Ə. Q. Abbasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   ...   31   32   33   34   35   36   37   38   39

146 
 
zədələrin  alınmaması  üçün  iş  görülən  dayağın  və  ya  qüllənin 
altında dayanmaq qadağan edilir. 
Dayaqlara  ağır  əşyaları  (armatur,  kabel  muftaları, 
ayrıcılar və s.) qaldırmaq üçün blokdan aşırılmış xüsusi ipdən 
istifadə  edilir,  ağır  yüklərin  qaldırılması  dayaqdan  kənarda 
yerdə dayanmış fəhlələr tərəfindən görülür. 
Naqillərin açıb-bağlanması zamanı əlləri zədələnməkdən 
qorumaq üçün brezent əlcəklərdən istifadə olunur.  
Hava  xətlərinin  quraşdırılması  və  ya  sökülməsi 
əməliyyatında  uzunluğu  3-5km  olan  sahələrdə  iş  görülərkən, 
həmin  sahədə  naqilləri  torpaqlamaq  və  ya  bir-birilə  qısa 
qapamaq    lazımdır  (yaxınlıqda  gərginlik  altında  olan  xətlərin 
və ya ildırım buludlarının təsirindən qorumaq üçün). 
 
4.2 Kabel xətlərinin quraşdırılması 
 
Hazırda  kabel  xətlərinin  yeraltı  çəkiliş  işlərinin  çox 
hissəsini 
mexanikləşdirilib 
və 
əl  əməyi  minimuma 
endirilmişdir.  Bu  işlərdə  əsas  təhlükəsizlik  tədbirləri,  işçilər 
tərəfindən  kabelləri  barabanlardan  açması  və  xəndəklər 
vasitəsilə  çəkiliş  zamanı  alına  biləcək  zədə    və  yaraların 
qarşısını  almaqdır.  Üzərinə  kabel  sarınmış  barabanların 
hərəkəti  yolunda  işçilərin  dayanması  qadağan  edilir  (Baraban 
işçiyə toxuna bilər və onu zədələyə bilər). 
Adətən 
kabeli 
barabandan, 
trassanın 
sonunda 
quraşdırılmış  xüsusi  tərtibat  bucurqard  (ağırlıq    qaldıran 
mexanizm)  vasitəsilə  açırlar.  Bu  əməliyyatda  az  güc  sərf 
etmək  məqsədilə  trassada  xüsusi,  döngələrdə  isə  künc 
roliklərindən  istifadə  edilir.  Kabelləri  əllə  açan  zaman 


147 
 
döngələrdə onların dartılması qəti qadağan edilir.  
Kabellərin  xəndəklərdə,  bloklarda  və  tunellərə  çəkilişi 
zamanı brezent əlcəklərdən istifadə edilməlidir. 
Adamlar  üçün  xüsusi  təhlükə,  kabel  barabanlarını 
dəmiryol 
vaqonlarının 
platformalarından 
və 
ya 
avtomobillərdən  boşaldılan  zaman  yarana  bilər.  Kabel 
barabanlarını  əllə  boşaldanda  15
0
-yə  malik  maili  müstəvidən 
(tirlərdən,  borulardan  hazırlanmış)  istifadə  olunmalıdır,  bu 
zaman  barabanlar  iplərin  köməyilə  onların  hərəkətinin  əksinə 
dartılmalıdır. Əgər kabel əllə çəkilirsə, onda hər adama düşən 
yük  35  kq-dan  çox  olmamalıdır.  Bəzən  kabelləri  divarlar, 
binalar  və  qurğu  konstruksiyaları  üzrə  yerdən  və  ya 
döşəmədən  xeyli  hündürlükdə  çəkmək  lazım  gəlir.  Bu  illər 
möhkəm şəkil üstündə durmaqla yerinə yetirilir. Nərdivandan 
hündür  yerlərdən  kabellərin  çəkilişində  istifadə  etmək 
qadağandır. 
Qış  vaxtında  kabellərin  örtüklərinin  və  izolyasiyasının 
dağılmasının qarşısını almaq üçün onları qızdırırlar. Muftanın 
içərisində  və  ya  “qıf”  da  kabel  damarlarının  təmiri  aparılan 
zaman  hopdurucu  kütləni  120
0
-130
0
C-yə  qədər  qızdırılır. 
Qızdırılmış  kütlənin  ətrafa  sıçraması  nəticəsində  iş  icraçısı 
yanmalar  (yanıqlar)  ola  bilər.  Ona  görə  bu  proses  təhlükəli 
sayılır  və  bunun  qarşısını  almaq  üçün  qızdırılan  kütlənin 
temperaturuna termometr ilə nəzarət edilir. Qızdırılan kütlənin 
temperaturunu  qaynama  dərəcəsinə  çatdırmaq  olmaz,  çünki 
qaynama  zamanı  alınan  buxarların  hava  ilə  qarışığı  partlayış 
törədə bilər, bu da işçilərin həyatı üçün təhlükəlidir. Qızdırılan 
kabel kütləsini ancaq metal çubuqla qarışdırırlar (ağac çubuqla 
qarışdırmağa icazə verilmir, çünki ağacın tərkibindəki nəm, su 


148 
 
kütləyə  keçə  bilər)  və  hazır  kütləni  brezent  əlcəklərdən  və 
mühafizə eynəklərindən istifadə etməklə muftaya və ya “qıfa” 
doldururlar.  Kabellərin  damarlarını  lehimlədikdə  də  yuxarıda 
qeyd  edilən  təhlükəsizlik  tədbirlərinə  əməl  olunmalıdır. 
Epoksid  kompaundu  doldurulmuş  muftada  kabellərin 
soyuması  prosesi,  epoksid  qatranının  və  onun  həlledicisinin 
insan  bədəninə  zərərli  olduğundan  təhlükəli  sayılır.  Epoksid  
qətranla işləməyə yaşı 18 yuxarı, tibbi müayinədən keçmiş və 
təhlükəsizlik  tədbirləri  ilə  tanış  olmuş  şəxslərə  icazə  verilir. 
Epoksid  kompaundunun  və  həlledicinin  işçinin  dərisinə 
təsirinin  qarşısını  almaq  üçün  rezin  və  ya  polietilen 
əlcəklərdən istifadə edilir. 
Dəriyə kompaund və ya həlledici düşdükdə, təcili olaraq 
onu  yumşaq  kağız,  solfetka  ilə  götürülməli  və  yerini  3%  -li 
limon turşusu və ya sabunla istisu ilə yuyulmalıdır. 
 
4.3 Paylaşdırıcı qurluşların, güc transformatorlarının və 
elektrik maşınlarının quraşdırılması 
 
Paylaşdırıcı  qurluşların,  güc  transformatorlarının  və 
elektrik  maşınlarının  quraşdırılması,  elektrik  avadanlıqlarının 
ağır  hissələrinin  yerdəyişdirilməsi,  müəyyən  hündürlüyə 
qaldırılması  və  bəzi  çilingər  işlərinin  görülməsi  ilə  əlaqədar 
olduğundan  adamların  əzilməsi  və  yaralanması  halları 
mövcuddur. 
Çəkisi  20kq-dan  çox  olan  avadanlıq  və  konstruksiya 
hissələrini iki işçi qaldırmalıdır, 50kq-dan  yuxarı isə blokların 
və ya bucurqardların köməyilə qaldırılır. 
Ayrıcıları,  qısa  qapayıcıları  və  digər  kostruksiyalarının 


149 
 
yerini  dəyişdikdə  və  qaldırıldıqda,  onların  dəstəklərini 
“qoşulub” vəziyyətində olmalıdır. Bütün kəsicilər, avtomatlar, 
elektromaqnit  intiqalları  və  başqa  yayla  ilkin  vəziyyətə 
qaytarılan  aparatları  “açılıb”  vəziyyətində  yerini  dəyişdirilə 
bilər. 
Avtomatik  inteqala  malik  kəsicilərin,  ayrıcıların  
tənzimlənməsi zamanı təsadüfən inteqalların birləşdirilməsi və 
açılmasının  qarşısını  alan  tədbirlər  görülməlidir.  Bunun  üçün 
idarə dövrlərindən əriyən telli qoruyucular çıxarılır. 
Transformatorları 
dəmiryol 
platformalardan 
boşaldılarkən,  mütləq  mailliyi  10
0   
-dən  çox  olmayan  enişdən  
(qabaqcadan  hazırlanmış)  istifadə  olunmalıdır.  Enişdən  
istifadə  edib  iş  görən  zaman,  bucurqarddan  istifadə  etməklə 
əks istiqamətdə tormozlama momenti yaradılır. 
Nüvəni  transformatorun  bakından  (gövdəsindən) 
çıxartdıqda  və  ya  daxil  etdikdə,  nə  nüvədə,  nə  də  bakda 
müəyyən  işlər  görməyə  icazə  verilmir.  Bu  işləri    nüvəni 
bakdan  tam  xaric  etdikdən  və  möhkəm  oturacaqda 
yerləşdirdikdən  sonra aparıla bilər. 
Bəzən 
güc  transformatorunun  qapağı  yarımçıq 
qaldırılmış  vəziyyətdə  işlər  görmək  lazım  gəlir.  Qapağın 
gözlənilmədən  düşərək,  qəza  vəziyyətinin  yaratmasının 
qarşısını almaq üçün, qapaqla gövdə arasında etibarlı dayaqlar 
qoymaq tələb olunur.  
İri  elektrik  maşınlarının  və  fırlanan  çeviricilərinin 
quraşdırılmasında,  özül  və  oturacağın,  stator  və  rotoru  üçün 
yastıq  dayaqların  hazırlanması,  sürüşmə    yastıqlarının 
sazlanması,  yarımmuftalarının və şkivlərin valda oturdulması 
və firça mexanizmlərinin quraşdırlması tələb olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə