Ə. Q. Abbasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   ...   31   32   33   34   35   36   37   38   39

150 
 
Qeyd  olunan  işləri  yerinə  yetirdikdə  rotorun  stator 
hissəsindən  çıxarılması  və  yenidən  qoyulması,  muftaların, 
şkivlərin  və  s.  valda  oturtmaq  və  ya  çıxarmaq  üçün  xüsusi 
tərtibatlardan,  paza  malik  qaldırıcılardan  (domkratlar), 
pnevmatik  alətlərdən  istifadə  olunur.  Bütün  tərtibatlar,  alətlər 
və mexanizmlər tam işə yararlı vəziyyətdə olmalıdır. 
Elektrik  avadanlıqlarının  yük  qaldıran  maşınlarla 
qaldırılması,  bu  məqsədlə  nəzərdə  tutulmuş  hissələrdən 
(məsələn,  bolt,  kronşteyn  və  s.)  istifadə  etməklə  yerinə 
yetirilməlidir.  Əks  halda  yük  düşə  bilər,  adamlara  xəsarət 
yetirə bilər və nəhayət avadanlığın əzilməsinə gətirib çıxarar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 35. Mühərriklərin çatı ilməsi (buraz)  
a-düzgün; b - qeyri-düzgün (düzgün olmayan) 
 
 
 


151 
 
4.4 Daxili elektrik şəbəkələrinin və idarə aparatlarının 
quraşdırılması 
 
Elektrik  şəbəkələrinin  quraşdırılması,  adətən  müxtəlif 
mexanikləşdirmə  vasitələrinin  tətbiqi  ilə  aparılır.  Quraşdırma 
işləri iki mərhələdə aparılır: 
1)
 
elektrik  enerjisi  ötürülən  trassanın  hazırlanması, 
deşmə və bərkitmə əməliyyatların yerinə yetirilməsi; 
2)
 
naqillərin, şitlərin və aparatların qoyuluşu. 
Elektrik  quraşdırıcısı  işçilərinin  paltarı  bədənə  sıx 
olmalıdır və başı geyimli və ya yüngül mühafizə kaskasından 
istifadə etməlidir. Deşiklər açan zaman mühafizə kaskasından 
istifadə etməlidir. Deşiklər açan zaman mühafizə eynəklərdən 
istifadə  olunmalıdır.  Boruları  əydikdə,  onlardan  naqillər 
çəkdikdə,  naqillərə  və  troslara  dartılma  qüvvələri  tətbiq 
etdikdə,  işçilər  mütləq  brezent  əlcəklər  geyinməlidir. 
Lehimləmə və qaynaq işlərində isə mühafizə eynəklərindən və 
əlcəklərdən istifadə edilməlidir. Dayaqlarda en kəsiyi 4mm
2
 –
dən  çox  olan  naqillərin  çəkilişi  zamanı  quraşdırılmış 
nərdivanlardan 
yox,  şəkillərdən  istifadə  olunmalıdır. 
Quraşdırma  nərdivanların uzunluğu 5m-dən çox olmamalıdır. 
Nərdivanın  yuxarı  (ikinci  pilləsində)  pillələrində  durub  və  ya 
iki  işçinin  birlikdə  işləməsinə  icazə  verilmir.  Nərdivanların 
aşağı  uclarına  mismarlar  vurulur  və  ya  rezin  sonluqlar 
geydirilir (sürüşmənin qarşısını almaq üçün). 
Qrup  halında  olan  şitləri  və  kommutasiya  aparatlarını 
xüsusi konstruksiyalarda quraşdırmazdan öncə, onların etibarlı 
bərkidilməsinə  fikir  verilməlidir.  Müəyyən  hündürlükdə 
quraşdırılmış  aparatlarının  düşməsinin  qarşısını  almaq  üçün 
onları konstruksiyaya birləşdirmək vacibdir. 


152 
 
5. YANĞIN PROFİLAKTİKASI VƏ ELEKTRİK 
QURĞULARINDA   YANĞININ SÖNDÜRÜLMƏSİ 
 
5.1 Yanma və yanğın təhlükəsi 
 
Ölkəmizdə 
sənaye 
müəssisələrinin 
yanğından 
mühafizəsinə böyük diqqət yetirilir. 
Yanğına  qarşı  texnikanın  inkişafına  aid  hərtərəfli  və 
sistematik  işlərin  aparılması  və  yanğın  profilaktikasına  aid 
tədbirlərin  hazırlanması  Fövqəladə  Hallar  Nazirliyinin 
nəzdindəki  yanğından  mühafizənin  baş  idarəsinə  həvalə 
olunmuşdur. 
Yanğın profilaktikasına aid məsələlər, Elmlər 
akademiyasının institutlarında, elmi-tədqiqat institutlarında və 
ali məktəblərdə həll edilir.  
Yanma və partlayış. Yanma maddənin havanın oksigeni 
ilə birləşərək sürətlə gedən kimyəvi reaksiya olub, ətrafa istilik 
və  işığın  saçması  ilə  müşahidə  olunur.  Yanma  həmçinin  bir 
sıra  maddələrin  təkcə  oksigenlə  yox,  digər  reagentlərlə 
(məsələn, bromun, kükürdün, xlorun buxarları) birləşməsindən 
baş verə bilər. 
Yanma  prosesi  başlayandan  sonra,  alışmanın  daimi 
mənbəyi  bilavasitə  yanma  zonası  olub,  ordan  istilik  və  şüa 
formasında enerji ayrılır. 
Yanan  maddələr  kimi  müxtəlif  bərk  maddələr  (kömür, 
ağac,  kağız,  kauçuk,  kükürd,  steorin  və  s.,  mayelər  (neft, 
mazut,  kerosin,  benzin,  benzol,  toluol  və  s.)  və  qazlar 
(hidrogen, metan, propan və s.) tətbiq olunur. 
Bəzi  yanan    bərk  maddələr  qızdırıldıqda  buxarlanırlar 


153 
 
(kükürd,  stearin,  kauçuk).  Daş  kömür,  ağac,  kağız,  parçalar 
kimi  bərk  maddələr  qızdırıldıqda  qaz  halında  məhsullara  və 
bərk  maddəyə  (kömür)  parçalanır.  Bəzi  yanan  bərk  maddələr 
qızdırıldıqda ərimir və parçalanmır. Maye halında olan yanan 
maddələr qızdırıldıqda buxarlanır və yanma prosesində onların 
buxarları iştirak edir. 
Beləliklə,  yanar  maddələrin  əksəriyyəti  qızdırıldıqda 
qaz  və  ya  buxar  halına  keçir  və  hava  ilə  yanar  qarışıq  əmələ 
gətirir.  Yanar  qarışıqlar,  maye  və  bərk  halında  olan  yanar 
maddələrin  (benzin,  kerosin  və  s.)  havada  tozlanması  zamanı 
da yarana bilər. Yuxarıda qeyd etmişdik ki, yanar maddələrin 
əksəriyyəti  qaz  və  buxar  fazalarında  alınır.  Ona  görə  də 
maddələrin yanması alışma halından başlanır. 
Alışma  –  yanar  maddələrdən  ayrılan  qazların  və 
buxarlarının  hava  ilə  qarışığının  qığılcım  və  ya  məşəlin 
təsirindən ani olaraq yanmasıdır. 
Alovlanma  -    bərk  maddənin  bir  hissəsinin  alışmanın 
təsirindən yanmasına deyilir. 
Yanar  qarışığın  alovlanmaya  hazır  olması,  onun 
tərkibindəki buxarların və ya qaz məhsullarının buraxılan hədd 
qiymətinə,  bəzi  qarışıqlar  üçün  isə  temperaturuna  görə  təyin 
edilir.  Elektrik  qurğularının  istismarında  tez-tez  rast  gəlinən 
bəzi  qazların,  mayelərin  və  bərk  maddələrin  yanğın  təhlükəsi 
xarakteristikaları cədvəl 1,2 və 3-də  verilmişdir. 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə