Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   83   84   85   86   87   88   89   90   ...   112

 
227 
 
təcil  və  koordinat  eyni  zamanda  maksimuma  çatır,  eyni  zamanda    da  sıfır  olur 
(koordinatla müqayisədə təcil rəqslərinin amplitud qiyməti böyük olur).  
Rəqs yaratmaq üçün kürəni kənar vəziyyətə gətirməklə, biz ona müəyyən 
qədər  potensial  enerji  vermiş  oluruq.  Rəqs  başlayan  zaman  bu  enerji  kinetik 
enerjiyə  çevrilir  (kürə  sürət  toplayır).  Belə  çıxır  ki,  rəqs  zamanı  kinetik  və 
potensial enerjilər də hormonik qanunla dəyişir.  
Rəqsi hərəkətdə zamana görə dəyişməyən kəmiyyətlər isə rəqsin periodu, 
tezliyi, amplitudu (məcburi rəqslər üçün) və  enerji itkisi nəzərə alınmasa, verilmiş 
rəqs üçün tam enerjidir.  
Qeyd  edim  ki,  rəqsin  amplitudu  artdıqca,  tam  enerji  də  artır,  çünki 
amplitudun  artması  rəqs  edən  cismin  səthdən  hündürlüyünün  artması,  bu  isə 
potensial enerjinin (nəticədə tam enerjinin) artması deməkdir. 
 Rəqsin periodu və tezliyi isə amplituddan asılı olmur. Düzdür, bu zaman 
amplitudun  artması  ilə  rəqs  edən  cismin  cızdığı  qövsün  uzunluğu  (getdiyi  yol) 
artır,  lakin amplitudun artması ilə  cismin hərəkət sürəti də artır və nəticədə bir 
tam rəqsə sərf olunan zaman (period) dəyişmir. 
Rəqs  edən  cisim  bir  period  ərzində    4  amplitud  qədər  (4   
 
  və  ya  4  A
qədər     yol   qət    edir.   Onda     belə     hərəkətdə    ixtiyari      t      müddətində 
     
  
 
   
 
 
   
 
     
   
 qədər  yol gediləcək. 
 
Rezonans.
  Enerji itkisi olduğundan, sərbəst rəqslərin amplitudu zaman  
keçdikcə kiçilir və rəqs sönən olur  (şəkil 262).                 
Sönməyən  rəqs almaq üçün  sistemə periodik     
dəyişən qüvvə  ilə  təsir   etmək  lazımdır.   Bu                                                          t 
zaman  yaranan  rəqslər məcburi  rəqslər olur.                     
Məcburi     rəqs      sistemində   bəzən                   Şəkil 262.                                                                                                         
rezonans adlanan hadisə  baş  verir. Fərz edək ki, məxsusi rəqs tezliyi   
   
 olan 
sistemə  tezliyi      olan  xarici  periodik qüvvə təsir edir. Əgər  xarici  periodik 
qüvvənin  tezliyi  sistemin  məxsusi  rəqs  tezliyindən  kiçikdirsə,  onda  xarici  qüvvə 
periodun  müəyyən  hissələrində  yerdəyişmənin  əksinə  yönələrək,  mənfi  iş 
görəcək, yəni rəqs edən cismi tormozlayacaq.  
Bu hadisə      
   
 olduqda  da baş    verir.   


 
228 
 
      
 
  olduqda   isə   xarici  qüvvə   periodun       
 
                          
 
bütün  hissələrində  yerdəyişmə  ilə  üst - üstə  düşərək,                                   
 
                               
rəqs  edən  cismi    sürətləndirəcək.   Nəticədə     rəqsin                                                                                           
amplitudu    kəskin    artacaq   (şəkil 263) .   Bu  hadisə                                       
 
       
rezonans   hadisəsi  adlanır.                                           
                                                                
 
                           
                                    
          
Xarici     periodik    qüvvənin     tezliyi     sistemin
                             
 
məxsusi  rəqs tezliyinə  bərabər olan halda,  sistemdə                       
   
              
baş  verən   rəqslərin  amplitudunun  kəskin artması           
Şəkil 263.
                    
          
 
rezonans adlanır.        
Sistemdə sürtünmə kiçik olduqda, rezonans əyrisi daha dik olur. Şəkilə  
uyğun sürtünmə əmsalları arasında   μ

μ

μ
3
  kimi münasibət vardır.  
 
ELEKTRİK     RƏQSLƏRİ. 
 
Yüklənmiş    kondensatorun    köynəklərini  sarğaca  birləşdirsək  (şəkil  264), 
kondensatorun  boşalması  nəticəsində  sarğacda  cərəyan  yaranacaq.  Aydındır  ki, 
sarğacdan  keçən  cərəyan  onun  ətrafında  maqnit  sahəsi  yaradacaq  və  sarğacın     
içliyi maqnitlənərək, onun  maqnit sahəsini daha   
da   gücləndirəcək.   Bu   zaman   içliyin  maqnit        
qütblərini  təyin  etməyə  çalışsaq,  çox  maraqlı                                   
hadisə  ilə  üzləşərik.   Qısa  bi  müddət  ərzində 
qütblərin    bir   neçə  dəfə    dəyişdiyinin  şahidi                 
olarıq.  Belə  çıxır ki,  kondensatorun  boşalması                    Şəkil 264. 
nəticəsində  sarğacdan  keçən  cərəyan  bir  neçə  dəfə  istiqamətini  dəyişir.  Bu  isə 
həmin  müddətdə  kondensatorun  bir  neçə  dəfə  dolub  -  boşalması  deməkdir. 
Deməli, belə bir sistemdə elektronların gah bu, gah da digər istiqamətdə bir neçə 
dəfə təkrarlanan hərəkəti, yəni elektrik rəqsləri yaranır. 
Elektrik  rəqslərinin  yaranması  aşağıdakı  kimi  izah  olunur.  Yüklü 
kondensatorun  boşalması  nəticəsində  sarğacda  getdikcə  artan  dəyişən  cərəyan 
yaranır.  Cərəyan  maksimuma  çatan  anda  kondensatorun  yükü  sıfra  bərabər 
olduğu  üçün  (elektrik  sahəsi  yox  olduğu  üçün)  yaranmış  cərəyan,  əslində,  ani 
olaraq sıfır olmalıdır, lakin elektromaqnit induksiya hadisəsi nəticəsində sarğacda 
yaranmış  cərəyanın  birdən-birə  sıfıra  qədər  azalmasına  maneçilik  törədən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə