E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə4/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   2   3   4   5   6   7   8   9   ...   126

 
9
tətbiqinin genişləndirilməsində, səmərəli fəaliyyətin təcəssümündə  fərqli xüsusiyyətləri ilə 
seçilir. Müstəqil olduğu qədər də  səhmdarların daimi nəzarətində olmaq, ümumi mənafelərdən 
çıxış etmək səmərəli fəaliyyətin rəhnidir. 
Köhnə istismar sahələrində iqtisadi artımın intensiv və  ekstensiv variantlarla təmin edən 
istismar recimi arxada qalsa da, transformasiya mərhələsində yeni problematik situasiyalar 
yaranmış, tənəzüllülü meyllər, ressesiya artaraq daha da dərinləşmişdir. Elmi axtarışlar sübut 
edir ki, vəziyyət çıxılmaz deyildir. Sahənin ahəngdar iş reciminə keçidi, sabitliyin təminatı, 
iqtisadi artıma nailolma imkanları yetərlidir. Digər tərəfdən, müasir texnoloji-iqtisadi 
gerçəkliklər sahəvi arealda yeni perspektivli yataqların aşkarlanması imkanlarını da artırmışdır. 
Neftqazçıxarma sənayesində mövcud vəziyyətin respublika iqtisadiyyatına, onun 
tərəqqisinə  əsaslı  təsiri vardır. Gerçəklik ondan ibarətdir ki, neftqazçıxarma sənayesi 
iqtisadiyyatın bütün strukturunda hərəkətverici qüvvəyə malikdir. Müasir milli iqtisadiyyatın 
barometri və indikator göstəricisi bu gün yetərli nisbətdə neftqazçıxarma sənayesi ilə bağlıdır. 
Respublikanın  elmi-texniki, istehsal potensialının dinamik tərrəqqisini  hazırda neftqazçıxarma 
sənayesiz təsəvvür etmək çətindir. Məhz bu mühüm məntiqi meyar Azərbaycanın dövlət 
müstəqilliyinin, milli və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində neft-qaz sənayesinin 
bazar münasibətləri  əsasında yenidən qurulmasını, onun dirçəlişinin, inkişafının davamlı  təmin 
edilməsini obyektiv zərürətə çevirir. 
Yeni iqtisadi sistemə keçidin arxada qalmış ilk onillik mərhələsi ərzində və ondan əvvəlki 
tarixi məqamlarda köhnə yataqlarda səmərəlilik, islahatların praqmatik konseptual məzmunda 
işlənməsi, iqtisadi artımın təminatı, sahəvi spekterdə digər müvafiq bağlı problemlərin tədqiqi 
nisbi ölçüdə az öyrənilən predmet mövzulardan olmuşdur. Azərbaycanın müstəqil dövlətçilik 
statusunun  əldə edilməsilə neftqazçıxarma sənayesində ümumi iqtisadi problemlərin 
öyrənilməsinə, tədqiqinə yeni keyfiyyət dəyişiklikləri gətirilmişdir. Köhnə iqtisadi və ideoloji 
sistemin dağılması, onun liberal dəyərlər əsasında bazar iqtisadiyyatı ilə əvəzləşməsi problemin 
həllinə daha əlverişli çığırlar açmışdır.  İndi daha çox strateji, uzaqhədəfliyi ilə seçilən, elmi 
əhəmiyyət kəsb edən məsələnin həlli geniş  tədqiqatını  və  əməli tətbiqini gözləyir. Yeni 
geopolitik vəziyyət problemi geniş elmi-tədqiqat obyektinə çevirərək aktuallığını artırır. Bu 
baxımdan köhnə neft yataqlarında səmərəliliyin, sabitliyin, iqtisadi artımın təminatının 
metodoloji və metodik aspektlərinin müəyyən olunması, potensial və resurslardan rasional 
istifadə, maliyyə möhkəmliyi, iqtisadi çevikliyin yüksəldilməsi, sahədə yeni bazar 
münasibətlərinin formalaşması, neft hasilatının və ümumilikdə neft industriyasının digər strateji 
və taktiki elmi səciyyə  daşıyan prinsipal prioritetləri tədqiqat mövzusunun seçilməsini 
şərtləndirir. 
Ötən iki əsrin qovşağında Azərbaycan neft sənayesini  əhatə edən elm formalaşmağa 
başlamışdır. Dünya neft elminin, xüsusən də Sovetlər  İttifaqında neft sahəsi ilə bağlı elmlərin 
inkişafında Azərbaycanın, onun alimlərinin xidmətləri yüksək pillədə olmuşdu. Respublika 
alimləri neft-qaz yataqlarının axtarışı, kəşfi, işlənməsi neftqazçıxarma istehsalının texnologiyası 
sahəsində möhtəşəm işlər görmüş, sahənin problemlərini xarakterizə edən sanballı nəticələr əldə 
edilmiş, müvafiq elmi-tədqiqat və  təhlil işlərini reallaşdırmışdır. Akademik A.X.Mirzəcanzadə 
ötən yüzillikdə və müasir mərhələdə neft-qaz sənayesinin texniki-texnoloji iqtisadi məzmununun 
kompleks öyrənilməsində ön mövqeyində dayanan tədqiqatçılardan biri kimi yeni iqtisadi 
sistemə keçiddə  də sahənin ümumi problemlərinin tədqiqində konseptual fikir müəlliflərindən 
ilki olmuşdur. Alimin son onillikləri əhatə edən tədqiqatları, dünya elminə töhfə sayılan çoxsaylı 
əsərləri, Azərbaycan neft-qaz sənayesinin müasir dövrünün təhlili, XXI əsr üçün proqnozları 
neftqazçıxarmanın ümumi problemlərinin həllində metodik nəzəri proqram statusunu diqqətə 
gətirir. Qloballaşma, neft biznesi, geosiyasi maraqlar tarixi iqtisadi faktorlar, beynəlxalq təcrübə
standartlar, neft iqtisadiyyatında liderlər, milli neft strategiyası üzrə mülahizələr alimin 
tədqiqatlarında araşdırılmış, konkret faktlarla işıqlanmışdır. Bütün bunlar isə  təqdim olunan 
tədqiqat əsərində mühüm mənbə kimi əsas götürülərək istifadə edilmişdir. 
 
 


 
10
Azərbaycan Milli Elmlər Akademiyasında, Dövlət Neft Akademiyasında, Yanacaq 
Energetika Kompleksinə daxil olan müvafiq elmi-tədqiqat institutlarında, neft-qaz sənayesinin 
inkişafı ilə bağlı respublika sərhədlərini aşan elmi və əməli əhəmiyyətli fundamental tədqiqatlar 
yerinə yetirilmişdir. Azərbaycanın görkəmli neftçi alimlərinin, mühəndis və mütəxəssislərinin 
tədqiqatları  və praktiki fəaliyyətləri keçmiş Sovetlər  İttifaqının, Qərbi Avropanın,  Şimali 
Afrikanın, Yaxın və Orta Şərqin, Cənub-Şərqi və Uzaq-Şərqi Asiyanın neft-qaz sənayesinin 
formallaşmasında yüksək xidmətliliyi ilə  fərqlənmişdir. Neft-qaz hasilatının ümumi 
problemlərilə bağlı  tədqiqatlarda  Ə.Ə.Əlizadə, S.A.Vəzirov,  Ə.J.Əmirov,  Ə.N.Əlixanov, 
S.A.Orujov,  Ə.İ.Tağıyev,  Ə.B.Süleymanov, B.Ə.Hacıyev, E.M.Rüstəmov, X.B.Yusifzadənin 
elmi araşdırmaları mühüm yer tutur. Neft-qaz sənayesinin inkişaf problemləri iqtisadçı alimlərin 
də elmi axtarışlarının tədqiqat mövzusu olmuşdur. Elmi-texniki tərəqqi problemləri, sənayenin 
strukturu investisiya, qazma, istehsal potensialından, yığım fondundan istifadə iqtisadi inkişafın 
proporsiyaları  və digər iqtisadi problemlər MEA-nın akademikləri A.A.Nadirov, 
Z.Ə.Səmədzadə, MEA-nın müxbir üzvləri  Ş.M.Muradov, A.Ə.Əliyev,  Ə.X.Nuriyev, iqtisad 
elmləri doktorları F.Ə.Fərəcov,  Ə.Zərgərov, A.A.Ağayeva, A.Əlibəyova,  Ş.M.Muradova, 
Ş.A.Səmədzadə, A.Ş.Şəkərəliyev, T.Ə.Hüseynov, M.Ə.Axundov, N.Ə.Nəbiyev, H.Y.İsmayılov, 
B.S.Xıdırov, M.J.Atakişiyev, S.K.Hüseynov, F.İ.İmanzadə, iqtisad elmləri namizədləri 
Q.Ə.Səfərov,  Ə.Ə.Ələkbərov, G.Y.Yüzbaşova, tədqiqatçı alim T.Ə.Paşayev və başqalarının 
tədqiqatlarında əksini tapmışdır. 
Hələ Sovetlər  İttifaqının mövcudluğu vaxtından neft-qaz sənayesinin iqtisadi strukturu 
geniş tədqiqat obyektinə çevrilmişdir. Bu sahədə iqtisadçı alimlər Y.B.Qalperson, Q.T.Budovoy, 
V.A.Kaufman, A.A.Reznik, A.Q.Şapavalov, xüsusi olaraq təsərrüfatda yeni metodların tətbiqi və 
planlaşdırmanın inkişafında S.M.Levin, V.İ.Trayver, A.V.Kuznetsov, P.F.Çernov, A.A.Fetisov 
və başqalarının neft yataqlarının işlənməsi və sənayesinin rasional işlənməsində M.M.Sattarov, 
A.Z.Kuzmin, L.İ.Suçkov, M.M.Vişinskiy, səmərəlilik problemləri, N.S.Sapocnikov, İ.M.Broyde, 
V.K.Vasilyevin xidmətləri yüksək olmuşdur. Neftqazçıxarma sənayesinin problemlərinin 
öyrənilməsi dünya elmində dinamizmlə müşayiət olunan keyfiyyət dəyişikliklərinə  uğrayır. 
Keçid iqtisadiyyatını yaşayan təbii neft-qaz ehtiyatlarına malik dövlətlərdə isə problemin həlli 
bazar prinsiplərinə uzlaşmada tədqiq edilir. Xüsusən rusiyalı alimlərin bu sahədə ümumiyyətlə 
yanacaq-enerji kompleksinin yenidən təşkilində apardığı  tədqiqatlar sanbalı ilə  fərqlənir. 
A.L.Arbatov, E.S.Kudinov, M.M.Broyde, A.İ.Perçik, M.Y.Ayzenberq, V.D.Lısenko, 
A.L.Vasilenko, V.A.Kryukov, O.M.Yermilov, K.N.Milovidov, A.V.Yefimov və başqalarının 
apardığı  tədqiqatları neftqazçıxarma sənayesinin texniki-texnoloji, iqtisadi məsələlərinin, onun 
yenidən təşkili, investisiya, neft biznesi, idarəetmə  və sair mühüm strateji tədbirlərə  həsr 
edilmişdir. Neftqazçıxarma sənayesinin ümumi problemlərinin həllində xüsusi xidmətlərilə 
fərqlənən yuxarıda istinad etdiyimiz alimlərin apardığı  tədqiqat işlərinin  əhəmiyyətini yüksək 
dəyərləndirərək səmimiyyətlə qeyd edirik ki, neftqazçıxarma sənayesində iqtisadi islahatlar, 
səmərəlilik problemləri, iqtisadi artımın təminatının təsərrüfat mexanizmi məsələləri bazar şəraiti 
xüsusən də, köhnə yataqlar kontekstində kompleks tədqiq edilməmiş, konkret tədqiqat obyekti 
kimi öyrənilməmişdir. Müəllif xüsusi olaraq bir cəhəti vurğulayır ki, Azərbaycan Respublikası 
müstəqilliyini  əldə etdikdən sonra köhnə neft-qaz yataqlarını  əhatə edən sahədə iqtisadi 
islahatların, istehsalın iqtisadi-maliyyə problemlərinin yeni təsərrüfat quruculuğuna uyğun bazar 
iqtisadiyyatı konteksində öyrənilməsi və eksklyüziv diapazonda tədqiqi bu vaxtadək sistemli və 
ətraflı işlənilməmiş ciddi elmi və əməli əhəmiyyət kəsb edən məsələ kimi həllini gözləməkdədir. 
İlk dəfə olaraq mövcud    tədqiqat işində problemin həlli istiqamətləri yeni reallıqlar  şəraitində 
mümkün diapozonunda, geniş  şəbəkədə elmi araşdırılmış, səmərəliliyə  təsir edən çoxsaylı 
amillərin təhlilinə  cəhd edilmiş, iqtisadi artımı  təmin edən müvafiq nəticələr  əldə olunmuşdur. 
Hasil olunan elmi nəticələr müasir dövrdə köhnə neft yataqlarını əhatə edən strukturun real bazar 
subyektinə keçirilməsində, onun mobilliyinin, rəqabət qabiliyyətinin, rentabelliliyinin 
artırılmasında, maliyyə dayanaqlığının, istehsal potensialının möhkəmləndirilməsində  əməli 
metodik vəsait kimi tətbiq imkanları yaradır. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə