E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə5/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   2   3   4   5   6   7   8   9   ...   126

 
11
I HİSSƏ 
MÖVCUD REALLIQLAR VƏ İSLAHATLAR STRATEGİYASI 
 
I FƏSİL 
RETROSPEKTİV GERÇƏKLİKLƏR 
 
1.1. Neftlə ilkin təmas və onun texniki-iqtisadi əhəmiyyəti 
 
Mühüm enerjidaşıyıcısı kimi neft-qaz resursları antropogen fəaliyyətinin bütün güşələrinə 
nüfuz edərək, müasir texnosferanı  əsaslı  dərəcədə inhisara almışdır.  İlkin sivilizasiya 
mərhələsində insana əsasən yanacaq kimi fayda verən neft min illərin aşırımlarından keçərək 
oduncağın, daş kömürün hegemonluğuna son qoymuş, XIX əsrin 70-ci illərində öncə  Qərbi 
Avropa, ABŞ və Yaponiyada reallaşan sənaye intibahının məhək daşına çevrilmişdir. Bütün bu 
sıçrayışlar neftin yeni mahiyyət və texniki keyfiyyətinin genişlənən təzahürü ilə bağlıdır. Sürətlə 
planetin istehsal sferasını fəth edərək iqtisadi çevrilişlər törədən neftin spesifik xüsusiyyətlərini 
ən geniş çevrədə öyrənilməsi tarixən aktual bir məsələ olmuşdur. Böyük neft erasının bitməsinin 
dəqiq proqnozu olmadığı zəmanəmizdə də, bu aktuallıq davam etməkdədir.  
Neft elminin predmetini onun yaranma, istehsal üsulu və hasilat tarixindən işlənməsi, 
emalı və son istehlakına qədər bütün silsiləni təşkil edən axtarış və tədqiqatların məzmunu təşkil 
edir.  İqtisadi üstünlüyü, bənzərsiz texniki keyfiyyəti ilə  fərqlənən neftin planetar miqyasdakı 
mahiyyət təzahürü ilə yanaşı, gənj müstəqil respublikamız üçün də müasir məqamda strateji 
potensialı möhkəmləndirən əhəmiyyəti yüksəkdir. Məhz bu əhəmiyyəti ifadə edərək Azərbaycan 
sanbalının mühüm iqtisadi komponenti, neft-qaz resurslarının işlənməsi, istismarı, bölgüsü, 
istehsal və təkrar istehsalının optimal həcmini aramaq, rasional istifadə mexanizmlərini tapmaq, 
elmin qarşısında öncül məsələ olaraq durur. Bu sahədə  işlərin genişmiqyaslılığı, möhtəşəmliyi 
müvəffəq nəticəliyi daim davamlı aspektdə inkişafı danılmaz faktdır. Sürətlə  dəyişən siyasi 
hadisələr, qlobal axın, iqtisadi gerçəkliklər, dərinləşən, daha çox sosiallaşan bazar münasibətləri
postindustrial cəmiyyət quruculuğunun aktivləşməsi fonunda, müasir dünya təsərrüfatının 
mərkəzinin mikroprosessorlar, robotlar, sivlizasiyanın mühəndis dühasının nailiyyətlərinin 
qabarıq zənginləşdirdiyi, internet texnologiyalarının hakim kəsildiyi indiki mərhələdə milli neft-
qaz sənayesinin inkişafının yeni kontekstdə öyrənilməsi, sahədə səmərəliliyin, iqtisadi və istehsal 
artımın təmin edilməsi böyük zəruri  əsaslar yaradır. Bu baxımdan bizim tədqiqatımızda da, 
diqqətə  gətirilən cəhətlərə istinad edərək qarşıya qoyulan məqsədlərə nailolmada müvafiq 
kompleks məsələlərin araşdırılmasına təşəbbüs olunur. Bu reallığı öncə neftin texniki-iqtisadi 
mahiyyəti, neft-qaz hasilatının tarixi inkişaf mərhələsində  əsas meyllər və başlıca amillərin 
xarakteristikası, neftqazçıxarma sənayesinin dinamikasını  əhatə edən göstəricilərin məqsədli 
təyinat və tredli yanaşma sintezində, genetik və üfüqi rakusda təhlili, köhnə istismar sahələrində 
ehtiyatlar potensialının qiymətləndirilməsi, yeni iqtisadi münasibətlər və inteqrasiyon proseslər 
mühitində milli neftqazçıxarmanın inkişaf perspektivlərinin öyrənilməsi  əks etdirir. Hesab 
olunur ki, elmi-genetik baxış  əsasında köhnə istismar sahələrində neftqazçıxarmanın müasir 
inkişafını təmin edən iqtisadi parametrlərinin müəyyənləşdirilməsi, onun mənşəyi, keçdiyi yolun, 
tərəqqi templərinin tədqiqi, dünya neft industriyasının empirik nailiyyətləri və digər konyuktur 
zəmani reallıqlarla uzlaşdırmada təhlil edilməsi daha səmərəlidir. Neftqazçıxarmanın iqtisadi 
tarixinə retrospektiv və perspektiv mahiyyətdə yanaşma dialektik məntiq baxımından da iqtisadi 
göstəricilərin statistik və dinamik vəhdətdə canlandıraraq təhlil predmetini daha dolğun  əks 
etdirməyə imkan verir. 
Türk mənşəli isim kimi dünyanın bir çox məmləkətlərində neft, Avropa arealında isə 
müasir məqamda petroleum adlanan, korbohidrogen tərkibli, təbii aqreqat halı maye strukturlu 
olan üzvi maddənin tarixi qədim və  zəngindir.  Əsasən qonur-qara, sarı-yaşıl çalarlı, müxtəlif 
konsistenli, uçucu və qaz qurluşlu maddələri özündə  cəm edən, çox zaman texniki 
 


 
12
interpretasiyada dağ yağı  və ya dağ  qətranı da adlanaraq şərhi verilən neftin qəbul olunmuş 
nəzəriyyəyə görə maqmatik proseslər nəticəsində yüksək temperatur və təzyiqin təsirilə çökmə 
suxurlarında səpələnən üzvi maddələrin qalıqlarından əmələ gəlməsi ehtimal olunur. Lakin neftin 
mənşəyi haqqında mübahisələr doğuran müxtəlif hipotetik yanaşmalar mövcuddur. Çağdaş 
zamanda  tellurik qeyri-üzvi, kosmik, bitki qalıqlarından yaranış üzvi, heyvan qalıqlarından 
yaranış üzvi qəbul edilən dörd istiqamət əsas götürülür. 
Vulkanik hərəkətlər nəticəsində, yüksək temperatur şəraitində buxar və karbon qazının, 
kömür anhidridi və qələvi metalların qovuşması ideyasına köklənən tellurik qeyri-üzvi hipoteza 
Q.Devi, D.Mendeleyev, P.Bertelo tərəfindən irəli sürülərək inkişaf etdirilmişdir. Kosmoqonik 
hipotezaya (İ.Kant, P.Laplas) görə isə neftin yaranışı yer qabığının dərinliklərində toplanan ağır 
metalların yüksək təzyiq altında su çatlarını keçərək frmalaşması  və karbohidrogen tərkibli 
maddələrin qaz halından mayeyə keçidi kimi təzahürlərlə bağlıdır. A.Lekerye, C.Dobrenin və 
başqalarının bitki qalıqlarından yaranış üzvi nəzəriyyəsinə görə torfun qonur kömürə, onun daş 
kömür və antrasitə keçidi, növbəti mərhələdə karbohidrogen ayrılmaları ilə neftin əmələ 
gəlməsini  şərtləndirir. Heyvan qalıqlarından yaranış üzvi hipoteza isə A.Enqelerin 
təcrübələrindən sonra daha da möhkəmlənmişdir.
1
 
Neftin çox min illər öncə insana bəlli aşkarlığı  sənaye epoxasına qədər onun axtarışını 
xüsusi maraq obyektinə çevirməmişdir. Az-çox istifadəsi gərəkli sayılan bu yanacaq növünü 
əvvəllər açıq su hövzəsinin səthindən toplamaqla, hopduğu əhəngdaşı, qumdaşını emal etməklə, 
yaxud da dayaz quyulardan karxana üsulu ilə əldə etmişlər. Qədim əyyamlarda öncə mağara və 
açıq çuxurlarda, palçıq vulkanlı  ərazilərdə, mərcanlı zoloqlarda rast gəlinən  neftin Hinddə, 
Farsda, Çində, Malay arxipilağı  və digər  ərazilərdə mövcudluğü haqqında məlumatlar olmuş, 
İncil hekayətlərində, Herodotun, Plutraxın və başqa antik alim və tarixçilərin  əsərlərində
oçerklərdə əksini tapmışdır. Tarixi yaddaşlarda Şərq yürüşündə Makedoniyalı İskəndərin neftlə 
yanan çıraqla tanışlığı da izini qoymuşdur. Erkən tarixi mərhələdə  qədim Misirdə, Çində duz 
axtarışında quyu qazıntısı bir neçə yüz metrləri aşaraq yerin daha dərin qatlarını fəth etmişdir. 
Belə axtarış işləri digər sivilizasiyalı ərazilərdə də min illər öncə mövcud olaraq öz təbii təkamül 
ahəngində  tərəqqi bulmuşdur. Orta əsrlərdə neftin məişətdə, təbabətdə,  şəhər təsərüfatında, 
konkret olaraq Sisiliyada ondan çıraqların yandırılmasında, XVIII əsrdə Genuyada hətta 
küçələrin işıqlandırılmasında,  Şimali Amerikada Hindu qəbiləri dərin olmayan quyulardan 
çıxarılan nefti  «Seneki», indiki Çexiyanın  ərazisi olan boylar ölkəsi Bohemiyada «Kvirinus» 
adlanan yağı müalicəvi vasitə kimi  istifadə etmişlər. Lakin hadisələrin bu müstəvidə daha 
dinamik inkişafı XIX yüziilliyə  təsadüf edir. 1826-cı ildə ABŞ-da duz axtarışı üçün qazılan 
quyunun neft verməsi hadisəsini isə okeanın bu tayında-Şərqdə min illər məlum olan maddənin 
təsadüfi kəşfi kimi qiymətləndirmək də olar. Bununla belə, qeyd etməliyik ki, məhz Amerikada 
aşkarlanan neft onun sənaye baxımından dəyərləndirməsində mühüm amil olmuşdur. Bir neçə on 
illik, sonra isə neftin böyük axtarışı daha dərin mətləbli maraqları cəlb etmişdir. 
Qərbi Penselvaniya düzündə 1859-cu ildə polkovnik Dreyk artezan üsülü ilə qazma 
apararaq neft aşkarlamış və eynən neft adlanan yeni həyəcanın təməlçisinə çevrilmişdir. Rus neft 
tarixini tədqiqat səhifələrində qeyd olunur ki, elə bu ərəfədə Kubanda Kudaka çayı hövzəsində 
                                                 
1
 http://www.intertek.ru, http://www.petroleum-economist.com., www.worldoil.com. - Н. Hofer (Гёфер), 
"Das Erdol (Petroleum) und seine Verwandten. Geschichte, physikalische und chemische Beschaffenheit, 
Ursprung, Auffindung und Gewinnung des Erdols" (Bена, 1888); Boverton Redwood, "Petroleum: a 
treatise on the geographical distribution and geological occurrence of petroleum and natural gas; the 
physical and chemical properties, production and refining of petroleum and ozokerite; the characters and 
uses, testing, transporl and storage of petroleum products; and the legislative enactments relativy thereto; 
together with a description of the shale oil and allied industries" (2  тома, Л., 1896); A. Caccord, "Le 
petrole, l'asphalte et le bitume au point de vue geologique" (Пар., 1896); К. Nelson Boyd, "Petroleum: its 
development and uses" (небольшой томик, Л., 1896); Veith, "Das Erdol". 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə