E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə6/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   2   3   4   5   6   7   8   9   ...   126

 
13
başqa bir polkovnik Novaselyevin mexaniki qazıdığı quyu ölkədə neft erasının başlanğıcını 
qoymuşdur. Bununla belə rus nefti tarixinin müxtəlif baxış bucaqlarından yazılmasına 
baxmayaraq bütün istiqamətlərdə bu tarixin Azərbaycanla bağlılığı mübahisəsiz qeyd olunur. 
Etiraf edilir ki, Rusiyanın neft ölkəsinə çevrilməsində Bakı rayonu-Balaxanı, Sabunçu-Ramana 
və Bibiheybət nəhəng neft yataqlarının kəşfi başlıca mövqedə dayanmışdır. 
Azərbaycan neftliliyi və bu təbii məhsulun ərazisində hələ çox qədimdən mövcudluğu ilə 
daha şöhrətli olmuşdur. Heç şübhəsiz ki, onun «Odlar yurdu» mənasını daşıyan adlanışı da neft-
qaz resurslarının bu ərazilərdə daha çox təbii yolla üzə çıxmasından qaynaqlanmışdır. Eramızdan 
əvvəl VII-VI əsrlərdə bu coğrafi bölgədə neftin mövcudluğu haqda dəyərli məlumatlar vardır. 
Çoxəsrlik bir dövr ərzində burada neftdən istifadə etmədə, onun digər yüksək keyfiyyət çalarları 
haqqında biliklər son yüz illiklərə təsadüf edir. Azərbaycan nefti ərəb coğrafiyaşünası Ə.Məsudi, 
italyan səyyahı Marko Pola, alman səyyahı E.Kempferin, fransız C.Severakın yazılarında 
sərhədlərdən kənarda sədasını tapır. Bakıda və onun ətrafında neft işi XVII-XVIII əsrlər arası 
yeni sənət, peşə səciyyəsi daşımağa başlayır. 
 
Yanacaq və  işıqlandırma keyfiyyətini aşaraq yeni mahiyyət kəsb edən neft 
Böyük Pyotrun əzəmətinin yüksəlişində imperatorun və imperatorluğun maraqlarında 
təcəssüm olunmaqda idi. Bu niyyətləri ifadə edərək 1719-cu ildə Bakı qalasının zəbt 
olunması planı hazırlanmışdır. Rus tacirlərinin Azərbaycan bazarlarında 
sıxışdırılması adı altında  I Pyotr 1723-1792- illərdə Fars yürüşü istila planında 
komandan general-leytenant M.T.Matyuşkini Bakı neftinin miqyası, zəfəranın miqdarı 
və bu sərvətlərin Rusiyaya göndərilməsi təlimatını vermişdir. Bir neçə pud
2
  ağ neft 
əldə edən imperator sonradan Bakı  mədənlərini idarə edən rus admistrasiyasından 
daha 207 pud (3,79 ton) neft almışdır. Bakı və Şirvan mədənlərini ələ keçirən rusların 
bu  ərazilərdə neftə tam sahib olmaq iddiaları bir neçə onillik sonralara təsadüf 
etmişdir.  Əfqanların  İran  ərazilərinə  qəfil mudaxiləsi çarın planlarını pozmuş, 
qoşunlar təcili zəbt etdikləri torpaqlardan geri çəkilmişlər. Pyotrun ölümündən sonra 
öncə əldə edilmir qalıq nefti xarici bazarlara çıxarılaraq, bir qədər də konkret olaraq 
Hollandiya apteklərində satılmışdır. Bu illərdə Bakı mədənlərində hər il 4 tona qədər 
neft hasil edilirdi. 
 
Tarixi mənbələr 1729-cu ildə Abşeronda neft quyularının xəritəsinin tərtib olunduğunu 
diqqətə  gətirir. Statistik rəqəmlərdə dinamizm açıq-aydın görünür. 1806-cı ildən Bakının neft 
mədənlərinin Rusiyanın inhisarına keçməsilə neft hasilatı uçot-hesabat göstəricisinə çevrilir. 
Həmin il 3930 ton qara, 41 ton ağ neft hasilatı qeydə alınmışdır. 1825-ci ildə 120 quyudan 4126 
ton, 1862-ci ildə 220 quyudan 5480 ton neft hasil edilmişdir. Ötən 50 il ərzində 1821-1872-ci 
illər əhatəsində Bakıda 320 min ton neft çıxarılmışdır. 1808-ci ildə Bakı və Şirvan neft mədənləri 
iltizama verilmiş, lakin belə münasibətə meyl edənlər çox olmamışdır. XIX əsrin neft hasilatı 
əsasən quyu üsullu texnikaya istinad edən yüzillik kimi dəyişməz qalmışdır. 
Neft iqtisadiyyatında tarixi bir reallıq da ondan ibarətdir ki, primitiv istehsal, kiçik normalı 
ehtiyaclardan yeni artım müstəvisinə keçiddə Azərbaycanın indiki ərazisi, o cümlədən, neftli 
sahə Abşeron torpağı Rusiyanın nəzarətinə keçmişdir. «Türkmənçay müqaviləsi» ilə başlanan 
mərhələ isə Azərbaycanı Rusiyanın xammal bazasına çevirmək məqsədlərini praktiki təmin 
etmişdir. Bu ərəfədə Rusiyadan Azərbaycana ezam olunmuş mütəxəssislər yerli regionu öyrənir
onun iqtisadi potensialı və perspektivləri haqqında tədqiqatlar aparırdılar. İlk əvvəl rus kapitalına 
və yerli tacirlərin əmlakına istinad edən feodal ənənələrinə müvafiq kənd təsərrüfatı, balıqçılıq, 
sənətkarlıq və ticarət sərmayə obyekti seçilmişdi. Sonralar iqtisadi maraq və  nəzarət sferası 
genişlənmiş, torpaqlar əksərən milliləşdirilmiş, neftçıxaranlara neftli ərazilər 4 illik müddətdə 
icarəyə verilmişdir. Tətbiq edilən intizam sistemi artan neft tələbatını ödəməkdə başlıca iqtisadi 
maneəyə çevrilmişdi və imperiya xəzinəsinə kapital axını üçün müvəffəq sayılmamışdır. Səbəb 
                                                 
2
 Metrik ölçü sistemi qəbul olunanadək Rusiyada çəki (kütlə) vahidi. 1 pud = 16,38 kiloqram. 
 


 
14
ondan ibarətdir ki, qısamüddətli kirayəçilik qazma və hasilat işində sərmayə qoyuluşuna, texniki 
təkmilləşməyə  əngəllər törədirdi.  Şərhi verilən tarixi hadisələr yeni sivlizasiyon mərhələnin 
başlanğıcına qədər ritmik ahəngində davam etmişdir. Təkamül erasını  sənaye inqilabları  əvəz 
edən iki əsrdən də az tarixi mərhələyə qədər neft başlıca olaraq üç xususda-primitiv olaraq işıq, 
istilik enerjisi mənbəyi,  əzcazçılıq məhsulu kimi keyfiyyətlərdə insanların xidmətində 
durmuşdur. 
 
 
1.2. Karbohidrogen erasının təşəkkülü 
 
XIX yüzilliyin ilk onilliklərinin bitməsi  ərəfəsində Avroatlantik məkanda sivlizasiyanın 
industrial obrazı  təşəkkül tapmaqda idi. Məhz həmən illərdə ABŞ-da və Bakı rayonunda artan 
tələblər neft qazımasının mexanikləşməsi prosesinə  rəvac vermişdi. Azərbaycan  əraziləri 
imperiya torpaqlarına qatıldıqdan sonra Peterburqda hakimiyyət dairələrində neft hasilatının 
artırılmasının iqtisadi mexanizmləri daha geniş  təhlil mövzusu idi. Uzun araşdırmalar, böyük 
hesablamalar 1872-ci ildə bu işdə  məhdudlaşdırıcı amilə çevrilmiş iltizam sisteminin ləğvi ilə 
nəticələndi. Həmin ilin son günündə keçirilən hərraclarda neftli torpaq sahələri özəl  əllərə 
verildi. Məhz 1872-ci il Azərbaycan neft tarixində sənaye üsullu hasilat erasının başlanğıcı hesab 
edilir. Bu zamandan etibarən daha dəqiq və rəsmi neft statistikası start götürür. Kəşfiyyat-axtarış, 
işləmə  və hasilat sferasında ilk spesifik şirkətlər təşəkkül tapır, sənayeçi sahibkarlar təbəqəsi 
formalaşır. Qeyd olunmalıdır kı, iltizam sistemin ləğvinin ilk illərində neft hasilatı əksərən milli 
sahibkarların  əlində  cəmləşmişdi. Bununla yanaşı  səhmdar  əməkdaşlıq formasında işbirliyi də 
qurulmada idi. 1873-cü ildə Abşeronda 12 şirkət hasilatı təmin edirdi. Əsrin sonlarında analoji 
şirkətlərin sayı 61-ə çatmışdı. 
XIX əsrin sonunda neft sənayesinin təmərküzləşməsi və inhisarlaşması prosesi başlayır. İlk 
sindikatlar, biznes qaydaları, qeyri-kommersiya yönümlü neft cəmiyyətləri formalaşır. Okeanın o 
tayında, ABŞ-da fontan vuran quyular neft erasının tam sürətlə irəliləyişinə  təkan verir. 
Daxiliyanma mühərrikləri, neftin krekinqində nailiyyətlər, neft məhsullarının assortimentinin 
genişləndirilməsi, enerjitutumlu industrial komplekslərin yaranması neft-qaz sənayesinin tam 
dövriyyədə inkişafını səciyyələndirirdi. XIX yüzillikdə artıq dünyanın müxtəlif guşələrində neft 
hasilatı  təşəkkül tapmışdır. Peruda, Rumıniyada, Azov dənizi sahillərində, Taman 
yarımadasında, Kuban çayı vadisində, Qroznıda digər bu kimi yerlərdə müəyyən nisbətdə neft 
hasil edilirdi. Lakin iki qütbdə-ABŞ-da Pensilvaniyada, Rusiyanın Bakı əyalətində neft hasilatı 
yüksək rentabelli silsilədə, fontanla müşayiət olunurdu. Neftdən alınan mühüm yeni yanacaq 
növü olan kerosin istehsalı dünya bazarının  əsas  əmtəəsi kimi hər iki ölkəni qızğın rəqabət 
savaşına çıxarmışdı. Azərbaycan neft sənayesinə ingilis, fransız, alman kapitalının güclü axını 
Avropa bazarında ABŞ kerosinin sıxışdırılmasını stimullaşdırırdı. Bu arada Rusiya 
Azərbaycanda təsisatlarını gücləndirir, neftdən daha çox iqtisadi-siyasi faydalanmaqla yanaşı, 
hasilatda texnoloji irəliləyişlərə nail olmada da səyləri artırırdı. Yeni iqtisadi imkanlar 
Azərbaycanda quyuların sayını yaxın 30 il ərzində 1872-1901-ci ilə qədər 1740-a çatmasına, orta 
quyu dərinliyinin 53 metrdən 3645-ə  qədər, hasilatın 62,3 min tondan 10,7 milyon tona qədər 
yüksəlməsinə  təkan vermişdir. Belə bir bənzətmə var ki, kustar manifakturalı istehsalı maşınlı 
fabrik-zavod industriyası əvəz edən XIX əsrdə enerji istehlakı ötən XVIII əsrə ümumi nisbətdə 
149 dəfədən çox artmışdır. 
XIX  əsrin sonunda Bakı neftinin Rusiyada əsas istehlakçıları Moskva, Sankt-Peterburq 
şəhərləri idi. Azərbaycan neftinə əsaslanan Rusiyadakı neft ixracı bu illərdə Hindistan, Türkiyə, 
Misir, Çin, Yaponiya, hətta daha uzaqlara-Avstraliyaya göndərilirdi. XX əsrin  əvvəllərində 
Rusiyada neft ixracı 50 milyon puda çatdı. 1904-cü ildə isə 85,1 milyon pud təşkil etdi. Bununla 
belə, Rusiya kerosin istehsalına görə çox geridə qalmışdı. Adambaşına illik kerosin bölgüsü 
burada 5 kq olduğu halda, ABŞ-da 75 kq, İngiltərədə 13,4 kq idi. 1905-1906-cı illərdə isə artıq 
əksinə ABŞ Rusiyanı Avropanın kerosin bazarından sıxışdırmaqda idi. Rusiyanın kerosin 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə