E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə18/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   14   15   16   17   18   19   20   21   ...   126

 
38
bu  əmr qrammatik və  ədəbi baxımdan kasad, göstəricilər palitirası gödək, aşağı  məzmunlu, 
qeyri-konkret və daha az həcmlidir. Faktiki olaraq 3 çap vərəqi həcmində geniş  məzmunlu 
analitik yönümlü əmrin hazırlanması, heç şübhəsiz ki, 24 saat ərzində mümkün deyildir. 
Məlumdur ki, ilin yekun son iş saatı-31 dekabr 00-dır.  Əmrdə qeydiyyat tarixi 2-3 yanvar 
göstərilir. Konstitusiyon Qanuna görə, 1 yanvar və 31 dekabr tarixləri bayram günləri - qeyri-iş 
vaxtıdır. Operativ olaraq bütün yekun informasiyaları 2-3 gün ərzində  qəbul etmək imkanı 
yaransa belə, onu bu əmrlərdə göstərilən təhlil spektrində verilməsi müvafiq müddət  ərzində 
fiziki qüvvə baxımından qeyri-mümkündür. Yenə  də faktiki olaraq 1 nömrəli  əmr struktur 
bölmələrə  ən azı 2-3 həftə keçdikdən sonra «10-15-ci» əmrlərdən sonra çatdırılır. Bu əmrləri 
təhlil edərkən taftoloci elementlər və ibarələrlə rastlaşırsan. Bundan başqa, narahatedici məqam 
ondan  ibarətdir ki, problemlər keçici olaraq qalır-hər il qaz sisteminin qeyri-təkmilliyi, separator 
qurğularının nasazlığı, vakkum xəttinə qoşulmamalar və digər problematik məsələlər təkrarlanır, 
fərdi məsuliyyət, vəzifə öhdəliklərinin və tapşırıqlarının yerinə yetirilməməsi, iqtisadi cəza 
mexanizmləri  əmrdə  əksini tapmır. Təhlil və müşahidələr göstərir ki, «köhnə  dəbli» təşkilati 
yanaşma yeni iqtisadi sistemdə  ənənəvi prinsipləri belə yerinə yetirməyə qabil deyildir. 
İdarəetmədə yeni bazaryönümlü mexanizmlərin menecment, pablik rileyşnz texnologiyalarının, 
daha operativ və çevik bazar seqmentlərinin tətbiqi məqamı çoxdan yetişmişdir. Lakin bütün 
tənqidi məqamlara baxmayaraq təşkilatın iqtisadi-texniki statistikası müəyyən analitik rakusda 
bu mühüm və hələki bu günkü istehsal ritminə uyğun sənəddə geniş ifadəsini tapır. 
2001-ci ildə QNQÇİB-i hasilat tapşırığını 107,1% yerinə yetrilmiş, plandan əlavə 6623 ton 
həcmində neft hasil etmişdir. 1596,2 min ton hasilatın əksər hissəsini-858,9 min tonu NQÇİ-lər 
vermişdir. Müştərək müəssisələrdə bu ildə neft hasilatı ötən illə müqayisədə 15,7% artmış  və 
737,3 min ton təşkil etmişdir. Buradakı artım Salyan OYL MM-də əldə edilmiş çox yüksək olan 
hasilat artımı ilə bağlıdır.  Neft hasilatının səviyyəsinin indeksi ötən illə müqayisədə NQÇİ-lər 
üzrə 1,7% (-14611 ton) azalmış, MM-lərdə 15,7% (+100445 ton) artmışdır. Neft təhvilinin 
ümümi səviyyəsi isə 1400 min tona qarşı 1489,4 min ton olmuşdur. Hesabat ilində qaz hasilatı 
tapşırığı 105% yerinə yetrilərək 241531 min kubmetr təşkil etmişdir. NQÇİ-lər üzrə plan 
tapşırığı 104,9%, MM-lər üzrə 105,3% yerinə yetirilmişdir. Qaz təhvili planı isə NQÇİ-lər üzrə 
106,4%, MM-lər üzrə 117,8% olmuşdır. Son 10-15 il ərzində kompleksdə hasilat kəskin şəkildə 
enmişdir
(Əlavə 1-7-də QNQÇİB-nin NQÇİ-ləri üzrə 1985-2001-ci illəri  əhatə edən hasilat plan 
tapşırıqlarının yerinə yetirilməsi cədvəlləri verilmişdir.)
 Ötən əsrin son illərində başlayaraq müəyyən 
hasilat sabitliyinə nail olunsa da bu göstəricilər kompleksin tam potensial imkanlarını ifadə 
etmir. Cədvəl 8-də QNQÇİB-də son 4 ili əhatə edən neft və qaz hasilatı müəssisələr təsnifatında 
verilmişdir.
 
Cədvəl 8 
Köhnə istismar sahələrini əhatə edən neftqazçıxarma idarələrində neft-qaz hasilatı 
göstəriciləri 
(1998-2001-ci illər)
 
 
Neft 
(ton)
 
Qaz 
(1000 m
3
)
 
NQÇİ-lər 
1998 
1999 
2000 
2001 
1998 
1999 
2000 
2001 
Balaxanıneft 
232506 237959 232111 223713  9017  9080 
961 
9189 
Ə.Əmirov adına 
97160 97188 105424 105329 38871 40809 39442 39717 
Bibiheybət NQÇİ 
136412 138805 140115 135947  22835  21330  21330  21280 
Binəqədineft 
131477 116204 129581 122695  15627  15741  15744  15740 
Suraxanıneft 
126454 128404 131977 124358  18740  16745  18091  18222 
H.Z.Tağıyev  
71426 72615 76129 76376 10000  9055  9712  9225 
Siyəzənneft 
72014 61701 58216 61793 46394 37749 39719 38948 
Muradxanlı İNM. 
38436 
29989 0 8711 500 540  0 1360 
Cəmi NQÇİ-lər 
905885 882865 873533 858922 161484 150509 153205 153681 
Anşad Petrol MM 
41828 43036 42203 45110 22500 22688 24090 22236 
 


 
39
Qarasu LTD 
138715 140775 135374 138955  10350  11295  11048  8545 
Salyan OYL MM 
205001 184878 197188 294256  43854  45122  29519  44559 
Azgerneft MM 
60363 50614 45734 42028  2500  2500  2500  2066 
BMV OYL İNK  
9417 
8842 
- - - - - - 
Şirvan OYL MM 
216678 214702 216333 216928  10112  10382  18990  10444 
Qobustan LTD 
- - - - - - - - 
Cəmi MM 
672002 642847 636832 737277  89816  92527  78047  87850 
Yekun QNQÇİB 
1577887 1525712 1510365 1596201  251300  243036  231252  241531 
 
Quruda neftqazçıxarma kompleksinini müasir iqtisadi göstəriciləri təhlil edərək burada 
yeni təsərrüfat quruculuğu prosesində  təşəkkül tapmış xarici kapitallı müştərək müəsissələrin 
iqtisadi həyatına da, daha geniş diqqət edilməlidir. Qeyd olunduğu kimi, müxtəlif strukturlu olan 
bu müəssisələrdə  fəaliyyət ahəngi heç də proqressiv xarakterli deyildir. MM-lərin quruluşu, 
buradakı fəaliyyət mümkün məlumatlar əsasında aşağıdakı mənzərəni verir: 
«Qarasu» ƏŞ (Azərpetoyl)-əməliyyat şirkəti istismar fondunun 17,7%-i fəaliyyət göstərir. 
Qazma işləri son illərdə aparılmır, fond təzələnmir, neft hasilatının səviyyəsi aşağı düşür. 2001-
ci ildə plan tapşırığı 93,1% yerinə yetrilmişdir. 
«Anşad-Petrol» MM-istismar olunan quyu fondunun sayı 250, fəaliyyətsiz fond 80 sayda 
olaraq ümumi istismar fondunun 32%-i həcmindədir. Müəssisənin bütün fəaliyyəti  ərzində 
qazma işləri aparılmamışdır. 2001-ci ildə planın yerinə yetrilməsi təmin edilmişdir. Təsis edildiyi 
vaxtdan  hasilat orta hesabla iki dəfə aşağı enmişdir. 
«Azgerneft» MM-quyu fondu 306, onun da 33,9%-i fəaliyyətsizdir. Qazma işləri 
aparılmamış, quyu fondu dəyişməmiş, neft hasilatının artımına nail olunmamışdır. 2001-ci ildə 
plan tapşırığına 90% əməl edilmiş, kəsir-4672 ton təşkil etmişdir. 
«Şirvanoyl» MMM-2001-ci ildə neft hasilatı tapşırığı 113,2% yerinə yetirmişdir. 2000-ci il 
ərzində müəssisədə qazma işləri aparılmamışdır. Müəssisədə istismar fondu 473, fəaliyyətsiz 
quyu fondu 124-ümumi istismar fondunun 26,2%-ə bərabərdir. 
«Salyanoyl» MMM canlanma müşahidə olunur. 2001-ci ildə hasilat planı yeni qazılan 
quyular hesabına 140% yerinə yetirilmiş  və ümumilikdə QNQÇİB-nin illik hasilat plan 
tapşırığının yerinə yetrilməsində əsas həlledici amillərdən olmuşdur. 
«Qobustan» LTD-fəaliyyətini hələlik tam qura bilməmişdir. 
MM-lər üzrə 2001-ci ildə 737,3 min ton neft hasil edilmişdir ki, bu da ümumi birlik üzrə 
neft hasilatını 46,2%-ini təşkil edir. MM-lərdə neftin hazırlanmasında da nöqsanlar vardır. 
Burada təhvil verilən neftin yarısı standartın birinci qrupuna aiddir. Bu da bütün birlik üzrə 
göstəricidən nəzərəçarpacaq dərəcədə xeyli azdır. Bu məqam isə ciddi təhlil obyektinə 
çevrilməlidir. MM-lərdə 2001-ci il il tarixinə istismar fondu 1766 saydadır. Bu da birliyin 
ümumi istismar fondunun həmən ilə nisbətdə 19,7%-ini təşkil edir. Fəaliyyətdə olan quyuların 
sayı 404, ümumi istismar fondunun 22,9%-nə bərabərdir. Qeyd olunduğu kimi, MM-lərdə qazma 
işləri dayanmış  və burada heç bir irəliləyiş  nəzərə çarpmır. Bununla belə, quyu fondunun da 
azalması prosesi baş verir. QNQÇİB-də hər il hazırlanan illik hesabatlarda MM-lərin fəaliyyəti 
qənaətbəxş hesab edilmir. Burada hasilatın, qazmanın aşağı düşməsi, fondun yeniləşməməsi, 
neftin keyfiyyətinin aşağı olması və digər texniki-iqtisadi göstəricilərin qeyri-qənaətbəxş olduğu 
əks olunur. Birliyin MM-lərə faktiki təsir gücü olmadığından tənqidi qeydlər də həllini tapmır. 
Lakin  ədalət naminə qeyd olunmalıdır ki, MM-lərdə  məhsulun maya dəyəri, rentabellik 
göstəriciləri NQÇİ-lərə nisbətdə xeyli yüksəkdir. 
Köhnə istismar sahələrin potensialı qiymətləndirilərkən qeyd olunmalıdır ki, müasir 
məqamda bu ərazilərdə 2001-ci ilin yanvarın 1-nə 5574-fəaliyyət quyu fondunun yalnız 2266-sı 
hasilata cəlb edilmişdir. Hasilatın artırılmasında fəaliyyətsiz quyu fondundan səmərəli istifadənin 
əhəmiyyəti danılmazdır. Burada kifayətedici qalıq-3308 quyu sayı mövcuddur. 01.01.2002-ci il 
tarixinə quruda neftqazçıxarma kompleksində  fəaliyyətdə olan quyu fondu 5554 olmuşdur. 
Hasilat tapşırığını əsasən keçici quyular kateqoriyası təmin edir. 2001-ci ildə keçici quyulardan 
1497,6 min ton neft hasil edilmişdir ki, bu da ümumi hasilatın 93,8%-nə bərabərdir. Fəaliyyətsiz 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə