E. M. Hacizadə


  10408 7799 7745  54  74,9 1977



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə8/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   4   5   6   7   8   9   10   11   ...   126

 
17
1912 
10408 7799 7745  54  74,9 1977 
493480 14785  5672 9113  3,0 
1913 
10281 7669 7591  78  74,6 1978 
571529 14155  5335 8820  2,5 
1914 
10013 7101 7005  96  70,9 1979 
585571 13058  4900 8158  2,2 
1915 
10138 7481 7368  113  73,8 1980 
603207 13054  4850 8204  2,2 
1916 
10826 7894 7779  115  72,9 1981 
609000 12626  4703 7923  2,1 
1917 
8800 6646 6531 115  75,5 1982 
613000 11664  4666 6998  1,9 
1918 
4146 3435 3386  49  82,9 1983 
616300 11545  4286 7259  1,9 
1919 
4448 3739 3690  49  84,1 1984 
612700 11572  4057 7515  1,9 
1920 
3851 2915 2869  46  75,7 1985 
595291 12677  3909 8768  2,1 
1921 
3781 2437 2391  46  64,5 1986 
614752 12659  3902 8757  2,1 
1922 
4658 2945 2883  62  63,2 1987 
624177 12203  3734 8469  2,0 
1923 
5277 3485 3406  79  66,0 1988 
624326 11200  3417 7783  2,0 
1924 
6064 4125 4045  80  68,0 1989 
540800 10723  3023 7700  2,0 
1925 
7061 4663 4552 111  66,0 1990 
515900 9927  2582 7345 1,9 
1926 
8318 5514 5383 131  66,3 1991 
461900 9749  2249 7500 2,1 
1927 
10285 6810 6680  130  66,2 1992 
399500 9409  2009 7400 2,4 
1928 
11625 7574 7443  131  65,2 1993 
354600 9483  1983 7500 2.7 
1929 
13684 8683 8556  127  62,5 1994 
317800 9563  1790 7773 3,0 
1930 
18451 10521 10334  187  57,0  1995 
306800 9161  1624 7537 3.0 
1931 
22392 13153 12724  429  58,7  1996 
301200 9100  1575 7525 3,0 
1932 
21414 12181 11515  666  56,9  1997 
305600 9622*  1563 7459  3,1 
1933 
21489 15327 14722  605  71,3  1998 
303300 11422*  1578 7474  3,8 
1934 
24218 19183 18537  646  79,2  1999 
305057 13807*  1526 7466  4,5 
1935 
25218 19340 18767  573  76,7  2000 
312676 14116*  1511 7505  4,5 
1936 
27427 20557 19814  743  75,0  2001 
348098 14612*  1596 7416  4,2 
 
* Qeyd: 1997-ci ildən başlayaraq ABƏŞ nefti də ümümrespublika neft hasilatına əlavə edilmişdir. 
** Qeyd: Statistik məlumat yoxdur. 
 
Cədvəldən göründüyü kimi, neft hasilatına qeyd etdiyimiz ilk mərhələdə siyasi hadisələrin 
1901-1903-cü illər dünya böhranı, 1905-ci il Rusiya inqilabı, 1914-cü il-I Dünya müharibəsi, 
1917-ci il Oktyabr çevrilişi və digər siyasi hadisələrin təsiri mühüm olmuşdur. 
 
«Neft-güc» düsturu Birinci cahan savaşının döyüş meydanlarında öz təsdiqini 
tapmışdır. Bu qəbildən bir tarixi faktı da vurğulamaq lazımdır ki, 1918-ci ildə Bakı neftini ələ 
keçirmək üçün Almaniya böyük təşəbbüslərə baş vurdu. Almanlar  əvvəlcə türk qoşunlarının 
Bakını almasını stimullaşdırmış, sonra isə türk ordusunun geri çağrılmasının neftlə 
əvəzləndirilməsini Leninlə sövdələşdirmişlər. Lakin buna baxmayaraq, türklər soydaşlarının 
köməyinə gələrək Bakını ələ keçirmişlər. 
Rusiyada vətəndaş müharibəsi illərində də bolşevik hakimləri ilə yanaşı çar generalları 
da  Bakı neftinə sahib olmağın yeni planlarını  cızırdılar. Hələ bu müharibənin qızmar 
gedişində çar Rusiyasının cənubdakı hərbi qüvvələrinin baş komandanı, general A.Denikinin 
Ənzəlidə Qərb sahibkarları ilə neft müqavilələri bağlaması hadisəsi də baş vermişdir. 
Rus kampaniyasında Bakını və Qafqaz neft yataqlarının alınması qeyd olunduğu kimi 
Hitler strategiyasının  əsas planlarından biri olmuşdur. Neftə mübtəla olan III Reyx 
strateqlərinin 1942-ci ildə planlaşdırdığı yeni hücum planı «Blau» Qafqaz neftinin və sonrakı 
mərhələdə  İran və  İraqın yeni yataqlarından yararlanmasını  nəzərdə tuturdu. Stalinqrad 
ətrafı döyüşdə feldmarşal Manşteyn Hitlerdən Qafqazdakı ordunun bu cəbhəyə 
yönəldilməsini israrla təvəqqə edəndə diktator qoşunların Bakı neftinin ələ keçirilməsinə 
səfərbər edildiyini və bunun son dərəcə müharibəni udmaq mühüm və vüsətli olmasını 
bildirmişdir. 
 
XX  əsrin ilk illərində iqtisadi gərginliklərlə  də müşayiət olunan siyasi hadisələrin 
Azərbaycanın neft sənayesində  əks olunması 1918-ci ildə apogeyə çataraq 1921-ci ilə  qədər 
davam etmişdir. Bu tarixi dövrdə Azərbaycan Demokratik Respublikası  mərhələsi də dünyəvi 
hadisələrin mühüm tərkib hissəsi kimi, siyasi çaxnaşmalar, iqtisadi təzadlarla əhatə olunaraq ölkə 
iqtisadiyyatında  əsaslı dönüş, o cümlədən, neft-qaz hasilatında irəliləyişi tam təmin etməyə 
 


 
18
müvəffəq olmamışdır. Vurğulanan tarixi mərhələ  Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadənin 
əsərlərində geniş şərhini və əksini tapmışdır. 
Mövcud qısa zaman kəsiyində  vətənsevər insanların tənəzzülə  uğramış neft sənayesinin 
dirçəltməyə yönəlmiş  cəhdləri səmərəli olmamış, bu ərəfədə kapitala sahibləri bolşevik 
qovğasından çəkinərək öz konsessiyalarından vaz keçməyə, sahələri dəyər-dəyməzinə satmağa 
qərar vermişlər. Nəhayət, XI Qızıl Ordunun Bakı işğalı, Azərbaycan dövlətçiliyini qəsb edərək 
respublikanın həm siyasi, həm iqtisadi həyatında yeni uzun bir mərhələsinin əsasını qoymuşdur. 
 
 
1.3. Direktiv-planlı hasilat mərhələsi 
 
Bolşevik istilasının Azərbaycan neft tarixində 70 il davam edən mərhələsi şərti olaraq dörd 
submərhələyə-SSRİ-nin II dünya müharibəsinə qatılması, müharibə və sonrakı quruculuq illəri, 
dənizdə intensiv hasilatın başlanması, 1980-ci ildən başlanan tənəzzüllü meyllərdən 
müstəqilliyinin bərpasına qədərki dövrləri  əhatə edir. 28 aprel 1920-ci ildə Bakıya daxil olan 
bolşeviklər bir ay keçməmiş 24 mayda neft sənayesinin milliləşdirmək barədə dekret qəbul 
etdilər. Bolşevik hakimiyyəti illərində  mərkəzləşən neft-qaz sənayesinin kompleks strukturda, 
həmçinin ixtisaslaşmış sahələrin birliyində formalaşdırmağa başlamışdı. Bütün neft sənayesini 
bir struktur altında nəzarətə gətirmək üçün respublika tarixində ilk dəfə olaraq neft sənayesinə 
rəhbərlik edən vahid qurum «Azərneftkomitə» təşkil edildi. Komitəyə böhrana uğramış neft 
sənayesini bərpa etmək, onun yüksəliş yoluna yönəlməsi üçün geniş səlahiyyətlər verildi. Belə 
səlahiyyətlərin indi yalnız ARDNŞ-lə müəyyən qədər müqayisə etmək olar. Lakin elə meyarlar 
var ki, «Azərneftkomitə» müasir TMK-lar qədər «diplomatik immunitetlər»ə malik idi. Belə ki, 
1921-ci ildə onun sərbəst barter əməliyyatları keçirmək hüququ, dünyanın 10-dan çox iri 
şəhərlərində nümayəndəliyi, digər imtiyaz və səlahiyyətləri mövcud idi. 
1921-ci ildə hasilat nisbi müqayisədə 33 il öncə 1888-ci ildəki səviyyə ilə uzlaşırdı. Bu, 
1901-ci ildəki səviyyədən 4,5 dəfə kiçik bir göstərici idi. Azərbaycanda neft sənayesini yenidən 
təşkilinə xüsüsi əhəmiyyət verən mərkəzi hökumət bu sahədə səyləri səfərbər edərək çox ciddi 
cəhdlər edirdi. Belə addımlardan biri də 1921-ci ildə məşhur neft bilicisi İ.M.Qubkinin rəhbərliyi 
ilə Bakı  və Qroznıda neft sənayesinin inspeksiyası üzrə komissiya təşkil edilməsi idi. Neftlə 
bağlı vəziyyəti tədqiq edən komissiyanın raportunda Bakı neft rayonunda 1913-cü ildə fəaliyyət 
göstərən 3500 quyudan 960-ının işləməsi qeyd olunaraq, burada qazma işinin yenidən təşkilinin 
sürətləndirilməsi tövsiyə edilmişdi. Görülən tədbirlərin nəticəsi  kimi  bu  illərdə artıq yataqların 
işlənməsində fərqli keyfiyyətli işlər vüsət aldı, Sabunçu yatağında geniş qazma prosesi başlandı. 
İttifaqın beşillik mərhələləri  əhatə edən iqtisadi, strateji planları neft sənayesinin 
inkişafında da ardıcıl xəttin tətbiqini təmin etdi. 1920-23-cü illərdə bolşeviklər çox qısa bir 
müddətdə Qərb texnologiyalarının böyük miqyaslı idxalı ilə praktiki ölü vəziyyətində olan neft 
sənayesini bərpa etmiş, yenidən dünya bazarına keyfiyyətli ixracata çıxmışlar. Sovet dövlətinin 
ilk illərində Azərbaycan neftçilərinin fədakar  əməyi nəticəsində birinci beşillik plan 2,5 il 
ərzində yerinə yetirilmişdir. Yaxın 10 il ərzində isə hasilat 1901-ci il səviyyəsini ötüb keçmişdir. 
Statistik məlumatların təhlili göstərir ki, bolşevik təsisatlarının ilk çağlarında Azərbaycanda neft 
istehsalı Rusiyaya nisbətdə öz mövqelərini əvvəlki illərlə müqayisədə çox itirmişdir. 1873-cü illə 
müqayisədə bu nisbət 97,1%, 1882-ci ilə 98,6%, 1892-ci ilə 97,6%, 1892-ci ildə 97,6%, 1920-ci 
ildə isə 75,7% təşkil edmişdir. 1920-ci ildən başlayaraq bu nisbət 1933-cü ilə  qədər enməyə 
məruz qalmış, 1932-ci ildə 56,9% təşkil etmişdir. Sonradan burada üstün meyl təşəbbüsü  ələ 
almış, II Dünya müharibəsi  ərəfəsində  və tamamında Azərbaycan Rusiya neft istehsalının 
2
/

hissəsini vermişdir. Burada daxili faktorial yanaşma, tarixi qanunauyğunluqlar, neftə olan 
tələbatın artımı və sair əlaqədar amillər özünü göstərmişdir. 
Sovet İttifaqının inkişaf perspektivinin təkcə Bakı və Qafqaz nefti ilə bağlanılması strateji 
məntiqə uyğun deyildi. Ona görə də, böyük məmləkətin digər ərazilərində fundamental kəşfiyyat 
axtarış  işləri vüsət alırdı. 1920-1930-cu illər  əhatəsində Permdə, Başqordıstanda, Kuybışev 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə