E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə21/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   17   18   19   20   21   22   23   24   ...   126

 
44
çıxarmış  və bu olay əksər dünya ölkələrinin iqtisadiyyatına ciddi təsir göstərmişdir. Növbəti 
qlobal iqtisadi şok neft cəbhəsində 1973-1974-cü illər qiymət böhranı ilə əks-səda doğurmuşdur. 
Qiymət qalxmaları bir tərəfdən energetik aclıq, digər tərəfdən istehsalçıları izafi maliyyə 
resursları ilə silahlanmasına gətirmişdir. 1982-ci ilin yeni qlobal şoku təkrarən neft 
ixracatçılarının davranışları ilə bağlı olmuşdur. Belə ki, ixracatçı ölkələr bir tərəfdən izafi neft 
dollarını böyük təkrar dövriyyəyə qatma təşəbbüsləri, digər tərəfdən isə bu məbləqlərin Qərbin 
şəxsi iri bankları vasitəsilə inkişaf etməkdə olan ölkələrə ötürülməsi yeni dünyəvi böhrana 
gətirmiş və bir çox dövlətlər elə indiyəcən bu sıxıntılardan qurtula bilməmişlər. Nəhəng borclar 
ağır yük kimi milli iqtisadiyyatın inkişafını ləngidən başlıca maneəyə çevrilmişdir. 
Son illər Cənub-Şərqi Asiyada, Rusiyada Braziliyada baş verən maliyyə böhranları yeni 
qlobal nəticələrə  səbəb olmuşdur. BVF bu olaylara mülayimlik gətirmək məqsədilə yeni 
mühafizə çətrinin inşası axtarışındadır.  
 
Mövcud maliyyə problemlərinin həllində ötən 
əsrin sonlarında 
telekommunikasiyon sistemdəki inqilablar 24 saatlıq fasiləsiz davamlı  fəaliyyət 
göstərən maliyyə bazarının yaranmasına səbəb olmuşdur. Müvafiq «nou-xau»lar hər 
gün 1,3-1,5 milyard dollar həcmindən möhtəşəm likvid resurslarının dövriyyəsini 
təmin edir. Bu nəhəng maliyyə  dənizində  işbazlar məzənnə  dəyişikliklərinə  rəğmən 
arbitrac oyunu da aparırlar. Lakin «vahid qiymət qanunu» və ya «orbitrac prosesi» 
heç də  həmişə bu niyyətləri reallığa çevirmir. Bələ bir fikir də hakimdir ki, müasir 
sivlizasiya mərhələsində maliyyə, təşkilati, ideoloji sapların başlanğıcı Amerikaya 
gedir. 
 
Qlobal problemlərin tədqiqini aparan çoxsaylı beynəlxalq miqyaslı təşkilatlar mövcuddur. 
Bu sırada qeyri-formal səciyyəvi dünyəvi qeyri-hökumət təşkilat kimi Roma klubunun 
beynəlxalq ictimaiyyətdə böyük nüfuz sahibinə çevrilmişdir. «Qlobal düşün lokol hərəkət et» 
prinsipini 30 ildən çox rəhbər tutaraq 1968-ci ildən fəaliyyət göstərən klubun üzvləri sırasında 
çoxsaylı sahibkarlar, siyasi xadimlər, alimlər, etibarlı ekspertlər, mədəniyyət nümayəndələri, 
yüksəkvəzifəlilər vardır. Məqsəd və  məramı Kürreyi ərzin resurslarının fiziki məhdudluğu ilə 
bağlı «bəşəri çətinliklər»in elmi təhlilini aparmaq, planetar kritik situasiyalarda «həyacan təbili» 
səsləndirmək, «işlərin idraklı gedişinə» nail olmada ictimaiyyətə «qlobal tarazlığın»  əldə 
edilməsində hansı ölçü və tədbirləri gerçəkləşdirmək yollarını göstərmək və habelə ümumilikdə 
problemin həllində müvafiq metodika vermək dayanır. Siyasi doktrinalar formalaşdırmayan elm, 
təhsil, ətraf mühit və iqtisadiyyatla bağlı aktual məsələlər üzrə dialoqa çağırış edən Roma klubu 
bəşəriyyət qarşısında dayanan çətin problemləri aşkarlaması və onun həlli strategiyasını işləmək 
kimi, şərəfli missiyanı həyata keçirir.
 
 
XX əsrin 60-70-ci illərindən başlayaraq dünya inkişafının proqnozlaşdırılması daha aktual 
səciyyə daşımağa başlamışdır. Bu ərəfə energetik, ərzaq, xammal, ekoloji problemlər prioritetliyi 
ilə daha da qabarıqlaşmış, dünya ölkələri və xalqlarının geniş maraq dairəsinə daxil olmuşdur. 
Müasir texnokratik problemlər yalnız birgə  səylərin səfərbərliyi ilə  səmərəli həllinə qovuşur. 
Ümbəşəri problemlər Roma klubunun dövrü hazırladığı  məruzələrdə  əksini tapır. Belə  məşhur 
məruzələrdən bir də uzun müddət araşdırılan, təkrar tədqiqat obyekti olan «artım sərhədləri» 
mövzusu olmuşdur. ABŞ professoru, kibernetik  D.L.Medouza
7
 «Dünya dinamikisı» (1971) 
əsərində XXI əsrdə mümkün qlobal faciələrin, demoqrafik sarsıntıların baş verəcəyini, resurslar 
potensialının tükənəcəyinə diqqət yönəltmiş  və sonradan BMT-nin tanınmış iqtisadçı alim 
V.Leyontevin başçılığı ilə ekspertlər qrupu bu ideyalara tənqidi yanaşaraq «Dünya 
iqtisadiyyatının gələcəyi» adlı yeni layihə işləmişlər. V.Leyontev təsdiqləmişdir ki, əhali artımı 
eksponensial proses və partlayış deyildir. Alimin fikrincə 2025-ci ilə  qədər artım proqressiv 
olacaq və üçüncü dünya ölkələrində sabitləşmə 2075-ci ildə yaranacaqdır. 
 
                                                 
7
 «Римский клуб». http://www.ptpu.ru/issues. 
 


 
45
1977-ci ildə ABŞ sosioloqu E.Laslo Roma klubu üçün hazırladığı «Qlobal məqsədlər və 
dünyəvi həmrəylik» məruzəsində «insan faktoru» primatını önə  çəkmişdir. Bununla o, 
çətinlikləri insan xaricində deyil, onun daxilində axtarmağa üstünlük vermişdir. Onun fikrincə 
insanların müvafiq psixi keyfiyyətlərinin inkişafı sivlizasiyanın material şəraitini köklü 
dəyişikliklərə  uğradacaq, «psixologizm və subyektivizm», «elm və dində liderlik» inkişaf 
ssenarisini «həqiqət yoluna» çıxaracaqdır.  İnsan faktoru problemi sonradan, 1990-cı ildə BMT 
tərəfindən önə çəkilmişdir.
 
Müəlliflər qrupu tərəfindən hazırlanaraq Roma klubunun qəbul etdiyi 1995-ci ildə 
dövriyyəyə buraxılan, «Faktor dörd»
8
 adlanan məruzə daha rəğbətli olmuşdur. Yüksək 
sivlizasiyon qənaətçilik və  səmərəlilik amillərini təsərrüfat həyatının bütün guşələrində  rəhbər 
tutan kitab halına salınmış məruzə həqiqi mənada əsl elmi bestsellərə çevrilmişdir. «Xərclər yarı-
verim ikiqat» prinsipli «Faktor dörd» anlamı resurslardan rasional istifadədə  uğurlu həll 
metodikasıdır. 
 
Hollandiya bol təbii qaz ölkəsidir.  İsixanalarda küllü miqdarda qaz 
yandırılaraq tərəvəz, gül-çiçək yetişdirilir. «Faktor dörd» anlamına görə, mühüm 
təbii resurs qaza qənaət edərək istehsal edilən məhsulları öz təbii ahəngində yetişən 
ölkələrdən hazır almaq mümkündür. «Faktor dörd» prinsipi məhz belə dissonansların 
təjridini missiyasının leymotivinə çevirmişdir. 
Digər bir mənada. «Faktor dörd» prinsipi ilə bağlı əks tendensiyada «xərclər 
yarını» inkişaf etmiş ölkələrin sakinlərinin, «ikiqat verimi» isə kasıb məmləkətlərin 
xalqlarının qazanacağı kimi acı meyl perspektivi də ehtimal oluna bilər. 
 
Qlobal bazarlar təkcə iqtisadi aspektdə deyil, sivilizasiyanın digər spektrlərində  də  işıq 
verir. Soyuq müharibə, demokratik, hüquqi islahatlar, elmi mədəni əlaqələr buna misaldır. Bütün 
mürəkkəb sistemlər texnoloji, bioloji, sosial-iqtisadi olması fərqinə varmadan zaman çevrəsində 
dövr edir. Yaranış, inkişaf, fəaliyyət, deqradasiya, qeyb və  dəyişmə vaxt çərçivəsində  cərəyan 
olunur. Neftqazçıxarma sənayesi də bir sistem kimi bu xüsusiyyətlərdən istisna deyildir. Bu 
baxımdan neft sənayesinin uzunmüddətli işlənməsi planı lokal aspektlərlə yanaşı, qlobal 
prioritetləri rəhbər tutan konseptual xarakter daşımalıdır. Qloballaşma bir daha isbat edir ki, biz 
hamımız eyni gəminin sərnişinləriyik və onun uğurlu irəliləyişi eynən hamıdan asılıdır.
 
 
 
3.2. Planetin karbohidrogen potensiali və qlobal energetik şəbəkə 
 
Dünya iqtisadiyyatında mineral-xammal sektoru sənaye istehsalı  və energetikasının  əsas 
bazasını  təşkil edir. Xammal istehsalı  və istehlakının dəyişkənliyi beynəlxalq  ticarətdə sosial-
iqtisadi duruma sirayət etməklə yanaşı, həm də qlobal kontekstdə dünya resurslar arsenalına təsir 
göstərir. Son dövrlərin statistikasına görə, hər il 13-14 milyard ton təbii ehtiyat üzvi yanacağa 
çevrilir. Energetik istehlakda neft-qaz resursları əhəmiyyətli mövqedə dayanır. Çin və Hindistan 
istisna olmaqla, bu nisbət dünyanın bütün nəhəng ölkə  və regionlarında üstünlük təşkil edir. 
Neft-qaz resurslarının aparıcı üstünlüyü onların axtarış-kəşfiyyat, hasilat-istismar dinamikasına 
da təsir edir. 
Texnoloji nailiyyətlər neftin laydan çıxarma  əmsalını dünya üzrə orta çəkidə 40%-ə 
yaxınlaşdırmışdır.  Əvvəllər texnikanın  əlçatmaz rentabelsiz hesab edildiyi rayonlarda, dənizin 
dərin qatlarında neft-qaz ehtiyatlarının mənimsənilməsi reallığa çevrilir. Neft-qaz resurslarının 
arealı daim coğrafi, statistik dəyişikliklərə məruz qalır. Qiymətləndirmədə ümumi ehtiyatları bir 
trilyon ton hesablanan, orta və yüngül neft ehtiyatlarını bir neçə dəfə üstələyən ağır neft və təbii 
bitumun hasilatında çətinliklər fəth edilir. Yeni texnologiyalar bu yanacaq çeşidinin illik 
hasilatını orta hesabla 500 milyon tona yüksəltmişdir. Belə hasilat isə əsasən üçüncü metodlar 
                                                 
8
 «Фактор четырые». http://demvv.narod.ru/book.htm. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə