E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə9/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   5   6   7   8   9   10   11   12   ...   126

 
19
vilayətində, sonradan Qazaxıstanda neft-qaz yataqları  aşkar edildi. Beləliklə, neft-qaz 
sənayesinin coğrafiyası  əsaslı  dəyişikliklərə  uğradı  və neft əhəmiyyətini daha geniş strateji 
planda göstərdi. 
 
1940-cı illərdə dünya neft hasilatının mərkəzi Karib hövzəsindən Fars körfəzinə 
keçmişdir. Müharibə  ərəfəsində 1940-cı ildə  İran-İraq və  Ərəb yarımadası dünya 
neftinin 9, ABŞ isə 63%-i verirdi. Bu zaman neft dünya siyasətində başlıca strateji 
hərbi məhsul, siyasi-iqtisadi strategiyanın formalaşmasının əsas mənbəyi, milli gücün 
əsas faktoru hesab olmaqda idi. 
Dağ  mədən sənayesinin heç bir sahəsində neftə olduğu kimi yüksək inkişaf 
templəri müşahidə edilməmişdir. 1859-cu ildə dünyanın neftə olan tələbi XX əsrin 
əvvəllərində 20 milyon, XX əsrin  əvvəllərində isə 2,5 milyard ton olmuşdur. 1900-
1970-ci illər kəsiyində hər 10 il ərzində hasilat iki dəfə artmışdır. 1900-cü ildə neft 
hsilatı 13 ölkədə reallaşırdısa da indi hasilatçı ölkələrin sayı 100-ü ötmüşdür. 
 
1936-cı ildən başlayaraq hər il Azərbaycanda 20 milyon tondan çox neft hasil edilməyə 
başlandı. 1941-ci ildə SSRİ-nin II Dünya müharibəsində iştirakı neftçilər qarşısında sərt tələblər 
qoydu. Həmin il hələ ki, milli neft tarixində təkrarlanmayan nailiyyət 23,5 milyon ton neft hasil 
edildi. Bu tarixi dövr 1949-cu ildə dəniz yataqlarının geniş istismarı ilə yeni mərhələyə qədəm 
qoydu. 
1949-cu ildə  Xəzərdə Qara Daşlarda qazılan ilk quyunun fontan vurması Azərbaycanın, 
həm də dünya neft tarixində  dəniz  şelfindən hasilatın başlanğıcı kimi yadda qaldı. Həmin il 
dənizdə neft-qaz hasilatını  təmin edəcək  əlahiddə qurum «Azərdənizneft» tresti təsis edildi. 
Planetin dəniz neft erasının Azərbaycanın Xəzər sahillərindən start götürməsi dünya neft 
tarixində mübahisə edilməz fakt oldu. SSRİ məkanından hasilatın kulminasiyaya çatması, dünya 
bazarında yeni qiymət tendensiyaları, neft sənayesinə  sərmayə qoyuluşlarını  kəskin azalması, 
Azərbaycanın quru sahələrində hasilatın təhlükəli iqtisadi zonaya yaxınlaşması, yataqların 
enerjisinin, ehtiyat potensialının tükənməsi, iqtisadi münasibətlərdə yeniləşmənin azalan 
templəri, vəsait çatmamazlığı, digər çoxsaylı faktorlar-kommulyativ məzmunda hasilata öz 
təsirini göstərdi. 
1960-cı illərdən başlayaraq davamlı ekstensiv hasilat nəticəsində respublikada istismar 
edilən yataqlarda neft ehtiyatları tükənmə mərhələsinə qədəm qoydu. 1970-ci illərin əvvəllərində 
ittifaq neftinin 5%-dən bir qədər çox hissəsini təmin edən respublikada dəniz və quru sahələrində 
hasilat nisbəti ciddi dəyişikliklərdə uğradı. 1964-1965-ci illərdə bərabərləşən dəniz və qurudakı 
hasilat müstəqillik ili ərəfəsində-991-ci ildə artıq dənizin fiziki üstünlüyündə-3,3 dəfədən artıq 
idi. Ehtiyatlar faktoru, istismar çətinlikləri, digər tərəfdən isə Sibirdə aşkarlanan nəhəng neft-qaz 
yataqları, buradakı hasilatın fontan üsüllu və yüksək debitliliyi respublikada neftqazçıxarma 
sənayesinin perspektivlərinə olan marağı  səngitdi.  İttifaq dövlətin yeni neft strategiyası 
investisiyon və texnoloji məhdudluq amillərini istinadən Azərbaycan neft sənayesinin tərəqqi 
proqramını arxa plana çəkdi. Bir faktı da qeyd etmək lazımdır ki, Sovetlər  İttifaqının 
mövcudluğu zamanı ümumi neft-qaz sənayesini, o cümlədən, regional istehsalat birlikləri nə 
qədər tənqidi baxılsa da mərkəzi hökumətin diqqət və qayğısı altında olmuşlar. Təkcə «Azneft» 
İB-nin idarə edilməsində 10-dan çox əsaslı struktur dəyişikliyi, təkmilləşdirmə işləri aparılmış, 
onun çevikliyinin artırılması üçün müxtəlif qanun və  qərarlar qəbul edilmişdir.  İttifaqın 
dağılması  ərəfəsində isə bu təşkilata tam təsərrüfat özünümaliyyələşdirmə sisteminə keçidinə 
qədər qərar verilmişdir. 
Respublikamız ilkin istismar mərhələləri istisna olunmaqla təbii qaz istehsalında xüsusi 
aparıcı mövqedə dayanmamışdır. Bununla belə, təbii qazdan istifadədə onun emalı  və  nəqli 
prosesində dəyərli iqtisadi nəticələr çox olmuşdur. Azərbaycan neft-qaz sənayesinin tarixi inkişaf 
mərhələləri daha geniş rakusda müəllifin elmi əsərlərində, tədqiq edilmişdir. Bu uzunmüddətli 
tədqiqat prosesində Azərbaycanın neft-qaz sənayesinin tarixi inkişaf mərhələsində hasilata təsir 
edən amillər, baş verən meyllər mümkün təhlildə unifikasiyaya məruz qalmışdır. Dinamik-
 


 
20
statistik qanunauyğunluqlara, aparılan təhlilin nəticələrinə istinadən demək olar ki, Azərbaycanın 
neft-qaz sənayesində mütərəqqi meyllər daha çox təzahür etmişdir. 
Neft hasilatının qərarlaşan göstəricilərinə istinadən XIX əsrdə dünyada 400 milyon ton 
neftin hasil edildiyi bildirilir. Bu mənbədən çıxış edərək apardığımız hesablamalara əsasən qeyd 
etməliyik ki, sənayeləşən neft hasilatı dövrünə qədər Azərbaycanda təqribən 60-65 milyon neft 
çıxarılmışdır. Ümumilikdə XIX əsrdə Azərbaycanda neft hasilatı 140-150 milyon ton təşkil edir. 
1872-1920-ci illər əhatəsində 238 milyon ton, 1921-1940-cı illərdə 243 milyon ton, 1941-1948-
cü illərdə 114 milyon ton, 1950-1980-ci illərdə 543 milyon ton, 1981-1991-ci illərdə 128 milyon 
ton, 1991-2001-ci illərdə 109 milyon ton neft hasil edilmişdir. 1971-ci ildə Azərbaycan 
Respublikasında dənizlə birlikdə 1 milyard ton neftin çıxarılmasına nail olunmuşdur. Quru 
sahələrində isə bu zirvə əlahiddə olaraq hələ ki, fəth edilməmişdir. 
Milli neft tarixində  ən yeni dövr Azərbaycanın dövlət müstəqilliyinin  əldə edilməsindən 
başlanğıc alır, Ötən on il ərzində köhnə istismar sahələrində hasilat tempi ağır ritmdə olmuşdur. 
Dəniz yataqlarında enmənin qarşısı qismən alınsa da, quruda buna nail olunmamışdır. Köhnə 
yataqlarda, xüsusən quru sahələrində genişlənən islahat işləri uğurlu perspektivli nəticələrə 
gətirməmişdir. Müştərək müəssisələr tendensiyasının trendi, vizual müşahidələr, statistik əsaslar 
burada köklü dəyişikliklərin baş verməməsini göstərir.  
Azərbaycan neft tarixinin 1991-ci ildən başlayan  ən yeni mərhələsi yeni geosiyasi və 
geostrateji durum, planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid prosesləri ilə müşayiət 
olunur. Məhz bu transformasiya mərhələsinin strateji aspektlərinin və ondan irəli gələn spesifik 
cəhətlərin araşdırılması bizim tədqiqat mövzusunun predmetinin prioriteti olduğundan onun daha 
keniş təhlili növbəti bölmələrdə geniş əksini tapmışdır. 
 
 
1.4. Neft-qaz hasilatının tarixi inkişaf mərhələsində  əsas meyllər və başlıca 
amillər 
 
Azərbaycanda neftin tarixinin tədqiqi XX əsrdən daha sistemli xarakter almış, geniş 
müfəssəl elmi interpretasiyada öncə 1950-60-cı illərdə Azərbaycan tarixi çoxcildliyində, 
akademiklər  İ.A.Hüseynovun A.S.Sumbatzadənin rəhbərliyi ilə aparılan tədqiqatlarda  əksini 
tapmışdır. Azərbaycan sovet ideologiyasından qurtularaq dövlət müstəqilliyini bərpa etdikdən 
sonra bu tarix yeni rakusda AMEA-nın Tarix İnstitutu və ayrı-ayrı tarixçi alimlər tərəfindən 
işlənilmişdir. Azərbaycanın iqtisadi tarixi, o cümlədən, neft sənayesinin tarix baxımından tədqiqi 
professorlar B.Y.Axundovun, S.Aşurbəyli, M.Ə.İsmayılov, T.S.Vəliyev, S.S.Əliyarovun, 
Y.Əbdülsəlimzadə, S.Haqverdiyeva, Q.Ə.Mədətov və digərlərinin  əsərlərində geniş  təsvir 
olunur. Müasir mərhələdə  İ.H.Əliyev və A.Muradverdiyevin hazırladığı «Azərbaycan nefti 
dünya siyasətində» çoxcildliyi neft tarixinə yeni ştrixlər gətirən əsərlərdən olmuşdur. N.Nəsibli, 
prof. N.Nəbiyev, M.Süleymanov əsərlərində Azərbaycan neft tarixinin dönüş məqamlarını təhlil 
və  tədqiq etmişlər. Azərbaycan neft sənayesinin bir çox elmi-statistik nəşrlərdə coğrafi 
kontekstdə 1963-cü ildə nəşr edilmiş Azərbaycan  atlasında, SSRİ və rus neft tarixini tədqiq edən 
Rusiya alimlərinin tədqiqatlarında və habelə Qafqaz regionunda geoloji kəşfiyyat və neftin 
axtarışı işlərində P.S.Pallas, D.İ.Mendeleyev, Q.V.Abix, F.B.Koşkul, İ.M.Qubkin və digərlərinin 
elmi  əsərlərində qeyd edildiyi kimi, görkəmli neft mütəxəssisi D.Yerginin məşhur «Hasilat» 
əsərində  də  şərhini tapmışdır. Azərbaycan Respublikası prezidenti H.Ə.Əliyevin cənablarının 
neft sənayesinə  bəslədiyi bənzərsiz münasibət, uğurla həyata keçirdiyi milli neft strategiyası 
ölkənin müasir neft tarixinin öyrənilməsində əvəzsiz yeni elmi kapitala çevrilmişdir. 
Azərbaycanda neftin iqtisadi tarixinin alimlər tərəfindən müxtəlif mərhələlik təsnifatda 
baxılmışdır. Bu təsnifatlar özü-özlüyündə  şərti xarakter daşıyır və elmi dairələrdə  dərin 
aprobasiyasını almadan qalır. Apardığımız təhlil Azərbaycan neft tarixinin aşağıdakı mərhələlər 
üzrə qruplaşdırması təqdim olunur. Bu tarix əsasən 4 mühüm mərhələni əhatə edir. 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə