142
Şəkil 34. İzolyasiyanın dəyişən yüksək gərginlikdə sınağını aparmaq
üçün istifadə olunan qurğunun prinsipial elektrik sxemi.
110kV gərginlikli paylaşdırıcı qurğularda asma
izolyatorlardan yığılmış zəncirlər (girlyandalar) və dayaq
izolyatorlardan quraşdırılmış sütunlardan istifadə olunur.
İstismar zamanı, ayrı – ayrı izolyator üzrə gərginliyin
paylanmasını ölçməklə ümumi zəncirin və ya sütunun
izolyasiya vəziyyətini yoxlayırlar. Bu məqsədlə xüsusi ölçü
ştanqalardan istifadə edilir. Yoxlama əməliyyatının iki
nəfərdən az olmayan və xüsusi olaraq öyrədilmiş işçilər
tərəfindən aparıla bilər. Əməliyyat işçilərindən böyüyünün
(vəzifəcə) kvalifikasiya qrupu IV, qalanlarınkı isə III-dən az
olmamalıdır. Ölçmə (ştanqa ilə) yerdən, dayağın üstündən və
ya teleskopik qüllədən aparılır. Şimşək çaxan zaman,
dumanda, yağışda və ya sulu qarda ştanqa ilə ölçü aparmağa
icazə verilmir.
Ştanqa ilə ölçü aparılan zaman, işçilərdən biri ölçü
aparır, digəri isə yerdə dayanaraq ona nəzarət edir. Ştanqa ilə
işləyən zaman qoyulmuş qaydalara əsasən işicraçısı ilə
cərəyan keçirən hissələr arasındakı məsafəyə (35kV – 1m,