksiyada ifadə olunur. Əhalinin 
gəlirlərinin təkrar bölgüsü ictimai formalarda pulsuz təhsil, səhiyyə dövlət paternalizmi daha çox 
iqtisadiyyatı mərkəzləşmiş ölkələrdə müşayiət olunur. 
Qanunvericilik prosesində mühüm cəhətlərdən biri də lobbizmlə bağlıdır. Bütün iri 
təşkilatlar, birliklər, assosiasiyalar inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində lobbizmlə məşğul 
olurlar və o, iqtisadi qanunvericiliyin ayrılmaz hissəsini təşkil edir. ABŞ-da lobbizm qanunu 
1946-cı ildə konqres tərəfindən qəbul edilərək qüvvədədir. Bizim konstitusiyaya görə, 
vətəndaşların dövlət idarəetməsində nümayəndəli iştirakı təsbit edilmişdir. Bu isə öz növbəsində 
lobbizm haqqında qanunun qəbul edilməsinə imkan verir. Mahiyyətcə lobbizmi vəzifəli şəxsi ələ 
almaqla bağlı olmadan dövlət hakimiyyət orqanlarında normativ hüquqi aktların, qərarların qəbul 
edilməsində, iqtisadiyyatın müəyyən sahəsinin maraqlarını ifadə edən fəaliyyət kimi 
səciyyələndirmək olar. Bizim siyasətdə  ərazi bütövlüyümüzlə  əlaqədar informasiya və hüquqi 
təminat sahəsində müəyyən uduzmağımızda inkişaf etmiş ölkələrdə, xüsusən ABŞ-da lobbizmin 
imkanlarından istifadədə bacarıqsızlıqla bağlıdır. 
DYİB və digər mötəbər maliyyə qurumları ilə  əlaqəli iş birliyi olan «Transperensi. 
İnterneyşnl»  (The Trancarency Entemational)  təşkilatı ötən  əsrin sonlarında Azərbaycanda 
korrupsiyanın yüksək səviyyəli olduğunu hesabatlarında qeyd etmişdir. Bir qədər sonra, 2000-ci 
ilin sonunda DYİB-ı özünün korrupsiya üzrə tərtib etdiyi reytinq Cədvəlində Azərbaycanın öndə 
getməsi və ölkə iqtisadiyyatının 60%-nin kölgədə qalması haqqında məlumat dərc etdirmişdir. 
Burada korrupsiyanın inzibati deyil, siyasiyönümlü daha dəqiq dövlət işğalı korrupsiyası 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə