Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Qurani-Kərimdə buyurulur:
Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşı
sında) a n caq bir im tahandır. Ə n böyük mükafat isə məhz Al
lah yanındadır!
əl-Ənfal surəsi, ayə 28.
Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər,
A llah isə (əksinə) sizə bağışlanm aq və bərəkət vədəsi verər...
əl-Bəqərə surəsi, ayə 268.
H əqiqətən, (m alım əbəs yerə) sağa-sola səpələyənlər şey
tanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!
əl-İsra surəsi, ayə 27.
A llah istədiyi bəndənin ruzisini bol da edər, azaldar da.
(M əkkəlilər) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki
dünya həyatı axirətin yanında çox cüzi (əhəmiyyətsiz) bir şey
dir (dünya nem əti müvəqqəti, axirət neməti isə əbədidir).
ər-Rəd surəsi, ayə 26.
H əqiqətən, mal-dövlətiniz və oğul-uşağmız (sizin üçün)
ancaq bir im tahandır. Ən böyük mükafat (Cənnət) isə Allah
dərgahındadır!
ət-Təğabun surəsi, ayə 15.
•
Sizə verilən hər hansı bir şey fani dünya mahdır. Allah ya
nında olan (axirət m ükafatları) isə daha yaxşı və daha baqidir.
əş-Şura surəsi, ayə 36.
(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sə
ləmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti
(artım ı) olm az. A llah rizasını diləyərək verdiyiniz sədəqə (zə
k at) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərə
kətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır.
ər-Rum surəsi, ayə 39.
454
İntellektual ekologiya
İnsan öz Rəbbinə qarşı çox nankordur. Və o özü də buna
şahiddir. Həqiqətən, insan var-dövlətə çox hərisdir. Məgər o
bilmirmi ki, qəbirlərdə olanlar (dirildilib) çıxarılacağı, ürəklər
də olanlar faş ediləcəyi zaman, həmin gün Rəbbi onları (özləri
nin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını ve
rəcəkdir).
əl-Adiyat surəsi, ayə 6-11.
(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qo
hum-əqrəba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi
(başınızı o qədər qatdı) ki, hətta (məzarlıqda yatan ölülərinizi
sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziy
arət etdiniz.
ət-Təkasur surəsi, ayə 1-2.
Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xatirinə
xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah
sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!
Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara ver
diyi ruzidən (yoxsullara) sərf etsəydilər nə olardı (nə zərər çə
kərdilər)?!
ən-Nisa surəsi, ayə 38-39.
Məhəmməd peyğəmbər ( s.) buyurmuşdur:
Elə bir zam an gələcək ki, adam bilməyəcək aldığı halal
maldır, yoxsa haram mal.
İmam Əli (ə.) buyurmuşdur:
Allah-Təala mal-dövləti infaq etmək üçün xəlq edib, cəm
edib saxlamaq üçün yox! Allah elmi əməl etmək üçün xəlq
edib, mübahisə edib fəxr etmək üçün yox! Adəmi ibadət etmək
üçün xəlq edib, xoşgüzaranlıq, əyyaşlıq etmək üçün yox!..
455
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Dünya o na ibrət gözü ilə baxanları bəşərin sahibi, onun zi
nətlərinə aldananları isə kor etdi.
N izam i Gəncəvi kəlamlarından:
Dəli o şəxsdir ki, dünya varını,
Çox sevib bərkidir ev hasarını.
***
Qəlbini çalmasın bu mal, b u dövlət,
Azı bir zillətdir, çoxu fəlakət.
Sevinmə əlinə çox dövlət düşcək,
Çünki çirkinlikdir pulçün sevinmək.
***
Ürəklə çalışmaz varı olanlar,
Əlindən var-yoxu getməkdən qorxar.
Bu dünya malına uym a çox, zinhar,
Hər sadə keçinən asudə yaşar.
Var-dövlətə qul olm aq bihudə bir həvəsdir,
H əyatım n bəhrəsi bircə anlıq nəfəsdir.
Əfzələddin Xaqani kəlamlarından:
X aqani, sən uyma vara, dövlətə,
Dövlət bir kölgədir, deyil payidar.
***
Kim in qızıldadır gücü, yəqin, bil,
O quldur, qızılın sahibi deyil.
Baxm a ki, dövlətə çatdıqca xoşsan,
O ndan d a kül qalar sonda yadigar.
Dövlətin əvvəli qürur olsa da,
O rtası ləhvdir, sonu tarimar.
456
İntellektual ekologiya
***
Hünər sahibləri, ağıllılar da
Dərdi-sər içində edir ahü-zar.
Şahlıq tacı qoyan kədərsiz olmaz
Xəzinə üstündə yatır şahimar.
Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəh
bərlik edən ancaq təmiz vicdanın olsun.
Qızıl həm oğrudur, həm də gülbədən,
Üz döndər bu kimi ikiüzlüdən.
H ər kim qızıl yığıb töksə kisəyə,
Kisə tək boğazı keçər ilməyə.
***
Uşağa xoş gələr qırmızı, sarı,
Kişi cummaz lələ, qızıla sarı.
Xaqaniyəm, sərvət eşqi ağlı başdan ala bilməz,
Sərvət - dövlət bir kölgədir, çıxar yoxa, qala bilməz.
Dövlətinə qürrələnən kamillikdən, bil, uzaqdır,
O d içində qarğı atla cövlan edən bir uşaqdır.
Əbülqasim Firdovsi kəlamlarından:
Hasil olur ancaq zəhmət ilə mal,
Zəhmətsiz xəzinə tapm az boş xəyal.
Sədi Şirazi hikmətləri:
Kimin səxavəti az, sərvəti çoxdursa, o, zahirdə varlı, əslin
də yoxsuldur.
Bir çörək doldurar bağırsaqları,
D ar gözü doydurmaz dünyanın malı.
457
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Yar-dövlət olm asa dərd çəkər insan,
O landa, rahatlıq yox olur ondan.
Xülasə, belədir bu qoca dünya,
Ə zabdır olsa da, ya olmasa da.
İtaət olsaydı pul ilə əgər,
Çoxları ulağtək batardı gilə.
Yüz dəfə əlhəmd oxuyar, amma
Zərərə qatlaşm az bir dinar belə.
***
Biliklə artsaydı insanın varı,
A cından ölərdi aləmdə nadan.
Q anm aza o qədər dövlət çatır ki,
Qalır b u əmələ yüz alim heyran.
Mövlana:
Mala, mülkə həddindən artıq sarılma ki, vaxtı gəlincə
asanlıqla onu əlindən verməyi bacarasan! Həm asanlıqla verib
gedəsən, həm də səvab qazanasan! Sən, səni belə möhkəm tu
tana sarıl ki, əvvəl də odur, axır d a odur! Onu tapmaq istəyir
sənsə, könül gəmini batıracaq nə qədər nəfsani varsa, içindən
çıxarıb at ki, m uradına nail olasan.
İmadəddin Nəsimi:
Başa keçən tacdan ötrü başdan keçər şalla soltan,
Tac sövdası daşım asan, başın qalxıb ərşə dəyər.
Dövlət fikri gecələr də qoymayır ki, uyuyasan,
Sən ölərsən, dövlətindən varislərin keflər çəkər.
Öyünmə ki, H aru n kimi xəzinələr sahibisən,
H ansı yerdə xəzinə var - keşiyini ilan çəkər.
458
İntellektual ekologiya
İpək üstə, atlas üstə can verənin vay halına,
Torpaq üstə, tikan üstə can çəkişən asan ölər.
Qafil olub öz ömrünü var yığmağa sərf eyləyər,
Öləndəsə Əzrailin hüzurunda boyun bükər.
İşin qalsa Əzrailə, qızılının nə faydası,
Gərək nağdı can verəsən, qızıl orda çətin keçər.
Ağlın varsa, gəl gömülmə qızıl üçün torpaqlara,
Mal hərisi məhşər günü siçan kimi çox sürünər.
Zər eşqini başdan çıxart, qəbrindəki sandıq ki, var,
İtaətlə haqqı anm aq yeridir o, nəinki zər.
Əbdürrəhman Cami:
M alın nə qədər çox olursa-olsun, onunla qürrələnmə,
çiinki gec-tez zamanın gərdişindən puç olub gedəcəkdir.
Saib Təbrizi:
Dövlətin çoxluğundan məst olm am aq kişilikdir.
Əbül Fərəc:
O adam ki, özünə lazım olduğundan artıq pul yığmağa can
atır, o, pulu özgəsi üçün yığır.
Məmmədbağır Xalxali:
Qızıla, gümüşə uyma dünyada,
Vermə pul yığmaqla ömrünü bada.
Nəfəsin sönməmiş, dostlarınla ye,
Öldün, düşmən yeyər, bunu sal yada.
459
Dostları ilə paylaş: |