E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə3/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   2   3   4   5   6   7   8   9   ...   126

 
7
GİRİŞ 
 
Qədəm qoyduğumuz yeni yüzilliyə Azərbaycan bazar iqtisadiyyatında, demokratik 
prinsiplərdə qərarlaşan, dünya təsərrüfatına dərin inteqrasiya olunan mühüm geopolitik məkan, 
beynəlxaq hüqüqun subyekti müstəqil dövlət kimi daxil olmuşdur. Yeni mahiyyət kəsb edən 
böyük quruculuq prosesi iqtisadiyyatın, cəmiyyətin inkişafının bütün sferalarına nüfuz edərək 
ictimai əmək bölgüsünün keyfiyyət dəyişikliyində, sosial ovqatda, qlobal meyllərdə əks olunur. 
İnnovasiyon-texniki nailiyyətlər, yeni yaranışlar, texnoloji-tərəqqi iqtisadiyyatın strukturunun 
mobilliyini, məhsuldar qüvvələrin inkişaf perspektivini artırır.  Tarixən müəyyən sosial 
keyfiyyətə, ictimai hadisələrə, bütünlükdə  cəmiyyətə aparıcı  təsir aspektilə seçilən istehsal 
münasibətləri indiki keçici məzmunda, geniş çalarda yeni təsərrüfat çoxukladlığının vəhdətində 
uzlaşma tapır. Bununla belə, Sovetlər  İttifaqından miras qalmış neqativ istehsal və idarəetmə 
vərdişləri, inzibatçılıq meylləri öz mövqelərini hələ ki, hamılıqla yeni təsisatlara təslim etməmiş, 
bütünlükdə sistemin institusional mühafizəkarlığı mütərəqqi iqtisadi standartların tətbiqində 
başlıca maneəyə çevrilmişdir. Bu da öz növbəsində iqtisadiyyatın müxtəlif sahələrində bazar 
strukturlarının yeni istehsal münasibətlərinin formalaşmasında ləngimələrə  səbəb olmuşdur. 
İstehsalın səmərəliliyinin, iqtisadi artımın kəskin itməsinin qarşısının alınması yüksək investisiya 
tələblərinə sığınmışdır
Respublika yeni-bazar müstəvisinə keçid üçün yetərli maddi və  mənəvi imkanlara, təbii, 
iqtisadi, elmi və insani resurslara malikdir. Mövcud potensialı isə daha əsaslı qiymətləndirməklə 
onun səmərəli bölgüsünü, yerləşməsini və  məqsədyönlü istifadəsinin ümumi formulasının 
müəyyənləşdirilməsi mühüm və aktual milli, dövləti məsələdir. Bütün bunların gerçəkləşməsi 
iqtisadiyyatın tam dövriyyədə hərəkətə gətirilməsi və tənzimlənməsi, bazar prinsiplərinə müvafiq 
makroiqtisadi tarazlığın  əldə edilməsi, başlanan iqtisadi islahatların dərinləşməsi və 
təkmilləşməsi, proseslərin permanent xarakterliliyi ilə müşayiət olunmasını, daim yeniləşməsini 
şərtləndirir. Konyukturanın diktəsinə müvafiq iqtisadiyyatda radikal islahatların aparılması, tələb 
artdıqca yeni bazar mexanizmlərinin, mütərəqqi iqtisadi texnologiyaların tətbiqinin 
formalaşdırılması,  əmək potensialından rasional istifadə  məkan və zaman baxımından səfərbər 
edilməyə, ciddi nəzarət götürməyə  məhkumdur.  İqtisadiyyat bütünlüklə investisiya ehtiyacında 
bulunduğu kimi onun daha çox mənfəətli olan ayrı-ayrı strukturları da kəskin  kapital kasadlığı 
keçirməkdədir.  
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra keçid dövrünün tələblərinə  ən 
davamlı sahə kimi neft-qaz sektoru fərqlənmişdir. Maddi nemətlər istehsalının özəyini təşkil 
edən, təbii sərvətlərə əsaslanan neft-qaz sənayesi milli iqtisadiyyatın prioritet sahəsi kimi xarici 
kapitalın ən geniş biznes maraqlarında ifadə tapdı. Planetin ən qədim neft rayonlarından primitiv 
çıxarma ilə yanaşı, ilkin sənaye üsullu  coğrafi  ərazi kimi Azərbaycanın uzunmüddətli hasilat 
tarixinə, zəngin təcrübə  əsaslı  sənaye infrastrukturuna malik olması  və  nəhayət, burada yeni 
nəhəng karbohidrogen ehtiyatlarının aşkarlanması xarici investorların diqqətindən yayına 
bilməzdi. «Əsrin müqaviləsi»ndən başlanan Azərbaycan neftinin müştərək mənimsənilməsi üzrə 
21 irimiqyaslı konsorsium formalı beynəlxalq kontraktın bağlanması respublikanın ictimai-
siyasi, iqtisadi həyatında son dərəcə  əlamətdar hadisə kimi iqtisadiyyatın bütün strukturuna 
nüfuz etdi. Yaxın 20-30 il üçün nəzərdə tutulan 50-60 milyard ABŞ dolları həcmində sərmayə 
qoyuluşlarının artıq 10-15%-i təyinat obyektinə  cəlb edilmiş, «Çıraq» platformasından hasil 
edilən neftin miqdarı köhnə yataqlardakı müvafiq istehsal həcmə yüksəlmiş, «Şahdəniz» 
yatağından qazın sahilə  gətirilməsi təmin olunmuş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-
Ərzurum qaz kəmərlərinin inşası hüququ çərçivədən çıxaraq kommersiya reallığına çevrilmiş, 
yeni regional infrastrukturun modernizasiyasının davamlı layihələndirilməsinə başlanmışdır. 
Neft-qaz resurslarının işlənməsinə yönələn güclü kapital axını indi sahili aşaraq quru sahələrinə 
də sirayət etmişdir. Bütün bu hadisələr respublika prezidenti Heydər Əliyev cənablarının adı ilə 
bağlı olaraq onun uğurla həyata keçirdiyi neft strategiyasının mühüm tərkib komponentlərini 
təşkil edir. 
 


 
8
Azərbaycanın iqtisadi dirçəlişi, qlobal strukturlara inteqrasiyasının genişlənməsi, dünyəvi 
dəyərlərə  əsaslanan möhkəm, sivil bir dövlətə inikasında vətənsevər insanları ilə yanaşı, güclü 
amillərdən biri kimi neft-qaz resurslarının mövcudluğu da az əhəmiyyət daşımır.  İndi bu 
sərvətlərdən daha səmərəli istifadə ümumi milli inkişaf strategiyasının  ən mühüm 
prioritetlərindən birini təşkil edir. Sahənin inkişafı ilə bağlı başlanan irimiqyaslı işlərin dövlətin 
daim nəzarət və tənzimlənməsində olması öncül səciyyə daşıyan bir məsələ olaraq qalır. 
Xəzərdə birgə fəaliyyət sahəsində işlərin aram gedişi bizi sadəlöhv ovqata kökləməməlidir. 
Nə qədər dünyəvi təcrübəyə, elmi-texniki tərəqqiyə əsaslansa da, bu mühüm, çətin, gərgin səylər 
tələb edən işi başlı-başına buraxmaq olmaz. Çətinliklərə, kataklizmlərə baxmayaraq dövlət 
orqanları sahəyə yardım və  nəzarət funksiyasını daim təkmilləşdirmədə hazırlıqlarını nümayiş 
etdirməlidir. Bununla yanaşı, yeni yataqların işlənməsində müəyyən asudəlik  əldə etdiyimiz 
məqamda köhnə yataqların azalan potensialına da qayğı və diqqətimizi əsirgəməməliyik. Belə ki, 
yeni iqtisadi sistemə keçiddə köhnə istismar sahələrində çeşidli problemlər artmaqda davam edir. 
Hazırda köhnə istismar obyektlərindən olan quru sahələrində rentabelli işləyən neftqazçıxarma 
təşkilatı demək olar ki, qalmamışdır. Dəniz sektorunda da, yalnız «Günəşli» yatağı istisna 
olmaqla analoji vəziyyət mövcuddur. Sahəyə adekvat olmayan münasibət vəziyyətin ağırlığında 
ciddi  əks olunmaqdadır. Maliyyə dayanaqlığının pozulması, təchizatın pisləşməsi, quyuların 
sulaşması, lay enerjisinin tükənməsi dağ-mədən-geoloji  şəraitinin ağırlaşması ümumi ahəngdə 
vəziyyəti xeyli gərginləşdirmişdir. Sosial məsuliyyətin, maliyyə möhkəmliliyinin sarsılması, 
«ödəmələr» sindromu, «etibar biznesi»nə  əsaslanan mərkəzləşdirilmiş satış sistemi sahənin 
iqtisadi manevrliliyini xeyli məhdudlaşdırılmış, istehsalın  «zərərsizlik nöqtəsinə» enməsinə 
rəvac vermişdir.  Yüzlərlə quyunun reanimasiya gözləməsi, işləklərinin azdebitliliyi, qazma 
prosesinin səngiməsi, istehsal xərclərinin istehsal həcminə qeyri-proporsional təyinatı, hasilat 
meyarını  rəhbər tutan sərt plan öhdəlikli direktiv üsullu idarəetmə sistemi, izafi işçi kütləsi, 
vəsait çatışmazlığı, renovasiya prosesinin pozulması, elmi əsaslandırılmış uzunmüddətli strateji 
plan və proqramların hazırlanmaması sahənin inkişafında disbalansı artıraraq onu mənfəətsiz 
təsərrüfat subyektlərinin birliyinə çevirmişdir. Qanunlardakı oyuqlar, normativ-hüquqi aktların 
qeyri-mükəmməlliyi bütün təsərrüfat tsiklini əhatə edən qeyri-konstruktivlik, digər tərəfdən yeni 
fiskal tələblər, solçu meyllərin təjrid olunmaması, yeni sistemə adaptasiyaya məhdudiyyətlər 
gətirən səbəblər sırasındadırBütün bunlar isə köhnə istismar sahələrini əhatə edən kompleksin 
qeyri-bazar sektoru kimi fəaliyyət aspektini önə  gətirir. Quruda neftqazçıxarma kompleksində 
aparılan iqtisadi islahatların yeni sistemə adaptasiyada daha zəif və təkamüllü model seçimində 
təşəkkülü, onun konyuktur, qeyri-liberial xarakterliliyi öz növbəsində köklü dəyişikliklərlə 
müşayiət olunmanı xeyli dərəcədə  məhdudlaşdırmışdır. Bununla belə, qeyd olunmalıdır ki, II 
özəlləşdirmə proqramına  əsasən quruda neftqazçıxarma kompleksində respublika prezidentinin 
29 mart 2001-ci il tarixli fərmanı ilə  əksər xidmət sahələri özəlləşdirməyə  çıxarılmışdır və 
növbəti mərhələdə də özəlləşəcək strukturlar yetərincədir. 
Sahənin dəyişkənlik və yeniləşməsi imkanları diapozonunun, mövcud problemlərin həllinin 
iqtisadi diaqnostikasının müəyyənləşdirilməməsi, onun mənfəətli, rəqabətqabiliyyətli iş 
sisteminə keçidin təyinatı elmimizin qarşısında duran vacib məsələlərdəndi. Tənəzzüllü 
meyllərin kəskinləşdiyi, dəyişkənlilik imkanlarının sıxlaşdığı  məqamda vəziyyətdən çıxış 
yollarının aranması, onun elmi məntiqi, iqtisadi həllinin tapılması mühümdür. Bununla belə, 
sahəyə  nəzarət edən neft generalları, sahə kapitanları, təsərrüfat rəhbərləri, mütəxəssislər 
vəziyyətdən çıxış yolunu daim tədqiqetmədə, iqtisadi və istehsal artımına nailolmada, 
səmərəliliyi artırmada səylərini yüksəltməlidirlər. 
Sahədə istehsal artımının təminatında  əvvəllər nəzərdə tutulan xarici müştərək fəaliyyət 
prosesi nəzərə çarpacaq inadlı  dəstəyini almışdır. Bu taktikaya istinad edən və  əsasən də quru 
sahələrində  təşəkkül tapan birgə müəsisələrin səmərəli fəaliyyəti haqqında nikbin mülahizələr 
yürütmək çətin bir işdi. Qonşu Rusiyada müvafiq müştərək müəssisələr təkmilləşmə prosesinin 
bir neçə qatından keçərək indiki müvəffəq dayanaqlı ritmik səhmləşmə  mərhələsinə daxil 
olmuşlar. Məlumdur ki, koalisiyon idarəetmə tarixinin məhsuldar nəticələri yeni yaranışların 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə