E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə10/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   6   7   8   9   10   11   12   13   ...   126

 
21
I. 1872-ci ilə qədər klassik neft tarixi dövrü. 
II.1872-1920-ci illəri əhatə edən ilkin industrial neft tarixi mərhələsi. 
(Qeyd edilməlidir ki, bu tarixi mərhələdə ADR dövrü əlahiddə məzmun kəsb edir). 
III. 1921-1991. Sovet neft tarixi dövrü.  
Bu çox məhsuldar mərhələ aşağıdakı zaman kəsiklərinə təsnif edilir: 
 
1921-1940-cü illəsovet neft quruculuğunun bərpa illəri və neft sənayesinin tam 
milliləşdirilməsi dövrü; 
 
 1941-1949-cü illər-müharibəyə səfərbərlik və bərpa dövrü. (II Dünya müharibəsi 
və onun nəticələrinin bərpası illəri); 
 
1950-1980-ci illər -liderliyin itirilməsi dövrü. (Dənizdə neft hasilatının 
başlanması, SSRİ-də yeni neft rayonlarının da genişlənərək istismarı  və dünya 
neft sənayesinin sürətli inkişaf mərhələsi); 
 
 1981-1991-ci illər -tənəzzül dövrü. 
IV.1991-ci ildən başlanan müstəqilliyin bərpa edilməsi-bazar strukturlu istismar 
mərhələsi.  
Azərbaycanda təşəkkül tapan neft sənayesinin tarixi məqamlarını dünya neft təsərrüfatının 
tarixindən ayrı  təhlil etmək məqbul sayılmaz. Burada başlıca  şərt onunla bağlıdır ki, 
Azərbaycanda neft sənayesi tarixi dünya sənayesinin neft tarixi ilə eyni zamanlardan 
qaynaqlanır. Bu başlanğıcın iki mühüm mütləq dünyəvi mərkəzindən biri ABŞ, digəri isə 
Bakıdır. Əsas dünyəvi rəqabət ilk olaraq şübhəsiz bu iki mərkəz arasında getmişdir. Bu yarışma 
orta hesabla tam bir əsr davam etmişdir. Tarixi mənbələr göstərir ki, ABŞ  85-il-1865-ci ildən 
1950-ci ilə  qədər dünya neft iqtisadiyyatında liderlik etmişdir. Bu dövr ərzində onunla yarışa 
davamlı  və qüdrətli olan, 1895-1901-ci illərdə liderliyini əldən salan Bakı Neft Rayonu 
olmuşdur. Diqqətə gətirilən məqamın bir cəhətini vurğulamaq istərdik ki, bu rəqabətin müxalif 
tərəfi məhz Azərbaycanın quruda təşəkkül tapan neft-qaz kompleksi çıxış etmişdir. Apardığımız 
təhlildən alınan digər bir nəticə isə neft-qaz hasilatının tarixinin və inkişaf mərhələsində  əsas 
meyllərin və başlıca amillərin təyinatı ilə bağlıdır. Sənayeləşən istismar tarixinin təşəkkülü və 
ilkin inkişaf mərhələsində milli neft səlnaməsində başlıca amillər ilk növbədə: 
 
izafi neft ehtiyatları; 
 
yüksək keyfiyyət; 
 
çoxəsrlik təcrübə; 
 
ucuz fontan üsullu, aşağı istehsal xərcli hasilat; 
 
regionun Avropanın mühüm ticarət mərkəzlərinə yaxınlığı və əlverişli istismar şəraiti; 
 
resursların istismarının yerli əhalinin tam nəzarətindən kənarlılığı; 
 
mülayim ekoloji təhlükəsizlik etinasızlığı;  
 
ABŞ və Avropa mədənlərinə nisbətdə quyu dərinliyinin az olması; 
 
regionun Rusiyanın nəzarətindən çıxmaq imkanları və perspektivi olmuşdur. 
Azərbaycanın neft tarixinin leytmotivini bir neçə mühüm meyllə bağlansa da burada 
mühüm olanı  hər yeni tarixi dönüş  mərhələsində regionun müəyyən qədər iqtisadi 
toxunulmazlığının, yerli idarəçiliyin qalması diqqəti cəlb edir. Məhz son iki əsrdə neft faktoru 
Azərbaycanın nisbi toxunulmazlığını  əlahiddə siyasi-coğrafi  ərazi kimi qalmasını müəyyən 
nisbətdə  təmin etmişdir. Digər bir meyli isə bu trayektoriyada intensiv və ekstensiv hasilatla 
bağlamaq olar ki, onun da mənfi təzahürləri dərin izini indiyə qədər qismən də olsa saxlamışdır. 
Bununla belə, neftin texnoloji əhəmiyyətinin Avroatlantik məkanda sürətlənən sənaye 
sahələrinin təşəkkül və inkişafına təkan verərək biznes üçün böyük kapital mənbəyinə çevrilməsi 
də bu çərçivədə mühüm bir meyli də əks etdirmişdir. 
Beynəlmilləşməkdə start götürən neft-qaz sənayesi ADR-nin süqutu və Rusiyanın növbəti 
ekspansiyası ilə yenidən nəzarətə alındıqdan sonra analoji olaraq eyni mahiyyətdə, lakin digər 
formada-SSRİ-nin iqtisadi-siyasi qüdrətinin qüvvətlənməsinə xidmətə  səfərbərliklə müşayiət 
olunmuşdur. Sovetlər İttifaqı dövründə Azərbaycanda 1035 milyon ton neft, qaz və kondensatı 
sintez edən 1,3 milyard ton karbohidrogen istehsal olunmuşdur. Rusiya dövrü ilə birlikdə bu 
 


 
22
göstərici 1,8 milyard tona bərabərdir. Sovetləşmə illərində hasil edilən neft-qaz resurslarının 
iqtisadi rolunu və siyasi mahiyyətini artıran cəhətlərin  əhəmiyyətini aşağıdakı amillərlə 
bağlamaq olar: 
 
SSRİ-nin iqtisadi qüdrətinin yüksəldilməsi və möhkəmləndirilməsi; 
 
energetik bazanın və enerjitutumlu sənaye-istehsal komplekslərinin formalaşması; 
 
II Dünya müharibəsində mühüm qələbənin təminatçısı kimi; 
 
ittifaq neft-qaz sənayesinin formalaşmasında elmi-texniki ekspremental effekti; 
 
ilk emal, neft-maşın avadanlıqları  və müvafiq maşınqayırma komplekslərinin, 
zavodlarının yaranmasının stimullaşdırılması. 
1921-1991-ci illəri  əhatə edən-70 illik SSRİ dövrü üzrə Azərbaycanın  İttifaqın neft 
sənayesində payı, bizim hesablamalara görə 
1
/

hissəyə  bərabərdir. II Dünya müharibəsi 
mərhələsinə qədər isə bu pay 70%-dən artıqdır. Bu hesablamanın məramı onunla əlaqələndirilir 
ki, Azərbaycanın neft-qaz resurslarının bütün bu keçmiş mərhələdə xalqa tam məxsusluğu təmin 
edilsəydi, ondan milli mənafelərə uyğun istifadənin səmərəliliyi daha da yüksək olardı.  İndi 
Xəzərin yeni nəhəng karbohidrogen resursları istismarında çoxlu qlobal neft nəhəngləri iştirak 
edir. Bağlanan uzunmüddətli müqavilələr işlərin dünyəvi standartlara, ETT-nin yeni 
nailiyyətlərinə uyğun tərzdə qurulmasını şərtləndirilir. Yeni yataqlarla, köhnə yataqların fərqi bir 
çox göstərici və faktorlarda özünü büruzə verir. Zənn edilir ki, yeni dəniz yataqlarının istismarı 
problemləri müştərək cavabdehlikdə olduğu kimi müştərək həlldə  də çözüləcəkdir. Lakin 
bununla belə, buradakı işlərin nəzarətdən çıxması bizə baha başa gələ bilər. 
Azərbaycanın neft sənayesinin inkişaf yolu ümumdünya neft industriyasının təşəkkülündə, 
müəyyən mənada keçid sınaq poliqonu kimi çıxış etmiş, yetərincə real empirik informasiya 
gətirmişdir. Son iki yüz ildə neft Azərbaycanın bestselleri olmuş, onun həyatının bütün 
sahələrində öz təsir nüfuzunu nümayiş etdirmişdir. XX yüzilliyin ilk onilliklərinə  qədər onun 
neft yataqları öz marcinal əhəmiyyətini qorumuş  və  əsrin sonunda isə  Xəzərdəki ehtiyatlara 
rəğmən yeni keyfiyyətdə təzahür etmişdir. Köhnə yataqlar isə marginal səviyyəyə enmişdir. 
Respublikanın neft-qaz sənayesinin inkişaf trendi S görünüşlü loqist əyrini xatırladır. 
Qrafik görünüşə görə, loqist əyri başlanğıc mərhələ ağır, yavaş templi artımla müşayiət olunur, 
ikinci fazada joşğun  şiddətli mərhələyə keçərək, üçüncü doyum mərhələsi yetişir. Azərbaycan 
neft sənayesində bu trend asta artımda-XIX əsrin ikinci yarısının başlanğıcı, coşğun 1872-1945-
ci illər (dənizdə neft hasilatının intensiv başlanğıcı  nəzərə alınsa -1950-1970-ci illəri də daxil 
edilir) və 1945-1990-cı illər-doyum dövrünü  əhatə edir. Bununla belə, Xəzərdə  nəhəng 
karbohidrogen ehtiyatlarının aşkarlanması və quru sahələrində bazaryönülü işlərin vüsət alması, 
bura davamlı investisiyaların cəlb edilməsi yeni keyfiyyətdə  fərqli bir trendi-loqist əyrini 
cızacaqdır. Fikrimizcə, bu əvvəlki əyriyə nisbətdə daha yığcam və azömürlü olacaq, lakin daha 
böyük parametrlərdə izini qoyacaqdır. Bir əlamətdar fərqin spesifikliyi onunla bağlıdır ki, yeni 
mərhələ müstəqillik mühitində, milli mənafelərə əsaslanan cilddə təkrarlanacaqdır. Sabahın tarixi 
daha mütərəqqi iqtisaditutumlu və ekosivil olacaq, daha kəskin optimoloci meyarlara 
əsaslanacaqdır. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə