229
induksiya cərəyanı yaranır ki, bu da boşalmış kondensatoru əks istiqamətdə
yenidən yükləyir. Bu mərhələdə induksiya cərəyanının sıfıra qədər azalması
kondensatorun yükünü maksimuma çatdırır. Bu halda da yüklənmiş
kondensatorun boşalması sarğacda cərəyan yaratmalıdır. Aydındır ki, yaranmış
cərəyanın istiqaməti əvvəlki cərəyanın istiqamətinin əksinə olmalıdır. Bundan
sonra proses yenidən təkrar olunur.
Naqillər sisteminin müqavimətinin olması hesabına hər dəfə yükün və
cərəyan şiddətinin maksimum qiymətləri kiçilir və sistemdə yaranan rəqs sönən
olur.
Sərbəst elektrik rəqslərinin yarandığı belə bir sistem rəqs konturu
adlanır.
Ən sadə rəqs konturu kondensator və onun köynəklərinə qoşulmuş
sarğacdan ibarətdir.
Rəqs konturunda kondensatorun yükünün, sarğacdakı cərəyan
şiddətinin və kondensatorun köynəkləri arasındakı elektrik sahəsinin
gərginliyinin dövri və ya təxminən dövri dəyişməsi elektrik rəqsləri adlanır.
Göründüyü kimi, elektrik rəqsləri almaq mexaniki rəqsləri almaq qədər
sadədir.
İndi də elektrik rəqsləri üçün tənlik çıxaraq.
Kondensatoru yükləməklə, biz ona
qədər enerji vermiş oluruq
(mexaniki rəqslərdə kürəni tarazlıq vəziyyətindən uzaqlaşdıran zaman ona
qədər potensial enerji verdiyimiz kimi). Dövrəni qapayan zaman
kondensatorun boşalması sarğacda cərəyan yaradır, yəni bu zaman
kondensatorun elektrik sahəsinin enerjisi sarğacın maqnit sahəsinin
enerjisinə çevrilir (mexaniki rəqslərdə
enerjisinin hərəkətə başlayan
kürənin kinetik enerjisinə çevrildiyi kimi). Enerji itkisini nəzərə almasaq, tam
enerji sabit qalacaq. Onda tam enerjinin
+
ifadəsinin hər
tərəfindən törəmə almaqla, elektrik rəqslərinə uyğun hərəkət tənliyini alarıq:
, buradan
, buradan
isə
və olduğunu nəzərə almaqla,
alarıq.