E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə20/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   16   17   18   19   20   21   22   23   ...   126

 
42
III FƏSİL 
İNTEREKONOMİK GERÇƏKLİK VƏ QLOBALLAŞMA 
TƏZADLARI  
 
3.1. Çağdaş sivlizasiyon mərhələ və qlobal axın 
 
İqtisadiyyat öz ev-ekosunda  təsərrüfat aparmaq bacarığı kimi əzəli qayəsini itirmiş  və 
çağdaş zamanda cahanı dövr edən mahiyyət almışdır. İndi ən konservativ təcrid olunanan ölkələr 
belə qlobal təzahürlərlə hesablaşmaq zorunda qalmışlar. Məhz bu baxımdan da neft biznesi ilə 
müasir məqamda məşğul olma da qlobal sivlizasiyon gerçəklikləri nəzərə almadan səmərə 
verməz. İlk baxışda vizul lokal görünən köhnə istismar sahələrində hasilat strategiyasına xarici 
qlobal təsirlərin nuffuz effekti nə  qədər  əsaslı ola bilər? Fəqət açıq iqtisadiyyat quruculuğunu 
seçim edən ölkə resurs bazarında münasibətlər, xammal qıtlığı, qlobal böhranlar kimi mütləq 
hadisələr sferasında dişardan daim madditutumlu sədalar alacağı  şübhə doğurmamalıdır. Digər 
tərəfdən qeyd olunduğu kimi, qlobal axının gücü sərt özünə qapılan daxili iqtisadi modelləri belə 
aşmaq iqtidarındadır. Planetin müxtəlif guşələrində yaşamaqlarına baxmayaraq sivlizasiyanın 
müasir mərhələsində insanlar qarşılıqlı aslılılıq və  sıx təmaslar sistemində  hərəkət etmək 
dövriyyəsinə qoşulmuşlar.  Ən uzaq məmləkətlərdəki hadisələr indi hamıya təsir etmədədir. 
Qloballaşma təzə hadisə olmasa da onun yüksək surəti bizə aydın görünür. Qloballaşma texnoloji 
nailiyyətləri, iqtisadi inkişafı stimullaşdırır. Bu baxımdan  bütün bu real təzahür və dinamiz 
meyllərinin, bəşəri sivlizasiyanın tarixi inkişaf mərhələlərinin, müasir cəmiyyət obrazının 
strukturunun tədqiqi neft strategiyasının daha uğurlu addımlamasına yardımçı olacaqdır. 
Yaşadığımız çağdaş zamanda planetin əsas aparıcı qüvvəsininin postindustrial təsərrüfatlı 
olması  və bu əsnada güclənən qlobal axın hər bir ölkənin siyasi oriyentasiyasından asılı 
olmayaraq, onun sosial-iqtisadi tərəqqisində  əks olunur. Əski Sovetlər ölkəsində marksizm-
leninizm və müəyyən qədər də ehkamçı meyllər təməlində formalaşan ictimai elmlər bəşəri 
inkişafda formasiyon yanaşmanın üstünlüyü üzərində  bərqərar olmuşdur. Cəmiyyət 
quruculuğunun ibtidai ijma formasından kommunizmə  qədər qurulan nərdivan boyunca 
antiqonist siniflərin mübarizəsini əks etdirən bu yanaşma müəyyən mənada qüsurlu görünsə də, 
dəyişən bir neçə nəslin təfəkkürünə hakim kəsilmişdir. Cəmiyyət sferasına formasiyon yanaşma 
ictimai inkişafı müəyyən mərhələdə əməyin ictimai bölgüsünun zaman və mühit uyğunluqlarına 
qeyri-müqabil etmişdir. Qərbin ortadoksal nümunələri əsasında isə cəmiyyətin inkişaf tarixinin 
klassikləşmiş digər paradiqması formalaşmışdır. Liberal dəyərləri prioritet qəbul edən müasir 
iqtisadi-demokratik sistemlər məhz sivilizasiyon struktur nümunəli cəmiyyət quruculuğuna 
ehtiram nümayiş etdirirlər. Sivlizasiyon bölgü beynəlxalq ticari əlaqələri,  əməkdaşlığın 
genişləndirilməsində diplomatik biznes manevrləri üçün həyati  əhəmiyyətlidir. Müvafiq 
sivlizasiyon yanaşma cəmiyyətin inkişafını üç tipik-ənənəviindustrial və postindustrial formada 
təsnif etmişdir. Əsas resursları torpaq və təbii xammal olan, primitiv əl texnologiyası üzərində 
qurulan  ənənəvi cəmiyyət kapitalizmə  qədər dövrü əhatə edərək neolit epoxasında aqrar 
inqilablar zamanında yetişmişdir.  Əl  əməyini sıxışdıran maşın mexanizmlərin  əmələ  gəlməsi
genişlənən və çoxçeşidli emal prosesi, texnoloji inqilablar kapital dünyasının hakim kəsildiyi 
industrial yeni tipli cəmiyyət ənənəvi ictimai quruluşu əvəz etmişdir. Çağdaş zamanda isə ötən 
əsrin sonlarında qloballaşma kontekstində formalaşan, mühüm mənəvi energetik resursu insan 
biliyi və informasiyada ehtivada bulunan yeni postindindustrial cəmiyyət quruculuğu həyatımıza 
daxil olmuşdur. Xidmətin sferasının genişlənməsi, istehsalın müəyyən məhdudlaşması, 
deindustrializasiya, deurbanizasiya ilə müşayiət olunan yeni tipik cəmiyyət obrazlı deyimdə 
Teylorun  əməyin təşkili formasını daha mülayim məşğulluğa çevirərək texniki dünyanı sosial 
dünya ilə əvəz etməyə istiqamət götürmüşdür. Bununla belə,  cəmiyyət və dövlət qruculuğunun 
müasir təsnifat spektri sivilizasiyon yanaşmada ənənəvi-patriarxal, avtoritar, liberal-demokratik-
bazar təsisatlı, azad rəqabətli bazar iqtisadiyyatı-xalis kapitalizm, müasir bazar iqtisadiyyatı, 
qeyri-bazar sistemi, inzibati komanda kimi daha geniş formalara malikdir. 
 


 
43
Bəşər cəmiyyətinin inkişafı dünya təsərrüfatının ayrı-ayrı sahələrinin yerləşməsi, iqtisadi 
yüksəliş və enmə tendensiyasının çoxsaylı təbii və ictimai amilləri ilə qarşılıqlı münasibətlərdə 
və uzlaşmalarda pərvəriş tapır. Təcrübə göstərir ki, hər bir ölkə dünyanın ümumi 
qanunauyğunluqlarında özünəməxsusluğu ilə  əks olunur. Dinamik meyllər ümumi konyuktura 
ilə həmişə adekvatlıq təşkil etmir. Formalaşan iqtisadi keçid və əks-keçid cəmiyyətin inkişafına, 
əməyin coğrafi bölgüsünə yeni konturlar gətirir. Keçmişin tələb və metodlarının dəyişkənliyi, 
əsaslı dərəcədə indi qlobal axının miqyası, ekoloji meyllər, texniki nailiyyətlərlə şərtlənir. Sosial 
ədalət normalarını nəzərə almayan bazarın təbii qanunları da yeni iqtisadi tərəqqini öz prinsipləri 
əsasında qloballaşdırır. Dünya iqtisadiyyatı istənilən ölkənin milli təsərrüfatına əhəmiyyətli təsir 
göstərir. Bununla belə o, özünün məxsusi problemlərindən də tam təcrid olunmamışdır. Dünya 
təsərrüfatının,  əmtəə  və xidmətlərin, kapital və  işçi qüvvəsinin, biliyin təcəssümündə vahid 
bazara çevrilməsi-qloballaşmada özünün müsbət və mənfi cəhətləri ilə sürətlə həyatımıza daxil 
olmaqdadır. Mahiyyətcə beynəlmilləşmənin yüksək fazası kimi o, həm də müəyyən mənada 
dünyada yoxsulluğun artmasına zəmin yaradır və bu əsnada yerlərdə çoxlu protestlərlə müşayiət 
olunur. Qloballaşdırma həm də daha çox kriminal sindikatlara gəlir gətirir. Son illərdə dünyanın 
əksər regionlarında, xüsusən Avroatlantik məkanda, hətta bir çox üçüncü ölkələrdə belə 
qloballaşma obrazlı deyimində xalq tərəfindən daşqalaq edilir. Əksər ölkələrdə qloballaşmaya 
yönələn üsyan artıq ürəklərdə kök salmışdır. Vətənpərvər fərdiyyəçilər milli məhsul istehsalına 
keyfiyyət və möhkəmlik gətirərək onu sıxışdırmaq cəhdlərini artırmışlar. Qloballaşma və ya 
franız kökdə mondializm «ənənəviçiliklə» əks qütbdə dayanır. Mondinalizmin məqsədini yalnız 
qlobal ideoloji məkfurədə, irqi, milli dini təsnifat olmadan və sonda hətta cinsi bölgüyə də etiraz 
edən prinsiplər təşkil edir. Əlbətdə burada etiraz ediləcək çılğın məqamlar yetərlidir. 
Kapitalın sürətli artımının məşğulluğun məhsul vahidinə nisbətini  əhəmiyyətli ixtisarı, 
dövriyyə  və istehsalın kompüterləşməsi, nəzarət və  qərar qəbuletmə imkanlarının məsafə 
asılılığından çıxması köhnə hakim tipli müəssisənin strukturuna, əməyin coğrafi bölgüsünə ciddi 
təsir etmişdir. Müasir mərhələdə ABŞ, Yaponiya da elmi tərəqqiyə  xərclənən pulların 
adambaşına düşən bölgüsü 600 ABŞ dolları həddini aşmışdır. Bu sahədə Qərbi Avropa ölkələri 
də  əhəmiyyətli mövqedədirlər.  İndi konqlamerant çoxmilli, multnasional, transnasional qlobal 
korporativ, xüsuslu TMK adlanan nəhəng beynəlxalq qurumlar bu keyfiyyətləri ifadə edən 
təsiredici nüfuzları, çoxmilyardlıq investisiyon qüdrətləri ilə qloballaşma prosesini 
stimullaşdırırlar. Hərtərəfli mühafizə sistemləri, yüksək madi-texniki baza ilə  təchiz edilmiş 
elmi-tədqiqat institutları, laboratoriyaları, konstruktor büroları TMK-nın artan potensialını, 
rəqabət qüdrətini təmin edir. Belə strateji istiqamət milli kapitalın fəaliyyətinin 
beynəlmiləlləşdirilməsi, transmilli kapitalın maraqlarının qloballaşması ilə  və  əvəzlənməsini 
gerçəkləşdirir. Hazırda dünya təsərrüfatının mühüm mexanizmi kimi onlar ÜDM-in 20-25%-nə 
malik olmaqla beynəlmilləşmənin  əsas hərəkətverici qüvvəsinin özəyində dayanırlar. 
Qloballaşma ilə yanaşı regionlaşma da özünü güclü şəkildə büruzə verməkdədir. Sovetlər İttifaqı 
və sosialist düşərgəsinin dağılması yeni regional birliklərin yaranmasına rəvac vermişdir. Yeni 
müstəqil dövlətlər açıq iqtisadiyyat qurmaq yolunda qəti addımlarını regional əməkdaşlıqda 
möhkəmlədirlər. Dialektik məntiqin təsdiqi kimi beynəlxalq aləmdən XX əsrin iki fövqəl 
dövlətindən biri-Sovetlər 
İttifaqının çökməsi birqütblü ABŞ inhisarçılığının 
təkhakimiyyətliliyinə  rəvac versə  də, Rusiya-Çin regional strateji alyansı ehtimal ki, 
çoxqütblükdə yeni təzahür olacaqdır. 
Qloballaşmanı  tədqiq edən Qlobalistika özünün iki onillik mövcudluğu tarixində 
predmetinin konturlarını qəti müəyyən etməmişdir. Beynəlmiləlləşmə prosesinin yeni mərhələsi 
kimi qloballaşma yeni, qabaqcıl inkişafı  təmsil edir. Qlobalistika gənjlik çağlarını yaşasa da, 
qloballaşdırmanın ilk təzahürləri ondan öncə, hələ ötən əsrin 30-cu illərində ABŞ-dan səmt alan 
böyük depressiya-ümumdünya kapitalizminin böhranı ilə başlamışdır. Bu böhran planetin əksər 
hissəsini  əhatə edərək beynəlxalq ticarəti sıxıntılara, ümumi proteksionizmi residivə-geri 
qayıtmaya məruz qoymuşdur.  İkinci dəfə, 1971-ci ilin avqustunda ABŞ-ın valyuta sistemində 
bliskrik böhran dolların qızıl təmayüllü  standartını laxladaraq, onu liberal suveren zolağa 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə