E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə11/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   7   8   9   10   11   12   13   14   ...   126

 
23
II FƏSİL
 
NEFTQAZÇIXARMA SƏNAYESİNİN DİNAMİKASINI 
XARAKTERİZƏ EDƏN MÜHÜM TEXNİKİ İQTİSADİ 
GÖSTƏRİCİLƏRİN TƏHLİLİ 
 
2.1. Ehtiyatlarin metodoloji təsnifati və praktiki dəyərləndirilməsi 
 
Neft-qaz resurslarının iqtisadi səmərəsi bənzərsizdir. Təbii sərvətlərin  ən mühüm 
enerjidaşıyıcısı çeşidlərindən olan neft və qaz təkcə yanacaq-enerji keyfiyyətində deyil, həm də 
kimya sənayesinin  əsas xammalı kimi böyük xalq təsərrüfatı  əhəmiyyətinə malikdir. Bəşər 
övladı bütün keyfiyyət çalarları ilə neft-qaz resurslarından üstün olan digər enerji mənbəyini hələ 
ki, ram edə bilməmişdir. Bu gərgin, uzun axtarış-sınaq prosesində alternativ enerjidaşıyıcıları bir 
müstəvidə fiziki-kimyəvi, ekoloji prioritetlərdə təşəbbüsü ələ alsalar da, digər çərçivədə iqtisadi 
parametrlərdə  səmərəliliyi itirmiş olurlar. Qədəm qoyduğumuz XXI əsr industriyası da, köklü 
əsasda neft-qaz resurslarına bağlı olduğu kimi yaxın və orta perspektivdə  də, bu inhisardan 
qurtulmayacaqdır. 
Yeni enerji mənbələrinin axtarışı ilə yanaşı, neft-qaz ehtiyatlarının kəşfi, istismarı, emalı 
sahəsində daha səmərəli mexanizmlərin işlənməsi prosesləri davamlı səylərdə təcəssüm olunur. 
İndi Antarktida istisna olmaqla, planetin bütün quru sahələrində, dünya okeanının iqtisadi 
zonalarında, dəniz  şelfində, hətta  şaxtalı Alyaskada, buzlu Arktikada da neft-qaz ehtiyatlarının 
aktiv axtarış-kəşfiyyat və istismar işləri davam edir. 
Azərbaycanın iqtisadiyyatında, mədəni inkişafında, sosial rifahın yaxşılaşmasında neft-qaz 
resurslarının başlıca amillərindən biri kimi təzahürü mühümdür. Uzun illər yerin təkindən 
çıxarılan neft, sonradan müəyyən qismdə yurd torpağına hopduğu kimi, xalqın da mentalitetində 
öz dərin izini buraxmışdır. Son iki əsrdə neft-qaz ehtiyatları Azərbaycanın iqtisadi həyatında 
mühüm mərhələni formalaşdıraraq, həm də milli-mental dəyərlərdə əksini tapmışdır. Ölkəmizin 
malik olduğu təbii sərvətlərin  ən qabaritli hissəsini təşkil edən neft-qaz resursları üzərində 
qurulan industriya indi də, iqtisadiyyatımızın aparıcı sahəsi olaraq bitkin ənənədə qalmışdır. 
Yanacaq-enerji kompleksinin 
2
/
3
 hissəsini özündə ehtiva edən neft-qaz sənayesi həm də, 
respublikanın sosial-iqtisadi inkişafının məhək daşı kimi iqtisadi dirçəlişi stimullaşdıran mühüm 
bazadır. Bu böyük sanballı iqtisadi məzmunu, həm də respublikanın neft-qaz sənayesinin inkişaf 
məsələlərinin həllində vacib və aktual elmi mahiyyət daşıyan fasiləsiz tədqiqat obyektini 
səciyyələndirən amil kimi də qiymətləndirmək olar. Mövzunun aktuallığını gücləndirən 
şərtlərdən biri də, neft-qaz sənayesinin milli və iqtisadi təhlükəsizliyin əsas qaynaq komponenti 
olmasındadır. Ölkə büdcəsinin 60-70%-i onun vəsaiti hesabına formalaşır. Bütün bunlar neft-qaz 
sənayesinin daha geniş iqtisadi aspektdə öyrənilməsini zəruriləşdirən, milli dövləti 
mənafelərində təsbitini tapan və həm də qlobal xarakterlilik baxımından da fundamental edir. 
Yeni geopolitik vəziyyət, Xəzərin dünyəvi enerji balansına təsiretmə imkanlarının 
qabarıqlaşması böyük dövlətlərin regiondakı siyasi-iqtisadi maraqlarını artırmışdır. Yeni 
reallıqlar respublikanın neft-qaz resursları potensialının perspektiv inkişaf meyarlarının 
qiymətləndirilməsində  fərqli münasibətin, adekvat yanaşmanın formalaşması ehtiyacını yüksək 
pilləyə qaldırır. Xəzərin Azərbaycan sektorunda nəhəng sənaye əhəmiyyətli yataqların işlənməsi 
üzrə çoxsaylı beynəlxalq kontraktlar bağlanmış, neft sənayesi, onunla bağlı strukturlara və 
habelə bütünlükdə ölkə iqtisadiyyatına çoxmilyardlı kapital qoyuluşları  cəlb edilmişdir. Xarici 
sərmayədarları ölkəyə  təkcə neftin ehtiyat faktoru cəzb etməmişdir. Burada əlverişli iqtisadi 
mühit, nəqliyyat, kommunikasiya, sənaye infrastrukturu neftqazçıxarmada yetərli-mühəndislik, 
neftçi peşəkarlığı, ənənəvi elmi-təcrübi potensial da əhəmiyyətini nümayiş etdirmişdir. 
Karbohidrogen ehtiyatlarının statusu neft-qaz yataqlarının işləmə strategiyasını təyin edən, 
potensialı qiymətləndirən başlıca amillərdəndir. Dövlət müstəqiliyinin bərpa edilməsinin onillik 
tarixinin arxada qalmasına və bu müddət  ərzində iqtisadiyyatda, energetik sektorda, 
 


 
24
qanunvericilik sahəsində uğurlu addımların atılmasına, əzəmətli işlərin görülməsinə baxmayaraq 
neft-qaz kompleksini geniş bazar münasibətləri şəraitində tənzimləyən normativ-hüquqi bazanın 
formalaşması prosesi məntiqi nöqtəyə yüksəlməmişdir. Burada qəbul olunması vacib sayılan 
mühüm Hüquqi aklardan biri də, ehtiyatlar kateqoriyasının müəyyənləşdirilməsi mexanizminin 
yaradılması ilə bağlıdır. 
Azərbaycanda hal hazırda bu sahədə nizamlayıcı normativ sənəd kimi keçmiş SSRİ 
dövlətinin 1983-cü ildə  qəbul etdiyi  «Perspektiv və proqnoz neft-qaz resursları yataqlarının 
ehtiyatlarının təsnifatı» adlı təlimatı qüvvədədir. Bunula belə, gecikmiş olsa da, Rusiyada artıq 
bu istiqamətdə yeni məzmun və formatlı nomativ-hüquqi aktın qəbulu prosesi getməkdədir. 
Azərbaycanda da analoji olaraq karbohidrogen ehtiyatlarının statusunun təyin edilməsinin, 
resursların iqtisadi qiymətləndirilməsində diferensasiya prinsipinin işlənməsinin mühüm 
zərurətləri vardır. Ehtiyalar kateqoriyasının təsnifat prinsipləri təkcə sahədaxili iş deyildir. 
Təsnifatın universal standartlara uyğunlaşdırılması geoloji, stratiqrafik, informasiyon təminat, 
uçot, fiskal, investisiyon və kommersiya tələbləri baxımından da vacibdir. Universal standartlara 
uyğun olaraq karbohidrogen resurslarını  təsnifləşdirən yeni metodikanın işlənməsi problemi, 
ehtiyatlar üzrə  əlahiddə  tənzimləyici dövlət qrumunun yaradılması son zamanlar daha da
aktuallaşaraq respublikanın müvafiq elm və istehsalat dairələrində debatlara çevrilmiş və hazırda 
da alim və mütəxəssislərin disskutiv mövzu obyektlərindən biri olaraq qalır. 
Ehtiyatların təsnifat probleminin həll və axtarış tendensiyasının kəskinləşməsi neft-qaz 
sənayesinin yetkinlik çağlarına çatdığı ötən əsrin 30-cu illərinə təsadüf etmişdir. Bu proses eyni 
zaman kəsiyində həm ABŞ-da və həm də Sovetlər İttifaqında aktuallaşmışdır. Keçmiş SSRİ-də 
Geoloji Komitə adlanan mərkəzi dövlət orqanının nəzdində yaradılmış komissiya tərəfindən 
1928-ci ildə karbohidrogen resurslarının təsnifatı üzrə ilk təlimat işlənib hazırlanmışdır. 
Yataqların sənaye mənimsənilməsi nisbətlərindən aslı olaraq formalaşdırılmış ilk təsnifat 
müvafiq təkmilləşmə  və  dəyişikliklərə  uğramışdır. 1950,1959,1970 və 1983-cü illərdə 
karbohidrogen resurslarının təsnifatı üzrə yeni formatlı tipolojii metodik təlimatlar işlənib 
hazırlanmışdır. 
Məşhur neft bilicisi akademik İ.M.Qubkin ehtiyatları hazırlanmış, tədqiq edilmiş, görünən, 
güman edilən və geoloji təsnifata müvafiq olaraq A
1
, A
2
, V
1
, S
1
S
2
 olan beş qrupa bölünməsini 
məqsədəuyğun bilmişdir. Sonrakı mərhələdə Sovetlər İttifaqında ehtiyatların 4 qrupa: 
 
A - tam öyrənilmiş; 
 
B - karotac və qazma ilə müəyyən edilmiş;  
 
S
1
- geoloji öyrənilmiş və bir quyu qazılması ilə təsdiq edilmiş; 
 
S
2
- yeni strukturdakı ehtiyatlar; (həm də, məlum yataqlarda tam öyrənilməmiş bloklar 
daxil edilməklə təsnifləşdırılmışdır). 
ABŞ-da isə ehtiyatları sübuta yetmiş, mümkün, ehtimal olunan və hipotetik qruplara 
bölmüşlər. 
Neftin həyatımızda əhəmiyyət nomenklaturası olduqca genişdir. Lakin resurs mahiyyətində 
bu əhəmiyyəti üç mühüm sferad-istehsal, enerji, iqtisadi aspektdə qiymətləndirmək mümkündür. 
Neft yataqları isə formalaşmış təsnifata görə dörd qrupa bölünür: 
 
Neft-qaz rayonları; 
 
Zona; 
 
Sahə; 
 
Hövzə 
(bir neçə min km
2
-dən 1 milyon km
2
-ə)

Ehtiyatların təsnifat strukturunda istehsal xərclərini dəyərləndirən bölgüsü də mövcuddur. 
Neftin istehsal xərclərinin ölçülərinə  təkcə  təbiət deyil, yeni texnologiyaların və menecmentin 
tətbiqində insan fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Rusiyalı iqtisadçı alim, professor 
A.L.Arbatov neftin istehsal xərcləri prizmasından ehtiyatları altı qrupa bölür: 
I.  Yuksək səmərəli ehtiyatlar-belə ehtiyatlar neftin həm daxili, həm xarici qiymət 
meyllərinə bütün spektrdə prioritet üstünlüyə malikdir. 
II.  Qeyri-dayanıqlı  səmərəliyə malik ehtiyatlar-burada renta təminatı daxili və xarici 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə