Ə. Q. Abbasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

134 
 
qurluşlarda  –  dəhlizlərin,  xidməti  otaqların  və  idarə 
şitlər yerləşmiş otaqların təmizlənməsi.  
2.
 
İşıqlandırma  aparatlarının  təmiri  və  lampaların 
dəyişdirilməsi  (işıqlandırma  şəbəkəsindən  gərginlik 
götürüldükdə);  rabitə  aparatlarının  təmiri;  elektrik 
mühərriklərinin  fırçalarını  təmizləməsi;  çəpərlərdə 
yazıların yazılması. 
3.
 
paylaşdırıcı  qurluşlarının  yerləşdiyi  binanın  tikinti 
hissəsi  üzrə  təmir  işləri;  avadanlıqların  fundamentini 
və  portallarını  hazırladıqda,  kabel  kanallarının 
doldurulması, yolların təmiri və s. 
4.
 
Gərginlikdən açılmış transformatorların qurudulması, 
yağtəmizləyici  aparatlara  xidmət  etməsi;  yağ 
transformatorlarda 
havaquruducu 
süzgəclərin 
yoxlanması. 
Bu  işlər  əməliyyat  işçilərdən  bir  və  ya  təmir  işçilərdən 
isə  iki  nəfər  (kvalifikasiya  qrupu  III  az  olmayan)  tərəfindən 
yerinə yetirilir. 
5. Quraşdırma, yoxlama, tənzimləmə; ölçü cihazlarının, 
rele  mühafizəsi,  avtomatika,  telemexanika  və  rabitə 
qurluşlarının 
şitlərdən 
açması 
və 
təmirdən 
sonra 
quraşdırılması  (1000V-a  qədər),  ikinci  dövrlərdə  iştirak  edən 
ayrıcıların  intiqallarında  görülən  işlər,  eləcə  də  paylaşdırıcı 
qurluşlarda  idarə  dəhlizlərində,  harda  çəpərlənməmiş  cərəyan 
keçirən  hissələr,  keçidin  altında  35kV-a  qədər  gərginliklər 
üçün  2,75m  hündürlükdə  quraşdırılıb,  görülən  işlər.  Bu  işlər, 
sərəncam  üzrə  əməliyyat  işçilərdən  bir  nəfər  (kvalifikasiya 
qrupu  IV  aşağı  olmayan)  tərəfindən  yerinə  yetirilir  və 
əməliyyat jurnalında qeyd edilir. 


135 
 
Yuxarıda sadaladığımız işlərdən başqa, istehsal lüzumu 
olduqda  əməliyyat  işçisinə  və  ya  onun  nəzarəti  altında 
naryadsız,  sərəncam  üzrə  kiçik  (həcmcə)  və  qısa  müddətli  (1 
saata  qədər)  işlər  (həm  gərginlik  altında,  həm  də  gərginlik 
götürüldükdən  sonra)  görməyə  icazə  verilir.  Gərginlikdən 
açmaqla  və  müvəqqəti  torpaqlayıcı  qoymaqla  aşağıdakı  işləri 
görməyə  icazə  verilir:  elektrik  mühərrikini  qidalandıran 
kabelin birləşdirilməsi (açması), transformatordan ayrılmaların 
dəyişdirilməsi,  şinlərdə  və  avadanlıqlarda  bərkitmə  işlərinin 
aparılması, aparatlara lazım olduqda (səviyyə aşağı düşdükdə) 
yağın doldurulması. Bu işlər, kvalifikasiya qrupu III-dən aşağı 
olmayan iki nəfərdən az olmayaraq işçilər tərəfindən görülür. 
Gərginlik  altında  olan  cərəyan  keçirən  hissələrdən 
gərginlik götürülmədən aşağıdakı işləri görməyə icazə verilir: 
cərəyanölçən  qısqacla  (kleş)  yükün  ölçülməsi;  ştanqa  ilə 
kontaktların  qızmasının  yoxlanması  (ştanqanın  işçi  hissəsinə 
bir  tikə  mum  bərkidilir),  yağın  əlavə  edilməsi  və  nümunənin 
götürülməsi  və  s.  Bu  işlər,  kvalfikasiya  qrupu  IV-dən  aşağı 
olmayan  əməliyyat  işçisinin  iştirakı  və  nəzarəti  altında  iki 
nəfər görür. 
 
Gərginlik götürülmədən aparılan  
işlərdə təhlükəsizlik tədbirləri 
 
Yuxarıda qeyd olundu ki, bəzi hallarda cərəyan keçirən 
hissələrdən gərginlik götürülmədən müəyyən işlər aparılır.  Bu 
işlər, bir qayda olaraq, naryad üzrə iki nəfərdən az olmamaqla 
aparılır.  Naryadsız  bu  işləri  elektrik  qurğusunun  əməliyyat 


136 
 
işçiləri tərəfindən görülə bilər. 
Gərginlik götürülmədən cərəyan keçirən hissələrə yaxın 
iş aparılarkən, gərginlik altında olan hissələrə nəzərən minimal 
buraxılan  məsafə  saxlamaqla  işçilərin  təhlükəsizliyi  təmin 
edilməlidir.  Mühafizə  vasitələrdən  istifadə  etməklə  iş  görən 
işçilərə fasiləsiz nəzarət olunmalıdır. 
Nəmliyi    yüksək  olub,  cərəyan  keçirən  tozlu,  qələvi 
buxarlara  malik,  eləcə  də  yanğına  təhlükəli  olan  binalarda 
(otaqlarda)  gərginlikdən  açılmamış  cərəyan  keçirən  hissələrlə 
iş görmək qadağandır. 
 
Qəzalar və onların yarada biləcək xəsarətlərin qarşısını 
almaq üçün tələn olunan təhlükəsizlik tədbirləri 
 
İşləyən  (istismarda  olan)  elektrik  qurğularında,  onları 
qəza 
hallarına 
və 
istehsalat 
avadanlıqlarının 
boş 
dayanmalarına  gətirib  çıxaran  nasazlıqlar  istisna  olunmur. 
Təcili  olaraq,  aradan  qaldırılması  tələb  olunan  nasazlıqlara 
aiddir:  kontaktların  qızması  və  onların  əriməsi,  paylaşdırıcı 
qurluşlarda olan izolyatorların çirklənməsi və onlarda olan şin 
birləşdirmələrinin  zəifləməsi və s. 
Qəzaların  baş  verməməsi  üçün  yuxarıda  qeyd  olunan 
nasazlıqları  aradan  qaldırmaq  məqsədilə  əməliyyat  işçisinə 
naryadsız  (1000V-dan  yuxarı  gərginlikli  qurğularda  iki 
nəfərdən az olmamaq şərtilə) tədbirlər görməyə icazə verilir. 
 
 
 


137 
 
Açıq tipli paylaşdırıcı quruluşlarda aparılan işlər 
 
Baxılan  obyektlərdə  müxtəlif  yükqaldıran  maşınların, 
teleskop  qüllələrin  və  mexaniki  inteqala  malik  hərəkət  edən 
nərdivanların  gərginlikdən  açılmış  və  ya  açılmamış  cərəyan 
keçirən hissələrdən uzaqda tətbiqinə icazə verilir. 
Gərginlikdən  açılmış  yerlərdə  yükqaldıran  maşınların, 
qüllələrin  və  nərdivanların  tətbiqi  ilə  müəyyən  işlər 
görüldükdə naryadın “xüsusi şərait” qrafikasında hansı maşın 
və  mexanizmlərdən  istifadə  olunması  yazılır.  gərginlikdən 
açılmamış  cərəyan  keçirən  hissələrdən  uzaqlarda  sərəncam 
üzrə  yükqaldıran  maşınların  tətbiqi  ilə  işlər  görmək  olar.  Bu 
işlər,  kvalifikasiya  qrupu  IV-dən  az  olmayan  əməliyyat 
işçisinin fasiləsiz nəzarəti altında aparılır. 
Teleskopik  qüllənin  sürücüsünün  kvalifikasiyası  II 
qrupdan  az  olmamalıdır  və  işə  başlamazdan  öncə  görüləcək 
işin  xüsusiyyətləri  və  vacib  təhlükəsizlik  tədbirləri  barəsində 
təlimatlanmalıdır. 
Gərginlikdən  açılmamış  və  ya  qismən  açılmış  cərəyan 
keçirən  hissələrin  yaxınlığında  mexaniki  intiqala  malik 
nərdivanın idarəsi ilə kvalifikasiya qrupu III az olmayan təmir 
briqadasının işçilərdən  biri məşğul ola bilər. Gərginlikdən tam 
açılmış  və  ya  gərginlik  altında  olan  cərəyan  keçirən 
hissələrdən  uzaqda  yerləşmiş  işləri  kvalifikasiya  qrupu  II  az 
olmayan şəxslər tərəfindən görülə bilər. Baxılan işlər görülən 
zaman  fasiləsiz  nəzarət,  kvalifikasiya  qrupu  V  az  olmayan 
şəxs tərəfindən aparılır və naryadın “xüsusi şərait” qrafasında 
qeydiyyat aparılır. 
Açıq tipli paylaşdırıcı qurluşlara malik obyektlərdə yük 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə