Ənvər M ete Həmidov, Zəmurə Həmidova
Bilikli adam ın b ir günü n ad an adam ın bütün ömrünə bəra
bərdir.
Alim olub zillətdə yaşam aq, cahil olub işrətdə yaşam a
qdan yaxşıdır.
N adanlıq elə bir dəvədir ki, ona minən şəxs alçalar və
onunla yoldaş olan itib-batar.
Ərəb atalar sözü:
Hər kəs özünü ağıllı hesab etsə, xalq onu nadan sayar.
448
V FƏSİL
Q əbahət d ü n y ad a deyil,
o n a ald an an d ad ır, gələn
qalm az, g ed ən gəlm əz
«(Ey insanlar!) Bilin ki, dünya həyatı
oyun-oyuncaq,
bər-bəzək,
bir-birinizin
qarşısında öyünmək və mal-dövləti, oğul -
uşağı çoxaltm aqdan ibarətdir. Bu elə bir
yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki
(məhsul) əkinçilərin xoşuna gələr. Sonra o
quruyar və sən onun saralıb-solduğunu, daha
sonra çör-çöpə döndüyünü görərsən... Dünya
həyatı aldanışdan (yalandan) başqa bir şey
deyildir»
Qurani-Kərim
əl-Hədid surəsi, ayə 20.
«...
Yenə
bilməyəcəyiniz
şeyləri
yığmayın, içərisində yaşamayacağınız evlər
tikməyin,
sabah
tərk edib
gedəcəyiniz
şeylərdən ötrü başqaları ilə çəkinməyin,
hüzuruna
qovuşub
hüzurunda
toplanacağınız Allahdan qorxun, gedəcəyiniz
və orada əbədi qalacağınız yer üçün hazırlıq
görün».
Məhəmməd peyğəmbər (s.)
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
H a n s ı y e rd ə x ə z in ə v a r,
k e ş iy in i ila n ç ə k ə r
Mal çoxluğu acı əzab verir insan həyatına,
Əvvəlinin dadı şəkər, axırının dadı zəhər.
İmadəddin Nəsimi
İnsanda qəflət doğuran əsas səbəblərdən biri var-dövlət hə
risliyidir. Q urani-K ərim in əl-M unafıqun surəsinin 9-cu ayəsin
də buyurulur: « ... N ə mal-dövlət, nə də oğul-uşağınız sizi Alla
hın zikrindən yayındırmasın! Hər kəs bunu etsə, belələri əsl
ziyana uğrayanlardır.» «Bilin ki, mal-dövlətiniz və övladınız si
zin üçün (Allah qarşısında) ancaq bir imtahandır...» (əl-Ənfal
surəsi, ayə 28) «Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatm a
sın. . . » (Loğm an surəsi, ayə 33)
Həzrət Əli (ə) buyurmuşdur: «Dünya ona ibrət gözü ilə ba
xanları bəsirət sahibi, onun zinətlərinə aldananları isə kor et
di.» Lakin H əzrət Əli (ə.) onu da buyurmuşdur ki, zənginlik
qürbəti vətən, kasıblıq da vətəni qürbət edər. Doğurdan da, si
nifli cəmiyyət yarandıqdan sonra kasıblıq, yoxsulluq,
məhrumiyyət həmişə olmuşdur. Kasıbın həyatı iztirablar, sı
xıntılar, əsarətlər içində keçmiş və keçir.
Vaxtilə dahi Füzuli «salam verdim rüşvət deyildir deyə al
madılar» -deyə zəmanədən şikayətlənmişdi.
Nuri-çeşmammmısan, ey pul, ya cammmısan?
İsmətim, namusum , irsim, qeyrətim, qanımmısan?
Hörmətim, fəxrim, cəlalım, şöhrətim, şanımmısan?
Müsafim, M əkkəm, Mədinəm, qibləm, ərkanımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imammmısan?
Kim deyə bilər ki, dahi Sabirin bu ildırım sürətli misralar
müasir dövr üçün əhəmiyyətini itirmişdir?! Əsla yox!
450
İntellektual ekologiya
Kasıblıq elə bir bəladır ki, insan azadlığım, zövqünü itirir,
onda həyata nifrət yaramr.
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İnsan olanın cahü-cəlalı gərək olsun,
İnsan olanın dövləti-malı gərək olsun,
Hümmət demirəm, evləri ali gərək olsun,
Alçaq, ufacıq daxmanı samanmı samrsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbabi-hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Heç bir utanırsan?!
Ya bir usanırsan?!
Allah sənə rəhmət eləsin, unudulmaz ustad! Hələ bir əsr
əvvəl Sabirimiz demişdir ki, kasıblıq dünyada üz qaralığıdır.
Bir arifin dediyi kimi, qürbət kasıblara ikiqat zindandır,
faciə onda baş verər ki, öz vətənində həm kasıb, həm də qərib
olasan.
Gecə vaxtı insan sıxıntı içində gedəcəyi yolu görmədiyi ki
mi, hər şeydən məhrum olan, vətənində özünü qərib hiss edən
kasıb şübhə içində gedəcəyi yolu görməyən «axmağa» bənzəy
ir.
Yemək, geymək və mənzil ən zəruri şeylər dir. Əgər bütün
dünyanı bir adam a bağışlasalar, bundan yalnız öz ehtiyaclarım
ödəyəcək qədər sərf edə bilər, yerdə qalan nemətlərin və sərvət
lərin hamısı ürəyə təsəlli, gözə sevinc vermək üçün yarayar və
başqaları tərəfindən istifadə edilər.
«Qabusnamə»də deyilir ki, amandır, miras xatirinə ana və
atanın ölümünü arzulama. A ta-anan ölməsə də, sənin ruzin ye
tişəcəkdir, çünki hər kəsin qisməti özünə çatacaqdır. Artıq ruzi
əldə etmək üçün özünü çox da ora-bura vurma, ora-bura so
451
Ənvər M ete Həmidov, Zəmurə Həmidova
xulmaqla ruzi artm az, ona görə deyiblər: «Zəhmət çəkməklə
yaşa, özünə əziyyət verməklə yaşam a.»
Həyatın o qədər də rəvan keçmədiyini başa düşən qədim
yunan materialist filosofu Epikür (e.ə. 341-270) gələcək nəsillə
rə çox müdrik bir kəlam qoyub getmişdir: «Nəyə qadirsənsə,
nəyin varsa, onunla kifayətlən.» (Q oşqar Əliyev, Təbabət fəl
səfəsi, Bakı, 2000, s. 139)
Qədim yunan materialist filosofu, atomistikanın banilərin
dən biri D em okrit (e.ə. 460-370) də buna bənzər maraqlı fikir
söyləmişdir: «Ağıllı o kəsdir ki, malik olmadığı şey üçün fikir
çəkmir, nəyi varsa, o n a sevinir.» (yenə orada, s. 139). O nu da
qeyd edək ki, D em okrit quldarlıq demokratiyasının ideoloqu
olmuş, bəşər tarixinin hərəkətverici qüvvəsini ehtiyac, yəni in
sanların m addi tələbatı ilə əlaqələndirmişdir. Demokritə görə,
siyasət quldarlıq dem okratiyası şəraitində azad vətəndaşların
ümumi mənafeyinə xidmət etməlidir. Quldarların mənafeyinə
uyğun əmək bölgüsünü D em okrit ictimai həyatın vacib şərti
hesab edirdi. (ASE 3-cü c., s. 374-375)
Qəribədir, ibtidai icma quruluşu dağıldıqdan sonra, hakim
təbəqənin yaranm ası ilə siyasət onlara - quldarların mənafeyi
nə xidmət etməyə başladı. M üasir dövrdə də bu siyasət davam
edir. İstismarçının və istismar olunanın adı dəyişib, lakin
ünvan eynidir. Cəmiyyətin ictimai formasiyaları dəyişdikcə bu
ədalətsizlik bu və ya digər form ada davam etmiş və etməkdə
dir. Form a başqa, məzm un eynidir, intellektual ekologiya ta
razlığının pozulma prosesi davam edir.
Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Q uruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyamn xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı dünya fırlanır.
Bəxtiyar Vahabzadə
.
«Pul əl çirkidir» - demək də düzgün deyil. Pul tədavül va
sitəsidir. İnsam n əməyi pulla qiymətləndirilir, çox vaxt obyek
452
İntellektual ekologiya
tiv olmasa da. Pulun, sərvətin çox olması dövlətin qüvvəsi de
məkdir. Hər zənginlik işıq və qüvvətdir. H ər rahatlıq və zəfərə
zənginliklə nail olmaq mümkündür. Qurani-Kərimin əz-Zuha
surəsinin 8-11-ci ayəsində M əhəmməd əleyhissalama xitabən
buyurulur: «Səni yoxsul ikən tapıb dövlətli etmədimmi?! Elə
isə yetimə zülm etmə! Dilənçini də (qapıdan) qovma! Və (həmi
şə) Rəbbinin sənə olan nemətindən söhbət aç!»
İnsan A llah yolunda sevdiyi şeylərdən sədəqə verməklə
dünya m alına məhəbbətdən yaxa qurtarm alıdır. Qurani-Kəri
min Ali İm ran surəsinin 92-ci ayəsində buyurulur: «Sevdiyiniz
şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsı
nız...»
Deməli, böyük insanlar böyük işləri bütün qüvvəti özündə
toplayan var-dövlətlə həyata keçirmişlər. Həzrət Ə bu Bəkr (ə.)
kimi varlı müsəlmanlar var-dövlətlərini Allah yolunda sərf et
məklə İslamın güclənməsinə və inkişafına səbəb olmuşlar.
M əhəmm əd peyğəmbərin (s.) doğru adam ın malını mədh
edərək: «D oğru kimsənin malı d a doğrudur» - buyurması çox
ibrətamizdir.
Arzu edirik ki, müasir «xırda padşahlar»m tükənməz var-
dövlətləri xalqın rifahına, elmə, torpaqlarımızın azad olunma
sına, sağlamlığa, əmin-amanlığa sərf olunsun. Unutmayın:
Bu dünya qalmamış ulu şahlara,
Zülm də, zalım da var ola bilməz.
Səməd Vurğun.
Əziz oxucu, indi də Qurani-Kərimin ayələrinə, müqəddəs
şəxslərin və müdrik insanların kəlamlarına müraciət edək. Əv
vəlki iki ayəni bilərəkdən bir də təkrar etmək qərarına gəldik.
453
Dostları ilə paylaş: |