146
zədələrin alınmaması üçün iş görülən dayağın və ya qüllənin
altında dayanmaq qadağan edilir.
Dayaqlara ağır əşyaları (armatur, kabel muftaları,
ayrıcılar və s.) qaldırmaq üçün blokdan aşırılmış xüsusi ipdən
istifadə edilir, ağır yüklərin qaldırılması dayaqdan kənarda
yerdə dayanmış fəhlələr tərəfindən görülür.
Naqillərin açıb-bağlanması zamanı əlləri zədələnməkdən
qorumaq üçün brezent əlcəklərdən istifadə olunur.
Hava xətlərinin quraşdırılması və ya sökülməsi
əməliyyatında uzunluğu 3-5km olan sahələrdə iş görülərkən,
həmin sahədə naqilləri torpaqlamaq və ya bir-birilə qısa
qapamaq lazımdır (yaxınlıqda gərginlik altında olan xətlərin
və ya ildırım buludlarının təsirindən qorumaq üçün).
4.2 Kabel xətlərinin quraşdırılması
Hazırda kabel xətlərinin yeraltı çəkiliş işlərinin çox
hissəsini
mexanikləşdirilib
və
əl əməyi minimuma
endirilmişdir. Bu işlərdə əsas təhlükəsizlik tədbirləri, işçilər
tərəfindən kabelləri barabanlardan açması və xəndəklər
vasitəsilə çəkiliş zamanı alına biləcək zədə və yaraların
qarşısını almaqdır. Üzərinə kabel sarınmış barabanların
hərəkəti yolunda işçilərin dayanması qadağan edilir (Baraban
işçiyə toxuna bilər və onu zədələyə bilər).
Adətən
kabeli
barabandan,
trassanın
sonunda
quraşdırılmış xüsusi tərtibat bucurqard (ağırlıq qaldıran
mexanizm) vasitəsilə açırlar. Bu əməliyyatda az güc sərf
etmək məqsədilə trassada xüsusi, döngələrdə isə künc
roliklərindən istifadə edilir. Kabelləri əllə açan zaman
147
döngələrdə onların dartılması qəti qadağan edilir.
Kabellərin xəndəklərdə, bloklarda və tunellərə çəkilişi
zamanı brezent əlcəklərdən istifadə edilməlidir.
Adamlar üçün xüsusi təhlükə, kabel barabanlarını
dəmiryol
vaqonlarının
platformalarından
və
ya
avtomobillərdən boşaldılan zaman yarana bilər. Kabel
barabanlarını əllə boşaldanda 15
0
-yə malik maili müstəvidən
(tirlərdən, borulardan hazırlanmış) istifadə olunmalıdır, bu
zaman barabanlar iplərin köməyilə onların hərəkətinin əksinə
dartılmalıdır. Əgər kabel əllə çəkilirsə, onda hər adama düşən
yük 35 kq-dan çox olmamalıdır. Bəzən kabelləri divarlar,
binalar və qurğu konstruksiyaları üzrə yerdən və ya
döşəmədən xeyli hündürlükdə çəkmək lazım gəlir. Bu illər
möhkəm şəkil üstündə durmaqla yerinə yetirilir. Nərdivandan
hündür yerlərdən kabellərin çəkilişində istifadə etmək
qadağandır.
Qış vaxtında kabellərin örtüklərinin və izolyasiyasının
dağılmasının qarşısını almaq üçün onları qızdırırlar. Muftanın
içərisində və ya “qıf” da kabel damarlarının təmiri aparılan
zaman hopdurucu kütləni 120
0
-130
0
C-yə qədər qızdırılır.
Qızdırılmış kütlənin ətrafa sıçraması nəticəsində iş icraçısı
yanmalar (yanıqlar) ola bilər. Ona görə bu proses təhlükəli
sayılır və bunun qarşısını almaq üçün qızdırılan kütlənin
temperaturuna termometr ilə nəzarət edilir. Qızdırılan kütlənin
temperaturunu qaynama dərəcəsinə çatdırmaq olmaz, çünki
qaynama zamanı alınan buxarların hava ilə qarışığı partlayış
törədə bilər, bu da işçilərin həyatı üçün təhlükəlidir. Qızdırılan
kabel kütləsini ancaq metal çubuqla qarışdırırlar (ağac çubuqla
qarışdırmağa icazə verilmir, çünki ağacın tərkibindəki nəm, su
148
kütləyə keçə bilər) və hazır kütləni brezent əlcəklərdən və
mühafizə eynəklərindən istifadə etməklə muftaya və ya “qıfa”
doldururlar. Kabellərin damarlarını lehimlədikdə də yuxarıda
qeyd edilən təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır.
Epoksid kompaundu doldurulmuş muftada kabellərin
soyuması prosesi, epoksid qatranının və onun həlledicisinin
insan bədəninə zərərli olduğundan təhlükəli sayılır. Epoksid
qətranla işləməyə yaşı 18 yuxarı, tibbi müayinədən keçmiş və
təhlükəsizlik tədbirləri ilə tanış olmuş şəxslərə icazə verilir.
Epoksid kompaundunun və həlledicinin işçinin dərisinə
təsirinin qarşısını almaq üçün rezin və ya polietilen
əlcəklərdən istifadə edilir.
Dəriyə kompaund və ya həlledici düşdükdə, təcili olaraq
onu yumşaq kağız, solfetka ilə götürülməli və yerini 3% -li
limon turşusu və ya sabunla istisu ilə yuyulmalıdır.
4.3 Paylaşdırıcı qurluşların, güc transformatorlarının və
elektrik maşınlarının quraşdırılması
Paylaşdırıcı qurluşların, güc transformatorlarının və
elektrik maşınlarının quraşdırılması, elektrik avadanlıqlarının
ağır hissələrinin yerdəyişdirilməsi, müəyyən hündürlüyə
qaldırılması və bəzi çilingər işlərinin görülməsi ilə əlaqədar
olduğundan adamların əzilməsi və yaralanması halları
mövcuddur.
Çəkisi 20kq-dan çox olan avadanlıq və konstruksiya
hissələrini iki işçi qaldırmalıdır, 50kq-dan yuxarı isə blokların
və ya bucurqardların köməyilə qaldırılır.
Ayrıcıları, qısa qapayıcıları və digər kostruksiyalarının
149
yerini dəyişdikdə və qaldırıldıqda, onların dəstəklərini
“qoşulub” vəziyyətində olmalıdır. Bütün kəsicilər, avtomatlar,
elektromaqnit intiqalları və başqa yayla ilkin vəziyyətə
qaytarılan aparatları “açılıb” vəziyyətində yerini dəyişdirilə
bilər.
Avtomatik inteqala malik kəsicilərin, ayrıcıların
tənzimlənməsi zamanı təsadüfən inteqalların birləşdirilməsi və
açılmasının qarşısını alan tədbirlər görülməlidir. Bunun üçün
idarə dövrlərindən əriyən telli qoruyucular çıxarılır.
Transformatorları
dəmiryol
platformalardan
boşaldılarkən, mütləq mailliyi 10
0
-dən çox olmayan enişdən
(qabaqcadan hazırlanmış) istifadə olunmalıdır. Enişdən
istifadə edib iş görən zaman, bucurqarddan istifadə etməklə
əks istiqamətdə tormozlama momenti yaradılır.
Nüvəni transformatorun bakından (gövdəsindən)
çıxartdıqda və ya daxil etdikdə, nə nüvədə, nə də bakda
müəyyən işlər görməyə icazə verilmir. Bu işləri nüvəni
bakdan tam xaric etdikdən və möhkəm oturacaqda
yerləşdirdikdən sonra aparıla bilər.
Bəzən
güc transformatorunun qapağı yarımçıq
qaldırılmış vəziyyətdə işlər görmək lazım gəlir. Qapağın
gözlənilmədən düşərək, qəza vəziyyətinin yaratmasının
qarşısını almaq üçün, qapaqla gövdə arasında etibarlı dayaqlar
qoymaq tələb olunur.
İri elektrik maşınlarının və fırlanan çeviricilərinin
quraşdırılmasında, özül və oturacağın, stator və rotoru üçün
yastıq dayaqların hazırlanması, sürüşmə yastıqlarının
sazlanması, yarımmuftalarının və şkivlərin valda oturdulması
və firça mexanizmlərinin quraşdırlması tələb olunur.
Dostları ilə paylaş: |