Ə. Q. Abbasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   ...   31   32   33   34   35   36   37   38   39

142 
 
 
 
 
 
 
 
 
 
Şəkil 34. İzolyasiyanın dəyişən yüksək gərginlikdə sınağını aparmaq 
üçün istifadə olunan qurğunun prinsipial elektrik sxemi. 
 
110kV  gərginlikli  paylaşdırıcı    qurğularda  asma 
izolyatorlardan  yığılmış  zəncirlər  (girlyandalar)  və  dayaq 
izolyatorlardan  quraşdırılmış  sütunlardan  istifadə  olunur. 
İstismar  zamanı,  ayrı  –  ayrı  izolyator  üzrə  gərginliyin 
paylanmasını  ölçməklə  ümumi  zəncirin  və  ya  sütunun  
izolyasiya  vəziyyətini  yoxlayırlar.  Bu  məqsədlə  xüsusi  ölçü 
ştanqalardan  istifadə  edilir.  Yoxlama  əməliyyatının  iki 
nəfərdən  az  olmayan  və  xüsusi  olaraq  öyrədilmiş  işçilər 
tərəfindən  aparıla  bilər.  Əməliyyat  işçilərindən  böyüyünün 
(vəzifəcə)  kvalifikasiya  qrupu  IV,  qalanlarınkı  isə  III-dən  az 
olmamalıdır. Ölçmə (ştanqa ilə) yerdən, dayağın üstündən və 
ya  teleskopik  qüllədən  aparılır.  Şimşək  çaxan  zaman, 
dumanda, yağışda  və ya  sulu  qarda  ştanqa  ilə ölçü  aparmağa 
icazə verilmir. 
Ştanqa  ilə  ölçü  aparılan  zaman,  işçilərdən  biri  ölçü 
aparır, digəri isə yerdə dayanaraq ona nəzarət edir. Ştanqa  ilə 
işləyən  zaman  qoyulmuş  qaydalara  əsasən  işicraçısı  ilə 
cərəyan  keçirən  hissələr  arasındakı  məsafəyə  (35kV  –  1m, 


143 
 
110KV – 1,5m) əməl edilməlidir. 
Elektrik  maşınlarının,  transformatorların,  kabellərin  və 
naqillərin  izolyasiyasının  müqavimətini  meqometrlə  (1000V 
və  ya  2500V  gərginlikdə  işləyən)  ölçülür.  Meqometr  ilə 
kabellərin  və  kondensatorların  izolyasiya  müqavimətini 
ölçdükdə onlar müəyyən dərəcədə yüklənir və onların uclarına 
adam  toxunduqda  təhlükə  hiss  olunur.  Meqometr  ilə  ölçü 
aparan şəxsin kvalifikasiya qrupu III-dən aşağı olmamalıdır.  
Meqometri  işə  salmazdan  əvvəl,  sınağı  aparılan 
avadanlığa toxunan adamlarının olmamasını təyin olunmalıdır. 
Cərəyanölçən qısqacla (kleş) yükləri ölçmək əməliyyatı 
təhlükəli  sayılır,  çünki,  ölçü  aparan  şəxs  çəpərlənmiş  cərəyan  
keçirən hissələrə yaxın olur. Bu əməliyyat iki nəfər tərəfindən 
aparılır,  böyük  işçinin  (vəzifəcə)  kvalifikasiya  qrupu  IV, 
ikincisininki  isə  III-dən  aşağı  olmamalıdır.  Ölçü  aparan  şəxs 
dielektrik  əlcəklər  taxmalı  və  şkaladan  (cədvəldən)  qiymətlər 
götürəndə üzünü cihaza yaxınlaşdırılmalıdır. 
Kabellərin damarlarının yükünü ölçdükdə damarlar arası 
məsafə 250mm –dən az olmalıdır.  
 
 
 
 
 
 
 
 
 
 


144 
 
4. ELEKTRİK QURĞULARININ 
QURAŞDIRILMASINDA TƏHLÜKƏSİZLİK 
TEXNİKASI 
 
Ümumi məlumat 
 
Təzə  müəssisələrin  tikintisində  elektrik  quraşdırma 
işlərini,  bir  qayda  olaraq,  xüsusi  quraşdırma  işləri  ilə  məşğul 
olan  təşkilatlar  tərəfindən  aparılır.  Elektrik  avadanlıqlarının 
quraşdırılması  üzrə  ayrı-ayrı  və  həcmcə  kiçik  olan  işlər, 
sənaye  müəssisələrinin  elektrik  sexlərinin  və  şöbələrinin 
təmir-quraşdırma briqadaları tərəfindən görülür. 
Elektrik 
qurğularının 
layihələndirilməsi 
və 
quraşdırılması  energetika  nazirliyinin  texniki  idarəsi 
tərəfindən  təsdiq  edilmiş  təhlükəsizlik  qaydalarına  əsasən 
aparılır. 
Quraşdırma  işlərinə  başlamazdan  öncə,  iş  icraçısı  və 
cavabdeh  rəhbərlər,  ustalar  və  fəhlələrlə  işin  təhlükəsiz 
metodlarla aparılması haqda təlimat keçməlidir. 
Tikinti-quraşdırma    sahələr  üzrə  ustalar,  elektrik 
quraşdırma  işlərini  düzgün  və  təhlükəsiz  aparılmasını  təmin 
etməlidir.  Bundan  başqa  onlar  taxtadan  quraşdırılmış 
qurğuların  və  çəpərlərin  vəziyyətini  yoxlamalı,  iş  yerlərinin 
təmizliyinə,  sahman-səliqəyə  və  tələb  olunan  işıqlanmaya 
nəzarət etməlidir. 
 
 
 
 


145 
 
4.1 Hava xətlərinin quraşdırılması 
 
Hava xətlərinin quraşdırılması (çəkiliş), materialların və 
işçilərin  hündürlüyə  qaldırılması  ilə  əlaqədar  olduğundan, 
adamların düşməsi, əzilməsi və yaralanması təhlükəsi yaranır. 
Hava  xətlərinin  quraşdırlmasında  məlum  olduğu  kimi 
dayaqların  qaldırılması  və  aşağı  salınması,  mexanizmlərin  
köməyilə  yerinə  yetirilir.  Dayağın  aşağı  hissəsini  çala 
istiqamətində  endirərkən,  çalada  heç  kəs  olmamalıdır.  Tam 
doldurulmuş  çalanı  (yəni  yarımçıq  qalmış)  nə  fasilədən 
sonraya,  nə  də  növbəti  iş  gününə  saxlamaq  olmaz.  Hava 
xətlərini  yaşayış  sahələrində  quraşdırdıqda,  iş  rəhbəri 
quraşdırılan  obyektin  mühafizəsini  təmin  etməli,  iş  görülən 
sahədə kənar şəxslər olmamalıdır. 
Dayaqların  və  xətlərin  quraşdırılması  işlərində  tətbiq 
edilən  mexanizmlərə  xidmət,  xüsusi  olaraq  hazırlıq  kursları 
keçmiş işçilərə icazə verilir. 
Quraşdırma  işçiləri,  iş  zamanı  istifadə  edilən  siqnal 
işarələri  (yükün  qaldırılması  və  aşağı  salması  zamanı) 
bilməlidir. 
Ağac  dayaqlara  çıxmaq  üçün  xüsusi  olaraq  hazırlanmış 
iti  uclu  caynaqlardan,  dəmir-beton  dayaqlara  isə  xüsusi 
qırmaqlardan  istifadə  edilir.  Mürəkkəb  polad  və  dəmir-beton 
konstruksiyalara  çıxmaq üçün adətən  teleskopik qüllədən və 
ya onu əvəz etmək üçün xüsusi nərdivanlardan istifadə olunur 
(dayanıqlı və etibarlı). 
Yüksəklikdə  işləyən  quraşdırıcının  lazımi  alətləri,  onun 
əyninə geymiş montyor qurşağının ciblərində yerləşdirilir. 
Yuxarıdan düşən alətlərin və ya materialların təsirindən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə